Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-568/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X36 (sədrlik edən, məruzəçi hakim), hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi X13, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X4, onun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X4 adına verilmiş JN 57A №-li, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X5 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-932/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X4 adına verilmiş JN 57A №-li, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X5 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli 375 №-li arayışından təsdiq olunur ki, atası X21 Xaçmaz rayonu Uzunoba kəndində istifadəsində olan 25 sot torpaq sahəsi üzərində 1936-cı ildə tikilmiş evi olmuşdur. Atası 1969-cu ildə, anası 2012-ci ildə vəfat etmişlər. Birgə nikahdan 1949-cu ildə Səlimbəy, 1959-cu ildə Bahar, 1957-ci ildə Qərib, 1954-cü ildə Rəhim, 1947-ci ildə Nəbi anadan olmuşlar. Uzunoba kənd İƏD-nin nümayəndəsinin təsdiq etdiyi xx.xx.2013cü il tarixli, 346 №li arayışından aydın olur ki, atası və anasının vəfatından sonra mirası faktiki olaraq onlar idarə edib vərəsiliyi qəbul etmişdir. Valideynlərinin yaşamaq üçün Xaçmaz şəhərinə getməsindən istifadə edən cavabdeh X11 25 sot torpağı və evi zəbt etmişlər. Xaçmaz rayonunda Aqrar İslahatı keçirilərkən Torpaq Şöbəsinin vəzifəli şəxslərinin ələ alaraq uydurma əqdlə JN 057 №-li, 30223001 kodlu torpağın mülkiyyətə verilməsinə dair qanuna zidd şəhadətnamə ilə atasının istifadəsində olmuş 25 sot torpaq sahəsini və evi özəlləşdirmişdir. Həmin şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 5 №-li qərarına əsaslanaraq verilsə də, həmin qərarda X5 25 sot torpaq sahəsi verilməsi barədə qeyd yoxdur. Aqrar islahatı haqqında qanunun 20-ci maddəsinin mənasına görə rayon Aqrar İslahat Komissiyası kəndin yerləşdiyi sovxozun yerli aqrar islahat komissiyasının qərarı əsasında qərar qəbul edə bilər. Belə bir qərar yoxdur. Bu səbəbdən Şəhadətnamə veriləndə əsaslanan xx.xx.2002ci il tarixli 5№-li qərar qanunsuzdur. Rayon Aqrar İslahat Komissiyasının XX əsrin əvvəllərindən kənd sakinlərinin istifadəsində olan, yaşayış evi olan torpaq sahələrinə aqrar islahat komissiyalarının qərarı ilə torpaq sahəsi özəlləşdirilə bilməz. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən yaşayış evlərinin, bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə həmin torpaqlardan istifadənin qanunniliyini təsdiq edən sənədlər əsasında vətəndaşların ərizəsi əsasında verilir. JN 57 A №-li, ********* kodlu şəhadətnamə Xaçmaz rayon Torpaq şöbəsinin işçilərinin uydurma qərarı əsasında verilmişdir. Azərbayacan Respublikasının MM-nin 340-cı maddəsinə əsasən uydurma əqd əhəmiyyətsizdir. Həmin şəhadətnamə və bu şəhadətnamənin əsasında verilən 21,05.2013-cü il tarixli XX PX seriyalı, ******* №-li reyestr çıxarışı etibarsız hesab edilməlidir. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 542 №-li arxiv arayışından təsdiq olur ki, Dövlət Arxivində saxlanılan Uzun-oba kənd ZDSİK-nin 1954-1956-cı illərə aid Uzun-oba kəndi üzrə 01 №-li təsərrüfatbaşına kitabda X19 adına 1954-cü ildə tikilən yaşayış evi və 2600 m2 torpaq sahəsi qeyd edilmişdir. Bu mülkdə X14 atası X19 mülkündə bir təsərrüfatda yaşamışdır. Xaçmaz rayon qeydiyyat şöbəsinin 29 may 2018-ci il tarixli, 441 №-li arayışından təsdiq olur ki, X14 xx.xx.2010-cu ildə vəfat etmişdir. JN 58 A №-li, 30223018 kodlu şəhadətnamə xx.xx.2006-cı ildə verilmişdir. Bu sənədlər təsdiq edir ki, JN 58 A №-li, 30223018 kodlu şəhadətnamə cavabdeh X11 da daxil olan ailənin istifadəsində olmuşdur. Xaçmaz rayon Torpaq şöbəsinin vəzifəli şəxsləri eyni qərara əsaslanaraq cavabdehə həm atalarının mülkünə, həm də cavabdehin atası X12 şəhadətnamə vermişlər. Azərbaycan SSR Quba rayon Xucbala kənd Soveti 15 iyun 1970-ci ildə verilmiş evlənmək haqqında şəhadətnaməyə əsasən X22 1949-cu ildə doğulmuş, 1970-ci ildə Kərimova Zenfira ilə evlənmişlər. AZ 057196, Az 05864 arayışlarına əsasən X15 və X23 1970-1971-ci ildə Uzunoba kəndində anadan olmuşlar. Bir daha təsdiq olunur ki, Kərimov Səlimbəy 1949cu ildən 1983-cü ilə kimi Uzunoba kəndində atasının evində yaşamışdır. Xaçmaz rayon Hərbi X1 verdiyi hərbi biletdən təsdiq olur ki, o, xx.xx.1976-cı ildə Uzunoba kəndindən hərbi xidmətə yola salınmış, ailə üzvləri Uzunoba kəndində yaşamaqda davam etmişlər. X22 hal - hazırda Uzunoba kəndində hərbi qeydiyyatdadır. Bütün bu sənədlər bir daha təsdiq edir ki, valideynlərinin vəfatından sonra mülkü idarə etməyə başlamışdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı müraciətində göstərilən yerləşən fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə X4 və digər ailə üzvlərinin adlarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixli ******* RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışda göstərilən 0.28 ha torpaq sahəsinin qeydiyyatı Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-057A kod 30223018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə” əsasında aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən şəhadətnamələr” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası “Torpaq İslahatı haqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə məhkəməyə şikayət etmək səlahiyyəti vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.
4. X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. X11 məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, X39 olan təsərrüfat 1960-1962-ci illər dövrünü əhatə edir. Arxiv arayışlarında mərhumun adına 1962-ci ildən sonra Uzunoba kəndində təsərrüfat qeydə alınmamışdır. Atası 1960-cı ilin əvvəllərində Xaçmaz şəhərində işə girdiyi üçün onun şəxsi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi atası Səfərbəyov S.B. oğlunun adına olan təsərrüfata köçürülmüşdür. Kərimov Z.Q. oğlu Xaçmaz şəhərində işlədiyi dövrdə həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tikdirir və Uzunoba kəndində yaşayan ailə üzvlərini də 1961-ci ilin sonlarında Xaçmaz şəhərinə aparır və xx.xx.1969-cu ilsə vəfat etdiyi günədək ünvan 1 ünvanda yaşayır. uzunoba kəndində olan 1936-cı ildə tikilən yaşayış evini də özü sökdürərək ögey qardaşı üçün tikinti materialları verir. X39 övladları və həyat yoldaşı Məkkə Ağamalı qızı da Xaçmaz şəhərindəki evdə yaşamağa davam etmişdirlər. Övladları da təhsillərini Xaçmaz şəhərində almışdır. Bütün övladlarının toy şənliklərini də bu ünvanda keçirmişdirlər. Mərhumun həyat yoldaşı öz sağlığında həyat yoldaşından miras qalan 1 mərtəbəli 3 otaqlı evini sonbeşik Kamilin adına rəsmiləşdirmiş, bağışlamışdır. Məkkə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Lomonosov 1-dəki evdə Kamil öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı isə 1980-1981-ci illərdə bu ünvandan ayrılaraq 28 may (Ə.Bayramov) küçəsi, 98 ünvanda yaşamağa başlamışdır. Hal-hazıradək həmin ünvanda oğlu Namik və ailəsi və nəvələri ilə yaşayır. Mərhum atası Səfərbəyov B. oğlu 1960-cı ildə öz ailəsi ilə atasının, Rzayev Baba S. oğlunun təsərrüfatından ayrılaraq ayrıca təsərrüfat kimi qeydə alınmış və şəxsi mülkiyyətində 0.25 ha torpaq sahəsi olması qeyd olunmuşdur. 1980-ci ildə özünə məxsus olan yaşayış evi tikdirmişdir. Ayrıca təsərrüfat olmaqla 1991-ci ilin may ayına kimi ailə üzvləri ilə birlikdə mərhum atasına-Baba Səfərbəy oğluna məxsus olan evdə yaşamışdır. Ev istifadəyə hazır olduqdan sonra bu evdə yaşamağa başlamışdır. (ailə üzvləri ilə 1991-ci ildən birlikdə) X9 öz sağlığında yazdırdığı vəsiyyətnamə ilə daşınar və daşınmaz bütün əmlakını (Uzunoba kəndindəki) ona vəsiyyət etmişdir. Babasının vəfatından sonra təsərrüfatı idarə etməyə başladığı üçün təsərrüfat onun adına keçirilmişdir. İslahat gedən dövrdə Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 saylı protokolu ilə təsdiq edilmiş sənədlərdə onun adına qaytananmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha torpaq sahəsi olması təsdiq olunmuşdur, həmçinin mərhum atası Səfərbəyin adına qaytanlanmış kitab üzrə 0.25 ha, faktiki 0.30 ha torpaq sahəsi qeyd olunmuşdur. Əsaslar: Xaçmaz rayon Arxivi və Uzunoba İƏD-dən verilən arayışlar. Mülkiyyət şəhadətnaməsində göstərilən RAİK-nın xx.xx.2002-ci il tarixli 05 saylı isə vətəndaşlara pay torpaqlarının verilməsinə aid olan qərardır. Pravda sovxozu AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı xx.xx.1998-ci ildə RAİK-sı tərəfindən təsdiq olunmuşdur.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-932/2023 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev).
Apellyasiya şikayətlərinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-932/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın tam şəkildə təmin olunmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-932/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, Şəhadətnamə əsasında verilən çıxarışının etibarsız sayılması və reyestrdən çıxarış verilməsinə dair" verdiyim iddia tələbim rədd edilmişdir. Həmin qərarı qanunsuz və ədalətsiz hesab edərək ondan apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Həmin qərara əsasən, onun maddi və prosessual hüquqları pozulmuşdur.
9. Məhkəmə iclasında iş üzrə 3-cü şəxs kimi iştirak edən X11 iddia tələbini etiraf etməsinə baxmayaraq məhkəmə mövcud olan çıxarışın həqiqiliyi prezumpsiyasına əsaslanmaqla işə düzgün yanaşmamışdır. Belə ki, X11 məhkəmə iclasında etiraf etmişdir ki, onun (iddiaçının) mərhum atası Zaman Kərimovun təsərrüfatı 1962-ci ilə qədər mövcud olmuşdur və o, iş ilə əlaqədar Xaçmaz şəhərinə getdiyi üçün onun şəxsi mülkiyyətində olan 0.25 ha torpaq sahəsi atası X8 adma olan təsərrüfata köçürülmüşdür. Göründüyü kimi onlar mərhum atasına məxsus torpaq sahəsinin zəbt etməklərinə köçürülmə "donu" geyindirməyə çalışırlar. Ancaq köçürülmənin hansı qərar əsasında və kimlərin iştirakı ilə həyata keçirildiyi barədə məlumat verilmir. 3-cü şəxs və onun mərhum atası bizimlə Xaçmaz rayonu, Uzunoba kəndində qonşu olduqları üçün bu məsələlər barəsində ətraflı şərh vermiş və torpaq sahəsinin zəbt etməklərini gizlətməyə çalışırlar.
10. Sumqayıt İnzibati Məhkəməsi isə öz qərarının yalnız sonuncu abzaslarında mübahisələndirilən şəhadətnaməni Aqrar İslahat zamanı səlahiyyətli dövlət qurumu tərəfindən 3-cü şəxsə verilməsini əsaslandırmaqla Dövlət Reyestrindən verilmiş çıxarşın həqiqiliyinə şübhə etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, çıxarışın verilməsinə əsas olan sənədlər qaydasında deyil.
11. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanına əsasən, torpaq islahatı aparılarkən torpaqların kompleks yerquruluşu layihələri torpaq məlumat bankı əsasında ilkin torpaq İstifadəçilərindən mövcud istifadəçilərə qədər olan arxiv sənədlərinin dəqiqləşdirilməsi nəzərə alınmaqla hazırlanır. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
12. Qanunvericiliyin tələbindən göründüyü kimi aqrar islahat aparılarkən torpam ilkin istifadəçilərinə mövcud istifadəçilərinə qədər bütün arxiv sənədləri dəqiqləşdirilməli idi. Lakin bu proses aparılmadan bizim torpağımızı zəbt edən 3-cü şəxslər mövcud istifadəçi kimi qeydiyyata alınmışdır. Lakin onların bu torpağın qanuni istifadəsinə dair hər hansı bir sənədin mövcudu olmamış və qeyd edilən tələblər gözlənilmədən rəsmiləşdirilmə aparılmışdır.
13. İş üzrə tədqiq olunmuş arxiv arayışlarından da görünür ki, mərhum atası X34 1925-ci ildən 1962-ci ilə kimi Xaçmaz rayonu Uzunoba kəndində ailə üzvləri ilə birlikdə yaşamış və bəmin dövrdə fərdi yaşayış evi ilə birlikdə 0.25 ha torpaq sahəsi olmuşdur. Həmin dövrü əhatə edən arxiv arayışında həmçinin qeyd edilir ki, X19 qanuni istifadəsində isə fərdi yaşayış evi ilə birlikdə 2600 kv.metr torpaq sahəsi qeyd olunmuşdur. Yəni həmin dövrdə mübahiəsli 0.25 ha torpaq sahəsi 3-cü şəxsin etiraf etdiyi kimi onların olmaqla sonradan onlar tərəfindən zəbt edilmişdir.
14. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli 375 №-li arayışından təsdiq olunur ki, atası X24 Xaçmaz rayonu Uzunoba kəndində istifadəsində olan 25 sot torpaq sahəsi üzərində 1936-cı üdə tikilmiş evi olmuşdur. Atası 1969-cu ildə, anası 2012ci ildə vəfat etmişlər. Birgə nikahdan 1949-cu ildə Səlimbəy, 1959-cu ildə Bahar, 1957-ci ildə Qərib, 1954-cü ildə Rəhim, 1947-ci ildə Nəbi anadan olmuşlar. Uzunoba kənd lƏD-nin nümayəndəsinin təsdiq etdiyi xx.xx.2013-cü i! tarixli, 346 №- li arayışından aydın olur ki, ata və anasının vəfatından sonra mirası faktiki olaraq onlar idarə edib vərəsiliyi qəbul etmişlər.
15. Valideynlərinin yaşamaq üçün Xaçmaz şəhərinə getməsindən istifadə edən X11 25 sot torpağı və evi zəbt etmişlər. Xaçmaz rayonunda Aqrar islahatı keçirilərkən Torpaq Şöbəsinin vəzifəli şəxslərinin ələ alaraq uydurma əqdlə JN 057 №-li, 30223001 kodlu torpağın mülkiyyətə verilməsinə dair qanuna zidd şəhadətnamə ilə atasının istifadəsində olmuş 25 sot torpaq sahəsini və evi özəlləşdirmişdir. Həmin şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 5 №-li qərarına əsaslanaraq verilsə də, həmin qərarda X5 25 sot torpaq sahəsi verilməsi barədə qeyd yoxdur. Bu səbəbdən Şəhadətnamə veriləndə əsaslanan xx.xx.2002- ci il tarixli 5№-!i qərar qanunsuzdur. Rayon Aqrar İslahat Komissiyasının XX əsrin əvvəllərindən kənd sakinlərinin istifadəsində olan, yaşayış evi olan torpaq sahələrinə aqrar islahat komissiyalarının qərarı ilə torpaq sahəsi özəlləşdirilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən yaşayış evlərinin, bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə həmin torpaqlardan İstifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında vətəndaşların ərizəsi əsasında verilir. JN 57 A №-li, ********* kodlu şəhadətnamə Xaçmaz rayon Torpaq şöbəsinin işçilərinin uydurma qərarı əsasında verilmişdir. Həmin şəhadətnamə və bu şəhadətnamənin əsasında verilən 21,05.2013-cü il tarixli XX PX seriyalı, ******* №-!i reyestr çıxarışı etibarsız hesab edilməlidir.
Apellyasiya şikayətnə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi X22, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, iddianın təmin olunmasını xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X11, onun nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
20. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
22. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
23. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
24. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
26. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
27. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı:
28. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
29. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
30. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
31. Bənd 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
32. Bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
Apellyasiya baxışının hədləri
33. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, qərardad qəbul edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
35. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxsin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında verilmiş çıxarışının etibarsız hesab edilməsi, torpaq sahəsinə və evə mərhum atasının adına reyestr çıxarışının verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir.
37. Hazırkı halda iddiaçının hüquqi marağı sözügedən torpağa üçüncü şəxsin adına verilmiş şəhadətnamənin və çıxarışının etibarsız hesab edilməsi, torpaq sahəsinə və evə mərhum atasının adına reyestr çıxarışının verilməsindən ibarət olmuşdur.
38. Göründüyü kimi, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün üçüncü şəxs X5 və onun ailə üzvlərinə ayrıldığı göstərilən 0,28 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən həmin şəxslərin adına JN-057A, KOD 30223018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə əsasında sözügedən 0,28 ha torpaq sahəsi üçüncü şəxs və ailə üzvlərinin paylı mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə üçüncü şəxsə və onun ailəsinə hər hansı torpaq sahəsi ayrılmadığını, bununla da sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hüquqi əsasının olmadığını, həmin torpaq sahəsinin onun mərhum atası X21 başçısı olduğu 75 nömrəli təsərrüfata aid olduğunu bildirmişdir. Hazırda iddiaçı qeyd edilənlərə əsasən JN-057A, KOD 30223018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir.
39. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. İş materiallarında olan Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 aprel və 11 iyul 2017-ci il tarixli, müvafiq olaraq 299 və 527 nömrəli arxiv arayışların surətindən görünür ki, Uzunoba kənd X10 İcraiyyə Komitəsinin Uzunoba kəndi üzrə 1954-1956-cı illərə, 1957-1959-cu illərə və 1960-1962-ci illərə aid müvafiq olaraq 01, 07 və 04 saylı təsərrüfatbaşına kitablarında (75 nömrəli şəxsi hesab) X35 təsərrüfat başçısı olmuş, onun şəxsi mülkiyyətində 1936-cı ildə tikilən yaşayış evi və xüsusi istifadəsində 0,25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. 1963-1965-ci illərə təsərrüfatbaşına kitablarında adına təsərrüfat qeyd olunmamışdır. Onun ailə üzvləri kimi arvadı X27, oğulları Kərəmov Nəbi, Səlim, Rəhim, Qərib Zaman oğulları, qızı X29 göstərilmişdir. X35 16 fevral 1969-cu il tarixdə ölmüşdür. Hazırda iddiaçı, mərhum atası X20 miras qalmış 0,25 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş şəhadətnaməni mübahisələndirir. İddiaçının hazırkı halda iddia qaldırmaq səlahiyyətinin mövcudluğu üçün mərhum atasının öldüyü məqamadək həmin əmlaka sahiblik etməsi və öldükdən sonra qanun üzrə vərəsəsi olan iddiaçıya həmin torpaq sahəsinin miras əmlak olaraq qalması tələb olunur.
42. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(105)-285/2024 nömrəli Qərardadından görünür ki, Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən cavabına əsasən, Uzunoba kənd sovetinin 1960-1962-ci illərə aid müvafiq olaraq 04 saylı təsərrüfatbaşına kitabının 4-cü və 5-ci səhifələrindən görünür ki, 75 nömrəli təsərrüfat üzrə başçı X35 olmuş, onun ailə üzvləri kimi arvadı X25, oğulları Kərəmov Nəbi, Səlim, Rəhim, Qərib Zaman oğulları, qızı X29 göstərilmiş, təsərrüfatın xüsusi istifadəsində olan torpaq sahəsi 1960, 1961, 1962-ci illər üzrə 0,25 ha təşkil etmişdir. Həmçinin, kitabın torpaq sahəsi sətrinin 1962-ci il sütununda onun 282 nömrəli təsərrüfata köçürüldüyü qeyd edilmişdir. 1960-1962-ci illərə aid müvafiq olaraq 12 saylı təsərrüfatbaşına kitabının 12-ci səhifəsindən müəyyən edilir ki, 282 nömrəli təsərrüfat üzrə başçı X14 olmuş, onun ailə üzvləri kimi arvadı X3, oğlu X2 göstərilmiş, təsərrüfatın xüsusi istifadəsində olan torpaq sahəsi 1962-ci il üzrə 0,25 ha təşkil etmişdir.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 75 nömrəli təsərrüfatın xüsusi istifadəsində olan 0,25 ha torpaq sahəsi 1962-ci ildən başlayaraq X8 başçısı olduğu 282 nömrəli təsərrüfatla birləşdirildiyindən, həmin təsərrüfatın birləşdirilməsi Zaman Kərəmovun ölümündən əvvəl baş verdiyindən və işin qeyd edilən halı nə mərhumun sağlığında onun özü tərəfindən, nə də sonradan vərəsələri tərəfindən mübahisələndirilmədiyindən mərhumun qanun üzrə vərəsəsi olaraq iddiaçının 1962-ci ildən 282 nömrəli təsərrüfata birləşdirilmiş 75 nömrəli təsərrüfatdakı torpaq sahəsinə dair hazırkı iddianı qaldırmaq səlahiyyəti də olmamışdır.
44. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının belə bir tələb irəli sürmək hüququ mövcud olmamışdır.
45. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mümkünlük şərtlərini ödəmədiyindən, mümkün sayılmamalıdır.
46. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə qərardad qəbul edilməli, iddia mümkün sayılmamalıdır.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-932/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə qərardad qəbul edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.