Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-569/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə 03.10.2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə açar sözlər: işin hallarının araşdırılmaması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, 3-cü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə 03.10.2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(85)-45/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə 03.10.2006-cı il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 25.07.1997-ci il tarixli 184 saylı sərəncamı ilə 0,15 ha torpaq sahəsi mağaza tikintisi üçün ayrılmış və həmin tarixdən göstərilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Lakin, Şamaxı rayon Bağırlı bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 0,06 ha hissəsini 03.10.2006-cı ildə X3 və həmin tarixdə torpağın alqı-satqısına dair akt da tərtib edilmişdir. Bələdiyyənin həmin torpaq sahəsilə bağlı qərar vermək səlahiyyəti olmadığından bələdiyyə qanunsuz və əsassız olaraq ona ayrılmış torpaq sahəsini A.Sayılovaya satmışdır.
Cavabdehin etirazları:
3. Cavabdeh bələdiyyənin iddiaya etirazında qeyd edilir ki, Şamaxı rayon Bağırlı bələdiyyəsinin mübahisələndirilən qərarı 11 ildən artıqdır ki, verilmiş, buna görə də iddia müddəti ötürülmüşdür. İddiaçı Bağırlı bələdiyyəsinin X6 torpaq sahəsi satması barədə 03.10.2006-cı il tarixli qərarının ləğv edilməsi tələbini əsassız hesab edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2-1(85)- 45/2019 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2-1(85)-45/2019 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva - sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov, 2-1(105)- 8/2021 saylı iş) 19.03.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2-1(85)-45/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(105)-8/2021 saylı 19 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər N.İ.Rəsulbəyova - sədrlik edən və məruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov, 2-1(102)- 1228/2021 saylı iş) 06 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2- 1(105)-8/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
9. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 25.07.1997-ci il tarixli 184 saylı sərəncamı ilə ona 0,15 ha torpaq sahəsi mağaza tikintisi üçün ayrılmış və həmin tarixdən göstərilən torpaq sahəsi onun sahibliyində və istifadəsində olsa da, 2017-ci ildə ona məlum olmuşdur ki, Şamaxı rayon Bağırlı bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 0,06 ha hissəsini X2. Həmin bələdiyyə qərarının ləğv edilməsilə əlaqədar məhkəməyə müraciət etsə də, məhkəmə əsassız olaraq onun tələbini təmin etməmiş, ona görə də Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2-1(85)-45/2019 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı cavabdeh və 3-cü şəxs tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərində göstərilənləri müdafiə edərək əlavə olaraq qeyd etdi ki, Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi qüvvədə olan məhkəmə qətnamələrilə də müəyyən olunur ki, ona icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin bir hissəsini sonradan bələdiyyə əsassız olaraq 3-cü şəxsə satmış, ekspetlərin guya koordinatlar olmadığından mübahisəli sahənin yerinin müəyyən edilə bilməməsi barədə rəyləri əsassızdır. Ona ayrılan 15 sot torpaq sahəsi 2 hissədən ibarət olub, yəni 6,0 və 9,0 sotdan ibarət. Əvvəllər həmin sahədə yanacaq doldurma məntəqəsi tikmiş, lakin qonşusu Rasimə Hüseynova ona işləməyə imkan vermədiyindən yancaq doldurma məntəqəsini sökməli olmuş və bununla bağlı R.Hüseynova ilə aralarında mülki mübahisə olmuşdur. Dediyi kimi həm Rasimə Hüseynova arasındakı mübahisəyə dair, həm də işdə olan digər məhkəmə qərarları ilə təsdiq edilir ki, ona ayrılan sahə hazırda 3-cü şəxsə satılan sahə ilə eynidir, bu məhkəməyə təqdim etdiyi yerin cizgisindən də aydın görünür. İşdə olan sənədlərlə torpaq sahələrinin dəqiq sərhədləri müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış və belə nəticəyə gəlmişdir ki, torpaq sahələrinin sərhədləri qeyri-müəyyəndir. Lakin Ali Məhkəmə qərarında buna dair öz mövqeyini qeyd etmiş, ona görə də iddiasının təmin edilməsinə dair qərar verilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X9 apelyasiya şikayətinin dəlillərilə razı olmadığını vurğulayaraq əlavə olaraq qeyd etdi ki, apelyasiya şikayətinə etiraz edir və bildirir ki, apelyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Apelyasiya şikayəti tamamilə formal mülahizələrdən ibarətdir. Belə ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998-ci il tarxli qərarı ilə ona verilmiş 0.15 ha torpaq sahəsində yaşayış evi inşa edilmiş və torpağa dair ona şəhadətnamə də verilmişdir. Evinin arxasından keçən Ağsu-Padar yolu ilə onun evi arasında boş torpaq sahəsi olmuş və 2006-cı ildə Bağırlı bələdiyyəsinə müraciət edərək həmin 0.06 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş və rayon torpaq şöbəsi və bələdiyyə torpağa baxış keçirərək torpağın boş olduğunu müəyyən etdikdən sonra bu barədə rəy vermiş və 0.06 ha torpaq sahəsi bələdiyyənin qərarı ilə ona satılmışdır. O, sözügedən torpaq sahəsində mağaza tikdirmiş və 2006-cı ildən həmin torpaq istifadəsindədir. İddiaçı həmin torpaqdan heç vaxt istifadə etməmiş və iddiaçıya ayrılmış torpağın məhz həmin torpaq olmasını təsdiq edən heç bir sənədi yoxdur. Ona ayrılan torpaq sahəsinin çıxarışı yoxdur, ancaq bələdiyyə qərarı vardır. Hüseynova Rasimə ilə də qonşudur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmənin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Bağırlı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin sonuncu iclasla bağlı məhkəməyə teleqram ünvanlayaraq ilin yekununa dair hesabatlarla bağlı iştirak edə bilmədiklərindən apelyasiya şikayətinin rədd edilməsi xahiş edilmiş, iddiaçı isə növbəti iclasın vaxtı barədə rəsmi olaraq məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
18. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
19. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Həmin Məcəllənin 58-ci maddəsinin tələblərinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında, tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
29. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (-). Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (-). Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; (-); qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. (-). Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; (-); dövlət ehtiyat fondu torpaqları. (-).
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. (-). Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. (-).
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. (-). Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: (-). Maddə 3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. (-). Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
32. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (-). Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 3. Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri 3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır: 3.0.1. torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; 3.0.2. torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; 3.0.3. torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; 3.0.4. torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; 3.0.5. müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. (-). Maddə 6. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1 Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. (-). 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. (-).
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu (-). Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: (-). Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
35. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 1982-ci il 1 oktyabr tarixli, “X14rşı” iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hazırkı qərarın 15-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, tərəflərin izahatlarındakı halları, Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyi əsas tutaraq, apelyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
37. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsi və müxtəlif təşkilatlardan mütəxəssis rəyinin tələb edilməsinə baxmayaraq iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədə torpaq sahəsinin planı və sxemi əlavə edilmədiyindən, yəni torpağın sərhədləri dəqiqləşdirilmədiyindən, habelə iddiaçı və üçüncü şəxsin arasında münaqişəli vəziyyət yarandığından torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi və mübahisəli torpağın dövlət və ya bələdiyyə mülkiyyətinə aid olmasına dair suallar cavablandırılmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin ərazidə yerləşməsi və üçüncü şəxsə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi təsdiq olunmadılğından həmin bələdiyyə qərarının ləğv edilməsinə dair iddia təmin edilməməlidir. İddia müddətinə gəldikdə isə məhkəmə hesab edir ki, mübahisəli qərarın iddiaçıya dəqiq nə vaxt məlum olması və həmin qərarın onun tərəfindən nə vaxt əldə edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş, lakin iddianın təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsilə razılaşmır və Ali Məhkəmənin hazırkı iş üzrə 06.07.2021-ci il tarixli qərarında vurğulanan hüquqi mövqeyi əsas tutaraq hesab edir ki, iş materiallarında olan istər müvafiq sənədlərdən, istərsə də məhkəmə aktlarında müəyyən edilən hallara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla işin hallarına uyğun deyildir.
39. Belə ki, birinci instansiya tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar "xxxx" MMC-nin məhkəməyə ünvanladığı mütəxəssis rəyində bildirilir ki, naturada mübahiəsləndirilən torpaq sahəsinin koordinatları GPS vasitəsi ilə qeydə alınıb kameral şəraitdə “Google Yer” proqramının ortfoto görüntülərinə və ərazinin yerquruluşu sxeminə əsasən dəqiqləşdirilmiş və məlum olmuşdur ki, İddiaçı ayrılmış 0,15 ha torpaq sahəsi iki hissədən ibarətdir. İddiaçının sözlərinə görə mübahisə həmin torpağın 0.09 ha hissəsinə aiddir. Qeyd olunan 0.09 ha torpaq sahəsinə dair sxemdə miqyas göstərilməmiş, torpaq sahəsinin dörd tərəfindən yalnız bir tərəfinin ölçüsü sxemdə qeyd edilmişdir. Digər üç tərəfinin ölçüsü isə sxemdə qeyd edilməmişdir. Həmin sxem “Google Yer” proqramının görüntülərinə və ərazinin yerquruluşu sxeminə əsasən natura ilə müqayisə edildikdə məlum olmuşdur ki, sxemlə natura arasında uyğunsuzluq mövcuddur. X6 ayrılmış 0.06 ha torpaq sahəsinə dair sxem də məktuba əlavə edilməmişdir. Bu səbəblərdən də tərəflərə ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada harada yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinin sərhədlərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli təşkilat tərəfindən dəqiqləşdirdikdən və cavabdehə ayrılmış torpaq sahəsinin yerquruluşu sxemi sənədlərə əlavə edildikdən sonra qərardadda qoyulmuş suallar cavablandırıla bilər.
40. Ali Məhkəmənin hazırkı iş üzrə 06.07.2021-ci il tarixli qərarında vurğulanmışdır ki, iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən təqdim olunmuş sənədlərdən, eləcə də mütəxəssis tərəfindən çəkilmiş sxemdən və tərəflərin naturada göstərdikləri mübahisə predmetini təşkil edən torpaq sahəsinin ünvanı, yerləşməsi və konfiqurasiyası açıq aşkar müəyyən edilir və tərəflər arasında olan mübahisə məhz həmin torpaq sahəsinin üzərindədir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi cavabdehin özündən də bələdiyyəyə məxsus torpaqların sxemini tələb edərək həmin torpaq sahəsinin rejiminin müəyyən edilməsi üçün əlavə araşdırma apara bilərdi. Eyni zamanda işə əlavə olunmuş məhkəmə qətnamələrində mübahisə predmeti təşkil edən torpağın təsnifatı, yerləşməsi, ünvanı barədə məlumatlar var. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2019cu il tarixli 2(105)-3272/2019 nömrəli qətnaməsində (cild 2, i.v.61) qeyd edilmişdir ki, “Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 25 iyul 1997-ci il tarixli, 184 saylı sərəncamı ilə əhaliyə ticarət xidmətinin göstərilməsi üçün İddiaçı 0,15 ha torpaq sahəsi ayrılmış, Şamaxı Rayon İcra Hakimiyyəti və DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən təsdiq edilmiş 27.07.1997-ci il tarixli akta əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının 25 iyul 1997ci il tarixli, 184 saylı sərəncamı ilə İddiaçı verilmiş 0,15 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi naturada Ağsu-Çöl Göylər yolunun sağ tərəfindən ayrılıb İddiaçı verilmişdir”. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2016-cı il tarixli 2(105)-1694/2016 saylı qətnaməsində (cild 2, i.v.64) qeyd edilmişdir ki, “Şamaxı Rayon İcra Hakimiyyətinin 184 saylı, 25 iyul 1997-ci il tarixli Sərəncamından görünür ki, Şamaxı Rayon Torpaq şöbəsinin 23 iyul 1997-ci il tarixli təklifinə əsasən Ağsu- Padar-Çöl şosesi yolunun sağ tərəfindən Əzizbəyov adına YİEM-nə məxsus ambarın sol tərəfindən əhaliyə ticarət xidməti göstərilməsi üçün Şamaxı rayonun Bağırlı kənd sakini İddiaçı Balaş oğluna 0,15 ha torpaq sahəsi ayrılmışdır”. İşdə olan Şamaxı Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsində (cild 1, i.v.139) isə qeyd edilmişdir ki, “İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Ə.Q.Salahov (komissiyanın sədri) və RİHB-nın memarı R.Qasımov, Torpaq şöbəsinin işçisi (A.Kərimov), BTİ və MHQ İdarəsinin rəisi və rayon Yanğından Təhlükəsizliyi Xidməti