Məhkəmə qərarları › İş №2-1(105)-566/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-566/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-566/2023 18.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İnzibati şikayətin təmin edilməməsi” haqqında və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarların ləğv edilməsi, vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(118)-496/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 sentyabr 2020-ci il tarixli, **********097000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci il üzrə İddiaçı MMC barəsində 7200 manat torpaq vergisi hesablanmışdır. İddiaçı həmin qərarla razılaşmayaraq Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin 01 iyul 2021-ci il tarixli, **********916200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” haqqında qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 sentyabr 2020-ci il tarixli, **********097000 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı yenidən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli inzibati şikayət vermişdir. Dövlət Vergi Xidmətinin 07 fevral 2022-ci il tarixli, **********956100 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması” haqqında qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehə müraciətləri üzrə müvafiq qərar qəbul edilməsi, yəni aparılmış icraatın təzələnməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əsl cavabdeh Dövlət Vergi Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-496/2023 nömrəli qərardadı ilə DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və Dövlət Vergi Xidməti iş üzrə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə dair ərizə təqdim edərək “İnzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2021-ci il tarixli **********916200 nömrəli və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarların ləğv edilməsi, vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən iddiaçı MMC-yə 2019-cu il üzrə 7200 manat, 2020-ci il üzrə 7200 manat və 2021-ci il üzrə 7200 manat torpaq vergisi hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən müxtəlif vaxtlarda müraciətlər olunaraq məsələnin yenidən və tam araşdırılması və yekun nəticədə hesablanmış vergi məbləğinin düzgün hesablanmaqla azaldılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müraciətlərində qeyd etmişdir ki, icarəyə verilmiş yataq sahəsinin ölçüsü 5.0 ha olsa da, uzun müddətdir ki, MMC təxminən 1 ha yataq sahəsində istismar işləri ilə məşğul olur. Çünki yerdə qalan hissə uzun müddət əvvəl istismar edilmiş və mişar daşı istehsalı aparılmış sahənin bərpası və ya təkrar istismarı mümkün deyildir. Bununla bağlı müvafiq olaraq 5GK statistik balans hesabatı da təqdim edilmiş, lakin vergi orqanı həmin hesabatın 5,0 ha qeyd edilən hissəsinə əhəmiyyət vermiş, digər hisesəsinə baxmamışdır. Belə olan halda, vergi ödəyicisinin 5,0 ha sahənin istimarına görə vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Daha sonra vergi ödəyicisi tərəfindən **********945000 saylı, xx.xx.2022-ci il tarixli vergi yoxlaması üzrə qərarlara yenidən baxılmasına dair ərizə ilə vergi orqanına müraciət olunaraq kameral vergi yoxlaması üzrə qəbul edilmiş qərarların ləğv edilməsi və icraatın təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş olunmuş və göstərilmişdir ki, vergiyə cəlb edilmiş torpaq sahəsinə dair cəmiyyətin hüquqlarına xitam verilmiş və vergiyə cəlbetmə müddətində həmin torpaq sahəsi cəmiyyətin istifadəsində olmamışdır. Bu xüsusatı təsdiq edən sənədlər müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərə əlavə edilməklə vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən həmin müraciətlərə cavab olaraq göndərilən xx.xx.2022-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********916200 nömrəli qərar və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərardan sonra daxil olmuş eyniməzmunlu təkrar müraciətlərə Dövlət Vegi Xidmətində baxıla bilmədiyi üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə müraciət etmək tövsiyyə olunur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 2019, 2020, 2021-ci illər üzrə “Torpaq vergisinin bəyannamələri" təqdim edilmədiyi üçün “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktublar göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən həmin dövrlər üzrə “Vergilərin hesablaması barədə qərarlarla (xx.xx.2021ci il tarixli, **********517200 nömrəli, xx.xx.2020-ci il tarixli **********097000 nömrəli, xx.xx.2021-ci il tarixli **********921900 nömrəli) hər dövr üzrə VM-nin 206.3-cü maddəsinə əsasən 7.200,00 manat vergi hesablanmışdır. Bundan sonra iddiaçı tərəfindən müvafiq dövrlər üzrə dəqiqləşmiş bəyannamələr verilmiş, vergi orqanı tərəfindən isə həmin bəyannamələr qəbul edilməmiş, hesablanmış vergi məbləği bərpa edilmişdir. İddiaçı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində inzibati şikayət qaydasında müraciət etmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixli məktubun icra müddəti uzadılmış yə xx.xx.2021-ci il tarixli, **********615500 nömrəli məktubla məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarla 2019 və 2021-ci il üzrə torpaq vergisinə münasibətdə inzibati şikayət baxılmamış saxlanılmış, 2020-ci il torpaq vergisinə münasibətdə isə xx.xx.2021-ci il tarixli, **********916200 nömrəli qərarla inzibati şikayət təmin edilməmişdir. İddiaçı tərəfindən vergi orqanına xx.xx.2022-ci il tarixli, **********945000 nömrəli təkrar müraciət daxil olmuş, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********037600 nömrəli cavab məktubu ilə müraciətə Dövlət Vergi Xidmətində baxıla bilinmədiyi üçün (xx.xx.2022-ci il qərarla inzibati şikayət baxılmamış saxlanıldığı, xx.xx.2021-ci il tarixli qərarla inzibati şikayət təmin edilmədiyi üçün) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mümkünlük məsələsi ilə bağlı bildirilir ki, iddiaçı düzgün iddia növündən istifadə etməmişdir. Belə ki, iddiaçı iddia tələbini öhdəliyin icrası haqqında iddia növü ilə əsaslandırmağa çalışmışdır, halbuki iddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. Çünki iddiaçının iddia tələbi arzuladığı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İnzibati icraatın təzələnməsi ilə iddiaçı ilkin hüquqi vəziyyətinə (ilkin inzibati aktın qəbul edilməsindən əvvəlki vəziyyət) qayıdır, ilkin hüquqi vəziyyətə qayıdılması üçün isə vergilərin hesablaması barədə müvafiq qərarlar ləğv edilməlidir. İddiaçının inzibati orqan tərəfindən qəbul edilməsini arzuladığı inzibati akt inzibati icraatın təzələnməsi barədə qərardır. İddiaçı xx.xx.2022-ci il tarixli **********945000 nömrəli müraciətlə icraatın təzələnməsini istəmiş, xx.xx.2022-ci il tarixli **********037600 nömrəli cavab məktubu ilə bunun mümkün olmadığı bildirilmişdir. DVX-nın elektron sistemindən çıxarılmış vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda xx.xx.2022-ci il tarixli **********037600 nömrəli cavab məktubunun xx.xx.2022-ci il 15:21:36 tarixində oxunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Əlavə olaraq qeyd edir ki, hazırkı işdə cavabdeh qismində Dövlət Vergi Xidməti deyil, Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş idarəsi olmalıdır. Belə ki, vergilərin hesablanmasına əsas olmuş qərarlar 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Yuxarı inzibati orqan tərəfindən isə yalnız ilkin inzibati aktın qəbul edilməsinə əsas olmuş hallar araşdırılır, həmin aktın qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır. Buna görə də aşağı inzibati orqana məlum olmayan, şikayət instansiyasında təqdim edilən yeni sübutun qiymətləndirilməsi mümkün deyildir. Bir sözlə, DVX-nın ‘’inzibati şikayətin təmin edilməməsi” və “İnzibati şikayət baxılmamış saxlanılması” haqqında qərarlarına münasibətdə icraatın təzələnməsi mümkün deyildir. İnzibati icraatın başlanma tarixi “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubların iddiaçıya göndərilmə vaxtı hesab edilir. Lakin iddiaçının xx.xx.2022-ci il tarixli icraatın təzələnməsi ilə bağlı müraciətinin sənəd qoşmasında təqdim etdiyi “yeni sübutlar" inzibati icraatın başlanılma tarixindən əvvəlki dövrlərə aiddir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, inzibati icraatın aparıldığı vaxt və inzibati akt qəbul edildiyi zaman həmin sübut mövcud olmuşdur. Amma iddiaçı müvafiq ərizəsində bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim, edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(118)-496/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə əsaslandırması ondan ibarət olmuşdur ki, mübahisələndirilən qərarlar aşağı vergi orqanının qəbul etdiyi qərarlar üzrə baxılan şikayət əsasında qəbul edilmişdir. Aşağı vergi orqanına məlum olmayan halların yuxarı orqanda araşdırılması və qiymət verilməsi mümkün olmamaqla, qanunun tələblərinə də uyğun deyildir. Hesab edir ki, məhkəmənin mövqeyi işin hallarına uyğun deyildir. Belə ki, aşağı vergi orqanında qəbul edilmiş qərarların mübahisələndirilməsi əsasları vergi ödəyicisinin vergi mükəlləfiyyətinin yaranması və vergitutma obyektinə mənsubiyyət (torpaq sahəsinə mülkiyyət/istifadə hüququnun əsasları, torpaq sahəsinin ölçüsü və sair) barədə olmuşdur. Aşağı vergi orqanı həmin məsələlər üzrə hər hansı araşdırma aparmadan dərhal qərar qəbul etməklə, vergi ödəyicisinin iştirakını təmin etməmiş, daha sonra verilmiş şikayət üzrə isə inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarı orqan tərəfindən araşdırma aparılmışdır. Beləliklə, aşağı orqan tərəfindən işin araşdırılmasının təmin edilməməsində vergi ödəyicisinin təqsiri olmadığından, bu məsələyə görə vergi ödəyicisinin mübahisə qaldırmaq (iddia vermək) hüququnun məhdudlaşdırılması qanuni deyil. Digər tərəfdən, hazırki icraat çərçivəsində qərarları mübahisələndirilən yuxarı vergi orqanı tərəfindən uzun müddətli və kifayət qədər geniş araşdırma aparılmışdır. Həmin araşdırmanın məqsədi də məhz aşağı vergi orqanı tərəfindən qərar qəbul edilərkən vergi tutma obyektinin düzgün müəyyən edilib-edilməməsi, torpaq sahəsinə vergi ödəyicisinin aidiyyəti və sair məsələlərdən ibarət olmuşdur. Ancaq işdən göründüyü kimi aşağı vergi orqanının qərarlarını qüvvədə saxlayan vergi orqanı şikayətin əsaslarından asılı olmadan vergitutma obyektinin düzgün müəyyən edilib-edilməməsini araşdırmağa borclu idi. Vergi ödəyicisi vergi tutuma obyektinin düzgün müəyyən edilməməsi ilə bağlı mövqeyində və bu məsələnin yenidən araşdırılmasından ibarət iddiasında haqlı olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iddia tələbi 3 hissədən ibarətdir: 1) Cavabdehin “İnzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2021-ci il tarixli **********916200 nömrəli qərarının ləğv edilməsi; 2) “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarının ləğv edilməsi; 3) Vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdehə həvalə edilməsi. Məhkəmə kollegiyası birinci tələbə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 sentyabr 2020-ci il tarixli, **********097000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci il üzrə iddiaçı barəsində 7200 manat torpaq vergisi hesablanmışdır. İddiaçı həmin qərarla razılaşmayaraq cavabdeh orqana inzibati şikayətlə müraciət etmişdir. Cavabdehin 01 iyul 2021-ci il tarixli, **********916200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” haqqında qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 sentyabr 2020-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə istinadla sözügedən aktın mübahisələndirmə haqqında iddianın predmeti ola bilməyəcəyi əsası ilə mümkün saymamışdır. Belə ki, İPM-nin 32.2-ci maddəsində mübahisələndirmə haqqında iddianın predmeti təsbit edilmişdir. Belə ki, həmin maddəyə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Mübahisələndirilən “İnzibati şikayətin təmin edilməməsi” haqqında qərardan isə görünür ki, həmin qərarla üçüncü şəxs üçün hər hansı öhdəlik yaradılmamış, eləcə də iddiaçı barəsində əlavə öhdəliklər və ya əlavə məhdudiyyətlər nəzərdə tutulmamış, həmin qərarla barəsində şikayət verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, sözügedən inzibati şikayətin təmin edilməməsi haqqıda qərar mübahisələndirmə haqqında iddianın predmetinə aid deyildir. Həmçinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü bəndinin 3-cü cümləsində qeyd edilir ki, mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci hissədə iddia mümkün sayılmamalıdır. Kollegiya iddiaçının ikinci, yəni “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarının ləğv edilməsi tələbi ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianın mümkün sayılmaması ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, hüquqi mövqeyi əsaslı olmamışdır. Belə ki, məhkəmə həmin tələbi inzibati şikayətin təmin edilməməsi haqqında qərarla eyni qaydada mübahisələndirmə haqqında iddianın predmeti kimi qəbul etməməklə mümkün saymamışdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, inzibati şikayətin təmin edilməməsi haqqında qərarın qəbulundan sonra iddiaçı yenidən xx.xx.2021-ci il tarixli inzibati şikayətlə cavabdehə müraciət etmiş, cavabdehin 07 fevral 2022-ci il tarixli, **********956100 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması” haqqında qərarı ilə müddətin ötürülməsi əsası ilə inzibati şikayət baxılmamış saxlanılmışdır. “İnzibati icraat haqqında” Qanunun 75.2-ci maddəsinə əsasən şikayət instansiyası şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi inzibati şikayətin baxılmamış saxlanılması haqqında qərardan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qaydada, yəni məhkəməyə şikayət verilə bilər. Belə olan halda, kollegiya hesab edir ki, inzibati şikayətin baxılmamış saxlanılması haqqında qərar əlverişsiz inzibati akt olmaqla mübahisələndirmə haqqında iddianın predmetidir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı mübahisələndirilən inzibati aktdan, yəni “İnzibati şikayətin baxılmamış saxlanılması” haqqında qərardan 2022-ci ilin fevral ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il sonra, xx.xx.2023-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İşin qeyd edilən hallarına əsasən kollegiya hesab edir ki, ikinci iddia tələbi qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ötürülməklə mübahisələndirildiyindən mümkün deyildir. Üçüncü, yəni vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbinə münasibətdə kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddia qaldırmaqda iddiaçının hüquqi marağı inzibati orqan tərəfindən onun müraciəti üzrə aparılmış inzibati icraatın təzələnməsi barədə qərar, yəni inzibati akt qəbul edilməsidir. Bu baxımdan, kollegiya hesab edir ki, bu hissədə iddiaçının tələbi məcburetmə haqqında iddadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. Belə ki, Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarından və cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilən sənədlərdən görünür ki, iddiaçı inzibati icraatın təzələnməsinə dair qərar qəbul edilməsi ilə bağlı ilk dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, bir neçə dəfə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. İddiaçının ilkin xx.xx.2022-ci il tarixli müraciəti aidiyyəti üzrə baxılması cavabdeh Dövlət Vergi Xidmətinə göndərilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********037600 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək “İnzibati şikayətin təmin edilməməsi” haqqında 01 iyul 2021-ci il tarixli və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan sonra eyniməzmunlu təkrar müraciətlərinə həmin orqanda baxıla bilinmədiyi üçün ona aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın elektron sistemindən çıxarılmış “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” cədvəlindən görünür ki, İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********037600 nömrəli cavab məktubu xx.xx.2022-ci il 15:21 tarixində oxunmuşdur. Göründüyü kimi iddiaçı inzibati icraatın təzələnməsi barədə inzibati aktın qəbul edilməsindən cavabdehin imtina məktubundan ən azından 15 iyun 2022-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 15 iyun 2022-ci il tarixdən məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 ay 20 gün sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Digər tərəfdən, kollegiya bir məqama da diqqət yetirməyi zəruri hesab edir ki, hətta həmin hissədə iddianın müddətin ötürülmədiyi ilə qaldırıldığı qəbul edilsə belə, iddia digər əsasla mümkün deyildir. Belə ki, maraqlı şəxsin ərizəsi üzrə inzibati icraatın təzələnməsi məsələləri “İnzibati icraat haqqında” Qanunun 35.1-ci maddəsi ilə tənzimlənir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:

1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;

2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda;

3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Maddənin tələbindən göründüyü kimi inzibati icraatın təzələnməsi inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı olmaqla həmin ilkin inzibati aktı qəbul etmiş inzibati orqana qarşı verilir. Hazırkı işə münasibətdə isə normada ləğv edilməsi tələb edilən inzibati akt Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardır. Belə olan halda, kollegiya hesab edir ki, üçüncü tələblə bağlı cavabdeh qismində Dövlət Vergi Xidməti deyil, DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsi çıxış etməlidir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Göründüyü kimi 3-cü iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır. Birinci instansiya məhkəməsi isə üçüncü tələblə bağlı işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan həmin hissədə iddianın mümkünsüzlüyünün əsası kimi iddiaçının xx.xx.2022-ci il tarixli icraatın təzələnməsi ilə bağlı müraciətinin sənəd qoşmasında təqdim etdiyi yeni sübutların inzibati icraatın başlanılma tarixindən əvvəlki dövrlərə aid olduğunu, həmin sübutun əvvəldən mövcud olduğunu qeyd etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianının mümkünlüyünə onun əsaslılığı qaydasında hüquqi qiymət vermişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumununun qərarının 4.2-ci bəndində qeyd edilir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olduğundan məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(118)-496/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar