Məhkəmə qərarları › İş №2-1(105)-577/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-577/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-577/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu(sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X5 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X7, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(118)-2932/2023 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı qardaşı X9 xüsüsi mülkiyyətində olan ünvan 2-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq niyyətindədir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxsi iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X4 rayonu, Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 33 ünvanında qeydiyyatdadır. RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyıt hüququ ilə İddiaçı mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “X7 ünvan 2-dən qeydiyyatdan çıxarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(118)-2932/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 33 ünvabında yerləşən 0.0931 ha həyətyanı torpaq sahəsində mənzili vardır. Onun adına bununla bağlı xx.xx.2015-ci il tarixli çıxarış da tərtib edilmişdir, qeyd olunan mənzildə o, ailə üzvləri və qardaşı olan üçüncü şəxs X12 qeydiyyatdadır. O, hal-hazırda mülkiyyətində olan evi özəlləşdirmək istəyir, lakin evində qeydiyyatda olan qardaşı müxtəlif bəhanələr gətirməklə qeydiyyatdan könüllü olaraq çıxmaqdan imtina edir. O, qardaşının mənzilinə olan qeydiyyatının ləğv edilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(118)-2932/2023 nömrəli qərarı ilə iddia təmin edilərək X7 ünvan 2-dən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva). Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarına istinad etmiş və qərarını onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Həmin qərardan narazı qalan üçüncü şəxs X12 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri X2 evi plana düşdüyü üçün Quba rayon zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin 20 oktaybr 1964-cü il tarixli, 19 nömrəli protokolu ilə Ağamalıoğlu küçəsinin şimal tərəfindən 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində babası fərdi yaşayış evi tikmişdir. Həmin yaşayış evinə dair babasının adına 29 may 1984-cü il tarixli, 555 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Babası Hacımurad X3 ilə ailə qurmuş və bu nikahdan X1 və əmisi X8 adlı iki oğlu doğulmuşdur. Babası 01 iyun 1984-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan miras əmlakla bağlı 08 oktaybr 1984-cü ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən fərdi yaşayış evindən nənəsinə, atasına və əmisinə miras əmlakdan pay verilmişdir. Sonradan həmin evə dair atasının adına xx.xx.1987-ci ildə qeydiyat vəsiqəsi verilmişdir. X1 17 oktyabr 1975-ci ildə X11 ilə ailə qurmuşdur. Həmin nikahdan o və qardaşı İddiaçı doğulmuşlar. O və qardaşı doğulduqları vaxtdan hal-hazıra kimi həmin evdə yaşayırlar. O, xx.xx.2010-cu ildə X18 ilə ailə qurmuşdur. X18 cehiz əmlakını hazırkı evə gətirmişdir. X1 21 avqust 2007-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra da həmin evdə qardaşı ilə birlikdə yaşamışlar. Lakin son zamanlar qardaşı evlə bağlı onunla mübahisə etməyə başlamışdır. Onu evdən çıxartmaq üçün hər cür vasitələrdən istifadə etmişdir. Belə ki, o, evin birinci mərtəbəsində yaşayır. Qardaşı isə evin ikinci mərtəbəsində yaşayır. Qardaşı onun otaqlarına gələn elektrik enerjisini kəsmiş, onun həmin evdə yaşamamağı üçün hər cür üsuldan istifadə etmişdir. Dindar bir şəxs olduğundan ailədə mübahisə etmək ona yaraşmadığından, qardaşının mübahisə yaratmaq üçün ona qarşı etdiyi bütün təhdidlərindən kənar durmuşdur. Lakin yaşadığı evin altında yerləşən torpaq sahəsi X2 adına olduğu üçün vərəsəlik üzrə həmin torpaq sahəsinə mülkiyyət hüququnun müəyyən edilməsi üçün sənədləşmə işlərinin aparılması zamanı Quba regional Asan Xidmət Mərkəzinin Notariat Ofisindən babasından atasına düşən hissədə olan miras payla bağlı babasının vərəsələri sırasına daxil olmağı barədə məktub almaq istəyən zaman şəxsiyyət vəsiqəsinin qüvvədən düşdüyünü ona bildirdilər. Bundan sonra o, şəxsiyyət vəsiqəsinin necə qüvvədən düşməsini öyrənmək üçün qeydiyat və şəxsiyyət vəsiqəsi verən bölməyə müraciət etmiş, oradan onu Quba rayon İcra və probasiya şöbəsinə göndərmişlər. Bundan sonra ona məlum olmuşdur ki, bir evdə yaşadığı qardaşı İddiaçı onun qeydiyyatdan çıxarılmağı barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsində olan məhkəmə iclasları və məhkəmənin qərarı barədə məlumatı olmamış, o, bildirişləri almamışdır. Onun həmin evdə istifadə hüququ vardır. Doğulduğu vaxtdan həmin evdə yaşayır. Ailə quraraq həmin evdə ailəsi ilə birlikdə yaşayır. Başqa yerdə yaşaya bilməz. Bunun üçün onun yaşayış evi yoxdur. Bu iş üzrə iddiaya Sumqayıt İnzibati Məhkəməsində deyil, aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxılmalı idi. Çünki onun həmin evdə istifadə hüququ vardır. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət edilmədən iş üzrə icraata qəbul edilərək işə baxılıb iddia təmin edilmişdir. Halbuki, iddiaçı özü iddia ərizəsində onun qardaşı olduğunu qeyd etmişdir. Məhkəmə sırf bu haldan şübhələnərək onun həmin evdə istifadə hüququnun olub-olmamasını araşdıra bilərdi. X17 Qanunvericilik məhkəməyə öz imkanları daxilində sübutlar toplamaq imkanı da vermişdir. Lakin nədənsə məhkəmə tərəfindən bu halla bağlı heç bir araşdırma aparılmadan, yanlış olaraq onun həmin mənzilə qeydiyyatının formal xarakter daşıdığı, onun həmin mənzildə yaşamamağı barədə, hətta məhkəmə iclasında məlumat verilməyinə baxmayaraq iştirak etməməyi ilə əsaslandırmağa çalışmışdır. Bir daha məhkəmənin diqqətinə çatdırmışdır ki, o, anadan olduğu tarixdən halhazıra kimi qeydiyyatdan çıxarılmağının tələb edildiyi fərdi yaşayış evində yaşayır, hətta digər ailə üzvləri də həmin evdə yaşayır, evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi ilə bağlı hüquqi prosedur davam etdirilir, məhkəmə ilə bağlı onun adına gələn heç bir sənəd ona çatdırılmayıb və ola bilər ki, iddiaçı bunu özü bilərəkdən onun hadisələrdən xəbər tutaraq iştirak etməyinin qarşısını almaq üçün etmişdir. Bütün bunlar isə onun həmin evdən qeydiyyatdan çıxarılmağının tamamilə əsassız olduğu və Sumqayıt İnzibati Məhkəməsinin bu məsələyə baxmaqla öz səlahiyyətinə aid olmayan işlə bağlı qərar qəbul etdiyi anlamına gəlir. İddiaçının qanunsuz hərəkətləri nəticəsində və məhkəmənin onun hüquqlarını pozaraq qəbul etdiyi qərar nəticəsində onun şəxsiyyət vəsiqəsi yararsız vəziyyətə düşmüş və o, hər hansı sənədləşmə işlərini həyata keçirə bilmir. Qeyd edilən qərardan da göründüyü kimi, əgər şəxs mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınıb, lakin həmin yaşayış sahəsində faktiki yaşamadıqda, istifadə hüququ olmadıqda, yaşayış sahəsinə başqa əmlak hüquqları olmadıqda həmin şəxslərin qeydiyyatına inzibati məhkəmə icraatı qaydasında digər hallarda isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki işdən də göründüyü kimi onun qeydiyyatdan çıxarılmağı tələb edilən evdən istifadə hüququ mövcuddur, o, həmin evdə hal-hazırda da yaşayır. Bu işə inzibati məhkəmədə baxıla bilməzdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, məhkəmənin sullarına cavab olaraq qardaşının evin birinci mərtəbəsində yaşadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə daimi pasport qeydiyyatında olan qardaşının qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. İş materialları ilə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə iddiaçının qardaşı X12 da qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarına istinad etmiş və qərarını onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda inzibati iş üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb olunan şəxs iddiaçının qardaşı olmaqla, həmin mənzildə pasport qeydiyyatında olmuşdur və hazırda orada qeydiyyatda olmaqla yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, ücüncü şəxsin iddiaçının mülkiyyətində olan məzildə formal qeydiyyatda olmasına dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uygun deyildir. Belə olduğu halda Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(118)-2932/2023 nömrəli qərarı üçüncü şəxs X7 ünvan 2-dən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması hissəsində ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi iddiaçının qardaşını qeydiyyatdan çıxarmaq üçün yuxarıda qeyd edilən qanunvericilikdən irəli gələn əsas və bununla sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarına istinad etmişdir. Həmin qərarla Konstitusiya Məhkəməsi qərara almışdır ki: 1 . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin hazırkı işdə nə üçüncü şəxs iddiaçının ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyata alınmışdır, nə üçüncü şəxsin yaşayış sahəsində faktiki yaşamadığı müəyyən edilir, nə də üçüncü şəxsin istifadə hüququnun olmamasını müəyyən edən məhkəmə qətnaməsi mövcuddur. Formalaşmış məhkəmə təcrübəsindədə bu kateqoriya iddialar mülki məhkəmə icraatı qaydasında yaxın ailə üzvü olan üçüncü şəxslərin istifadə hüququnun olmamasının müəyyən edildiyi hallarda təmin edilir. Bu baxımdan da birinci instansiya məhkəməsinin mövqeyi başa düşülən deyil. Məhkəmə kollegiyası məhkəmə təcrübəsini nəzərə alaraq onuda qeyd edir ki, üçüncü şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqnların imtinasından şikayətlərə inzibati icraat qaydasında baxılan işlərdə üçüncü şəxslərin faktiki yaşamadığı və istifadə hüququnun olmadığının mübahisəsiz olduğu hallarda uğurlu olur. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı oldugundan təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(118)-2932/2023 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. İddiaçıya izah edilsin mülki məhkəmə icraatı qaydasında nəzərədə tutulmuş hüquq müdafiə imkanlarından istifadə etməsi istina edilmir. Həmin iddiaları uğurlu olarsa, yenidən inzibati orqana müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(118)-2932/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar