Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-571/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onun barəsində olan 18 oktyabr 2019-cu il tarixli (0244003 AAJVA) əlillik dərəcəsi barədə aktını (rəyini) ləğv edərək cavabdehə yenidən Tibbi-Sosial Ekspert Komissiyası keçirməyi məcbur etmə haqqında qərar qəbul edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)- 65/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Tural Hacıyev tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onun barəsində olan 18 oktyabr 2019-cu il tarixli (0244003 AAJVA) əlillik dərəcəsi barədə aktını (rəyini) ləğv edərək cavabdehə yenidən Tibbi-Sosial Ekspert Komissiyası keçirməyi məcbur etmə haqqında qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt 29 aprel 2021-ci il tarixli, 2-1(118)-65/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı (Adil oğlunun) barəsində olan 18 oktyabr 2019-cu il tarixli əlillik dərəcəsi barədə aktının ləğv edilməsi, iddiaçının yenidən Tibbi-Sosial Ekspert Komissiyasından keçirilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1, 86.1.3 və 86.1.5-ci maddələrinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların və şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsinin apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya şikayətinin mümkünlüyünə baxılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin giriş hissəsində Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-65/2021 saylı qərarı qeyd edilsə də, şikayətin təsviri və nəticə hissəsində Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-1889/2021 saylı qərarının ləğv edilməsi göstərilmiş, həmçinin şikayət Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmışdır. Eyni zamanda AR İPM-nin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətinə inzibati məhkəmə vasitəsilə verilir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2-1(118)- 65/2021 saylı qərarının cavabdeh tərəfə 21 may 2021-ci il tarixdə təqdim edilməsinə baxmayaraq həmin qərardan apellyasiya şikayəti verilmə müddəti də ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət birinci instansiya məhkəməsinə ünvanlanmaqla yanaşı vəsatətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə istinad edilməklə kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi xahiş edilmişdir. Qeyd edilməlidir ki, AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbilə bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə cavabdehə hüquqi yardım göstərərək, göstərilən nöqsanın aradan qaldırılmasını, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsini təklif etmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iki dəfə poçt vasitəsilə rəsmi məhkəmə bildirişləri göndərilməklə və çatdırılmanı təsdiq edən poçt xəbərnamələrinin məhkəməyə daxil olmasına baxmayaraq cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı isə məhkəmə kollegiyasına poçt vasitəsilə ərizə göndərərək apellyasiya şikayətinin mümkünlük məsələsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla şikayətin mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, cavabdeh orqana yuxarıda qeyd edilən formal xətanın aradan qaldırılması barədə iki dəfə yardım məktubu göndərilsə də, həmin yardım məktubu cavabdeh orqan tərəfindən qəbul edilsə də, cavabdeh tərəf apellyasiya şikayətinin tərtibi zamanı yol verilmiş nöqsanları aradan qaldırmamış, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəni və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinin tələbinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsində isə qeyd edilir ki, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-65/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Tural Hacıyev tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-571/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-571/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver