Məhkəmə qərarları › İş №2-1(105)-563/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-563/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-563/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin və üçüncü şəxsin nümayəndəsi Nümayəndə Mqüşfiq oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(118)-942/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona verilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2021ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında İİ dərəcə əlillik xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən (əlillik bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona xx.xx.2021-xx.xx.2022-ci illər ərzində pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktları İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1966-cı il təvəllüdlüdür. 2002-ci ildən ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması,sağ ağ ciyərin fibroz kavernoz vərəmi diaqnozu ilə xəstəlikdən əziyyət çəkir və həmin vaxtdan ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2016-cı ildə keçirilən növbəti müayinədə əlillik təkrar təyin edilmiş, onda ömürlük əlillik təyin edilməli halda, yeni qanunvericiliyə əsasən yeni müayinə tarixi 5 il sonraya təyin edilmişdir. Bu müddətdə Vərəm Xəstəxanasında stasionar müalicələr almışdır. Həkimlərin rəyinə əsasən xəstəliyinin sağalma ehtimalı yoxdur. ona pensiya ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. TSEK tərəfindən növbəti müayinə vaxtı xx.xx.2022-ci il tarixdə xx.xx.2027-ci il tarixə yenidən ona 2 dərəcə əlillik müəyyən edilmişdir. xx.xx.2021- xx.xx.2022-ci il tarixə kimi olan dövrdə hər üç aydan bir tibb müəssisəsi göndəriş göndərmiş, TSEK «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur»bəhanəsi ilə ona əlillik təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçının səhhətində heç bir dəyişiklik olmadığı halda ona əlillik dərəcəsi təyin edilməmişdir. 2-ci qrup əlil kimi aldığı pensiyadan başqa gəlir mənbəyi yoxdur. Əmək qabiliyyəti yoxdur. İşləyə bilmir. Lakin ondan asılı olmayan səbəbdən əlillik təyin edilməs imtina edilmiş, nəhayət şikaytindən sonra ona əlillik dərəcəsi təyin edilmişdir. Həmin dövrdə borc almaqla özünü müalicə etdirmiş və yaşamışdır. Dəfələrlə cavabdehə rəsmi qaydada mürac etsə də ərizəmə cavab verilməmişdir. Ona görə də hesab edir ki, aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi cavabdeh tərəfindən pensiyası ödənilməlidir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik-müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə müvafiq olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qeyd olunan maddələrin tələblərinə müvafiq olaraq İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən 5 il müddətində İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Sadalanan qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq bildirirlər ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2021 -ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında İİ dərəcə əlillik xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən (əlillik bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona xx.xx.2021 -xx.xx.2022-ci illər ərzində pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur və belə olan halda iddia tələbi təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-3495/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(118)-942/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi İddiaçı pensiyanın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2014ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Keçirilmiş ağciyər vərəmindən sonraki böyük qalıq əlamətləri VMB(-) mənfi. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə.; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən -instrumental müayinələrin nəticələri . status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilməsi” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B90-B94 - infeksion və parazitar xəstəliklərin nəticələri => B90 - Vərəmin nəticələri => B90.9 - Tənəffss orqanları vərəminin və dəqiqləşdirilməmi...; Diaqnozun mətni: B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonraki böyük qalıq əlamətləri VMB (-) mənfi. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər İ20 Stenokardiya [döş inağıj , Sinus taxikardiyası.Miokardda diffuz dəyişiklik qeyd olunur..; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Əlavə ixtisaslı müayinə və müalicə qərarı verilməsi” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B90-B94 - İnfeksion və parazitar xəstəliklərin nəticələri => B90 - Vərəmin nəticələri => B90.9 - Tənəffss orqanları vərəminin və dəqiqləşdirilməmi...; Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonraki böyük qalıq əlamətləri VMB (-) mənfi. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno- nevrotik sindromu. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, . Yanaşı xəstəliklər H90.8 Dəqiqləşdirilməmiş qarışıq konduktiv və neyrosensor tipli agır, iki tərəfli qarışıq tip ağır eşitmə. Yanaşı xəstəliklər İ20 Stenokardiya [döş inağı], Miokardda diffuz dəyişiklik qeyd olunur.; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-əlavə ixtisaslaşmış müayinə və müalicə təyin edilir. Ağırlaşmaları təsdiq edəcək müayinələr tam aparılmaması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2022ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi....; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Sağ ağciyərin fibroz kavernoz vərəmi VMB(-) mənfi Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J45.8 Qarışıq astma, Bronxial astma,qarışıq forma,nəzarət olunmayan kəskinləşmə mərhələsi Yanaşı xəstəliklər İ20 Stenokardiya [döş inağı] , Miokardda diffuz dəyişiklik qeyd olunur. Yanaşı xəstəliklər H52.4 Presbiopiya,. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindromu. Yanaşı xəstəliklər H90.8 Dəqiqləşdirilməmiş qarışıq konduktiv və neyrosensor tipli agır, iki tərəfli qarışıq tip ağır eşitmə..; Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı (A15-A16.9,J96-J96.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2021-ci il tarixli göndərişi əsasında Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən -instrumental müayinələrin nəticələri . status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilməsi” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2022-ci il tarixli göndərişi əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Odur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə qeyd edilən səbəblərə görə əlillik dərəcəsi təyin etmək mümkün olmamış, xx.xx.2022-ci il tarixdən imtina səbəbləri aradan qalxdığı üçün əlillik təyinatı aparılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik-müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Qanunun 3.3-cü maddəsinə əsasən şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə müvafiq olaraq Tibbisosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11№li qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara göгə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddati müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən оlunur. Qeyd оlunan mаddələrin tələblərinə müvafiq оlагаq İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Mərkəzləşdirilmiş Еlеktrоn X4 altsisteminə müvafiq оlаrаq iddiaçı S.D.Нümbətovanın xx.xx.2022-ci il tarixdən 5 il müddətində ll dərəсə əlilliуi müəyyən edilmiş və müvafiq оlаrаq оnа xx.xx.2022-ci il tarixdan ll dərəсə əlilliyə görə pensiya təyin edilmişdir. "Əlilliyi оlаn şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Аzərbаусаn Respublikası Qаnununa müvafiq оlаrаq sözügedən Qаnuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Аzərbаусаn Respublikası Рrеzidеntinin xx.xx.2021-ci il tarixli №356-VlQD nömrəli fərmanına əsаsən). Həmin mаddəуə müvafiq olaraq əlillik müddəti bitdikdən sоnrа 6 ау ərzində əlilliyin təkrаr qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxiİ olmaqla, əlilliyi оİаn şəxs hesab edilir. Веlə ki, xx.xx.2021-ci il tarixdən sоnга əlilliyin təkrаr qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müayyən edildikdə, уəni şəxsə əlillik müddati bitəndən sоnrа 6 ауа qədəг dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ау keçibsə əlilliyin təkrаr qiymətləndirilməsi tаriхindən bərpa edilir. Sadalanan qanunvericilik nоrmаlаrının tələblərini və işin faktiki hallarını nəzərə аlаrаq bildirirlər ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu müddati xx.xx.2021-ci il tarixdə bitmişdiг. Тəkrаr müауinə əsasında ll dərəcə əlillik xx.xx.2022-ci il tarixdən müəууən edildiyindən (əlillik bitdiyi tarixdən təkrаr müəууən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) оnа xx.xx.2021-xx.xx.2022-сi illər ərzində pensiyanın təyin еdilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab оlunmur və belə оlаn halda iddia tələbi təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərvaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.[5] 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təyin edilmiş, növbəti dəfə iddiaçının əlillik vəziyyətinə baxılaraq, xx.xx.2021-ci il tarixli müayinənin nəticəsi olaraq imtina səbəbi kimi göndərişin natamam doldurulması, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən müayinələrin nəticələrini ətraflı qeyd edilməsi, xx.xx.2021-ci il tarixli müayinənin nəticəsində imtina səbəbi kimi əlavə müalicəyə ehtiyacının olması, aparılmış xx.xx.2021-ci il tarixli müayinənin nəticəsində imtina səbəbi kimi əlavə müayinə və müalicə təyin edilməsi, ağırlaşmaları təsdiq edəcək müayinələrin tam aparılmaması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli müayinənin nəticəsi olaraq isə ona 5 il müddətinə İİ dərəcə əlillik təyin edilməsi qərara alınmış və həmin tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası hesablanaraq, ödənilməkdədir. Göründüyü kimi, iddiaçıya əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsi dayandırılmış, əlillik vəziyyətinin yoxlanılması məqsədilə iddiaçı müayinə olunmuş və hər müayinənin nəticəsinə uyğun olaraq TSEK tərəfindən müvafiq qərar (imtina olunma barədə) qəbul edilsə də, iddiaçı tərəfindən həmin qərarların heç biri mübahisələndirilməmişdir. İndiki halda isə iddiaçının əlillik müddətinin bitdiyi vaxtdan onun bərpa edildiyi vaxtadək 6 aydan çox bir müddət (9 ay) keçmişdir. Bu halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi onun qanuni əsası qismində çıxış edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin dispoitiv şərtləri ilə uzlaşmır. Belə ki, qeyd olunan hüquq normasının məzmunundan görünür ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, şəxsin ötürülümüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab olunması üçün şəxsin əlilliyinin məhz 6 ay ərzində təkrar qiymətləndirilməsi nəticəsində yenidən müəyyən edilməsi şərtinin olması imperativ norma kimi qeyd edilmişdir. Həmçinin, qeyd olunan qanunvericilik normasında həmin normadan istisna halı müəyyən edən hər hansı norma nəzərdə tutulmamışdır. İndiki halda isə iddiaçının əlilliyinin təkrar qiymətləndirilərək, əlilliyinin müəyyən edilməsi məhz 9 ay müddət keçdikdən sonra baş vermiş, habelə ona qədər olan müddətdə isə əlliyin təyin edilməsindən cavabdehin imtinası müvafiq qaydada iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmuş, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları əsasında müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmamışdır.. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq norması düzgün tətbiq edilməmiş, cavabdehin imtinası qanunvericiliyin qeyd olunan normalarının tələbinə uyğun olduğu halda, əsassız hesab edilmiş, bununla da iddia tələbini təmin etməklə bağlı iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(118)-942/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar