Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-571/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-3- 15779/2023 nömrəli qərarının ləğv edilməsi, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(118)- 700/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçıya 06 mart 2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının pensiyası cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanaraq 322.883 manat artırılmışdır. Cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-315779/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq 527 manat 91 qəpikdir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanaraq azaldılmanın dayandırılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək pensiya məbləğində dəyişiklik edilərək xx.xx.2023-cü il tarixdə onun pensiyası 560,55 manatdan yenidən hesablanaraq 533,20 manat azaldılmanın dayandırılması, pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-3- 15779/2023 nömrəli qərarının ləğv edilməsi, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin iclasında iddiaçı iddia tələbini bir daha dəqiqləşdirərək qeyd edilən tələbindən əlavə də pensiyadan tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 3-17-1/2-B-277362/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-23980/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktublarına əsasən, ona güzəştli şərtlərlə təyin olunmuş pensiya azaldılmışdır. Hesab edir ki, ona münasibətdə yaşa görə təyin edilmiş pensiya barədə onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq pensiya təyinatı ilə qanun pozuntusunu yol vermişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq da qeyd etmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyaçısı kimi 6 il və daha çox işləməsilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 16331,04 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, iddiaçının 16331,04 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 144 (60 yaş 6 ay-54 yaş 6 ay=72 ay+(144 ay-72)) aya bölünməklə 113,41 manat (16331,04:144) əmək pensiyasının (193,11 manat) üzərinə əlavə edilərək 306,52 manat (193,11 + 113,41) (indeksləşdirilərək və sonrakı hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 533,20 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 14658,36 manat sığorta kapitalı səhvən 113 aya bölünərək 129,72 manat (14658,36:113) əmək pensiyasının üzərinə əlavə edilməklə 322,83 manat (193,11 + 129,72) (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək 560,55 manat)) ona artıq əmək pensiyası ödənilmişdir.Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, iddiaçıya son üç il üzrə 857,70 manat məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 857,70 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hər ay 53,32 manat əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.İddiaçıya əmək pensiyası təyin edilərkən Şamaxı rayonu Engels adına sovxozda işlədiyi xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı dövr nəzərə alınmışdır. Onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 533,20 manat təşkil edir.Cavabdehin hərəkətləri qanuni olduğundan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(118)-700/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-3-15779/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçının yaşa görə əvvəlki əmək pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. (hakim Rahim Həsənov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçıya 06 mart 2010-cu ildə təyin olunmuş əmək pensiyası yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı yalnış müəyyən edilmiş və nəticə olaraq iddiaçıya 857,70 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinə əsasən son 3 il üzrə tutulmağa başlamış və iddiaçının pensiyasından hər ay 53,22 manat pul vəsaiti tutularaq borcu tam ödənmişdir. Həmçinin, iddiaçıya əmək pensiyası təyin edilərkən Şamaxı rayonu Engels adına sovxozda işlədiyi xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı dövr nəzərə alınmışdır. Onun əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 533,20 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ona 2010-cu ildən güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. xx.xx.2017-ci il tarixdə pensiyası cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanaraq artırılmışdır. 2023-cü ildə pensiya yenidən hesablanaraq 306 manat məbləğə azaldılmışdır və həmin ildən pensiyasından tutulmalar aparılmışdır. Hesab edir ki, pensiyasından qanunsuz və əsassız şəkildə tutulmalar aparılmışdır. Həmçinin onu da bildirdi ki, artıq bütün məbləğ, yəni 857,70 manat tutulduğundan pensiyadan hal-hazırda tutulmalar aparılmır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsihttps://eqanun.az/framework/11566 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 06 mart 2010-cu il tarixdən 47 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının pensiyası cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanaraq 322.883 manat artırılmışdır. Daha sonra cavabdeh orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023cü il tarixli 3-17-1/3-315779/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq, ona 527 manat 91 qəpik pensiya təyin edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin 28 iyul 2023-cü il tarixli 3-17-1/3-315779/2023 nömrəli qərarının ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsini, onun əmək pensiyasından tutulmuş məbləğinin geri ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsinin qanuni sayıla bilməməsi əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hazırki iddianı təmin edərkən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə istinad etmişdir. Lakin kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianın təmin edilmə əsası müddətin tətbiqi ilə əlaqəli deyildir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən 28 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərarın hüquqi mahiyyəti ondan ibarət olmuşdur ki, bu qərar hər hansı yeni hüquqi və ya faktiki halın aşkar edilməsi ilə deyil, daha əvvəl iddiaçıya əmək pensiyası təyin edilərkən tətbiq edilmiş hüquqi normasının yanlış şərh edilməsi və ya tətbiqi nəticəsində yol verilmiş hüquqi pozuntunun sonradan aradan qaldırılması məqsədini daşıyır. Başqa sözlə desək, cavabdeh inzibati orqan həmin qərarla yeni bir hüquqi vəziyyətə deyil, əvvəllər mövcud olmuş hüquqi vəziyyətə əsaslanaraq, onun fikrincə, düzgün hesab olunmayan pensiya təyinatını dəyişdirmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun 67-ci maddənin tətbiqini istisna edir və nəticə etibarilə həmin normanın tətbiq edilməsinə hüquqi əsas yaratmır. Belə ki, cavabdeh imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlillərini iddiaçının 16331,04 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 144 (60 yaş 6 ay-54 yaş 6 ay=72 ay+(144 ay-72)) aya bölünməklə 113,41 manat (16331,04:144) əmək pensiyasının (193,11 manat) üzərinə əlavə edilərək 306,52 manat (193,11 + 113,41) (indeksləşdirilərək və sonrakı hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 533,20 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 14658,36 manat sığorta kapitalı səhvən 113 aya bölünərək 129,72 manat (14658,36:113) əmək pensiyasının üzərinə əlavə edilməklə 322,83 manat (193,11 + 129,72) (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək 560,55 manat)) ona artıq əmək pensiyası ödənilməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilk öncə xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanununun tələblərinə uyğun olaraq iddiaçının pensiyasını yenidən hesablamış (sığorta kapitalı 113 aya bölünməklə), daha sonra isə mübahisəli qərarla “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin qeyd olunan redaksiyada ikinci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını artırmaqla, 144 ay müəyyən etmiş, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını 144-ə bölməklə, iddiaçının əmək pensiyasının məbləğini azaltmışdır. 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilir ki, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin sözügedən ikinci cümləsi Qanundan çıxarılmışdır. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 45-ci maddənin ikinci cümləsinin məzmunundan göründüyü kimi bu norma əmək pensiyasının təyin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı halda isə iddiaçıya 2010-cu ildən əmək pensiyası təyin edilmiş, daha sonra xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanununun tələblərinə uyğun olaraq iddiaçının pensiyasını yenidən hesablamış, cavabdeh 28 iyul 2023-cü il tarixli 3-17-1/3- 315779/2023 nömrəli qərarla isə 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək iddiaçının pensiyasını yenidən (ikinci dəfə) hesablamışdır. Kollegiya qeyd edir ki, həmin norma pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki, 45-ci maddənin ləğv olunmuş ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Kollegiya qeyd edilən qənaəti həm də onunla əsaslandırır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddəsinin sözügedən ikinci cümləsinin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək (2010-cu ildə) həyata keçirilmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi 45-ci maddəsinin sözügedən ikinci cümləsi pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən cavabdeh orqan xx.xx.2017-ci il tarixdə iddiaçının pensiyasını yenidən hesablayarkən haqlı olaraq həmin normanı tətbiq etməmiş, “Əmək pensiyaları haqqında” Qanununun tələblərinə uyğun olaraq hesablama aparmışdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Bu baxımdan, kollegiya qeyd edir ki, işə baxan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol versə də, iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda, iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-3- 15779/2023 nömrəli qərarının ləğv edilməsi, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hal-hazırda iddiaçıya ödənilən pensiya məbləğindən hesablanmış borc üzrə tutlmalar həyata keçirilməsə də, iddiaçının pensiyasından əvvəllər tutulmalar olmaqla, ümumilikdə 857.70 (səkkiz yüz əlli yeddi manat yetmiş qəpik) manat tutulma olmuşdur. İşin bu halı iş materialları, eləcə də tərəflərin məhkəmə iclasındakı etirafedici izahatları ilə müəyyən olunmuşdur. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasından tutulmanın aparılması ilə bağlı iddiaçının razılığı alınaraq qərar qəbul edilməsi və ya məhkəmə qaydasında həmin tutulmanın aparılması müəyyən edilmir. Göründüyü kimi cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələbləri pozulmaqla iddiaçının pensiyasından tutulma olmuşdur. Ona görə də həmin tutlan məbləğ iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-3-15779/2023 nömrəli qərarı ləğv edilməli, iddiaçının yaşa görə əvvəlki əmək pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi, həmçinin pensiyasından tutulmuş 857.70 (səkkiz yüz əlli yeddi manat yetmiş qəpik) manat məbəğində pul vəsaitinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(118)-700/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının İddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında 28 iyul 2023-cü il tarixli 3-17-1/3-3-15779/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı yaşa görə əvvəlki əmək pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi, həmçinin pensiyasından tutulmuş 857.70 (səkkiz yüz əlli yeddi manat yetmiş qəpik) manat məbəğində pul vəsaitinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.