Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-561/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2- 1(118)-560/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus 24 noyabr 1982-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın və НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti də iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin 23 avqust 2023-cü il tarixli, Az7301/203 nömrəli “Araşdırıcı arayış”ından görünür ki, İddiaçı 5 oktyabr 1982-ci il tarixdə Azərbaycan Boruyayma zavodunun Boruyayma sexinə mufta sahəsində soyuq boru kəsicisi peşəsinə işə qəbul edilmişdir. 16 yanvar 1985-ci il tarixdə həmin sexdə boru yükləmə sahəsində metal çeşidləyən və təhvil verən vəzifəsinə keçirilmişdir. 1 oktyabr 1986-cı il tarixdə həmin sahədə boruların qəbulu və təhvil verilməsi üzrə briqadir vəzifəsinə keçirilmiş və 24 dekabr 2020-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən 1 iyun 1993-cü il tarixdə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı 1 iyul 1998-ci il tarixli sərəncamı ilə 15 iyul 1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. (Əsas: Vətəndaşın əmək kitabçası. T-2 kartı və əmək haqqı barədə şəxsi hesab vərəqələri.) Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şənlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalı bölməsinin 4-cü Boru istehsalı (boruyayma. boru qaynaqetmə. elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, litinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “boru və pəstahların kəsiciləri” - (2040400a- 17968), “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər”- (2040400a- 1753b), “boru və balonların qəbulu, təhvil verilməsi ilə məşğul olan briqadirlər” - (2040400a-11223) peşələri ilə eynilik təşkil edir. “Azmənzilsənayetikintitəmir Birliyini” Mənzil Təmir Tikinti İdarəsinin 21 noyabr 2023cü il tarixli, 37 nömrəli arayışından görünür ki, İddiaçı 4 avqust 1997-ci il tarixdən 25 dekabr 2005-ci il tarixə kimi Mənzil Təmir Tikinti İdarəsində İV dərəcəli rəngsaz işində işləmişdir. Heç bir məcburi məzuniyyətdə olmamış, əmək haqqı qazanmış, ödənişləri vaxtlı vaxtında ödənilmişdir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-243297/2023 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən 24 noyabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, adıçəkilən müəssisədəki iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə adına rast gəlinmədiyi müəyyən olunmuşdur. Bu fakt “Azərmənzilsənaye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində işləyib-işləməməsini dəqiqləşdirmək mümkün deyil. Göstərilən səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından, ümumi iş stajını 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il - 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.425,05 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 25 noyabr 2019-cu il tarixdən güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (24 avqust 2023-cü il) əvvəlki üç il üçün, yəni 24 avqust 2020-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin imtinası ilə razılaşmır. Bildirilmişdir ki, cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan haqqında məlumat öz əksini tapmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 noyabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, adıçəkilən müəssisədəki onun iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə iddiaçının adına rast gəlinmədiyi müəyyən olunmuşdur. Bu fakt “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində iddiaçının işləyibişləməməsi dəqiqləşdirmək mümkün deyil. Göstərilən səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il – 31 may 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.425,05 manat təşkil edir. Əlavə olaraq qeyd edilir ki, "xxxx" ASC-nin iddiaçıya dair AZ 7301/203 nömrəli, 23 avqust 2023-cü il tarixli arayışında iddiaçının 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən yuxarıda qeyd olunan illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(118)-560/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 25 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (24 avqust 2023-cü il) əvvəlki üç il üçün, yəni 24 avqust 2020-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövrlərə mümasibətdə istinad etdiyi dəlil - “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. İddiaçının 15 il 7 ay 26 gün güzəştli iş stajının olmasını cavabdeh orqan qəbul edir. Cavabdehə görə iddiaçının 17 il 9 ay 10 gün ümumi iş stajı vardır. Bunun üzərinə 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il tarixləri arasındakı dövrləri əlavə edəndə iddiaçının ümumi iş stajının da tələb olunan dövrdən də artıq olduğu müəyyən olunur. Yuxarıda qeyd olunalar əsasında müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlanır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 noyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7ci səhifələrində xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsindəişlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, adıçəkilən müəsisədəki onun iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı həmin dövr üzrə sözügedən müəssisədə saxlanılan sənədlərdə iddiaçının adına rast gəlinmədiyi müəyyən olunub. Bu fakt “Azərmənzilsənaye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Buna görə də yuxarıda qeyd olunan dövr ərzində İddiaçı işləyibişləməməsi dəqiqləşdirmək mümkün deyil.Göstərilən səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16425,05 manat təşkil etmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, "xxxx" ASC-nin iddiaçıya dair AZ 7301/203 nömrəli 23 avqust 2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən yuxarıda qeyd olunan illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlavə olaraq qeyd edirlər ki, "xxxx" ASC-nin iddiaçıya dair AZ 7301/203 nömrəli 23 avqust 2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən yuxarıda qeyd olunan illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-1(118)-560/2025 nömrəli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, iş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdimedilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh orqan etirazında ümumiyyətlə deyil, kifayət qədər güzəştli iş stajının olmadığını bildirmişdir. Qərarın 43-cü bəndində isə məhkəmə qeyd etmişdir ki, etirazın ikinci dəlili iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Belə ki, hazırda əmək pensiyasının minimumməbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.425,05 manat təşkil edir. Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir. Çünki, məhkəmə sorğusuna cavab olaraq təqdimedilmiş məktubda göstərilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982ci il - 31 may 1998-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 15 il 7 ay 26 gün (5 oktyabr 1982-ci il - 31 may1998-ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Qeyd olunan hallara münasibətdə bildiririk ki, məhkəmə 14 mart 2025-ci il tarixli 2-1(118)-560/2025 nömrəli nömrəli qərarı ilə gəldiyi nəticədə işin hallarına dair dair bir sıra məsələlərin ətraflı araşdırmayraq kobud prossesual pozuntuya yol vermiş və əsassız qərar qəbul etmişdir. Belə ki, həm iddiaçıya ünvanlanmış xx.xx.2023 tarixli, 3-17-1/2-Ə-243297/2023 nömrəli imtina məktubunda həm də xx.xx.2023-cü il tarixli 3-17-1/2- 189871/2023 nömrəli etirazda iddiaçının kifayət qədər ümumi stajı və kifayət qədər pensiya kapitalına malik olmaması mübahisələndirilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən dəlilləri ətraflı araşdırmamış və qərarda dəqiqliklə münasibət bildirməmişdir. Azərbaycan RespublikasınınAli Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 nömrəli qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, qeyd edilən müddət ərzində "xxxx" ASC-də məzuniyyətdə olmaqla yanaşı, idarə tərəfindən ona başqa iş yerində işləmək üçün şərait yaradılmış, o da xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Mənzil Təmir Tikinti İdarəsində işləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-). "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməmiş, yalnız ümumi iş stajına malik olmaması halına istinad edilmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 24 noyabr 1982-ci il tarixli, İТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində göstərilmişdir ki, iddiaçı 4 avqust 1997-ci ildən 25 dekabr 2005-ci ilədək Mənzil Təmir Tikinti İdarəsində rəngsaz vəzifəsində çalışmışdır, lakin adıçəkilən müəssisədə onun iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən aparılmış yerində yoxlama zamanı, həmin dövrə aid sənədlərdə iddiaçının adına rast gəlinmədiyi müəyyən edilmişdir. Bu fakt isə “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir, beləliklə, həmin dövr ərzində iddiaçının işləyib-işləmədiyi dəqiqləşdirilə bilmədiyindən bu dövr əmək stajına daxil edilməmiş və nəticədə iddiaçının ümumi iş stajı 25 ildən az — yəni, 17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il – 31 may 1998-ci il tarixləri arasında) — kimi hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktında da qeyd olunur ki, aparılmış dəqiqləşdirmələr nəticəsində həmin dövrə aid sənədlərdə iddiaçının adına rast gəlinməmişdir. Həmin sənəd 1 saylı TTQİ-nin rəisi Baloğlan Məhərrəmov və cavabdeh orqanın monitorinq şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov tərəfindən imzalanmışdır. Lakin birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfi birgə aktın sübut kimi qəbulunu mübahisələndirmiş, bildirmişdir ki, Baloğlan Məhərrəmov onun işlədiyi müəssisənin rəisi deyil, əslində müəssisənin rəhbəri Şahiddur. Həmçinin birinci instansiya məhkəməsi yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədilə həmin aktı imzalamış Baloğlan Məhərrəmov, həm də Şahid kimi dindirmişdir. Şahid X2 bildirmişdir ki, o, 1 saylı TTQİ-nin rəisi olmuşdur. Şahid birliyin tərkibində başqa idarənin rəisidir. İddiaçı onun rəisi olduğu idarədə işləməmişdir. Lakin yoxlama onların idarəsində aparılmış, bu zaman iddiaçının həmin idarədə işləmədiyini bildirmişdir. Qeyd olunan idarənin bütün sənədləri dağıdılmışdır. Məcburi köçkünlər gəldikləri üçün idarənin sənədlərini toplamaq mümkün olmadığından, sənədləri arxiv də qəbul etməmişdir. Azmənzil Sənayə Təmir Tikintsi İdarəsi onun rəisi olduğu birlikdir. İddiaçının işlədiyi müəssisə başqa müəssisədir. 1 saylı TTQİ ESKA zavodunun tərkibində işləmişdir. Həmçinin əlavə etmişdir ki, müəssisədəki bütün işçilər ESKA zavodunda işləmişdirlər. Həmçinin Şahid bildirmişdir ki, o, Sumqayıt Şəhər İcarə Müəssisəsi Mənzil Tikinti Təmir İdarəsinin rəisi vəzifəsində işləyir. DSMF-nin nümayəndəsi onun işlədiyi müəssisədə yoxlama aparmamışdır. 1 saylı TTQİ isə başqa idarədir. İddiaçı həmin idarədə işləməmişdir. İddiaçı onun rəisi olduğu idarədə işləmişdir. Baş idarələr eynidir, amma müəssisələr fərqlidir. Onun fəaliyyət göstərdiyi müəssiələr Metallurqlar küçəsi, 1 üvanında yerləşir. TTQİ-dən isə heç bir asılılığı mövcud deyildir. Onlar tərəfindən rəsmi qaydada arayış təqdim olunmuşdur. İddiaçının əsas iş yeri BTZ olmuşdur. İdarə ikinci iş yeri olmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçı məcburi məzuniyyətdə təxminən 5-6 ay olmuşdur. Şahidlərin bu izahatlarını təkzib edən heç bir əlavə sübut cavabdeh orqan tərəfindən məhkəmələrə təqdim edilməmiş, həmçinin apellyasiya şikayətinə əlavə edilməmişdir. Beləliklə, cavabdeh orqanın iddiaçının 4 avqust 1997-ci ildən 25 dekabr 2005-ci ilədək işlədiyi dövrün əmək stajına daxil edilməməsinə əsas tutduğu “Azərmənzilsənəye” Tikinti Birliyinin 27 sentyabr 2023-cü il tarixli birgə aktı hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda açıq şəkildə göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələlərində, qanunvericiliyə uyğun olaraq, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işlədiyini təsdiq edən müvafiq arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayış məzmun baxımından iddiaçının göstərilən işlərdə və müddətlərdə zərərli əmək şəraitində çalışmasını dəqiq müəyyən etməli, ümumi ifadələrdən istifadə etmədən, işlədiyi sahələr, peşələr və vəzifələr aidiyyəti kodlarla (müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılara uyğun olaraq) əks etdirilməlidir; məhkəmə qərarında iddiaçının zərərli əmək şəraitində çalışdığı dövrün həmin siyahıda nəzərdə tutulmuş sahə və koda uyğunluğu dəqiq göstərilməlidir; məhkəmə isə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş və vəzifələrin eyniliyini onun işin konkret halları – o cümlədən vəzifə funksiyaları, işin xarakteri və müəssisənin fəaliyyət istiqaməti kimi faktları nəzərə alaraq müəyyən edir. Apellyasiya şikayətinin digər dəlilində isə iddiaçının fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olması səbəbindən pensiya təminatına imkan vermədiyi irəli sürülməklə qeyd edilmişdir ki, qanunvericiliyə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan təminat üçün fərdi hesabın sığorta hissəsində ən azı 40.320 manat məbləğində pensiya kapitalı olmalıdır, halbuki iddiaçının fərdi hesabında cəmi 16.425,05 manat qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh orqanın bu dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş məktubda iddiaçının ümumi iş stajının 25 ildən az — 17 il 9 ay 10 gün (23 may 1980-ci il – 7 iyun 1982-ci il və 5 oktyabr 1982-ci il – 31 may 1998-ci il arası) —, güzəştli iş stajının isə 15 il 7 ay 26 gün (5 oktyabr 1982-ci il – 31 may 1998-ci il arası) təşkil etdiyi açıq şəkildə göstərilmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçının 15 il 7 ay 26 gün güzəştli iş stajına malik olduğunu qəbul etmişdir. Cavabdehin hesabatına əsasən iddiaçının 17 il 9 ay 10 gün ümumi iş stajı mövcuddur və əgər 4 avqust 1997-ci il – 25 dekabr 2005-ci il dövrü də əlavə edilərsə, iddiaçının ümumi iş stajı tələb olunan müddətdən artıq olur, yəni qanunvericiliyə uyğun olaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin birgə mövcudluğu zəruridir: azı 25 il ümumi sığorta stajı və azı 12 il 6 ay güzəştli iş stajı. Mənzil Təmir Tikinti İdarəsinin 21 noyabr 2023-cü il tarixli, 37 №-li məktubunuzda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Mənzil Təmir Tikinti İdarəsində İV dərəcəli rəngsaz işində işləmişdir. Heç bir məcburi məzuniyyətdə olmamış, əmək haqqı qazanmış, ödənişləri vaxtı-vaxtında ödənilmişdir. Yuxarıda göstərilən əsaslarla iddiaçının 1 yanvar 2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli iş stajını tamamladığı müəyyən olunmuşdur. Bundan əlavə pensiya kapitalı tələbi yalnız 1 yanvar 2006-cı ildən sonra tətbiq edilmişdir. İddiaçının isə həm ümumi, həm də güzəştli iş stajı həmin tarixdən əvvəl tamamlandığı üçün pensiya kapitalının həcmi onun pensiya təyinatına təsir edə bilməz. Bu səbəbdən, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək əldə etdiyi iş stajı əsas götürülməli və pensiya kapitalı ilə bağlı məhdudiyyətlər bu halda nəzərə alınmamalıdır. Apellyasiya şikayətinin sonuncu dəlili "xxxx" ASC-nin iddiaçıya dair arayışında iddiaçının 1 iyun 1998-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunması ilə əlaqədar olaraq, həmin illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması ilə bağlıdır. Kollegiya sonuncu dəlilə münasibətdə qeyd edir ki, arayışda göstərilmişdir ki, iddiaçı 5 oktyabr 1982-ci il tarixində Azərbaycan Boruyayma zavodunun Boruyayma sexində mufta sahəsində soyuq boru kəsicisi peşəsinə işə qəbul olunmuş, 16 yanvar 1985-ci ildə metal çeşidləyən və təhvil verən vəzifəsinə, 1 oktyabr 1986-cı ildə isə briqadir vəzifəsinə keçmiş və 24 dekabr 2020-ci il tarixində əmək müqaviləsi qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. İşlədiyi müddətdə isə 1 iyun 1998-ci ildən 24 dekabr 2020-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Göründüyü kimi arayış ilə müəyyən edilir ki, iddiaçının çalışdığı sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərin siyahısı”nın 3-cü Metallurgiya istehsalı bölməsinin 4-cü bəndində (Boru istehsalı – boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, litinq, balon) fəhlələrin peşə kodları ilə iddiaçının tutduğu peşələrin uyğunluğu müəyyən edilir. Belə ki, iddiaçı 5 oktyabr 1982-ci ildən 1 iyun 1998-ci ilədək həmin müəssisədə işləmiş, bundan sonra isə 24 dekabr 2020-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının məhkəmə iclasındakı izahatı ilə də müəyyən olunur ki, o qeyd edilən müddət ərzində məzuniyyətdə olmaqla yanaşı, idarə tərəfindən ona başqa iş yerində işləmək üçün şərait yaradılmış, o da xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Mənzil Təmir Tikinti İdarəsində işləmişdir. Eyni zamanda Mənzil Təmir Tikinti İdarəsinin 21 noyabr 2023-cü il tarixli, 37 nömrəli məktubunda da iddiaçının izahatında qeyd edilən məlumatlar, yəni onun 04 avqust 1997ci ildən 25 dekabr 2005-ci ilədək həmin idarədə İV dərəcəli rəngsaz kimi daimi işləməsi təsdiq olunmuşdur. Bu məktub onun həmin dövrdə faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının güzəştli iş stajı artıq bu dövrdən əvvəl tamamlandığı üçün bu müddət güzəştli staja daxil edilməsə də, ümumi iş stajına əlavə olunur və pensiya təyin edilərkən nəzərə alınmalıdır. Belə olan halda bu dövrün yalnız güzəştli iş staj sayılmaması əsas götürülərək ümumi iş stajı kimi tanınmasından imtina edilməsi və ya bu məsələnin yenidən mübahisələndirilməsi qanunvericiliyə tələblərinə zidd olardı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Beləliklə, iddiaçının adıçəkilən qurumlarda işləməsi ilə bağlı bağlı sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 57 yaşına çatması (xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olur), azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Həmçinin pensiyanın müraciət edilən tarixdən (24 avqust 2023-cü il) əvvəlki üç il üçün, yəni 24 avqust 2020-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2-1(118)-560/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.