Məhkəmə qərarları › İş №2-1(105)-564/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-564/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-564/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)- 1945/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ünvan 1 ünvanına dair X3 adına aparılmış özəlləşdirilməsinin və bunun əsasında verilmiş çıxarışının ləğvi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşməklə bu mənzil iddiaçı işlədiyi SAM İstehsalat Birliyinin 6 dekabr 1993-cü il tarixli protokolu əsasında 20 oktyabr 1994-cü il tarixli, 530 saylı orderə əsasən iddiaçıya və oğlu İsmayılov Ceyhuna ayrılmışdır. Bu otaq əvvəlcə həmin zavodun işçisi İ.Aşurovaya ayrılmış, lakin həmin şəxsə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verildiyi üçün bu otaq boş otaq kimi iddiaçıya verilmişdir. Lakin İ.Aşurovanın mənzilində məcburi köçkün ailəsi yaşadığı üçün o mənzildən çıxmamış və iddiaçı onun ailə üzvləri ilə birlikdə bu mənzildən çıxmaları ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə İ.Aşurovaya ailə üzvləri ilə bu mənzildə həmin məcburi köçkün başqa yaşayış sahəsinə köçürülənə qədər yaşamaq üçün möhlət verilmişdir. Lakin bu mənzilə dair iddiaçının adına order olmasına baxmayaraq İ.Aşurovanın oğlu E.Aşurov SAM İstehsalat Birliyinə müraciət edərək 20 aprel 2009-cu il tarixdə Protokol əldə etmiş və həmin protokol əsasında öz adına order almaqla bu otağı özəlləşdirmişdir. Bundan sonra o Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçını və uşaqlarını bu mənzildən qeydiyyatdan çıxarmışdır. İddiaçı və ovladı bu barədə şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız hesab olunmasını bildikdən sonra məlumat əldə etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdirlər. Lakin iddiaçının adına order olduğu halda “Azərkimya” İstehsalat Birliyi SAM zavodunun HK-si qanunsuz protokol əsasında onun orderini ləğv edərək həmin zavodda işləməyən Elvin Aşurovun adına protokol əsasında bu mənzili ayırmış və order vermişdir. E.Aşurov da 4 fevral 2012-ci il tarixdə bu mənzili özəlləşdirməklə adına çıxarış almışdır. İddiaçı bu barədə özünün və uşaqlarının şəxsiyyət vəsiqələri sistemdə etibarsız sayıldıqdan sonra bilmiş və ona məlum olmuşdur ki, E.Aşurov bu mənzili iddiaçı ailəsilə qeydiyyatda olduqları halda mənzili öz adına özəlləşdirməklə çıxarış almış və bundan 11 sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmağına nail olmuşdur. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq həyata keçirilmiş, mənzildə qeydiyyatda olanların dairəsini düzgün müəyyən etməmiş və özəlləşmə qanunsuz aparılmaqla həmin mənzilə dair çıxarış verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1(118)-5757/2023 saylı qərardadı ilə X6, X7, X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra iş üzrə üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək hazırkı icraatın dayandırılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, tərəflər arasında uzun müddət davam edən mübahisə mövcuddur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2- 1469/2003 nömrəli qətnaməsinə əsasən iddiaçının iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasının İradə Aşurovaya məxsus mənzil boşaldılanadək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdeh X4 mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququnun bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzilin cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan onun order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya instansiya məhkəməsinə şikayət göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2024 saylı, 6 fevral 2024-cü il tarixli qərardadına əsasən, X3 şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 17 yanvar 2024-cü il tarixli qərardadlarının ləğv edilməsi, X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qərardadın əsaslandırıcı hissəsində göstərilən məsələlər aydınlaşdırılıb hüquqi qiymət verilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qət edilmişdir. Mübahisəyə səbəb olan əsas predmet ünvan 1 ünavnıdır. Göründüyü kimi mübahisləndirilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2- 1469/2003 nömrəli qətnaməsi hazırkı mübahisə ilə birbaşa bağlıdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər icraat dayandırılır. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)-1945/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ünvan 1 ünvanına dair X3 adına aparılmış özəlləşdirilməsinin və bunun əsasında verilmiş çıxarışının ləğvi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-1945/2024 saylı inzibati icraat Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddianın həllində əhəmiyyət kəsb edən istinad olunan Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsi mübahisələndirildiyindən (Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır) iş üzrə icraat həmin mübahisə həll edilənə kimi dayandırılmalıdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, bu normanın tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Lakin göründüyü kimi mübahisələndirilən inzibati akt-çıxarış 2003-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsindən 9 il sonra, yəni 2012-ci ildə verilmiş sənədlərdir və 2003-cü ildə qəbul edilmiş qətnamədə o iddiaçı olaraq order əsasında ona verilmiş və ailə üzvləri ilə qeydiyyatda olduğu mənzildən hazırki iş üzrə üçüncü şəxsin anası olan İ.Aşurovanın mənzildən cıxarılması barədə iddianı irəli sürmüşdür. Həmin qətnamə üzrə E.Aşurov cavabdeh kimi tanınmamış və cəlb olunmamışdır. Bu halda mübahisələndirilən sənədin ləğv olunması ilə bağlı işə 2003-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsinin hər hansı bir təsiri yoxdur və həmin qətnamə hazırki mübahisəyə baxılmasına hər hansı bir maneə yaratmır. Qətnamənin ləgvi və ya qüvvədə qalması mübahisələndirilən sənədin qanuniliyinin yoxlanılmasına və bu iş üzrə məhkəmə aktının qəbul edilməsinə təsir etmir. Həmin qətnamə üzrə iddiaçı hazırki iş üzrə iddiaçı olan İddiaçıdır, o, həmin iddianı adına olan hüquqmüəyyənedici sənədlər əsasında qaldırmışdır və 2003-cü ildə iddia verən zaman onun adına order qüvvədə olmuş və o, bu mənzildə ailə üzvləri ilə pasport qeydiyyatında idi. Qəbul etsələr ki, o, 3-cü şəxsin anası İ.Aşurovanın mənzildən çıxarılması barədə həmin iddianı qaldırmamışdır və belə bir qətnamə də yoxdur, bu halda da 2003-cü ildə qəbul edilmiş qətnamənin onun iddiası üzrə mənzilə dair aparılmış özəlləşdirmənin və onun əsasında verilmiş çıxarışın qanuniliyinin yoxlanılmasına hər hansı bir təsiri yoxdur və bu da hazırki inzibati iş üzrə icraatın dayandırılmasına əsas vermir. Dəfələrlə bu fikirlərin tərəfindən səslənməsinə baxmayaraq məhkəmə qaldırılmış iddia üzrə araşdırma aparmaq əvəzinə bu işi bəlli olmayan bir müddətə əsassız olaraq uzanmasına xidmət etmiş, bu qərardadı qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X5 şikayətin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. 7.3. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək hazırkı icraatın dayandırılmasını xahiş etmiş, vəsatət təmin edilərək hazırkı iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Kollegiyası ilk öncə qeyd edir ki, inzibati iş üzrə dayandırmanın əsasları yuxarıda qeyd edilən İPM-in 7-ci maddəsində tənzimlənmişdir. Birinci instansiya məhkəməsi qərardadında hazırkı iş üzrə iddianın həllində Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsinin qüvvəyə minməsinin əhəmiyyət kəsb etməsi əsası ilə iş üzrə icraatı dayandırsada, bu əhəmiyyətin nədən ibarət olmasını və hazırkı iddianın daynandırılmasının zəruriliyini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər əsaslıdır. Kollegiya qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsi mülki hüquq münasibətlərin müəyyən olunması ilə bağlı olduğu halda, hazlrkı iddia mülkiyyət sənədlərinin mübahisələndirilməsi ilə bağlıdır və mahiyyəti etibarı ilə hazırkı iddia mülki hüquq münasibətlərinin müəyyən olunmasında əhəmiyyət daşıyacaqdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması ilə bağlı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar