Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-580/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022-ci il tarixli qərarla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında” qəbul edilmiş qərarın bütünlüklə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)-424/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı MMCdə operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə İddiaçı MMCyə Vergi Məcəlləsinə əsasən vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
2. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Vergilər İdarəsi tərəfindən İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlər üzrə müvafiq hesablamalar aparılmış və onun əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddiaçının dəlilləri
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vergi Ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022-ci il tarixli qərarla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qəbul edilmiş qərarın bütünlüklə ləğv edilməsi barədə qanunuyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən 22 iyun 2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********4524 nömrəli Tələbnamə təqdim etmiş, həmin tələbnaməyə əsasən cəmiyyətə aid olan sənədlərin, kassada olan pul vəsaitinin götürülməsi barədə xx.xx.2022-ci il tarixli 002746 nömrəli Protokol, mühasibat uçotuna əsasən kassada faktiki mövcud olan nağd pul vəsaitinə dair 002215 nömrəli Siyahı tərtib edilmiş və qeyd edilən pul vəsaiti siyahısında kassada həmin tarixə 21038 manat pul vəsaiti olduğu təsdiq edilmişdir. Bundan sonra 24 iyun 2022-ci il tarixdə cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdə 004889 nömrəli Akt tərtib edilərək aktda, kassada faktiki mövcud olan 21038 manat nağd pul vəsaitinin uçotdan yayındırılması qeyd edilmiş, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin pozulması göstərilərək 2003,80 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, lakin həmin pul vəsaitinin mühasibat uçotunda təsdiq edilməsinə baxmayaraq və kassada faktiki mövcud olmasını təsdiq edən mühasibat uçotu sənədlərinin heç biri təhlil edilmədən əsassız və qeyri qanuni olaraq tərtib edilmiş AKTda uçotdan yayınma qeyd edilmişdir. Cavabdeh tərəfindən cəmiyyətin kassasında faktiki mövcud olan nağd pul vəsaitinin uçotuna dair hər hansı bir hesabat tələb edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Akta əsasən cəmiyyətə “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022-ci il tarixli QƏRARla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar qəbul edilmişdir.Cavabdeh tərəfindən “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022ci il tarixli qərarla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qəbul edilmiş Qərar əsassız və qeyri qanunudur. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdə cəmiyyətin kassasında faktiki mövcud olan 21008 manat nağd pul vəsaiti Milli İran Bankının Bakı Filalından “Çek Kitabçası”nın xx.xx.2022-ci il tarixli 416460 nömrəli çeki ilə bankdan 30000 manat məbləğində nağd pul vəsaiti çıxarılmış və həmin pul vəsaitinin nağd çıxarılmasını bank çıxarışları, “Çek Kitabçası”nın “kötüyü”, eyni zamanda kassa hesabatı ilə təsdiq edilir. Cəmiyyətin kassasında mühasibat uçotu və kassa hesabatı üzrə xx.xx.2022-ci il tarixə 1632 manat nağd pul vəsaiti qalığı olmuş, xx.xx.2022-ci il tarixdə “Çek Kitabçası” ilə bankdan 30000 manat nağd pul vəsaiti çıxarılaraq cəmiyyətin kassasına mədaxil edilmiş, həmin pul vəsaitindən xx.xx.2022-ci il tarixdə cəmiyyətdə işlərin davam etdirilməsi üçün 10594 manat pul vəsaiti kassa məxaric orderi ilə məxaric edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixə cəmiyyətin kassasında faktiki mövcud olan 21008 manat nağd pul vəsaiti qalığı mühasibat uçotunda əks olunmaqla yanaşı, kassa hesabatında da öz təsdiqini tapmışdır. Cavabdehin, cəmiyyətdə olduğu xx.xx.2022-ci il tarixə kimi qeyd edilən əməliyyatdan başqa kassada nağd pul vəsaitinin mədaxili və məxaricinə dair başqa əməliyyatlar olmamışdır. Cavabdeh tərəfindən pul vəsaitinin uçotdan gizlədilməsi barədə gəldiyi nəticə tamamilə əsassızdır. Cəmiyyətin kassasında olan nağd pul vəsaitinin bank hesabından rəsmi qaydada çıxarılmasını təsdiq edən bank çıxarışı və “Çek Kitabçası”nın faktiki mövcud olması hər hansı bir pul vəsaitinin uçotdan gizlədilməsi nəticəsinə gəlməsinin qeyri qanuni olması bir başa sübut və təsdiq olunur.Cavabdeh, nağd pul vəsaitinin uçotdan gizlədilməsi Potokolunda Vergi Məcəlləsinin qeyd etdiyi maddələrində pul vəsaitinin uçotdan gizlədilməsi barədə hər hansı bir qeyd belə mövcud deyildir, Protokolda göstərilən Vergi Məcəlləsinin maddələrinə isə tamamilə əməl edilmiş, cəmiyyətdə həmin maddələrin tələblərinin pozulmasını təsdiq edən heç bir hüquqi əsas yoxdur. Göründüyü kimi cavadeh heç bir əsas olmadan və kassada faktiki mövcud olan 21008 mnat nağd pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması qənaəti tamamilə əsassızdır və həmin pul vəsaitinin uçota alınmasını mühasibat uçotu ilə, kassa hesabatı ilə, bank çıxarışları ilə təsdiq edilir. Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununa əsasən isə kassada faktiki mövcud olan nağd pul vəsaiti qalığına hər hansı bir məsuliyyətə cəlb etmə, cərimə və sanksiya tətbiqi öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdehin etirazının dəlilləri
5. Cavabdeh etirazında bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********4506 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarla vergi ödəyicisi İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi, Bakı-Quba magistralının qərbi ünvanında yerləşən mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə aparılmışdır. Yoxlamanın keçirilməsi barədə Qərar, eyni zamanda “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4526 nömrəli Qərar, Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********4524 nömrəli Tələbnamə və xx.xx.2022-ci il tarixli KY ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” tanış olması üçün etibarnamə üzrə səlahiyyətli nümayəndəyə təqdim edilmiş və o, qeyd edilən sənədlərlə tanış olmuş və bunu həm öz imzası, həm də şirkətin möhürü ilə təsdiq etmişdir. Həmçinin ona Tələbnamənin bir surəti təqdim edilmişdir. Keçirilən OVN tədbiri zamanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi məsələsi yoxlanılarkən, müəssisənin xəzinəsində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid olan 21038,0 manat pul vəsaiti aşkar edilmiş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 002215 nömrəli aktla (xx.xx.2022-ci il tarixli 004889 nömrəli əsas aktın əlavəsi) pul vəsaitlərinin siyahısı tərtib edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə sənədlərin təqdim olunması barədə Tələbnamə verilməsinə baxmayaraq, yoxlama zamanı aşkar olunan pozuntu ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilmədiyindən, həmin pul vəsaitinin qanunvericiliklə müəyyən edilmiş qaydada uçotunun aparılmaması müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 004889 nömrəli akt tərtib edilmişdir. Nümayəndə tədbirin nəticələrinə müvafiq olaraq rəsmiləşdirilmiş aktlarlarla tanış olmuş, aktları imzalamaqla bir nüsxəsini qəbul etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla MMC-yə Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissənin 10 faizi miqdarında, yəni 2003,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi barəsində çıxarılmış məsuliyyətə cəlbetmə qərarı, bildiriş və tələbnamə vergi ödəycisinin elektron poçt qutusuna və vergi ödəyicisinin hüquqi ünvanına poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, iddiaçı bir sıra əsassız dəlillər gətirərək xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixə cəmiyyətin kassasında faktiki mövcud olan 21038 manat nağd pul vəsaiti qalığının mühasibat uçotunda və kassa hesabatında öz təsdiqini tapdığını, cəmiyyətin kassasında olan nağd pul vəsaitinin bank hesabından rəsmi qaydada çıxarılmasını təsdiq edən bank çıxarışı və “Çek Kitabçası”nın mövcud olduğunu qeyd etmiş, cavabdeh tərəfindən pul vəsaitinin uçotdan gizlədilməsi barədə gədiyi nəticənin əsassız olduğunu bildirmişdir. İddiaçıya məxsus olan obyektdə keçirilən operativ nəzarət tədbiri zamanı vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid olan və müəssisənin xəzinəsində aşkar edilmiş pul vəsaiti ilə bağlı iddiaçının səlahiyyətli nümayəndəsinə sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********4524 nömrəli Tələbnamə göndərilməsinə baxmayaraq yoxlama zamanı aşkar olunan pozuntu ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Daha sonra cavabdeh orqan tərəfindən vergi ödəycisinin elektron qutusuna və poçt vasitəsilə hüquqi ünvanına xx.xx.2022-ci il tarixli **********850400 nömrəli bildiriş göndərilmiş və vergi ödəyicisi barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edilmişdir. Vergi ödəyicisi bu dəfə də aşkar edilmiş pul vəsaitinin uçotunun aparılmasına dair təsdiqedici sənədləri təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı müəssisənin kassasında aşkar edilmiş pul vəsaitlərinin uçotunun aparılmasını və bununla bağlı təsdiqedici sənədlərin mövcud olduğunu iddia etsə də, iddiaçının nə operativ vergi nəzarəti tədbiri zamanı, nə də sonradan Baş İdarəyə dəvət olunduğu zaman təsdiqedici sənədləri təqdim edə bilməməsi iddiaçının təsdiqedici sənədlərin mövcudluğu barədə iddiasının tamamilə əssasız olduğunu göstərir. Digər tərəfdən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi yoxlama zamanı yoxlama materialları ilə tanış olmuş, aşkar edilmiş pozuntuya dair hər hansı etiraz bildirmədən yoxlamaya dair sənədləri imza və möhür ilə təsdiq etmişdir. Həmçinin, sənədlərin göndərilməsi haqqında Tələbnamə iddiaçıya məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissənin 10 faizi miqdarında, yəni 2003,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi barəsində çıxarılmış məsuliyyətə cəlbetmə qərarı, bildiriş və tələbnamə vergi ödəycisinin elektron poçt qutusuna və vergi ödəyicisinin hüquqi ünvanına poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, iddiaçı bir sıra əsassız dəlillər gətirərək xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, iddiaçı tərəfindən təsdiqedici sənədlərin yoxlamaya təqdim edilməsi üçün 1 günlük müddət gözlənilmiş, yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək akt tərtib edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmədə şahid qismində ifadə verən vergi inspektoru X4 bildirmişdir ki, operativ vergi yoxlaması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, operativ vergi yoxlaması aparılan zaman iddiaçıya məxsus olan seyfdən nağd şəkildə olan maliyyə vəsaiti aşkar edilmişdir, hətta aşkar edilmiş vəsait protokollaşdırılarkən şirkətin sahibi həmin pulu nağd şəkildə istifadə etməsini bildirmişdir. Hətta iddiaçıya aşkar edilmiş pulun mənbəyi barədə sübutların vergi orqanına təqdim edilməsi təklif edilsə də vergi ödəyicisi tərəfindən hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən də inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)-424/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən bu qərarla tətbiq edilmiş maliyyə sanksiyası məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda, həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəmiyyətin Bank Melli İran Bakı flilialında hesablaşma hesabı mövcud olmuş, həmin hesablaşma hesabına cəmiyyətin fəaliyyəti ilə əlaqədar olaraq rəsmi qaydada pul vəsaitləri daxil olmuşdur. Nağdsız hesablaşmalar haqqında AZərbaycan Respublikasının Qanununa əsasən ay ərzində 30 000 (otuz min) manat pul vəsaitini nağdlaşdıra bilər. Cəmiyyət nağd pul vəsaitini bankdan yalnız bank tərəfindən cəmiyyətə verilmiş ciddi hesabat sənədi olan “Çek kitabçası” vasitəsiilə nağdlaşdıra bilər. Bankda olan hesablaşma hesabındakı pul vəsaitindən cəmiyyət xx.xx.2022-ci il tarixdə çek kitabşasının 416460 nömrəli çeki ilə 30 000.00 (otuz min) manat pul vəsaiti nəgd çıxarılmışdır. Çek kitabçasının 416460 saylı çekin “kötük” hissəsi çek kitabçasında ardıcıllıqla qalır və bu mühasibat uçotuna və Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydalara tam olaraq əsaslıdır. Cəmiyyətin kassasında mühasibat uçotu və kassa hesabatı üzrə xx.xx.2022-ci il tarixə 1632 manat nağd pul vəsaiti qalığı olmuş, xx.xx.2022-ci il tarixdə “Çek Kitabçası” ilə bankdan 30000 manat nağd pul vəsaiti çıxarılaraq cəmiyyətin kassasına mədaxil edilmiş, həmin pul vəsaitindən xx.xx.2022-ci il tarixdə cəmiyyətdə işlərin davam etdirilməsi üçün 10594 manat pul vəsaiti kassa məxaric orderi ilə məxaric edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixə cəmiyyətin kassasında faktiki mövcud olan 21008 manat nağd pul vəsaiti qalığı mühasibat uçotunda əks olunmaqla yanaşı, kassa hesabatında da öz təsdiqini tapmışdır. Cavabdehin, cəmiyyətdə olduğu xx.xx.2022-ci il tarixə kimi qeyd edilən əməliyyatdan başqa kassada nağd pul vəsaitinin mədaxili və məxaricinə dair başqa əməliyyatlar olmamışdır. Digər tərəfdən muhasibat uçotu haqqında Qanuna əsasən aparılmış istənilən əməliyyatların uçotu ay tamamlandıqdan sonra həmin əməliyyatların mühasibat reystirlərində uçotuna dair hesabatlar tərtib edilir və rüb üzrə olan əməliyyatlara dair hesabatlar növbəti rübün birinci ayının 20-si tarixinədək hesabatlar təqdim edilir. Yəni cavabdehin cəmiyyətdə olduğu xx.xx.2022-ci il tarixi ayın tamamlanmadığı və rübün sonu olmadığından hər hansı bir hesabatın təqdim edilməməsinə əsas deyil. Pul vəsaitinin bankdan rəsmi olaraq çıxarılmasını, uçotun aparılmasını elektron qaydada “1-C” proqramının tərtibinə və cəmiyyətin bankda olan hesablaşma hesabının hərəkətini təsdiq edən çıxarışda öz təsdiqini tapması pul vəsaitinin bankdan alınmasına əyani sübutdur. Belə olan halda bankdan çıxarılan nəğd pul vəsaitinin uçotdan gizlədilməsi qeyri mümkündür və belə bir fərziyyə isə yalnız qanunlardan xəbərsiz olanların yanaşması ola bilər. Məhkəmə cəmiyyətin ciddi uçot blankı olan “Kassa mədaxil orderlərinin” alınmasına dair Maliyyə Nazirliyinə sorğu göndərilmiş, sorğuya cəmiyyətin 2020-ci ildə aldığı kassa mədaxil qəbzləri barədə olmuşdur. Sorğuya cavab da 2020-ci ildən sonar alınmış çeklərə görə olmuşdur. Təqdim etdikləri çek isə xx.xx.2018-ci ildə alınmışdır. Qeyd olunan çeklərin ********** "xxxx" MMC-dən sifariş verərək aldıqları Kassa mədaxil orderləri KO-İ GÖQ 491101-491300 nömrəli çeklərin alınmasını təsdiq edən elektron qaimə, təhvil-təslim Aktı və ödəniş sənədlərini məhkəməyə təqdim etmişlər. Lakin məhkəmə təqdimedilmiş həmin sənədlərəəhəmiyyət verməmişdir. Məhkəmə baxışı zamanı məhkəməyə şifahi olaraq eləcə də yazılı ərizə yazaraq cəmiyyətin 2018-ci il tarixdən hal-hazıra kimi aldığı kassa mədaxil qəbzlərinə dair sorğu verilməsinin xahiş edilməsinə baxmayaraq məhkəmə sorğu verilməsini təmin etməmiş, bununla da cəmiyyətin qanuni qaydada 2018-ci ildə almış olduğu kassa çeki ilə bankdan alınmış və kassaya daxil edilmiş pul vəsaitini nəzərə almayaraq, guya hardansa məxfi və ya gizli olaraq kassaya nağd pul vəsaitinin daxil olmasını və onun uçotdan yayındırılması nəticəsinə gəlməsi əsassız və qanunlardan xəbərsiz olmasına əyani sübutdur. Bundan başqa nağd pul vəsaitinin mədaxilinə dair cavabdeh tərəfindən tərtib edilmiş Aktdan əvvəlki aylarda və sonrakı aylarda (aprel, may 2022-ci il və iyun, iyul 2022-ci il tarixlərdə) tərtib edilmiş kassa mədaxil orderləri 2018-ci ildə alınmış ciddi uçot blankında tərtib edilən sənədlərin rəsmi və qanuni olmasını təsdiq edir. Göründüyü kimi, cavadehin heç bir əsas olmadan və kassada faktiki mövcud olan 21008 manat nağd pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması qənaəti tamamilə əsassızdır və həmin pul vəsaitinin uçota alınmasını mühasibat uçotu ilə, kassa hesabatı ilə, bank çıxarışları ilə təsdiq edilir. Cəmiyyətin kassasında olan nağd pul vəsaitinin bank hesabından rəsmi qaydada çıxarılmasını təsdiq edən bank çıxarışı və “Çek Kitabçası”nın faktiki mövcud olması hər hansı bir pul vəsaitinin uçotdan gizlədilməsi nəticəsinə gəlməsinin qeyri-qanuni olması birbaşa sübut və təsdiq olunur. Bankdan alınmış pul vəsaitinin mədaxilinə dair olan kassa mədaxil orderinin mətbəədən alınmasını, onun hansı nömrədən başlanması və qurtarmasına dair qəbzin surəti, qaimə fakturanın surəti, kassa mədaxil orderinin çap edilib təqdim edilməsinə görə ödənilmiş pul vəsaiti sənədinin surətinin məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Baxmayaraq pul vəsaitinin bankdan çıxarılmasına dair rəsmi bank çıxarışları, hesablaşma hesabının hərəkəti,“Çek kitabçası”nın nömrəli kötüyü və vərəqinin olması pul vəsaitinin rəsmi olaraq bankdan çıxarılaraq cəmiyyətin kassasına mədaxilini bilavasitə təsdiq etdiyi halda məhkəmənin qənaəti MPM, VM və MM-nin müvafiq maddələrinin kobud surətdə pozulması ilə qanunsuz qərar qəbul etmişdir. Müvafiq qaydada icazə əsasında ciddi uçot sənədləri hazırlayan ********** "xxxx" MMC-dən sifariş verərək aldıqları ciddi uçot sənədinin qanuni olmadığı barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Halbuki, burada da iddiaçının heç bir məsuliyyəti yoxdur. Halbuki, cavabdeh vergi orqanı asanlıqla bu faktı müəyyən edə bilərdi. Qeyd olunan icra orqanları qanunla üzərlərinə düşən vəzifələrini icra etməlidirlər. Vəzifəli şəxslərin vəzifələrini qanunla müəyyən olumuş qaydada icra etməmələri iddiaçının qanunla qorunan mənafelərinin və hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə isə pozulmuş hüquqların bərpa edilməsində iddiaçıya hüquqi yardım etməmişdir. Bu birbaşa inzibati məhkəmənin hüquqi yardım etmək vəzifəsinin pozulması ilə şərtlənir. Məhkəmə cavabdeh vergi orqanının İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi, Bakı-Quba magistralının qərbi ünvanında yerləşən mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirməsinə səlahiyyətinin olub olmadığını araşdırmamışdır. Həmçinin aparılmış yoxlama zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını da araşdırmamışdır. Halbuki, cavabdeh vergi orqanının belə bir səlahiyyətinin olmadığına baxmayaraq yoxlama zamanı da kobud qanun pozuntularına yol verilmişdir. Qeyd olunan faktlar barədə məhkəməyə məlumat verilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilikdə vergi ödəyicisinin yoxlamanın nəticələri ilə razılaşmadığı halda etiraz etmək hüququnun nəzərdə tutulmasına baxmayaraq vergi ödəyicisi yoxlamanın nəticələri ilə razılaşaraq sənədləri imza və möhürlə təsdiq etmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmənin Maliyyə Nazirliyinə 2020-ci ildən sonrakı dövr üzrə sorğu etdiyini, müəssisə tərəfindən 2018-ci ildə alınmış kassa mədaxil orderlərini diqqətə almadığını qeyd edir. Məhkəmə haqlı olaraq qərarda bildirir ki, iddiaçı tərəfindən 2020-ci ildə 200 dəst kassa mədaxil orderi aldığı halda 2018-ci ilin mədaxil orderlərinin 2022-ci ildə tərtib olunması anlaşılan deyil. Bundan əlavə, iddiaçı nə operativ nəzarət tədbiri zamanı, nə də sonradan Baş İdarəyə dəvət olunduğu zaman təsdiqedici sənədləri təqdim etməmişdir. Buradan aydın olur ki, iddiaçı məsuliyyətdən yayınmaq üçün həmin kassa mədaxil orderlərini sonradan tərtib etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 50.6. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması Maddə 130. Gəlirin və xərcin uçotu qaydası Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Maddə 94. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. İşdən görünür ki, İddiaçı MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla İddiaçı MMC-yə Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissənin 10 faizi miqdarında, yəni 2003,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
20. Vergi orqanının hərəkətindən narazı qalan iddiaçı həmin qərarların qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qanuniliyini onunla əsaslandırır ki, tələbnamə göndərilməsinə baxmayaraq yoxlama zamanı aşkar olunan pozuntu ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir.
21. Kollegiya ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir.
22. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
23. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, cavabdehin etirazının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, vergi orqanının qərarı qanuni və əsaslıdır.
24. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər həmin qərarın ləğv edilməsinə əsas ola bilməz.
25. Belə ki, iddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin eyniməzmunlu dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı MMC Bank Milli İran bankından çıxarılan vəsaitin 30.000 manata qədər vəsaitdən nağd hesablaşmaları aparmaq hüququnun olmasını və həmin vəsaitin məhz nağd əməliyyatların aparılması üçün nəzərdə tutulmasını qeyd etsə də, buna dair əsaslı dəlillərini təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən çap edilmiş kassa mədaxil orderlərinin qəbzlərinin qanuni əsasları məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin Maliyyə Nazirliyinə göndərdiyi sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC yalnız 2020-ci ilin iyun ayında 200 dəst kassa mədaxil orderi (seriya GLL,579001-579200) göndərilmişdir. Belə olduğu tədqirdə, yəni 2020-ci ildə verilmiş mədaxil orderi qəbzlərinin olduğu halda 2018-ci ilin mədaxil qəbzlərinin 2022-ci ildə tərtib edilməsi anlaşılan deyil. Qeyd olunanlar bir daha vergi orqanının qəbul etdiyi qərarın əsaslı olmasına dəlalət edir.
26. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür.
27. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).
28. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)-424/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.