Məhkəmə qərarları › İş №2-1(105)-563/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-563/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-563/2025 30.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-509/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 fevral 2023-cü il tarixli, № 3-17-1/2-Ş-28291/2023 saylı məktubdan görünür ki, 22 may 2013-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi xidmətdə olduğu və xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 35 il 10 ay 20 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək 7 il 4 ay sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5312,16 manat pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixədək qeydə alınmış 8572,32 manat pensiya kapitalı və xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qeydə alınmış 4491,58 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 566,94 manata çatdırılmışdır. Qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 583,60 manat müəyyən edilmiş və indeksləşdirilərək 669,39 manata çatdırılmışdır. Bildirilmişdir ki, 28 yanvar 2021-ci il tarixli müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması zamanı pensiyanın məbləği 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət Nazirliyin müvafiq arayışı olmadığı halda, ikiqat ölçüdə hesablandığından 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 35 il 10 ay 20 gün olduğu halda 38 il 3 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Nəticədə yaşa görə əmək pensiyasının məbləğində 11 yanvar 2020-ci il tarixdən (müraciət tarixdən 3 il əvvəl) 4 noyabr 2022-ci il tarixədək artıqödəmə aşkarlanmışdır. Bildirilmişdir ki, sözügedən arayışı (dövründə döyüşən ordunun tərkibində xidmət) Abşeron-Xızı regional filialına təqdim etdikdən sonra 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək olan dövrlərin sığorta stajına ikiqat ölçüdə daxil edilərək əmək pensiyasının yenidən hesablanmasına baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 12 may 2023-cü il tarixli, 3-17-1/2-Ş105760/2023 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 22 may 2013-cü il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və Məşğulluq altsistemində olan məlumatlara əsasən, 4 noyabr 2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün, 1 iyun 2019-cu il tarixdən 1 dekabr 2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4.706,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 4 noyabr 2022-ci il tarixdən 569,92 manata çatdırılıb. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 586,58 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 672,81 manata çatdırılmışdır. Təqdim edilən 23 avqust 2021-ci il tarixli, 160 saylı arayışda döyüşən ordunun tərkibində sözü qeyd olunmadığı üçün, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilmişdir ki, 28 yanvar 2021-ci il tarixli müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması zamanı pensiyanın məbləği 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət Nazirliyin müvafiq arayışı olmadığı halda, ikiqat ölçüdə hesablandığı üçün 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 35 il 10 ay 20 gün olduğu halda 38 il 3 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Nəticədə yaşa görə əmək pensiyasının məbləğində 11 yanvar 2020-ci il tarixdən (10 yanvar 2023-cü il tarixli müraciətindən 3 il əvvəl) 4 noyabr 2022-ci il tarixədək artıqödəmə aşkarlanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 2 fevral 2021-ci il tarixli, 5 nömrəli arayışından görünür ki, 1950-ci il təvəllüdlü kapitan İddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində 13 noyabr 1992- ci il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 23 avqust 2021-ci il tarixli, 160 nöməli arayışından görünür ki, 1950-ci il təvəllüdlü kapitan İddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixə qədər keçmiş SSR Silahlı Qüvvələrində, 13 noyabr 1992- cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 531 saylı Qərarına və Azərbaycan Respublikası Müdafiə nazirinin 2 iyun 1993-cü il tarixli, 191 saylı əmrinə əsasən göstərilən 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixə qədər, 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə 1 ay - 2 ay hərbi xidməti kimi hesablanır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ş-101305/2023 nömrəli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya 22 may 2013-cü il tarixdə əmək pensiyası təyin olunmuş, təqdim edilmiş arayışda “Əmək pensiyaları haqqında” Qanunun 24.0.1-ci maddəsinə əsasən, döyüşən ordunun tərkibində sözü qeyd olunmadığından, həmin illərin sosial sığorta stajında ikiqat hesablanması qanuna uyğun hesab olunmamışdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanmasının cavabdeh