Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-579/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-593/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar olaraq işlədiyi müəssisənin ona ödədiyi 5 qat mükafatının və birdəfəlik ödənilən 10.000 manat mükafat müasirləşdirərək və Çernobil AES-dəki işə görə əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı əmək haqqı toplanaraq, alınmış orta aylıq əmək haqqının 25,4-ə vurulmaqla xx.xx.1996-cı il tarixdən yenidən hesablanmaqla xx.xx.1996-cı il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialının sosial ödənişlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalı ilə əvəz edilərək, iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10.000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Çernobil AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmışdır və nəticədə İ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən bütün Çernobil əlilləri kimi, ona da o vaxt işlədiyi müəssisədən haqqının beşqat məbləği qədər əmək haqqı və 10.000 manat birdəfəlik mükafat ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsinə əsasən həmin beşqat əmək haqqından və 10.000 manat verilmiş mükafatda ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş beşqat məbləği Çernobil AES-də olduğu günlərin sayına bölünərək 25.4 vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Beşqat məbləğin özü beşə vurulduğu üçün həmin əmək haqqı müasirləşdirməklə alınmış məbləğ vətəndaşın pensiya hesablanması üçün orta aylıq əmək haqqı sayılır. Həmin Qanunun müvafiq maddəsinə əsasən xx.xx.1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün 1996-cı ilin yekunun respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş, orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır. Cavabdehə onun pensiyasının hesablanmasında yol verilmiş nöqsanların aradan qaldırılması barədə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işlədiyi müəssisənin ödədiyi 5 qat mükafatın və birdəfəlik ödənilən 10000 manat mükafatın müasirləşdirilərək, alınmış orta aylıq əmək haqqının 25.4-ə vurulmaqla xx.xx.1996-cı il tarixdən yenidən hesablamaqla yaranmış fərqin ödənilməsini xahiş etmiş, lakin İddiaçı əmək haqqının 5 qat məbləğində və 10000 manat mükafatın verilməsi haqqında hər hansı məlumat aşkar edilmədiyindən əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Həmin Qanununun 80-ci maddəsinə əsasən pensiya almaq hüququ olan şəxslər: iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər, köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar), köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları, həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər və s. İddiaçı xx.xx.1995-ci il tarixdən Çernobıl AES-də qəza nəticəsində əlilliyi müəyyən edilmiş şəxs kimi İİ dərəcə əlilliyə görə orta əmək pensiyası təyin edilmişdir. İddiaçı ilkin pensiya təyin edilərkən xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci İl tarixədək (12 ay) olan əmək haqqı nəzərə alınmış və məbləği 69194 AZN müəyyən edilmişdir. Azərsənaye Tikinti İdarəsinin 2 №-li Tresti tərəfindən təqdim olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövr ərzində verilmiş orta aylıq əmək haqqı əsasında yenidən hesablanma aşağıdakı qaydada aparılmışdır: 550 (avqust ayı üzrə əmək haqqı) x 0.68 (rubldan manata müasirləşdirmə əmsalı) x 544.50 (1986-cı il üzrə müasirləşdirmə əmsalı) = 203676 AZN; 203676 (xx.xx.2005-ci il tarixindən orta aylıq əmək haqqı) x 80% = 162940 AZN; 1629.40+10200 (ailə əlavəsi)+ 30000 (Prezident Fərmanına əsasən əlillərə kommunal xidmət üçün verilən müavinət) +11000 (işsizliyə görə verilən əlavə)=214140 AZN; 214140:5000 =42.83 manat; xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şərti çevrilmə zamanı iddiaçının pensiyasının məbləği 25 (baza hissə) və 17.83 (sığorta hissəsi) olmaqla 42.83 manat təşkil etmişdir. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,28 manat müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə 327,21 manata çatdırılmışdır. İddiaçı əmək haqqının 5 qat məbləğində və 10.000 manat mükafatın verilməsi haqqında hər hansı məlumat aşkar edilmədiyindən əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyəti 2 nömrəli Müəssisə tərəfindən verilmiş 09/02 saylı, 02 fevral 2024-cü il tarixli arayışda qeyd edlmişdir ki, Rüstəmov X5 AES-də 1 avqust – 26 sentyabr 1986-cı il tarixədək qəzanın aradan qaldırılmasında iştirak etdiyi üçün birdəfəlik 10000 manat mükafat və həmin dövrdəki orta əmək haqqı məbləğinin 5 qatı hesablanıb ödənilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyəti 2 nömrəli Müəssisə tərəfindən verilmiş 09/02 saylı, 02 fevral 2024-cü il tarixli arayışla İddiaçı 1985- 1990-cı il tarixinədək işləməsini təsdiq edən əmrlər təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 07 aprel 2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 2 nömrəli X4 Mexanikləşdirilmiş Sahəsindən təqdim edilmiş 550 rubl məbləğində (Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək olan dövrü əhatə edir) orta aylıq əmək haqqı əsasında hesablanmışdır. Həmçinin bildirilmişdir ki, əlilliyə görə pensiya işinə daxil olan sənədlərdə müraciətində qeyd etdiyi aylıq əmək haqqının 5 qat məbləğində və 10000 manat birdəfəlik mükafatın verilməsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən əlilliyə görə əmək pensiyasının sözügedən sənədlər və orta aylıq əmək haqqı əsasında yenidən hesablanması mövcud qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-593/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 5 qat məbləğinin də hesablanmalı olduğunu iddia etməkdə haqlıdır. Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericlikdə əks olunmuşdur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Yaranmış fərq məbləğinin ödənilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, bunun “hesablanması” ilə bağlı mübahisəli hal olmadığından, ödənilmə müvafiq qaydada, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31, 37.7-ci maddələrinin həm 1 iyul 2017-ci il tarixədək, həm də hazırda qüvvədə olan tələbləri nəzərə alınmaqla aparılmalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Həmin Qanununun 80-ci maddəsinə əsasən pensiya almaq hüququ olan şəxslər: iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər, köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar), köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları, həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər və s. İddiaçı Sirac oğluna xx.xx.1995-ci il tarixdən Çernobıl AES-də qəza nəticəsində əlilliyi müəyyən edilmiş şəxs kimi İİ dərəcə əlilliyə görə orta əmək pensiyası təyin edilmişdir. İddiaçı Sirac oğluna ilkin pensiya təyin edilərkən xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (12 ay) olan əmək haqqı nəzərə alınmış və məbləği 69194 AZN müəyyən edilmişdir. Azərsənaye Tikinti İdarəsinin 2 №-li Tresti tərəfindən təqdim olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövr ərzində verilmiş orta aylıq əmək haqqı əsasında yenidən hesablanma aşağıdakı qaydada aparılmışdır: 550 (avqust ayı üzrə əmək haqqı) x 0.68 (rubldan manata müasirləşdirmə əmsalı) x 544.50 (1986-cı il üzrə müasirləşdirmə əmsalı) = 203676 AZN, 203676 (xx.xx.2005-ci il tarixindən orta aylıq əmək haqqı) x 80% = 162940 AZN, 1629.40+10200 (ailə əlavəsi)+ 30000 (Prezident Fərmanına əsasən əlillərə kommunal xidmət üçün verilən müavinət)+11000 (işsizliyə görə verilən əlavə)=214140 AZN 214140:5000=42.83 manat xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şərti çevrilmə zamanı iddiaçının pensiyasının məbləği 25 (baza hissə) və 17.83 (sığorta hissəsi) olmaqla 42.83 manat təşkil etmişdir. Pensiyanın sığorta hissəsinin (SH-17.83) xx.xx.2017-ci il tarixədək indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq hesablanmışdır: Nəticədə xx.xx.2017-ci il tarixə iddiaçının əmək pensiyasının əsas məbləği; BH-110+SH- 38,67=148,67 manat hesablanmışdır. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək: xx.xx.2018-ci ildə - 156,09 manat, xx.xx.2019-cu ildə - 160,77 manat, xx.xx.2019-cu ildə - 200 manat, xx.xx.2020-ci ildə - 233,20 manat, xx.xx.2021-ci ildə - 259,78 manat, xx.xx.2022-ci ildə - 268,62 manat. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,28 manat müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə 327,21 manata çatdırılmışdır. İddiaçı əmək haqqının 5 qat məbləğində və 10.000 manat mükafatın verilməsi haqqında hər hansı məlumat aşkar edilmədiyindən əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Hesab edilir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə yalnız şahid ifadəsinə və halhazırda fəaliyyəti olmayan müəssisənin xx.xx.2024-cü il tarixli arayışına əsaslanaraq iddianı təmin etmişdir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qərarda heç bir mötəbər səbəb göstərilməmişdir. Fəaliyyəti olmayan bir müəssisənin xx.xx.2024-cü il tarixli, 09/02 nömrəli arayışının heç bir hüquqi əsası yoxdur. Arayışın mötəbərliyinə əsaslı şübhələr vardır. Məhkəmə arayışın mötəbərliyini sübut edəcək halların heç birini araşdırmamışdır. Həmçinin, inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur və şahid ifadəsi əsas götürülərək qərar çıxarıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi qanunamüvafiq hesab edilmir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 80. Pensiya almaq hüququ olan şəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83 (Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1090 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iddiaçıya orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 5 qat məbləğinin də hesablanmalı olduğunu iddia etməkdə haqlıdır. Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericlikdə əks olunmuşdur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Yaranmış fərq məbləğinin ödənilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, bunun “hesablanması” ilə bağlı mübahisəli hal olmadığından, ödənilmə müvafiq qaydada, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31, 37.7-ci maddələrinin həm 1 iyul 2017-ci il tarixədək, həm də hazırda qüvvədə olan tələbləri nəzərə alınmaqla aparılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi halların mötəbər sübutlarla təsdiq olunmamasına baxmayaraq iddia tələbini təmin etmişdir. Eyni zamanda maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25- ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (xx.xx.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AESdə və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanırdı. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla (əvvəlki 12 ayın əmək haqqından) əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya aşağıdakı kimi üç fərqli qaydada hesablana bilərdi:
1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən
2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından
3. minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi iddiaçıya pensiya təyinatı aparılan zaman onun seçim etmək imkanı olmuş, lakin o bu hüquqdan istifadə etməmişdir. İddiaçıya pensiya təyini aparılan zaman hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilmir. Lakin məhkəmə kollegiyası bu kateqoriya işlərdə məhkəmə təcrübəsinin olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinin əsaslı olub-olması yoxlanılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddiaçı pensiyanın yenidən hesablanması üçün beşqat əməkhaqqı və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmasını xahiş edir. İddiaçıya 10,000 manat mükafatın verilməsini sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 10,000 manat mükafatın verilməsini sübut edən sənəd məhkəməyə təqim edilsə belə, bu məbləğin pensiya təyinatı zamanı nəzərə alınmasını müəyyən edən hüquq norması mövcud deyil. Birinci instansiya məhkəməsi bu məbləğin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması üçün hər hansı bir hüquqi əsas göstərməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hüquqi əsas olmadığı üçün iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi eyni zamanda beşqat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə həm maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həm də təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Belə ki, qanunvericilikdə minimum əmək haqqının beşqat məbləğindən və ya Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən hesablama aparılması imkanı mövcud olmuşdur. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın beşqat məbləğindən hesablama isə mövcud olmamış, birinci instansiya məhkəməsi isə bu hallara diqqət etməmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının hüquqi marağını və İnzibati Prosessual Məcəllənin 52-ci madəəsinin tələblərini (məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı deyil) nəzərə alaraq hesab edir ki, iddiaçının Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən pensiyanın yenidən hesablanması tələbinə baxıla bilər. Bu hissədə isə tələb olunan sübutlar məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə də əsaslı deyil. Hazırki işin hallarına nəzər saldıqda görünür ki, iddiaçının istinad etdiyi birdəfəlik 10000 manat mükafat və həmin dövrdəki orta əmək haqqı məbləğinin beşqatı məbləğinin hesablanıb ödənilməsini əks etdirən arayış 02 fevral 2024-cü il tarixli olmaqla birinci instansiya məhkəməsində icraat zamanı əldə edilərək təqdim olunmuş və iddiaçıya məxsus pensiya işində öz əksini tapmamışdır. Bu səbəbdən də həmin arayış məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Bununla da iddiaçının istinad etdiyi hallar sübuta yetirilməmiş olur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş "xxxx" SC-nin 2 №-li müəssisəsinin rəisi X3 iddiaçının əlavə əməkhaqqı və 10.000 manat mükafat aldığını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, inzibati məhkəmə icraatında şahid ifadələri birbaşa sübut kimi qəbul edilmədiyinə görə X2 ifadəsi əsasında pensiya təyinatı aparıla bilməz. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 29 avqust 2024-cü il tarixli aktdan qeyd olunur ki, "xxxx" SC-nin 2 №-li müəssisəsinin rəisi X2 verdiyi şifahi məlumata əsasən vətəndaş İddiaçı Sirac oğlunun Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən 10000 (on min) manat müavinət Ukrayna Respublikası ərazisində yerləşən hərbi hissə tərəfindən ödənilib və bu səbəbdən "xxxx" SCnin 2 №-li müəssisəsində vətəndaş İddiaçı Sirac oğlunun qeyd olunan müavinəti almasını təsdiq edən heç bir arxiv sənədi yoxdur. Həmçinin İddiaçı Sirac oğluna verilən beşqat əmək haqqı alıb-almamasının araşdırılması "xxxx" SC-də mühasibat sənədlərinin olmaması səbəbindən mümkün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiiq etməmiş, eyni zamanda təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-593/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.