Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-579/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin N4 fevral 2025-cü il tarixli, 2-N(NN8)-N556/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı X7 cavabdeh “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “İddiaçı Ağdamda Fərrux dağı istiqamətində olan N993-cü il fevralında hücum əməliyyatlarında aldığı kontuziya səbəb əlaqəsiylə Quba Rayon Xəstəxanasında Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayış verilməsinə və məhkəmə rüsumu olan N00 (yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini və “iddiaçının N993-cü ilin martında Ağdamda vətənin müdafiəsində aldığı kontuziya səbəb əlaqəsi ilə Quba rayon xəstəxanasında nevrepotoloq həkim Babaşov Akif Vahab oğlu tərəfindən müayinə olunduğu və müalicə yazıldığına dair arayışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan İddiaçı artıq 30 ilə çatan çətinliyi barəsində Ali Baş komandana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsindən gələn xx.xx.202N-ci il, N\M-6425 saylı sənədlərin siyahısında yaralanma ilə əlaqəli sənəd istənilmişdir. Belə ki, xx.xx.N970-ci il təvəllüdlü İddiaçı Sovet dövründə xx.xx.N988-ci ildə hərbi xidmətə yollanıb və Rusiyanın Amur vilayətində hərbi xidmətini çavuş kimi bitirərək xx.xx.N990-cı ildə vətənə qaytmışdır. Quba rayon mülki mühafizə idarəsində gözətçi kimi işləməyə başlamışdır. Könüllü olaraq 23 dekabr N992-ci ildən 0N may N993-cü ilədək müddətinə Quba hərbi komissarlığından Bakıya, oradan da Gəncə hərbi komissarlığına göndərilmiş və oradan da Şəmkir rayonu Seyfəli kəndində hərbi səhra poliqonunda qısa təlimdən sonra manqa komandiri çavuş kimi N №-li hərbi hissənin N №-li taborunun tərkibində Ağdam rayonunun Xındırıstan kəndində qurulmuş qərargahdan hücum döyüş əməliyyatlarında iştirak etmişdir. Düşmənlə daim öndə mübarizə aparmış və nümunəvi döyüşçülərdən olmuşdur. N993-cü ilin fevral ayında Fərrux dağı istiqamətində ikinci hücum əməliyyatında çox şəhid, yaralı olmuşdur. Düşmənlər tərəfindən atılan top mərmisi partlayışıyla İddiaçı kontuziya almışdır. Ağdamın Xromat kəndini tabordan qalan təxminən N5 nəfərlə mətanatlə müdafiə etmişdirlər. Qərargah rəisləri isə şəhid və yaralı çox olduğuna görə əskərlərin köməyinə getmiş və tut bağında qəhrəmancasına şəhid olmuşdur. Bu günkü nizam-intizam o zaman olmadığına görə kontuziya almış İddiaçı hərbi xəstəxanaya yox taborları dağıldığı üçün N №-li hərbi hissənin komandirinin imzaladığı buraxılış vərəqəsi ilə müalicə üçün evə göndərmişlər. Kontuziyalı halda iddiaçı 28 fevral N993-cü ildə evə gəlib və anası ilə birliktə Quba rayon Mərkəzi Xəstəxanasına gedərək nervopatoloq Babaşov Akif Vahab oğlu tərəfindən müayinə edilib. Müayinədən sonra xəstəxanada boş yer olmadığına və maddi çətinliyə görə Babaşov Akif Vahab oğlunun yazdığı reseptə görə iynə dərman müalicəsini həmin dövrdəki kəndi Feldşer məntəqəsinin müdiri və X2 edib və onun imzalı şahid ifadəsini ərizəyə əlavə edir. N993-cü il fevral ayında Ağdam bölgəsində Fərrux dağı istiqamətində hücum döyüş əməliyyatında İddiaçı kontuziya almasının şahidi olan, vətənin müdafiəsində xidmətləri olan döyüş yoldaşları Quba rayon Zizik kənd sakini X8 və Quba rayon Zərdabi qəsəbəsinin sakini XN2 şahid ifadələrini ərizəyə əlavə edir. xx.xx.N994-cü ildə xəstə olduğunu və hərbi biletinin belə olmadığını bildirməsinə baxmayaraq “Əskər çatışmır “ deyərək onu yoldan avtobusa mindirib heç bir müyainədən keçirməyərək Fizuli bölgəsinə göndərirlər. Milli ordunun N №li hərbi hissəsində xəstə-xəstə vətənin müdafiəsində iştirak edib. O, komandirlərinə xəstə olduğunu ancaq müalicə alsa, kurs keçib Milli Ordu zabiti kimi düşmənlə mübarizə aparmaq istədiyini bildirsə də, “Əskər çatışmır " deyərək onu hərbi xəstəxanaya göndərməmişlər. N996-cı ilin əvvəlində özünü idarə edə bilməyəcək vəziyyətə çatandan sonra bir gizir və bir əskər iddiaçını evə gətirirlər. İddiaçı əsaslı müalicə olunmadığı üçün müharibədən sonra heç bir işə almamışlar. N998-ci ildə xəstəliyi inkişaf etdiyi üçün Quba Rayon Mərkəzi Xəstəxanasında həkim Babaşov Akif tərəfindən Bakıya göndərişlə göndərilmiş və onu Respublika Diaqnostika Mərkəzinə aparırlar. 2003-cü ildə yenə də Bakıya göndərilmişdir. 20N8-ci ildə nervopatoloq Babaşov Akif Vahab oğlu iddiaçının müalicəsini psixoloq Bəhram həkimə yönləndirdi. 2008-ci ildə ailə qurdu və fiziki qusurlu bir övladı var. Həyat yoldaşı onkoloji xəstədir. Sonraki illərdə müalicəsini Bəhram həkim etmişdir. İddiaçının qaziliyinin sübutu üçün N993-cü ilin mart ayında kontuziya müalicəsi ilə bağlı arayışı öncəki illərdə və 20N8-ci ildə Babaşov Akif Vahab oğlundan istəmiş, lakin əldə edə bilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 07 yanvar 2022-ci il tarixli, 4/2-55 nömrəli arxiv arayışından görünür ki, mərkəzi arxivdə olan N №-li hərbi hissə komandirinin mart-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və top mərmisinin partlaması zamanı kontuziya alması barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 28 oktyabr 2024-cü il tarixli, N8-N-56/2-N339/2024 nömrəli məktubundan görünür ki, N999-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş bütün vətəndaşların müayinə və müalicə olunmaları ilə əlaqədar mövcud olan müvafiq sənədlər (ambulator müraciətlər ilə bağlı sənədlər və xəstəlik tarixləri) qanunauyğun qaydada məhv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N4 fevral 2025-cü il tarixli, 2-N(NN8)-N556/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi 28 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, N999-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş bütün vətəndaşların müayinə və müalicə olunmaları ilə əlaqədar mövcud olan müvafiq sənədlər (ambulator müraciətlər ilə bağlı sənədlər və xəstəlik tarixləri) qanunauyğun qaydada məhv edilmişdir. Məsələ ilə əlaqədar vətəndaş İddiaçı qardaşı X7 ilə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, X9 COVİD-N9 pandemiyası öncəsi Quba RMX-na müraciət edərək qardaşı İddiaçı ambulator kitabçasının sürətini (əsli ilə düzdür qeydi qoyularaq) əldə etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-N4.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iş materiallarından olan X5 müraciətinə olan N0 fevral 2025-ci il “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin N8-N-56/2-M-42- 583/2025 saylı cavabın 4-cü abzasında” Həkim - nevropotoloq Babaşov Akif Vahab oğlu adı çəkilmiş şəxsin nə vaxtsa onun pasiyenti olduğunu xatırlayır, lakin yuxarıda qeyd olunduğu kimi dəqiq sənədlərin məhv edilməsi ilə əlaqədar olaraq dəqiq məlumatlar əsasında sənəd verilməsi mümkün olmamışdır” cümləsindəki “xatırlayır” sözü əlavə araşdırma tələb edirdi. Çünki həmin gün verilən və iş materiallarında olan arayışda vətənpərvər həkim XN3 aşkar şəkildə qeyd edir ki:” Quba rayonu Zizik kənd sakini İddiaçı N993-cü il martında və sonrası Quba Rayon Mərkəzi X3 aldığı kontuziya səbəb ilə nevroptoloq Babaşov Akif Vahab oğlu tərəfindən müalicə aldığını bildirmişdir. Bildirir ki, xəstə İddiaçı daha sonrakı müalicəsi üçün Babaşov Akif Vahab oğlu tərəfindən psixiatrik müalicə üçün ona yönləndirilmişdir.” Bu yazılı sübut təkbaşına bir həkimin uzun illər əslində çox yaxşı tanıdığı xəstəsinə laqeydliyini və Vətəni mənfur düşmən qarşısında qoruyan vətəndaşın hüquqlarına, insan hüquqlarına hörmətsizlyin sübutudur. “İnzibati icraat haqqında” qanunun N4.3-cü maddəsinə görə diskression səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki vəya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Vətəni nümunəvi döyüşçü kimi qoruyarkən sağlamlığını itirən heç bir yerdə işə götürülməyən qazinin dövlət qayğısından məhrum olmasına səbəb olunmuş və cavabdehin qanuna zidd mövqeyi bu gün də qalmaqdadır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin belə olmamışdır. Cavabdeh qazinin pozulmuş hüquqlarının bərpası üçün laqeyd davranaraq məhkəməyə nümayəndə göndərməmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi 28 oktyabr 2024-cü il tarixli məktubda qeyd etmişdir ki,N999-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş bütün vətəndaşların müayinə və müalicə olunmaları ilə əlaqədar mövud olan sənədlər (ambulator müraciətlər ilə bağlı sənədlər və xəstəlik tarixləri) qanunauyğun qaydada məhv edilmişdir. Bunun konkret hansı gün və tarixdə olduğu aydınlaşdırılmamışdır. Məhkəmə iddiaçı kimi İddiaçı haqlı oluğunu N993 və sonrası xronoloji ardıcıllıq ilə faktiki real həyatın sübut və dəlilləriyə düzgün hüquqi qiymət verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin № 4/2-55 saylı xx.xx.2022-ci il tarixli Arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.N993-cü il tarixdən döyüş əməliyyatları rayonuna göndərilən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında manqa komandiri vəzifəsində çavuş İddiaçı adı yazılmışdır. İş materiallarından aydın görünür kı, N993-cü il fevral ayında Ağdam bölgəsində Fərrux dağı istiqamətində hücum döyüş əməlliyatında İddiaçı kontuziya almasının şahidi olan Vətənin müdafiəsində xidmətləri olan döyüş yoldaşları Quba rayon Zizik kənd sakini X8 və Quba rayon Zərdabi qəsəbəsinin sakini XN2 yazılı ifadələri ərizəyə əlavə olunub. İş materialından aydın görünür ki, İddiaçı N №-li motoatıcı polkun komandirinin imzasıyla 28 fevral N993-cü ildə evə bıraxılmışdır. İş materiallarından aydındır ki, İddiaçı N993-də Qubada yeganə Xəstəxana olan Quba rayon Xəstəxanasına valideyni ilə gedərək nevropotoloq Babaşov Akif Vahab oğlunun yanına kontuziya səbəbiylə müayinə olunmuş və yazılan iynə-dərman müalicəsini evdə almışdır. Bunun sübutu kimi iş materiallarında olan Babaşovun yazdığı resseptə görə iynə dərman müalicəsini aparmış həmin dövrdəki Zizik kəndindəki feldşer məntəqəsinin müdiri, XN yazılı ifadəsi ərizəyə əlavə olunub. İş materiallarında şahid olmağa hazır bütün kənd əhalisindən qonşu XN6 bunlara şahiddir. Məhkəmə bütün bu sübutlara xronoloji həyat ardıcıllığı şəklində hüquqi qiymət versəydi, Babaşov Akif Vahab oğlunun əslində xəstəsi olan İddiaçı N993-cü ilin martında kontuziya səbəb əlaqəsiylə müayinə etdiyini, N996-cı ildə yenidən müalicə etdiyini N998-ci ildə özünün göndərişiylə Respublika daqnostika Mərkəzinə göndərdiyini, 2003-də yenidən Babaşovun göndərişiylə Bakıya göndərildiyini və xəstənin halı ağırlaşdığı üçün daha sonra psixiatr həkim XN0 həvalə etməsini aşkarlayar, iddiaçı realibitasiya mərkəzində müalicə oluna bilərdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli, 5 nömrəli qərarı 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.N. İPM-in 35.N-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.N. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.N. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 8N. Apellyasiya şikayəti vermək hüququ 8N.N. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğuna hüquqi qiymət verilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia iki mərhələdə yoxlanılır. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldığı təqdirdə isə, növbəti mərhələdə iddianın əsaslılığı yoxlanılır. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. İstənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkündür. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli, 5 nömrəli qərarına əsasən İPM-in 35.N-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Eyni zamanda şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin əldə olunmasından ibarətdir. Hüquq müdafiə vasitəsi olaraq isə hazırki iddianı qaldırmışdır. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırda iddiaçının çatmaq istədiyi məqsədə qaldırmış olduğu iddia ilə nail olmaq mümkün olmadığından hüquqi marağı da mövcud deyildir. Belə ki, ilk növbədə sözügedən arayışın əldə olunması öz-özlüyündə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərli deyildir. Bunun üçün hüquqi əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə ətraflı şəkildə öz əksini tapmışdır. Eyni zamanda müharibə veteranı adı və vəsiqəsi verilməsi ilə bağlı iddiaların formalaşmış məhkəmə təcrübəsi vardır. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçı mövcud olmayan sənədlər əsasında sözügedən arayışın əldə olunmasını tələb edir. İş materiallarına əlavə olunmuş Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 07 yanvar 2022-ci il tarixli, 4/2-55 nömrəli arxiv arayışından görünür ki, mərkəzi arxivdə olan N №-li hərbi hissə komandirinin mart-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və top mərmisinin partlaması zamanı kontuziya alması barədə məlumat aşkar edilməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 28 oktyabr 2024-cü il tarixli, N8-N-56/2-N339/2024 nömrəli məktubundan görünür ki, N999-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş bütün vətəndaşların müayinə və müalicə olunmaları ilə əlaqədar mövcud olan müvafiq sənədlər (ambulator müraciətlər ilə bağlı sənədlər və xəstəlik tarixləri) qanunauyğun qaydada məhv edilmişdir. Göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi sənədlər mövcud deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd olunanlardan başqa, iddiaçı ilə cavabdeh arasındakı münasibətləri inzibati hüquq münasibətləri kimi qəbul edib, iddiaya isə öhdəliyin icrası kimi baxılsa belə, bu halda da həmin iddia növü üzrə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti ilə bağlı şərt hazırki iddiaya münasibətdə ödənilmir. Belə ki, İnzibati Prosessual Məcəllə 0N yanvar 20NN-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin tarixə qədər mövcud olmuş inzibati hüquq münasibətləri ilə bağlı tələblər Mülki Prosessual Məcəllənin ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı) adlanan ikinci yarımbölməsində yerləşən fəsillərlə tənzimlənirdi. Mülki Məcəllənin 373.N-ci maddəsinin tələbinə əsasən isə ümumi iddia müddəti N0 ildir. Eyni zamanda Mülki Məcəllənin 55N.N-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 0N yanvar 20NN-ci il tarixində İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə mindikdən sonra yaranan inzibati hüquq münasibətləri ilə bağlı iddia müddətlərinin tətbiqi məsələsi isə həmin məcəllənin müddəaları ilə tənzimlənir. Hazırki iddia tələbi növünə görə öhdəliyin icrası haqqında iddialara aid edilir. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Lakin iddia tələbinin əsasını təşkil edən məsələnin N993-cü il tarixinə aid olduğu nəzərə alındığı təqdirdə, hazırki iş üzrə Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin tələbi tətbiq olunmalıdır. Beləliklə də, hazırki iddia tələbi iddia müddəti ilə bağlı şərtə də riayət olunmadığından mümkün sayılmamalıdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini tam yoxlanılmadan, mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N4 fevral 2025-cü il tarixli, 2-N(NN8)-N556/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən N0 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3