Məhkəmə qərarları › İş №2-1(105)-576/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-576/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-576/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(118)-162/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X8 və onun ailə üzvləri X2, X11, X12, X13 və X5 Quba rayonu, İ Nügədi kəndində 1,25 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən 10 oktyabr 2001-ci il tarixli, JN-368, Kod 30319018 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Dövlət Aktına əsasən, 3668k saylı planşetdəki torpaq sahəsinin ölçüsü 7400 kv m, 368 S saylı planşetdəki torpaq sahəsinin ölçüsü 5129 kv m-dir. 30 dekabr 2005-ci il tarixdə Quba rayon Dövlət Notariat kontorunun notariusu tərəfindən 4-Ə-1913 saylı reyestrlə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsinə əsasən, X8 , X2, X11, X12 və X13 JN-368, Kod 30319018 qeydiyyat nömrəli Dövlət Aktına əsasən, Quba rayonu İ Nügədi kəndində yerləşən 5129.00 kv.m. torpaq sahəsini iddiaçıya satmışlar. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 5129 kv m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********16 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin eskpertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş Quba rayonu, Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4-Ə-1913 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinə satıcı tərəfin adına dövlət reyestrindən çıxarış verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********05 saylı məktubundan görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən JN-368 KOD 30319018 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən X14 və ailə üzvlərinin adına 0,51 ha torpaq sahəsinə dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli, 0,74 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli, **********19 reyestr nömrəli çıxarışlar verilmişdir. X14 və ailə üzvlərinin adına 0,74 ha torpaq sahəsi Quba rayonu, Notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4-Ə-2056 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş, Ə.Bağırovun adına dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX ******* seriyalı, **********2 reyestr nömrəli çıxarış işlənmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Quba rayonu İ Nügədi kəndi ərazisində torpaq sahəsinə dair vətəndaş X3 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ərizədə qeyd olunan Quba rayonu İ Nügədi kəndi ərazisində torpaq sahəsinə dair vətəndaş X3 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X11 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi axtarmış, bu zaman ona məlum olmuşdur ki, Quba rayonu İ Nügədi kənd sakini X3 özünə və ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktı əsasında məxsus olan 1,25 ha torpaq sahəsinin 368S ilə işarələnmiş 5129 kv.m hissəsini satır. Bu zaman o Namiz Səlimov ilə görüşmüş və torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçilər kimi X8, X2, X11, X12, X13 və X4 adları qeyd olunmuşdur. Namiz Səlimovla razılaşdıqları kimi torpaq sahəsinin alqı-satqısını həyata keçirmək qərarına gəlmişlər. 30 dekabr 2005-ci il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 4-ə-1913 nömrəli alqı-satqı müqaviləsi ilə Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının 368S ilə işarələnmiş 5129 kv.m hissəsini ona satmışlar. O, həmin vaxtdan torpaq sahəsini istifadə edir, torpaq sahəsinə dair vergiləri ödəyir. Bu barədə bələdiyyədən aldığı arayış və vergi ödənişləri barədə qəbzləri təqdim etmişdir. Bundan əlavə torpaq sahəsinə dair subsidiya ödənişi üçün müraciət etmiş və 2014-cü ildən subsidiya ödənişi almışdır. Torpaq sahəsinə güzəştli şərtlərlə gübrə almaq üçün ona kart da verilmişdir. O, ötən il alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə çıxarış almaq üçün alqı-satqı müqaviləsini və Dövlət Aktının əslini 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, ona verilmiş cavabda Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə-1913 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinə dair satıcı tərəfin adına dövlət reyestrindən çıxarış verilməsi qeyd edilmişdir. Bundan sonra ölkədə yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə hərəkət məhdudlaşdırıldığı üçün o çıxarışın kimə və hansı sənədlə verilməsini öyrənə bilməmişdir. 2021-ci ilin yanvar ayında vəkillə bağladığı müqavilə əsasında verilmiş sorğuya cavabda ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair JN368 KOD 30319018 nömrəli Dövlət Aktının ona satılmış 0,51 ha hissəsinə üçüncü şəxslərin adına xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli, 0,74 ha hissəsinə isə xx.xx.2017-ci il tarixli, **********29 reyestr nömrəli çıxarışlar verilmiş, üçüncü şəxslər Quba rayonu İ Nügədi kəndində yerləşən 0,74 ha torpaq sahəsini Quba rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-2056 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa şəxsin adına özgəninkiləşdirildiyini qeyd etmişlər. O, bundan sonra üçüncü şəxslərə ona satdıqları torpaq sahəsinə dair hansı əsasla adlarına çıxarış almasını soruşmuş, üçüncü şəxslər ona adlarında olan digər 0,74 ha torpaq sahəsinin satılması üçün çıxarış alan zaman səhvən ona satdıqları yerə də çıxarış aldıqlarını bildirmişlər. O, üçüncü şəxslərə bu səhvin düzəldilməsini, çıxarışın ləğv edilməsini bildirmişdir. Onlar iddiaçıya satılmış torpaq sahəsinə dair çıxarışın tezliklə ləğv ediləcəyini desələr də, sözlərinə əməl etmədiklərini, onu yubatdıqlarını görüb məhkəməyə müraciət etmişdir. İddiaçı torpaq sahəsini aldığı vaxtdan ondan istifadə edir. Üçüncü şəxslər buna baxmayaraq, torpaq sahəsini ona satdıqları halda həmin torpaq sahəsinə dair yenidən öz adlarına çıxarış almışlar. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin alınması ilə bağlı Quba Regional ASAN Xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, ona sözügedən alqı-satqı müqaviləsi və həmin müqavilənin qeydə alındığı reyestr kitabı verilməmişdir. Qeyd edir ki, müqavilənin arxivdə mövcud olmaması onun təqsiri deyildir. Bundan başqa, üçüncü şəxslər Quba Rayon Məhkəməsinə keçirilmiş iclasda müqaviləni imzaladıqlarını təsdiq etmişlər. Hazırkı halda, üçüncü şəxslər müqaviləni imzalayaraq torpaq sahəsini ona verdikdən sonra müqavilənin bazada olmamasından istifadə edərək üzərindən 15 il keçdikdən sonra satdıqları torpaq sahəsinə yenidən çıxarış almaları onların hüquqdan sui-istifadə etdiyini göstərir. İddiaçı hazırkı iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadı ilə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülkin işin icraatına xitam verilmiş, ona hazırkı iddia ilə ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadından apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2001/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, o, Quba Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadlarına uyğun olaraq işə baxılması üçün inzibati qaydada məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində etibarsız hesab edilməsi ilə bağlı göstərilən X6 və digər şəxslərin adlarına olan 0.51 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı əsasında ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN:368 KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, həmin akt əsasında Quba rayon notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-465 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. X6 və digər şəxslərin adlarına olan 0.51 ha torpaq sahəsinə dair xx.xx.2017-ci qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(118)-162/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim L.Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Ona görə ki, torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanan vaxtdan iddiaçının istifadəsindədir, torpaq sahəsinə görə vergi ödəmiş, subsidiya almışdır. Qeyd edir ki, üçüncü şəxslər torpaq sahəsini satmasaydılar, torpaq sahəsindən istifadə edər, vergilərini ödəyərdilər, ən azından 2005-ci ildən bu vaxta qədər torpaq sahəsinə dair ona qarşı hər hansı pretenziya irəli sürərdilər. Üçüncü şəxslərdə Torpağa Mülkiyyət Hüququna dair JN 368 KOD30319018 nömrəli Dövlət Aktının əsli olmamış, onlar müqavilənin bazada olmamasından istifadə edərək, itmiş kimi almışlar. Torpaq sahəsini satmasaydılar, Dövlət Aktının əsli özlərində olardı. Hazırkı iddiaya ilkin olaraq Quba Rayon Məhkəməsində baxılan zaman iddiaçılardan X11 iddianı qəbul edərək, torpaq sahəsini iddiaçıya satdıqlarını etiraf etmişdir. İddiaçı hazırkı iddiaya ilkin baxılan zaman Quba Rayon Məhkəməsinin 2(027)-636/2021 saylı mülki işi üzrə məhkəmə iclasının audio yazısının alınaraq baxılmasını xahiş etmiş və bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət verməkdə məqsədi o olmuşdur ki, həqiqətən üçüncü şəxslər torpaq sahəsini ona satdıqlarını məhkəmə iclasında etiraf etmişlər. Lakin, məhkəmə onun vəsatətini təmin etməmişdir. Məhkəmə iclasında üçüncü şəxslərdən alqı-satqı müqaviləsi bağlanan zaman iştirak etməyən azyaşlı olan X9 gələrək alqı-satqı müqaviləsini imza etmədiklərini, həmin imzaların onlara məxsus olmadığını bildirdiyi üçün o məhkəməyə alqı-satqı müqaviləsindəki imzaların ona və üçüncü şəxslərə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmə onun bu vəsatətini də təmin etməmişdir. Qeyd edir ki, o, torpaq sahəsinin alıcısıdır. Məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsindən göründüyü kimi alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdir. İddiaçının və məhkəmənin verdiyi sorğulardan göründüyü kimi alqı-satqı müqaviləsi Notariat Arxivinə təhvil verilməmişdir. Bundan başqa həmin dövrə aid reyestr kitabı da arxivə təhvil verilməmişdir. Qeyd edir ki, alqı-satqı müqavilələrinin arxivə təhvil verilməməsi onun təqsiri deyildir və buna görə məsuliyyət daşımır. Əgər sorğuya verilmiş cavablarda alqı-satqı müqaviləsinin aşkar olunmadığı, digər alqı-satqı müqavilələrinin aşkar olunduğu, alqı-satqı müqavilələrinin təsdiq edildiyi qeydiyyat kitabı mövcud olsaydı və onun təqdim etdiyi müqavilənin həmin kitabda qeydiyyatı olmasaydı, onunla üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğu şübhəyə alınardı. Hazırkı halda heç bir alqı-satqı müqaviləsinin bağlanmasına dair reyestr kitabının mövcud olmaması həmin müqavilənin olmamasını inkar edir. Məhkəmə iddianı rədd edərkən qərarı reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması ilə əsaslandırmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan, notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsuliyyət daşıya bilməz. Çünki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsası olan müqavilə ilə bağlı mübahisə yarandıqda, həmin müqavilə ilk növbədə təsdiqləndiyi notariat orqanından yoxlanılmalı, bu mümkün olmadıqda ən azı həmin dövr üzrə müqavilələrin müvafiq qaydada qeydiyyatının aparıldığı reyestr kitablarındakı məlumatlarla eyniləşdirmə aparılmalıdır. Məhz həmin arxiv sənədləri, kitabları və digər məlumatlarla müqavilənin bağlanmadığı şübhəyə yer qalmayacaq şəkildə təsdiqləndikdə iddia olunan hal sübuta yetirilmiş sayıla bilər. Yəni iddiaçı öz üzərinə düşən vəzifəni icra etmiş, üçüncü şəxslərlə pulu ödəyib, torpaq sahəsini almış və hal-hazıradək torpaq sahəsi onun istifadəsindədir. Üçüncü şəxslər bunun əksinə torpaq sahəsinin ona satılmamasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmə iclasında iştirak etməyərək icraatdan yayınmışlar. Bu isə üçüncü şəxslərin hüquqdan sui-istifadə etməsinin göstəricisidir. Buna baxmayaraq, məhkəmə işin müəyyən edilmiş hallarına hüquqdan sui-istifadə ilə bağlı normalar çərçivəsində hüquqi qiymət verməmiş, üçüncü şəxslərin açıq-aşkar müqavilənin aşkar edilməməsi nəticəsində hüquqdan sui-istifadə edərək satdıqları torpaq sahəsinə yenidən çıxarış almalarına münasibət bildirməmişdir. Bundan əlavə, Quba rayon Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli 4-ə-1913 saylı alqı-satqı müqaviləsi arxiv sənədlərində aşkar edilmədiyi halda həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin, 2005-ci ilə aid alqısatqı müqavilələrinin qeydiyyatına dair reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. Belə olan halda, bu məlumatın daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın əsası kimi göstərilən müqavilənin bağlanmamış sayılması üçün mötəbər sübut sayılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşdən görünür ki, iddiaçı 0.51 ha torpaq sahəsinin xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsinə əsasən ona satıldığını əsas tutaraq, həmin torpaq sahəsinə dair satıcıların adına daşınmaz əmlakın dövlət reyestrində aprılmış qeydiyyatı mübahisələndirir. Birinci instansiya məhkəməsi 30 dekabr 2005-ci il tarixdə 4Ə-1913 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, o cümlədən müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabının Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilmədiyini əsas tutaraq, hesab etmişdir ki, inzibati orqan tərəfindən mübahisələndirilən çıxarışın ləğv edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Quba rayon DNK-da 2008-ci ilədək rəsmiləşmiş bütün notariat işləri, eləcə də həmin dövrə məxsus müvafiq reyestr kitablarının notariat ofisində saxlanma müddəti başa çatdığından həmin sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Dövlət Notariat Arxivinin 02 noyabr 2021-ci il tarixli məktubundan isə görünür ki, 30 dekabr 2005-ci il tarixdə 4Ə-1913 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmiş, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X6 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Belə olan təqdirdə kollegiya qeyd edir ki, daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Göründüyü kimi Quba rayon notariat ofisinin 30 dekabr 2005-ci il tarixli 4Ə-1913 reyestr nömrəli alqı-satqı müqaviləsi arxiv sənədlərində aşkar edilmədiyi halda, həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin 2005-ci ilə aid alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. Başqa sözlə, həmin müqavilənin də mövcudluğu və 4-ə-1913 saylı reyestr nömrəsinin onlara aid olması reyestr kitabından dəqiqləşdirilə bilər ki, Notariat Ofisi bunun mümkün olmadığını bildirmişdir. Belə olan halda, bu məlumatın daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın əsası kimi göstərilən müqavilənin bağlanmamış sayılması üçün kifayətedici və mötəbər sübut sayılması inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir. Belə ki, İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan digər sübutlarla bağlı kollegiya qeyd edir ki, Quba rayonu, Birinci Nügədi bələdiyyəsi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli 128 saylı məktubdan və iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, 2009-2021-ci il daxil olmaqla 0,5129 ha torpaq sahəsinə dair pay torpaq vergiləri JN-368 saylı Akta əsasən iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, Azərbarbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Quba Dövlət X16 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 11 aprel 2022-ci il tarixli 29 saylı arayışdan görünür ki, iddiaçı 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı JN-368, Kod 30319018 nömrəli dövlət aktında göstərilmiş 0,5120 ha ərazi üzrə subsidiya üçün müraciət etmiş və həmin ərazi üzrə iddiaçıya subsidiya ödənişi olunmuşdur. Bundan əlavə işin mübahisə edilməyən digər halı da ondan ibarətdir ki, alqı-satqı müqaviləsi bağlandığı vaxtdan bu günə kimi 0.51 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Birinci instansiya məhkəməsi isə sadalanan sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadında qeyd edilir ki, məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur. Hazırkı iş üzrə də, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində X2, X11, X12, X13 və X7 üçüncü şəxs qismində qeyd etsə də, birinci instansiya məhkəməsi həmin şəxslərin zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməli olduğu halda həll etməmişdir. Bundan əlavə işdən görünür ki, üçüncü şəxs qismində qeyd edilən şəxslərdən yalnız X9 məhkəmə iclasında iştirak etmiş, digərlərinin iştirakı təmin edilərək iddia tələbinə dair münasibətləri dinlənilməmişdir. D.Səlimov isə məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsinin iddiaçıya satılmadığını, ailə olaraq birgə razılıqlarına əsasən torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyini bildirmiş, başqa sözlə iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinin mötəbərliyini şübhə altına almışdır. Bu səbəbdən də iddiaçı 30 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı yazılı vəsatət verərək, alqı-satqı müqaviləsi bağlanan zaman azyaşlı olan X9 istisna olmaqla digər üçüncü şəxslərin hər birinin müqaviləyə imza etdiyini bildirərək, alqı-satqı müqaviləsindəki imzaların həqiqətən də, üçüncü şəxslərə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi əsaslandırılmış qərardad qəbul etmədən vəsatəti rədd etmişdir. Belə ki, AR İPM 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi və həmin müqavilənin qeydə alındığı reyestr kitabı dövlət notariat arxivinə təhvil verilmədiyindən və üçüncü şəxslərdən məhkəmə iclasında iştirak edən D.Səlimov onların ailəsi tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasını qəbul etmədiyindən, iş materiallarına əsli əlavə edilmiş alqı-satqı müqaviləsindəki imzaların üçüncü şəxslərə məxsusluğunun müəyyən edilməsi məqsədilə üçüncü şəxslərin məhkəmə iclasında şəxsən iştirakı təmin edilməli və onlardan eksperimental xətt nümunələri götürülməklə məhkəmə xətşünaslıq ekspertizası keçirilməlidir. Birinci instansiya məhkəməsi isə iş üçün əhəmiyyət kəsb edən xüsusatları tam araşdırmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Beləliklə, kollegiyanın qənaətinə görə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(118)-162/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar