Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-58/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2- N(NN8)-N769/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları N. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia onunla əsaslandırılmışdır ki, o, N992-ci ildə Xaçmaz rayon hərbi komissarlığı vasitəsilə hərbi səfərbərliyə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N9 №-li əmrilə V taborun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. Sonradan N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-İi əmrilə hərbi hissənin tərkibinə daxil edilərək, bütün növ müavinətlərlə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 26 №-li əmri ilə 6-cı MAT-nin qulluqçusu İddiaçı ailə vəziyyətilə əlaqədar qısa müddətli məzuniyyətə buraxılmışdır. “Pereküşkül” şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsindən gəlmiş N970-ci il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq, baş qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. İddiaçı Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq silahlı qüvvələr sırasından ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq, qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. Beləliklə, o bu hərbi hissələrin tərkibində Ağdam, Laçın və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, hətta kontuziya almış və ağır eşidir, qulaqlarında karlaşma gedir. O, sənədlərini “Veteran adının və müvafiq vəsiqənin verilməsi komissiyası”na göndərərək, ona veteran adının verilməsini xahiş etmişdir. Lakin xx.xx.202N-cİ il tarixli 763 №-li komissiyanın protokoluna əsasən barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, arxivin xx.xx.202N-ci il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdə N №-li hərbi hissəni özbaşına tərk etmişdir və buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 7N6 №-li qərarı ilə təsdiq edilmiş əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının verilməsindən imtina olunub. Lakin o hərbi hissəni özbaşına tərk etməmişdir. Belə ki, arxiv arayışında göstərilmişdir ki, guya hərbi hissəni özbaşına tərk edənlərin siyahısında onun da adı var. Əgər o, hərbi hissəni özbaşına tərk etsəydi, onun barəsində Hərbi Prokurorluqda cinayət işi və ya hər hansı bir təqsirləndirici material olmuş olardı. O, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etmiş və xx.xx.2022-ci il tarixdə Hərbi Prokurorluğun cavabında N noyabr N992-ci il tarixdən xx.xx.N996-cı il tarixə kimi 706, N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialların olması barədə məlumat aşkar edilməməsi göstərilmişdir. Bu məktubla birlikdə sənədlərini yenidən “Veteran adının və müvafiq vəsiqənin verilməsi komissiyası”na göndərmişdir. Lakin xx.xx.2022-ci il tarixli 4/3-3696 №-li məktubla yenə də sənədləri qaytarılmaqla, komissiya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Hesab edir ki, komissiyanın qərarı qanunsuz və əsassızdır, sübuta yetmir. Prokurorluğun arayışı ilə təkzib olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və buna uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Lakin Müdafiə Nazirliyinin nəzdində “Veteran adının və müvafiq vəsiqənin verilməsi komissiyası” qərarın bu tələbini ona qarşı kobud surətdə pozmuşdur. N992-ci ildən N996-cı ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etmişdir. Bütün arxiv arayışı, sənədlər və Hərbi Prokurorluğun arayışı ilə bu tam sübuta yetirilmişdir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yanmbəndində “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N9 fevral 202N-ci il tarixli 9/2-N429 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N992ci ildə Xaçmaz rayon Hərbi Komissarlığından hərbi səfərbərliyə çağırılmış və N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N9 nömrəli əmrilə V taborun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. Müdafiə Nazirliyinin arxiv arayışına əsasən iddiaçı 4 may N994-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı N may N994-cü il tarixdə N saylı hərbi hissəni tərk etdikdən sonra hərbi hissədə hərbi xidmətini davam etməsi könüllü olmamışdır. İddiaçı hərbi xidmətini davam etdirmək üçün N7 nömrəli (“Pereküşkül” təkrar qəbul və hazırlıq məntəqəsinə məcburi qaydada gətirilmiş və başqa bir hərbi hissənin tərkibinə xidmətini davam etməsi barədə N nömrəli hərbi hissə komandirinin N fevral N995-ci il tarixli 56 nömrəli əmrilə təkrar olaraq şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçının N may N994-cü il tarixdən N fevral N995-ci il tarixədək hansı hərbi hissənin tərkibində xidmət etməsi barədə arxivdə məlumat aşkar edilməmişdir, həmçinin bu barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı xidmət yerini tərk etməsi qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması sübut olunsa da, Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş və məcburi qaydada təkrar olaraq “Pereküşkül” şəxsi heyətin qəbulu və hazırlıq məntəqəsinə gətirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. İddiaçının döyüş əməliyyatları aparılan zaman N may N994-cü il tarixdən, yəni N nömrəli hərbi hissəni tərk etdikdən sonra N7 nömrəli hərbi hissəyə qayıdanadək harada olması barədə heç bir məlumat yoxdur. Müdafiə Nazirliyi hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməməsi, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi hallarının olmaması ona müharibə veteranı adının və vəsiqəsinin verilməli olmasını təsdiq edən hal deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquq əsasları baxımından hüquqi qiymət verərək hesab edirlər ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində N may N994-cü il tarixdən hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-N(NN8)-N769/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı yuxarıda qeyd edilən halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il 9/2-N429 saylı arxiv arayışında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N23 nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli direktivinə müvafiq olaraq, şəxsi heyətin siyahısından çıxarılaraq hərbi biletləri və müvəqqəti vəsiqələri, adlı siyahı tərtib olunaraq Respublika Hərbi Komissarlığına təhvil verilmiş əsgərlərin siyahısında İddiaçı adının qeyd edildiyi bildirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində hərbi hissəni özbaşına tərk edən şəxslərə müharibə veteranı adının və statusunun verilməsinin istisna edildiyi imperativ olaraq öz əksini tapmışdır. İddiaçı isə qeyd olunan halı təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə sübutları araşdırmamış və yaxud da səthi araşdıraraq qərar qəbul etmişdir. Belə ki, o, N992-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığından səfərbərliyə çağırılmış və N №-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli, N9 №-li əmri ilə V taborunun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. Müdafiə Nazirliyinin arxiv arayışında göstərilmişdir ki, guya o, N may N994-cü il tarixdə N №-li hərbi hissəni özbaşına tərk etmişdir. Lakin bildirir ki, hərbi hissənin komandirin icazə vərəqəsinə əsasən, ailə vəziyyəti ilə əlaqədar N həftə müddətinə ezamiyyətə buraxılmağı ilə bağlı tərk etmişdir. Onlar qəsdən bunu özbaşına kimi göstərirlər. Məhkəmə prosesinə etiraz göndərən cavabdeh tərəf bildirmişdir ki, guya onun ezamiyyətdən qayıdaraq N7 №-li hərbi hissəyə (“Pereküşkül” təkrar qəbul və hazırlıq məntəqəsi) göndərilməyi məcburi qaydada həyata keçirilmişdir. Lakin bunu məhkəmədə sübuta yetirən hər hansı bir sübut növü təqdim etməmişlər. Halbuki, ezamiyyətdən qayıtdıqdan sonra hərbi hissə özbaşınalıqdan dağılmış, onu və digər hərbi çağırışçıları “Pereküşkül” təkrar qəbul və hazırlıq məntəqəsinə göndərmişlər. Bundan əlavə, Azərbaycan Respublikası Hərbi Prokurorluğundan barəsində hər hansı bir cinayət işi və cinayət təqibinin olmaması barədə daxil olmuş arayışdan görünür ki, hərbi xidmət dövründə hər hansı hərbi cinayət törətməmişdir. Əgər hərbi hissəni özbaşına tərk etmiş olsa idi, Hərbi Prokurorluqda barəsində cinayət işi başlanmış olardı. Bundan əlavə işə baxan məhkəmə qərarın təsviri hissəsində göstərmişdir ki, veteran adları və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında 23 yanvar N996-cı il tarixli, Azərbaycan Respublikası Prezidentinin 433 saylı fərmanı mövcuddur və həmin fərmana əsasən xx.xx.N996-cı il tarixdə qanuni əsaslarla ordu sıralarından tərxis olunmuşdur və bu hərbi biletinin N5-ci səhifəsində hərbi hissənin möhür və ştampı ilə təsdiq olunmuşdur. Hərbi biletinin notarial qaydada təsdiq olunmuş surəti işə əlavə edilmişdir. Bu bir daha onu təsdiq edir ki, işə baxan məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə eyni zamanda maddi hüquq normalarını da pozmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində isə imperativ olaraq göstərilmişdir ki, hərbi hissəni özbaşına tərk etmiş, barəsində cinayət işi olmuş, bəraətverici əsaslar olmadan və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslərə veteran adı verilmir. Hal-hazırda bu halların hər hansı biri onda mövcud olmamışdır və qanuni əsaslarla ordudan tərxis olunaraq Xaçmaz rayon hərbi komissarlığında qeydiyyata durmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları N0. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. NN. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
N2. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
N3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nomrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (...) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (...) Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
N4. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş ““Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat: N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
N5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə N9. Mötəbərlik prezumpsiyası N9.N. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. N9.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
N6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə N. Apellyasiya instansiyası məhkəməsində icraat N.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
N7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
N8. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. N9. Belə ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Bundan başqa, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi deyil, həmçinin şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir.
20. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.202Nci il tarixli məktubundan görünür ki, Mərkəzi arxivin xx.xx.202N-ci il tarixli, 9/2-N429 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərar ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. 2N. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N429 saylı arxiv arayışında qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N9 №-li əmrilə (əsas: §-9, səh- 40, sıra-80) İddiaçı V taborun siyahısına salınaraq bütün müavinətlərlə təmin olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin dekabr N992-ci il, N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N0 №-li əmrində (əsas: §-N2, səh-24) X6 məntəqəsindən göndərilmiş bir qrup şəxsi heyətin hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təchizatlarla təmin olunması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissənin xx.xx.N994-xx.xx.N994-cü il tarixli adlı siyahılar qovluğunda (əsas: səh-2N, sıra- 8, siyahıda soyadı “Cabarov”, atasının adı “Siracətdin” yazılmışdır) qeyd edilmiş “xx.xx.N994-cü il tarixdə hərbi hisəyə göndərilmiş Xaçmaz RHK-nın çağırışçılarının” siyahısında N970-ci il təvəllüdlü X2 adı vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 26 №-li əmrilə (əsas:§-N səh-N0, sıra-N) 6-cı MAT-ın hərbi qulluqçusu İddiaçı ailə vəziyyəti ilə əlaqədar yeddi günlük qısa müddətli məzuniyyətə buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N23 №-li əmrində (əsas: səh-43) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli Direktivinə müvafiq olaraq, şəxsi heyətin siyahısından çıxarılaraq hərbi biletləri və müvəqqəti vəsiqələri, adlı siyahı tərtib olunaraq Respublika Hərbi Komissarlığına təhvil verilmiş əsgərlərin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin iyun-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. “Pereküşkül” Şəxsi Heyətin qəbulu və hazırlığı məntəqəsindən gəlmiş, N970-ci il təvəllüdlü, sıravi İddiaçı Siracamin oğlunun N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N03, sıra-NN, atasının adı “Siracamin” yazılmışdır) hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq baş qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Xaçmaz RHK-dan çağırışçısı, hesab nömrəsi vəzifəsində xidmət edən, N970-ci il təvəllüdlü, sıravi İddiaçı Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq Silahlı Qüvvələr sıralarından ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li əmrilə (əsas: §-3, səh-77, sıra-N2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilmişdir.
22. Cavabdeh inzibati orqan İddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.N994cü il tarixdə N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etdiyini əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.
23. Cavabdehin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sənədlərdə iddiaçının N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan N və N nömrəli hərbi hissələrdə xidmət etdiyi, Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq Silahlı Qüvvələr sıralarından ehtiyata tərxis olunması təsdiqini tapır. İddiaçının xidmət etdiyi N və N saylı hərbi hissələr döyüş əməliyatlarında iştirak etmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N429 saylı arxiv arayışında iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N9 №-li əmrilə V taborun siyahısına salınaraq bütün müavinatlarla təmin olunması, N №-li hərbi hissənin xx.xx.N994-xx.xx.N994-cü il tarixli adlı siyahılar qovluğunda qeyd edilmiş “xx.xx.N994-cü il tarixdə hərbi hisəyə göndərilmiş Xaçmaz RHK-nın çağırışçılarının” siyahısında adının olması, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 26 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar yeddi günlük qısa müddətli məzuniyyətə buraxılması, o cümlədən Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq Silahlı Qüvvələr sıralarından ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li əmrilə (əsas: §-3, səh-77, sıra-N2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilməsi göstərilmişdir.
25. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-25/2-4/3-2xx-xx/2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə, N nömrəli hərbi hissə xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib.
26. Həmçinin, iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən də görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Xaçmaz rayon hərbi komissarlığına göndərilmişdir.
27. Cavabdeh inzibati orqanın döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdə iddiaçının N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
28. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.202N-ci il tarixli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur.
29. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPN2/NN3 nömrəli məktubundan görünür ki, iddiaçının 706, N və N nömrəli hərbi hissələrdə xidmət etməyi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olması barədə məlumat aşkar edilməmişdir.
30. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olmamasına, əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il 9/2-N429 saylı arxiv arayışında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N23 nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli direktivinə müvafiq olaraq, şəxsi heyətin siyahısından çıxarılaraq hərbi biletləri və müvəqqəti vəsiqələri, adlı siyahı tərtib olunaraq Respublika Hərbi Komissarlığına təhvil verilmiş əsgərlərin siyahısında İddiaçı adının qeyd edildiyinə istinad etsə də, iddiaçının barəsində xidmət yerini özbaşına tərk etməsi barədə hər hansı materialın olmadığını, hərbi biletdə və Müdafiə Nazirliyinin yuxarıda göstərilən arayışında tərxis olunma ilə bağlı qeydləri nəzərə almamışdır. 3N. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun N9-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
32. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, ehtiyata buraxılması (tərxis edilməsi) iş materialları ilə təsdiqini tapdığından, mövcud iddia tələbi təmin edilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-N(NN8)-N769/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.