tərəfindən ləğv edilməsinin qanunsuz sayılması, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi və sığorta stajının 38 il 3 ay 2 gün olaraq bərpa edilməsi, həmin sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və 2022-ci ilin noyabrın 4-dən pensiya məbləğinin hesablanaraq ödənilməmiş hissəsinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-cı il təvəllüdlü olan iddiaçıya 22 may 2013-cü il tarixdə qüvvədə olan qanun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə 28 yanvar 2021-ci il tarixdə etdiyi müraciətə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı pensiyanın məbləği 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət ikiqat ölçüdə hesablanaraq 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 35 il 10 ay 20 gün olduğu halda, 38 il 3 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı qeyd edilən dövrdə Azərbaycan Ordusunun Hərbi-Hava Qüvvələrində kapitan rütbəsində xidmət edərək Azərbaycan Respublikasının müdafiəsində və ərazi bütövlüyünün qorunmasında iştirak etmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsindən 23 avqust 2021-ci il tarixli, 160 saylı arayış alıb cavabdehə təqdim etmişdir. Lakin 2022-ci ilin 4 noyabr tarixdən cavabdeh hər hansı hüquqi əsas olmadan həmin müddət üçün pensiyanın ikiqat ölçüdə hesablanmasını dayandırmış və buna görə ödənilən müvafiq pul məbləğini də ödəməkdən imtina etmişdir. Bunun səbəbi ilə maraqlandıqda cavabdeh tərəfindən yazılı cavab verilərək təqdim edilən arayışda “döyüşən ordunun tərkibində” sözlərinin qeyd edilmədiyi səbəbindən, həmin illərin stajının ikiqat ölçüdə hesablanmasının mümkün olmadığı bildirilmişdir. Halbuki, həmin hesablama cavabdehin özü tərəfindən 10 yanvar 2020-ci il tarixdən başlayaraq aparılmış, sözügedən arayış iddiaçı tərəfindən 23 avqust 2021-ci il tarixdə cavabdehə təqdim olunmuş və hər hansı etiraz bildirilməmişdir. Qanunvericilikdə dəyişiklik edilmədiyi halda cavabdeh sözügedən hesablamalar səhv adlandırılmaqla ləğv edilmiş və pensiya məbləği də müvafiq surətdə azaldılmış, nəzərə alınmamışdır ki, 1992-1997-ci illərdə Azərbaycanda döyüşməyən ordu olmamışdır. Həmin arayışda birbaşa qeyd edilmişdir ki, sözügedən hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə, yəni 1 ay 2 ay hərbi xidmət kimi hesablanır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq iddianının təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 37.3.1, 24.0.1, 26.4, 29.1-ci maddələrinə, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.18-ci yarımbəndinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-509/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 may 2023-cü il tarixli, 3-17-1/1-Ş- 101305/2023 saylı qərarı ləğv edilməsi, İddiaçı 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq, sığorta stajının 38 il 3 ay 2 gün olaraq bərpa edilməsi ilə əmək pensiyasının yenidən hesablanması və 4 noyabr 2022-ci il tarixdən əmək pensiyasının ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: - döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; - “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti (1 may 1997-ci il tarixədək qüvvədə olmuş, 1 may 1997ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşmüşdür.) - respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə; - reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; - su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla; Birinci instanisiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya münasibətdə həmin Qərarın 2-ci bəndinin 2-ci altbəndi, yəni - “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti (1 may 1997-ci il tarixədək qüvvədə olmuş, 1 may 1997-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşmüşdür.) tətbiq edilməlidir ki, bu halda arayımda “döyüşən ordunun tərkibində” sözləri yazılmalı deyildir. Həmin yarımbənd 1 may 1997-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşmüş olsa belə, iddiaçının xidmət keçdiyi dövrdə qüvvədə olduğundan, hazırki işə münasibətdə tətbiq edilməli maddi hüquq normasıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.18-ci yarımbəndinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti həmin Nazirliyin arayışına əsasən müəyyən edilir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə ünvanlanmış soröuya cavab olaraq həmin qurum tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müdde həqiqi hərbi xidmət, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək ehtiyatda olan zabitlərin hazırlıq kursunu keçmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 047 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Yuxarıda qeyd olunan məktubda, həmçinin İddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli № 160 saylı arayışda döyüşən ordunun tərkibində sözü qeyd olunmadığı üçün xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan məsələyə münasibətdə bildiririk ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanmasının cavabdeh tərəfindən ləğv edilməsinin qanunsuz sayılması, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi və sığorta stajının 38 il 3 ay 2 gün olaraq bərpa edilməsi, həmin sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və həmin sığorta stajı nəzərə alınmaqla 2022-ci ilin noyabrın 4-dən pensiya məbləğinin hesablanaraq ödənilməmiş hissəsinin birdəfəlik verilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən təqdim etdilmiş xx.xx.2021-ci il tarixli 160 saylı arayışda “döyüşən ordunun tərkibində” sözü qeyd olunmadığı üçün xx.xx.1992ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sosial sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixə qədər keçmiş SSR Silahlı Qüvvələrində, 13 noyabr 1992-cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müvafiq arayışda “döyüşən ordunun tərkibində” sözləri qeyd olunmamışdır. Eyni zamanda cavabdeh həmin orqana özü sorğu ünvanlamış və sorğuya cavabda iddiaçının “döyüşən ordunun tərkibində” xidmət etməsi ifadəsi qeyd edilməmişdir. Bununla əlaqədar olaraq, cavabdeh iddiaçıya əmək pensiyasının təyin olunmasında səhvə yol verildiyini hesab etmiş və əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması zəruridir. Nəzərə alınmalıdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Onu da nəzərə almaq lazımdır ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması bir sıra xüsusi hüquqi aktlar ilə tənzimlənir. ...” İddiaçının istinad etdiyi və iddiaçıya ilkin əmək pensiyasının yenidən hesbalanması zamanı əsas götürülən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 160 saylı arayışa görə iddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixə qədər keçmiş SSR Silahlı Qüvvələrində, 13 noyabr 1992-cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir; - Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına və Azərbaycan Respublikası Müdafiə nazirinin 2 iyun 1993-cü il tarixli, 191 saylı əmrinə əsasən, göstərilən 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixə qədər, 1 may 1998-ci il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə 1 ay - 2 ay hərbi xidməti kimi hesablanır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: - döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; - “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti (1 may 1997-ci il tarixədək qüvvədə olmuş, 1 may 1997ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşmüşdür.) - respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə; - reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; - su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla. Birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, qeyd olunan normada “döyüş şəraitində” ifadəsi döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində “müalicəxanalarda fasiləsiz olma müddəti” ilə əlaqələndirilmişdir, həmin ifadə iddiaçının tələbinin qanuni olub-olmamasının qiymətləndirilməsi zamanı dispozitiv şərt kimi qəbul edilməməlidir. Çünki iddiaçının tələbi həmin normanın ikinci altbəndi ilə tam əhatə edilir və iddiaçının tələbinin qanuni əsası kimi çıxış edə bilər. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, cavabdeh əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarı qəbul etdikdən və iddiaçı hazırki iddianı qaldırdıqdan sonra (xx.xx.2023-cü il tarixdə) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə sorğu ilə müraciət etmiş və həmin qurum xx.xx.2023-cü il tarixdə cavabdehə cavab vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 09 dekabr 1991-ci il tarixli 210-Xll nömrəli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunu ilə rəsmi şəkildə Azərbaycan Respubikasının Silahlı Qüvvələri yaradılmışdır. 1992-1994-cü illərdə əsas ordu quruculuğu ilə yanaşı, faktiki döyüş əməliyyatları həyata keçirilirmiş və Azərbaycan Respublikası mühairbə şəraitində olmuşdur. 1994-cü ilin may ayına atəşkəs elan olunsa da, sərhədboyu mütamadi olaraq silahlı toqquşmalar və təxribatlar davam etmişdir. Azərbaycan Ordusu döyüş hazırlığını və sərhəd mövqelərini qorumaqla aktiv şəkildə fəaliyyət göstərmişdir. Bununla bağlı Azərbaycan Ordusunun həmin illərdə döyüşən ordu statusuna malik olması şübhəsiz faktdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, “döyüşən ordunun tərkibində” ifadəsi arayışda qeyd edilməməsi səbəbi ilə iddiaçının əmək pensiyasının onun ziyanına yenidən hesablanması əsaslı hesab edilə bilməz. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi qərar qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-509/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar