Məhkəmə qərarları › İş №2-1(105)-565/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-565/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-565/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin X2rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X17 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin X2rşı “ona əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-735/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus ƏƏSMN yanında DSMF Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 022907 saylı vəsiqədən və qiymətləndirmə məlumatlarından görünür ki, X6 xx.xx.2018-ci il tarixdən müddətsiz İİİ dərəcə əlillik (2.5.14. bir gözün olmaması və ya əməli korluğu) təyin edilmişdir.

3. Şamaxı rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(074)-2745/2016 saylı qətnaməsindən görünür ki, 07 mart 2015-ci il tarixdə vəfat etmiş X1 özünü 06 avqust 1964-cü il təvəllüdlü X7 atası kimi etiraf etməsi faktının müəyyən edilməsi qət edilmişdir.

4. İddiaçıya məxsus ЗТ 036919 saylı diplomdan görünür ki, X10 1981-ci ildən 1986ci ilədək Sumqayıt Politexnik texnikumunda təhsil almışdır.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-1513/2018-ci il saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 1986-cı ilin aprel ayından 1986-cı ilin dekabr ayına kimi Ermənistan Krasnoselsk rayonu “Gölkənd” sovxozunda və 1986-cı ilin dekabr ayından 1988-ci ilin aprel ayına kimi Ermənistan Dilican şəhəri “İmplus” zavodunda və 1988-ci ilin aprel ayından 1988-ci ilin dekabr ayına kimi Krasnoselsk rayonu “Gölkənd” sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir.

6. Ağsu rayon Dövlət Arxivinin 05 noyabr 2018-ci il tarixli 345 saylı arxiv arayışından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan “Nizami” adına kolxozun 1988-1989-cu illərin əməyin ödənişinə görə uçot kitablarından müəyyən olunmuşdur ki, X10 1988-ci ilin dekabr ayından 1989-cu ilin iyun ayı olmaqla “Nizami” kolxozunda işləyərək əmək haqqı almışdır.

7. X15 filialının xx.xx.2018-ci il tarixli, 696 nömrəli arxiv arayışında iddiaçı Sadıqov (İbrəhimov) Rasim Məcid oğlunun 1989-1997-ci illərdə Şamaxı rayonun Saqyan kəndində “Dimitrov” adına sovxozda işlədiyi qeyd edilmiş və onun həmin illər üzrə aldığı əmək haqqlarının aylar üzrə məbləği göstərilmişdir.

8. X15 filialının xx.xx.2018-ci il tarixli, 646 nömrəli arxiv çıxarışından görünür ki, X3 adına sovxozun direktorunun 100 saylı, 12 iyul 1989-cu il tarixli əmri ilə işə qəbul edilmiş, M.Hadi adına sovxozun direktorunun 17 saylı, 16 fevral 1994-cü il tarixli əmri ilə milli orduya çağırışdan geri qaytarıldığı üçün öz işinə qaytarılmış, M.Hadi adına sovxozun direktorunun 15 saylı, 01 mart 1997-ci il tarixli əmri ilə işdən azad edilmişdir.

9. AT-İİİ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-ci ildən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu ildən xx.xx.1997-ci il tarixədək, xx.xx.2000-ci ildən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

10. 0506821 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

11. Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 30 iyul 2018-ci il tarixli arayışında İddiaçı 2000-ci ildən 2005-ci ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində mühasib vəzifəsində işlədiyi qeyd edilmiş və onun 2000-2004-cü illər ərzində aldığı əmək haqqlarının aylar üzrə məbləğləri göstərilmişdir.

12. X15 filialının Şamaxı şəhər Regional ASAN Xidmət Mərkəzinə ünvanladığı 259 saylı, 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Şirvan bələdiyyəsinin sənədləri X15 filialına təhvil verilməmişdir.

13. İddiaçı ona əlilliyı görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

14. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X12 Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət social sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək 3T№036919 saylı diplomuna əsasən təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 15 il 2 ay olmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11961,01 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən Şamaxı rayonu Şirvan bələdiyyəsi 2014-cü il tarixində Şamaxı rayonu Günəşli bələdiyyəsinə birləşdirilmiş və birləşmə zamanı Şirvan bələdiyyəsinin heç bir arxiv sənədi təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2018-ci il tarixindən 110 manat məbləğində İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X2rşı iddia qaldıraraq cavabdehin 29 oktyabr 2021-ci il tarixli ********* saylı imtinasının əsassız hesab olunması və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “ona əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 57 yaşı var. 3-cü qrup gözdən əlildir. Ona sosial pensiya təyin olunmuşdur. Əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılması üçün DSMF-nin Sosial ödənişlərin X12 filialına göndərmişdir. Filial 29 Oktyabr 2021-ci il tarixli ********* saylı məktubu ilə onun 15 il 2 ay sığorta stajı və 11961,01 manat pensiya kaptalı olması, yəni, tələb olunan pensiya kapitalından (13603,59 manatdan) az olması səbəbindən ona əmək pensiyası təyin olunmasından imtina etmişdir. Belə hesab edir ki, DSMF-nin Sosial ödənişlərin X12 filialının ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Krasnoselsk rayonu Gölkənd kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı 1989-cu ildə Azərbaycana köçmüşdürlər və Şamaxı rayonu Şirvan kəndində məskunlaşmışlar. Müxtəlif təşkilatlarda işləmişdir. Hamısı əmək kitabçası ilə və məhkəmə qərarı ilə tam təsdiq olunmuşdur. DSMF-nin Sosial ödənişlərin X12 filialı bu stajdan 15 il 2 ayını qəbul edir və buna görə hər ilinə 750 manat pensiya kapitalı hesablamaqla ümumi pensiya kapitalının 11961,01 manat olduğunu göstərir. Cavabdeh onun xx.xx.2000-ci ildən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi müddəti onun sığorta stajına daxil etmir. Səbəb də onu göstərir ki, Şirvan bələdiyyəsinin sənədləri arxivə təhvil verilmədiyindən əmək haqqı barədə sənədlər yoxdur. Amma o həmin işlədiyi dövrdə aldığı əmək haqqı barədədə arayış təqdim etmişdir. Həmin arayışın kserosurətini də ərizəsinə əlavə etmişdir. O dövrdə qüvvədə olmuş əmək pensiyaları haqqında qanunvericiliyə əsasən işçinin əmək stajı onun əmək kitabçasına əsasən müəyyən olunurdu. Həmin dövrlərdə onun Şirvan bələdiyyəsində işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Bələdiyyənin sənədlərinin arxivə təhvil verilməməsi onun günahı deyildir. Bu 4 il 11 ay da onun sığorta stajına hesablanacağı təqdirdə onun 15796,01 manat pensiya kapitalının olduğu müəyyən olunur. Yəni, bu tələb olunan pensiya kapitalından çoxdur.

18. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı X5 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3- cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRl-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş üzrə icraat materiallarından məlum olunduğu kimi İddiaçı xx.xx.2018-ci il tarixdə İİİ qrup əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. İşin mübahisələndirilən halı bundan ibarətdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (11.961.01 manat) tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) az olduğu üçün əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Digər mübahisələndirilən hal isə iddiaçının 2000-2004-cü illərdə Şamaxı rayon Şirvan bələdiyyəsində işlədiyi dövrdür. Belə ki həmin dövrə aid Şirvan bələdiyyəsinin heç bir arxiv sənədi təhvil verilmədiyi 30 iyun 2021-ci il tarixli 259№ li Azərbaycan Respublikasının Milli Arxiv idarəsi X11 Filialının tərtib etdiyi arayışda öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 1. SH=PSK/(TxK), burada: 2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; 3.PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); 4.T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 5.К - sığorta davamiyyəti əmsalıdır. Sözügedən Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçı R.İbrahimova münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği aşağıdakı kimidir: 1. 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 2. 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; 3. Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 156/192= 0,8125; 4. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəi aylarının sayına vurulur: 0, 8125x144=117; 5. Pensiya sığorta kapitalı (PSK=11.961,01) alınmış rəqəmə bölünərək (11.961,01:117 = 102,230855 (103) manat) pensiyanın məbləği 103 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 103 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilər əmək pensiyasının minimum məbləğindən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasın Qanununun 7.0.3-ci maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyətli olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Buna əsasən bildirlir ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən İİİ dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir. Ümumilikdə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün cavadeh tərəfindən verilən imtina qanunauyğun olmuşdur.

19. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-735/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X12 Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qeyd olunan dövrləri iddiaçının sosial sığorta stajı kimi nəzərə almasından imtinası əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

21. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti imtinanın və iddia ərizəsinə etirazın dəlillərinə uyğun eyni məzmunda əsaslandırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

24. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

31. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Hazırkı mübahisənin predmetini iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinası iddiaçının əmək fəaliyyəti dövrü, təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajının 15 il 2 ay olmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) az olması, habelə 2000-2004-cü illərdə Şamaxı rayon Şirvan bələdiyyəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaması ilə bağlıdır.

37. Cavabdehin imtinası ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda onun bələdiyyədə işləməsi Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 30 iyul 2018-ci il tarixli arayışı ilə təsdiq olunur.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəlləsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyindən, iddiaçıya məxsus və notarial qaydada təsdiqlənmiş surəti iş materiallarında olan əmək kitabçasında isə onun xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şirvan bələdiyyəsində mühasib vəzifəsində işləməsi qeyd edildiyindən həmin dövrlər onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı əmək kitabçasında olan müvafiq qeydin Günəşli bələdiyyəsinin sədri tərəfindən imzalanaraq həmin bələdiyyənin möhürü ilə təsdilənməsini iddiaçı onunla izah etmişdir ki, evində yanğın baş verdiyi üçün bir sıra sənədləri itmiş, bununla əlaqədar olaraq da hətta əvvəl işlədiyi dövrlərə dair əmək stajını da məhkəmə qaydasında təsdiqlətmiş, daha sonra əmək kitabçası tapıldığından həmin kitabçada əvvəlki Şirvan bələdiyyəsinin yerində hazırda fəaliyyət göstərən Günəşli bələdiyyəsinin sədri tərəfindən müvafiq qeyd aparılmışdır. Hətta 2018-ci ildə Saqiyan bələdiyyəsi tərəfindən onun işləməsi və əmək haqqı barədə arayış təqdim olunmuşdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Şamaxı rayonu” bölməsində əvvəlki “Şirvan” bələdiyyəsinin əvvəlcə “Saqiyan” bələdiyyəsi, daha sonra isə “Günəşli” bələdiyyəsi kimi fəaliyyət göstərməsi müəyyən edilir.

39. Cavabdehin apellyasiya şikayətinin qeyd edilən iddiaçının Şirvan bələdiyyəsində mühasib vəzifəsində işləməsinin mübahisələndirilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin illərin sığorta stajı kimi nəzərə alınmaması üçün cavabdeh inzibati orqanın gətirdiyi dəlillər və şübhələri kifayət deyildir. Əmək kitabçasındakı müvafiq məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

40. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi bələdiyyənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, həmin dövrlər də iddiaçıya əlilliyə görə əmək pensiyasənın təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

41. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X12 Filialının 13 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi dövrlər sosial sığorta stajında nəzərə alındığı halda vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 15437,06 manat təşkil edir.

42. Beləliklə, iddiaçının 01.2000-ci ildən xx.xx.2004-cü ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi dövrlər də sığorta stajı kimi nəzərə alındıqda onun pensiya kapitalının məbləği (15437,06 manat) cavabdehin imtinasında və etirazında göstırilən tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) artıq olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-735/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar