Məhkəmə qərarları › İş №2-1(105)-577/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-577/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-577/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinin plan və ölçüsündə dəyişiklik edilməsi və torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-114/2022 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı2 və üçüncü şəxs X7 qardaşdırlar və Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə onlara Abşeron rayonu, Məmmədli kəndi ərazisindən yanaşı olan 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı2 həmin torpaq sahəsində ev tikərək hazırda yaşayır. X2 həmin torpaq sahəsində tikinti aparmamış və orada yaşamamışdır. Üçüncü şəxs X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, lakin torpaq sahəsinin koordinatları səhvən qardaşı İddiaçı2 torpaq sahəsinin koordinatlarına uyğun qeydiyyat aparılmışdır. İddiaçı2 mülkiyyət hüququ isə dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar üçüncü şəxs X4 torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır (məhkəmə mübahisəsi İddiaçı1 ilə Bəhlul Manafovun arvadı Lalə Manafova arasında olmuşdur). Lakin dövlət qeydiyyatına alınmış torpaq sahəsinin koordinatları düzgün işlənmədiyi üçün İddiaçı1 müvafiq düzəliş edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda İddiaçı2 da müvafiq düzəliş edilməsi və hüquqlarının dövlət qeydiyyatına alınması üçün ayrı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddialara bir icraatda baxmağı məqsədəmüvafiq hesab etmişdir. İddiaçı1 “xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınması və bu barədə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X7 və İddiaçı2 həmin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi, xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun 0.06 ha hissəsi isə X4 mülkiyyətindədir. Həmin torpaq sahəsi **********60 reyestr nömrəsi ilə qeydiyyata alınarkən qonşu torpaq sahəsinə çıxarış və plan-ölçü verilmişdir. Bu da onun mülkiyyət hüquqlarını pozur və iddiaçı öz qanuni mülkiyyətindən istifadə edə bilmir. Bundan başqa digər payçı X7 onunla birlikdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə gəlməkdən yayınır. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək payçısı olduğu torpaq sahəsinin plan və öçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və bu barədə plan-ölçü sənədi verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi ona xx.xx.2021-ci il tarixli imtina məktubu göndərərək, digər payçı X7 ilə birlikdə müraciət etdiyi təqdirdə 0.12 ha torpaq sahəsinin planı və ölçüsündə cari dəyişiklik edilməsi barədə ərizənin icrasına yenidən baxılacağını qeyd etmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi, digər payçı X7 reyestr xidmətinə gəlməkdən yayınır, bu da onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. İddiaçı1 hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha hissəsi İddiaçı1, 0,06 ha hissəsi isə X4 xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş DT və XK tərəfindən (**********0364) “Torpaq sahəsinin planı və ölçü” tərtib edildiyi müəyyən olunmuşdur. Lakin həmin daşınmaz əmlakın mülkiyyətçisi barədə 4 saylı Abşeron Ərazi İdarəsinin elektron elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə DTXK tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən tərəflərə hüquqi yardım edilmiş, İddiaçı2 da öz hüquqlarını inzibati orqandan tələb etmək hüququ izah edilmişdir. Bundan sonra İddiaçı2 mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-867/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”nə dair 2-1(118)-867/2022 saylı inzibati iş, Sumqayıt İnzibati Məhkəsinin icraatında olan İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınması və bu barədə plan-ölçü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair 2-1(118)-114/2022 saylı inzibati işlə bir icraatda birləşdirilmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv metr həyətyanı torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 1997-ci il, 21 dekabr tarixli, 15 nömrəli qərarı ilə İddiaçı2 mülkiyyətinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı2 xx.xx.2008-ci il tarixində torpaq sahəsinin plan-ölçüsü verilmişdir. Qonşuluqda yerləşən, xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 və İddiaçı1 paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları səhvən onun mülkiyyətində olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və mülkiyyət hüquqlarını pozur. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş 05 noyabr 2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən və tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin X4 adına **********60 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-114/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) İddiaçı1 və İddiaçı2 iddiaları təmin edilmiş, reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilərək əvvəlki yerində (İddiaçı2 faktiki olaraq ev tikib yaşadığı həyət evinə bitişik 0.12 ha torpaq sahəsi) qeydə alınması və bu barədə plan-ölçü sənədinin verilməsi və İddiaçı2 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201.08 kv.metr həyətyanı torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilərək əvvəlki yerində (İddiaçı2 faktiki olaraq ev tikib yaşadığı 0.12 ha torpaq sahəsi) qeydə alınması və torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X7 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Yaqut X5rşı pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə həmin iddianı təmin edərək araşdırma aparmadan, Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən torpaq sahəsini birgə nikah dövründən əldə olunmuş əmlak hesab edərək torpağın 50% hissəsinin Lalə Manafovaya aid olduğu qənaətinə gəlmişdir. Lakin torpaq pay torpağı kimi qeyd olunsa belə, həmin torpaq sahəsi pay torpağı deyil, belə bir izahatı vəkili verə bilməzdi. Həmin torpaq birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməli deyil, çünki həmin torpaq sahəsi ona iş yerindən əvəzsiz verilmişdir. Bu məsələ ilə bağlı hüquqları pozulmuş, həmin qətnaməni mübahisələndirmək hüququ yaranmışdır. Məhkəmə qərarında vəkilin çıxışını izahat kimi qeyd etməli deyildi, çünki etibarnaməsi olmamışdır. İddiaçı1 məhkəmədə bildirmişdir ki, onunla birlikdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə getməkdən yayınır. Qeyd edir ki, o, şəhərdə yaşasa da, işləsə də işi ilə əlaqədar tez-tez rayonlarda olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 vəkili və nwmayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — X9nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. (...)

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

Maddə 43. Yerquruluşu

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. (...)

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi (...)

Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı1 xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasını və bu barədə plan-ölçü sənədinin verilməsini xahiş edir. İddiaçı1 iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1, 0.06 ha torpaq sahəsi isə X4 paylı mülkiyyətindədir və həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Cavabdeh inzibati orqanın araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş DT və XK tərəfindən (**********0364) “Torpaq sahəsinin planı və ölçü” tərtib edildiyi müəyyən olunmuşdur. Lakin həmin daşınmaz əmlakın mülkiyyətçisi barədə 4 saylı Abşeron Ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə DTXK tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən məlumat aşkar edilməmişdir. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş 05 noyabr 2008ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən və tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin X4 adına **********60 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və X4 paylı mülkiyyətində olan torpaq sahəsinin koordinatları digər İddiaçı2 sahibliyində və istifadəsində olan, üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsinin koordinatlarına uyğun qeydiyyata alındığından torpaq sahəsinin koordinatları faktiki istifadəyə uyğunlaşdırılaraq müvafiq qeydiyyat aparılmalıdır. İddiaçı2 iddia tələbi isə ondan ibarətdir ki, mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınsın və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilsin. İşdən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ayrılmış 1201.08 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, X9 kitabında 05 noyabr 2008-ci il tarixdə 10308 nömrə ilə uçota alınmışdır. Habelə, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ayrılmış 1202.51 kv.m həyətyanı torpaq sahəsinə dair X4 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, X9 kitabında 05 noyabr 2008-ci il tarixdə 10309 nömrə ilə uçota alınmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə həm İddiaçı2, həm də X6 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı2 adına olan torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmaqla, adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə faktiki olaraq istifadəsində olan torpaq sahəsi eynilik təşkil etdiyindən, torpaq sahəsinin koordinatları ilə bağlı uyğunsuzluğun olması işin mübahisəsiz halı olduğundan, İddiaçı2 tələbi əsaslıdır və yaranmış uyğunsuzluqlar onun təqsiri deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda imtina edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-114/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar