Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-567/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 28 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-543/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçı əyani müayinə edilərkən onda “Əsas diaqnoz M17.0 Birincili ikitərəfli qonartroz, birinci ikitərəfli qonartroz, hər iki diz oynağının deformasiyaedici İV mərhələ artrozu, hər iki diz oynağının qövsvari deformasiyası; R26.8 Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozuntuları, hərəkətin və yerişin digər dəqiqləşdiril...) (KANADİEN ƏSA İSTİFADƏ OLUNMASİ MƏSLƏHƏTDİR) Ağırlamşa M 24.5 Oynaqların kontrakturası, sağ diz flex90 dərəcə, açma- 10 dərəcə (170 dərəcə), sol diz flex 90 dərəcə, açma – 20(160) dərəcə, bükücü kontraktura; Yanaşı xəstəliklər J312.2 Xroniki faringit, Yanaşı xəstəliklər G90.8 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər İ10 Essensial (birincilu) hipertenziya, Arterial hipertenziya, İİ dərəcə, risk 3(yüksək), Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-hipertonik angiopatiya. Yanaşı xəstəliklər N60.2 Süd vəzisinin fibroadenozu, hər iki süd vəzinin fibroadenoması, yayılmış mastopatiyası, Yanaşı xəstəliklər G24.8 Digər distoniyalar, Neyrosirkulyator distoniya” xəstəlikləri müəyyən edilmişdir. Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 28 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 28 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 T582/2023 saylı, xx.xx.2023cü il tarixli rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: M 17.0- Birincili ikitərəfli qonartroz, hər iki diz oynağının deformasiyaedici İV mərhələ artrozu, hər iki diz oynağının qövsvari deformasiyası. (ETT və Oİ-da xx.xx.2021-ci il tarixdə **********42920 №-li arayışa əsasən); R26.8- Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozuntuları, hərəkətin və yerişin digər dəqiqləşdiri..) (Kanadien əsa istifadə olunması məsləhətdir) Ağırlaşma: M24.5- Oynaqların kontrakturası, Sol diz flex 90 dər., açma-20 (160dər), bükücü kontraktura; Yanaşı xəstəliklər: J312.2- Xroniki faringit. G90.8- Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Qabarıq asteno-nevrotik sindrom. İ10- Essensial (birincili) hipertenziya. Arterial hipertenziya, İİ dərəcə, risk 3 (yüksək), H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-hipertonik angiopatiya. N60.2- Süd vəzisinin fibroadenozu, hər iki süd vəzisinin fıbroadenoması, yayılmış mastopatiyası. G24.8-Digər distoniyalar, Neyrosirkulyator distoniya” diaqnoz onda hazırda da müşahidə edilir.” Düçar olduğu xəstəliklərin müalicə olunmaqla reabilatisyası mümkün deyildir, lakin xəstəlikləri kəskinləşdiyi halda da əlavə müalicəyə cəlb oluna bilər. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin Y00128683PMQ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı aşağıdakı sənədləri təqdim etmişdir: 1. X10 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 2821/7974 nömrəli, “Hər iki diz oynağının deformasiyaedici İV mərhələ artrozu. Oynaq kontrakturası. Davamlı ağrı sindromu. Yeriş funksiyasının pozulması” diaqnozlu arayışı, 2. “Hər iki diz oynağı yarıqları qeyri bərabər daralmış, oynaq səthləri sərtləşmiş, İV dərəcə artroz qeyd edilmişdir” kimi qeyd edilmiş rentgen müayinə nəticəsi; 3. X10 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/12970 nömrəli, “Hər iki diz oynağının deformasiyaedici İİİ mərhələ artrozu. Hər iki diz oynağının kontrakturası. Daimi ağrı sindromu. Yerişin mülayim dərəcə pozulması” diaqnozlu arayışı, 4. “Varus durumu. Hər iki diz oynağının yarığı medialdan daralmış, kondiluslar arası hündürlüyün uclarında iri osteofitlər əmələ gəlmi, hər iki diz oynağının İİİ mərhələ artroz əlamətləri qeyd edilmişdir” kimi qeyd edilmiş rentgen müayinə nəticəsi; 5. X10 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli, “Hər iki diz oynağının üçüncü mərhələ osteoartrozu, oynaq yarıqlarının bərabər daralması, kənarı osteofitlər, hərəkət məhdudluğu. Onurğada L1-L5 deformasiyaedici spondilyoz, L4-L5-S1 səviyyəsində İV-V mərhələ osteoxondrozu, kökcük ağrı sindromu. Daimi ağrılar, axsama və yerişin çətinləşməsi” diaqnozlu arayışlar. Əyani müayinə zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq olaraq diz oynaqlarında kəskin kontraktura, hərəkət məhdudluğu və əlillik təyininə əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamış, nəticədə barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixində “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə həkim X5 yanında olarkən, ona “hər iki diz oynağının deformasiyaedici İV mərhələ artrozu. Oynaq kontrakturası. Davamlı ağrı sindromu. Yeriş funksiyasının pozulması”. Sağ diz yaxınlaşdırıcı 90°, açmə 10 ° sol diz yaxınlaşdırıcı 90 °, açma 20 (bükücü kontrakturası) diaqnozu qoyulmuşdur. Daha sonra xəstə xx.xx.2023-cü il tarixində həkim X7 yanında olarkən Şüa diaqnostika həkim X8 vermiş olduğu rentgen vərəqi əsasında ona hər iki diz oynağının qonartrozu, İİİ mərhələ diaqnozu qoyulmuşdur. Əlavə olaraq məhkəmənin qoyduğu sualları cavablandırmaq və diaqnozlar arasındakı fərqi müəyyən etmək üçün xəstə yenidən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə müraciət etməlidir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xəstə İddiaçı xəstəlik vərəqəsi aşkar olunmamışdır. Buna görə də müayinə olunması üçün “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə yenidən müraciət edə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ona əlillik dərəcəsinin verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 28 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1965-ci ildə Cəlilabad rayonu Moranlı kəndində anadan olmuşdur. 2007-ci ildən hal-hazıradək hər iki diz oynağının artrozu ağrı sindromu, neyrosikulyar distaniya, Arterial hipertenziya İİ dərəcə risk, 3 (yüksək), OU-hipertonik angiopatiya, xroniki faringit diaqnozları ilə Sumqayıt şəhər 1 №-li ASM-da dispanser qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsindən işdən azad olunması ilə bağlı əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Xəstəlik üzrə əsas diqnozum Ml7.0 birincili ikitərəfli qonartoz, birincili ikitərəfli qonartoz, hər iki diz oynağının deformasiyaedici İV mərhələ artozu, hər iki diz oynağının qövsvari deformasiyası. Bu xəstəliyi ilə əlaqədar X11 və Ortapedia İnstitutunda xx.xx.2021-ci il tarixində belə bir diaqnoz qoyulmuşdur. Sonradan ağırlaşmalar olmuşdur: M 24.5 oynaqların konturakturası, oynaqların konturakturası. Sağ diz flex90 dərəcə, açma-20 (160) dərəcə, bükücü konturaktura. Yanaşı xəstəliklər N60.2 süd vəzisinin fibroadenozu, süd vəzisinin süd vəzisinin fibroadenozu. Hər iki süd vəzinin fibrodenoması, yayılmış mastopatiyası, ağırlaşma, R26.8 hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozuntuları. Onun qeyd olunan diaqnozlar əsasında müayinə edilərək, əlillik dərəcəsinin təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdehin 28 dekabr 2023-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Bu qərar onun hüquqlarını pozmaqla, qanunsuz olaraq qəbul edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M17 - Qonartroz [diz oynağının artrozu] => M17.0 - Birincili ikitərə...; Diaqnozun mətni: Birincili ikitərəfli qonartroz, . İkitərəfli diz oynağının deformasiyaedici artrozu, İİİ mərhələ, Diz oynağının Varus deformasiyası, daimi ağrı sindromu ilə.Yeriş və hərəkətin pozulması.Arterial hipertenziya, İİ dərəcə, risk 3(yüksək); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmalar və diqnostik müayinələr dəqiqləşdirilsin” səbəbi ilə imtina edilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 - Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Birincili ikitərəfli qonartroz, İkitərəfli diz oynağının artrozu, İİİ mərhələ, Diz oynağının Varus deformasiyası, daimi ağrı sindromu ilə . Yeriş və hərəkətin pozulması Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş və hərəkətin pozulması. (KANADİEN ƏSA İSTİFADƏ OLUNMASİ MƏSLƏHƏTDİR). ELMİTƏDQİQAT TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUNDA xx.xx.2021-Cİ İL TARİXİNDƏ 2821 NÖMRƏLİ ARAYİŞA ƏSASƏN Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müayinə və müalicəyə ehtiyacın olması məsləhət görülür” səbəbi ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-543/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 28 dekabr 2023cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 14 fevral 2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4-cü maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı ona əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən xəstəlikdən əziyyət çəkdiyi qeyd edilməsi səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, diz oynaqlarında kəskin kontraktura, hərəkət məhdudluğu və əlillik təyininə əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri ......13.4 Qonartroz (diz oynağının artrozu)-M17.... 13.4.41 hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz)....
6. Sinir sistemi xəstəlikləri 6.1Vegetativ (avtonom) sinir sisteminin pozuntuları-G90 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr-R25-R29 6.6.2 distoniya-R24 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əlavə müalicəyə ehtiyacı var, əlilliyin təyini üçün müalicə müddəti yetərli deyildir. Daha sonra isə həmin əsasla yanaşı, diaqnoz əlillik əlamti təyin etmir əsasına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilmiş, həmin tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz Birincili ikitərəfli qonartroz,hər iki diz oynağının deformasiyaedici İv mərhələ artrozu, hər iki diz oynağında həərkət məhdudluğu (M17.0), ağırlaşmaları oynaqların kontrakturası, saö diz flex 90 dərəcə, açma-10 dərəcə (170 dərəcə, sol diz flex 90 dərəcə, açma-20 dərəcə (160), bükücü kontraktura (M24.5), Həəkətin və yeriin digər və dəqiqləşdirilməmiş pozulmaları (R26.8),yanaşı xəstəliklər Xroniki faringit (J31.2), Digər distoniyalar, neyrosirkulyator distoniya (G24.8), Vegetativ sinir sisteminin digər pozğunluqları, qabarıq asteno-nevrotik sindrom (G90.8) kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli arayışın məzmunundan görünür ki, iddiaçı barəsində diaqnoz kimi “hər iki diz oynağının deformasiyaedici artrozu İİİ mərhələ. Hər iki diz oynağının kontrakturası. Daimi ağrı sindromu.Yeriş mülayim dərəcədə pozulması.XBT kodu M17.0, M24.5,R52.2, R26.8” qoyulmuşdur. İş materiallarında olan ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəlik və ağırlaşmaları hazırda da müşahidə edilir, həmin xəstəliklərin müalicə olunmaqla, reabilitasiyası mümkün deyildir, lakin kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. Həmçinin, məhkəmə araşdırması zamanaı müvafiq məhkəmə qərardadı ilə iddiaçının müraciətinə yenidən baxılması üçün vaxt təyin edilsə də, cavabdeh tərəfindən heç bir patofunksional pozuntu aşkar edilməməsi və nəticədə diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubunun məzmunundan görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli müayinənin nəticəsində “hər iki diz oynağının deformasiyaedici İVmərhələ artrozu.Oynaq kontrakturası.Davamlı ağrı sindromu.Yeriş funksiyasının pozulması Sağ diz yaxınlaşdırıcı 90 dərəcə, açma 10 dərəcə, sol diz yaxınlaşdırıcı 90 dərəcə, açma 20 dərəcə (bükük kontrakturası)” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə müayinədə olarkən “hər iki diz oynağının qonartrozu, İİİ mərhələ” diaqnozu qoyulduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın məzmunundan görünür ki, iddiaçıda “hər iki diz oynağının qonartrozu İV mərhələ.Daimi ağrı sindromu ilə varus deformasiya yeriş və hərəkətin pozulması” (XBT kodu M170, R52.2, R26.8, M21.1) diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları və yanaşı xəstəliklərin bir çoxu (XBT kodu M17, R26, G24, G90 və digər) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması, habelə iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan ağırlaşmalar və patofunksional dəyişikliklərin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin müalicə olunmaqla reabilitasiyası mümkün deyildir. Bu hal özlüyündə cavabdehin imtina əsası kimi iddiaçının müalicə müddətinin yetərli olmaması halına istinad etməsini təkzib edir. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından həmin hissədə cavabdehin istinad etdiyi arqumenti yanlış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamnaı cavabdeh inzibati orqanının həkim-eksperti mütəxəssis kimi dinlənilmiş, o izahatında iddiaçıda İİİ dərəcə artroz diaqnozun aşkar edildiyi, lakin əlilliyin təyin edilməsi üçün məhz İV mərhələ olmasının zəruri olduğunu, yanaşı xəstəliklərin əlilliyin təyin edilməsi meyarlarında olmadığını, oynaqların kontrakturası və xroniki faringitin iddiaçıda aşkar edilmədiyi bildirmişdir. İndiki halda iş materiallarında olan müvafiq tibbi sənədlər, eskpert rəyi və digər sənədlər əsasında iddiaçıda məhz İV mərhələ artroz xəstəliyinin mövcud olması halı aşkar edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi hal iş materialları əsasında təkzib olunmaqla, heç bir tibbi sənədə əsaslanmadığındna, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi ona əlillik təyin edilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsi tərəfindən məhz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əlilliyin təyin edilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin qərarı məhz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməli, iddia təmin edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyin edilməsinin əsas meyarı məhz orqanizmin funskiyasının pozulmasının faiz göstəricisi və müddətinə uyğun olaraq, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında müvafiq qaydada müəyyən edilir, habelə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti də həmin meyarlarda müəyyən edilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İndiki halda iddiaçıya hansı tip məhdydlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir. Bu baxımından indiki halda həmin hissədə iddiaçıya iddia tələbinin dəqiqləşdiriməsinə dair hüquqi yardımın edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-543/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 14 fevral 2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X15 üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.