üzrə rəis müavini Ə.Ağayev (komissiyanın üzvləri) tərəfindən tərtib edilmiş 02.12.2003-cü il tarixli aktdan görünür ki, İddiaçı sərəncam əsasında ayrılmış 0,15 ha torpaq sahəsi köhnə anbar və sağıcılar evi binasının arxasında yerləşir”. Göründüyü kimi, işdə olan məhkəmə qərarları və qətnamələrində mübahisəli torpaq sahəsinin hansı ərazidə yerləşməsi müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsinin yerləşmə yerini dəqiqləşdirmə aparmaqla araşdırarkən işdəki sənədlərlə tərəflərin iştirakı ilə müəyyən etmişdir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin 184 saylı, 25 iyul 1997-ci il tarixli Sərəncamına əsasən Şamaxı Rayon Torpaq şöbəsinin 23 iyul 1997-ci il tarixli təklifilə Ağsu-Padar-Çöl şosesi yolunun sağ tərəfindən Əzizbəyov adına YİEM-nə məxsus ambarın sol tərəfindən əhaliyə ticarət xidməti göstərilməsi üçün Şamaxı rayonun Bağırlı kənd sakini İddiaçı Balaş oğluna 0,15 ha torpaq sahəsi ayrılmış sahənin yeri həm Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2016-cı il tarixli 2(105)- 1694/2016 saylı qətnaməsində (cild 2, i.v.64) qeyd edilmiş, həm Şamaxı Rayon İcra Hakimiyyətinin 184 saylı, 25 iyul 1997-ci il tarixli Sərəncamına qoşma edilmiş akt və torpaq sahəsinin sxemindəki (cild 1, i.v.218-220) yer və Bağırlı Bələdiyyəsinin məhkəməyə göndərdiyi Bağırlı bələdiyyəsi ərazisindəki yaşayş məntəqələri torpaqlarının bir hissəsinin sxematik Planında qeyd edilən X7 və X5 evlərinin yerləşdiyi Ağsu-Göylər yolu istiqamətindəki yerlə, həmçinin iddiaçının mübahisəli sahənin hazırkı vəziyyətinə dair çəkdiyi plan-sxemdə göstərilən sağıcılar evinin (hazırda həmin evdə Rasimə Hüseynova yaşayır), yem anbarının (hazırda həmin yerdə Almaz Sayılova yaşayır) yerlərilə eyni sahədə yerləşir, bu hallar həm də, işdə olan Şamaxı Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsində (cild 1, i.v.139) qeyd edilmiş yerlə - “İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Ə.Q.Salahov (komissiyanın sədri) və RİHB-nın memarı R.Qasımov, Torpaq şöbəsinin işçisi (A.Kərimov), BTİ və MHQ İdarəsinin rəisi və rayon Yanğından Təhlükəsizliyi Xidməti üzrə rəis müavini Ə.Ağayev (komissiyanın üzvləri) tərəfindən tərtib edilmiş 02.12.2003-cü il tarixli aktdan görünür ki, İddiaçı sərəncam əsasında ayrılmış 0,15 ha torpaq sahəsi köhnə anbar və sağıcılar evi binasının arxasında yerləşir” - eyniyyat təşkil edir.
42. Bundan başqa işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2016-cı il tarixli 2(105)-1694/2016 saylı qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 25.03.2004-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti araşdırılarkən müəyyən edilən faktlarla bağlı məhkəmənin qənaəti o olmuşdur ki, X8 torpaq islahatı zamanı ayrılmış 0.12 ha torpaq sahəsinin 0.04 ha hissəsi yaşadığı Sağıcılar evinin arxasında yerləşir və həmin torpaq sahəsi Şamaxı Rayon İcra Hakimiyyətinin 184 saylı, 25 iyul 1997-ci il tarixli Sərəncamına əsasən cavabdeh İddiaçı ayrılmış 0.15 ha torpaq sahəsinin 0.06 ha olan hissəsinin sahəsinə aid olduğundan Rasimə Hüseynovaya verilmiş 0.12 ha torpaq sahəsindən 0.08 ha hissəsində sonuncunun istifadə hüququ təmin edilməklə, qalan 0.04 ha torpaq sahəsinin Şamaxı rayon Bağırlı bələdiyyəsinə verilməsi qət edilmiş, lakin 0.04 ha hissənin bələdiyyəyə verilməsilə razılaşmayan cavabdeh İddiaçı nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Şamaxı Rayon Məhkəməsinin 25 mart 2004-cü il tarixli qətnaməsi 0.04 ha torpaq sahəsinin Şamaxı rayon Bağırlı bələdiyyəsinə verilməsi hissəsində ləğv edilərək qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti vermiş X5 şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.12.2016-cı il tarixli 2(102)-5947/16 saylı qərarına əsasən təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2016-cı il tarixli 2(105)-1694/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(cild 2, i.v. 64-72).
43. Bundan əlavə məhkəmə kollegiyası, Şamaxı Rayon Məhkəməsinin 30.04.2019cu il tarixli qətnaməsinə dair tələb edilmiş 2(074)-340/2019 saylı mülki iş materiallarına keçirilən baxış zamanı müəyyən etmişdir ki, həmin qətnamədən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(105)-3272/2019 saylı qətnaməsi, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04.03.2020-ci il tarixli 2(102)- 1484/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
44. Göründüyü kimi, birinci instansiyası məhkəməsi torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı araşdırma apararkən işə əlavə olunmuş sübutları, o cümlədən Şamaxı rayon İcra Hakimiyyətinin 25.07.1997-ci il tarixli, 184 saylı sərəncamını, təhkim aktını, baş planı, çıxarışı, tərəflərin təqdim etdikləri sxemləri, ekspert tərəfindən tərtib edilmiş sxemi və yuxarıda qeyd edilən məhkəmə aktlarını nəzərə almadan, ekspert rəyində göstərilənləri qəbul edərək torpaq sahələrinin dəqiq koordinatlarının olmamasına əsaslanaraq iddianı rədd etmişdir. Halbuki, yuxarıda qeyd edilən məhkəmə aktları, eləcə də tərəflərin təqdim etdiyi sənədlərlə təsdiq edilir ki, mübahisəli sahə köhnə anbar və sağıcılar evi binasının arxasında yerləşməklə, hazırda həmin sağıcılar evində Rasimə Hüseynova, yem anbarının yerində olan evdə Almaz Sayılova yaşayırlar və sonuncuya Bağırlı bələdiyyəsinin 03.10.2006-cı il tarixli qərarı ilə satılmış torpaq sahəsi evinin arxasında yerləşməklə, məhz iddiaçıya Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 25.07.1997-ci il tarixli 184 saylı sərəncamı ilə mağaza tikintisi üçün ayrılmış 0,15 ha torpaq sahəsinin ərazisindədir.
45. Məhkəmə kollegiyası onu da qeyd etmyi zəruri hesab edir ki, hazırkı qərarın 31- 33-cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından Şamaxı rayonu Bağırlı bələdiyyəsinin 03 oktyabr 2006-ci il tarixli qərarı ilə 3-cü şəxs Almaz Sayılovaya ayrılmış 0.06 ha torpaq sahəsi nəinki həmin bələdiyyənin mülkiyyətinə, hətta ehtiyat fonduna aid olmayan, dövlət torpağı kimi hələ bələdiyyələr fəaliyyətə başlayana qədər İH-ti tərəfindən 25.07.1997-ci ildə iddiaçıya ayrıldığından, mübahisələndirilən 03 oktyabr 2006cı il tarixli qərar Bağırlı bələdiyyəsinin səlahiyyəti olmadan qəbul edildiyindən, qanunsuz inzibati akt hesab edilməklə ləğv edilməlidir. Belə ki, Şamaxı rayonu Bağırlı bələdiyyəsinin qərarı ilə ehtiyat fondunun torpağı kimi satılmış 0.06 ha torpaq sahəsinin iddiaçıya səlahiyyətli orqan İH-ti tərəfindən 1997-ci ildə ayrılması cavabdeh Bələdiyyə tərəfindən nəzərə alınmamışdır.
46. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir ona görə ki, hazırkı qərarın 34-cü bəndində istinad edilən Konvensiyanın müddəaları, eləcə də 35-ci bənddə istinad edilən Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında qeyd edilən hüquqi mövqelər nəzərə alınaraq ədalətli məhkəmə araşdırılması aparılmadan iş üzrə iddianın rədd edilməsi qənaətinə gəlinmiş, bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentaybr 2019-cu il tarixli, 2-1(85)-45/2019 saylı qərarı ləğv edilməklə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(85)- 45/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə 03.10.2006-cı il tarixli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.