Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-580/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 36.2 kv.metr ölçüdə qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-611/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 198 saylı sərəncamından görünür ki, İddiaçı metal qaraj tikintisi məqsədilə yaşadığı 6-cı mikrorayon ərazisində 18 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 96 saylı, 02 mart 2006-cı il tarixli sərəncamından görünür ki, “Nərimanov-Sənayetikinti” ACS-nə 6-cı mikrorayon ərazisində onun sərəncamında olan 0.5 ha torpaq sahəsində 5 (beş) bloklu 10 (on) mərtəbəli antiseysmik tikilişlə bölünmüş 2 (iki) hissədən ibarət yaşayış binasının tikintisinə icazə verilmişdir. 4553 saylı, 25 dekabr 2006-cı il tarixli icazə sənədində qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində mövcud sxemə əsasən 24 kv.m sahədə qaraj tikintisinə icazə verilmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə baxış keçirilməsinə dair 09 iyun 2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.0018 ha, faktiki isə 0.00362 ha olmaqla, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 198 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 18.0 kv.m torpaq sahəsində metal qaraj quraşdırılması üçün torpaq sahəsi ayrılmışdır, inventarlaşdırma zamanı məlum olmuşdur ki, ayrılmış torpaq sahəsində faktiki 36. kv.m mişar daşından qaraj inşa edilmişdir. Sumqayıt Bələdiyyəsinin 07 saylı, 17 aprel 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində sahibkarlıq məqsədilə 11.7 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. 114 saylı, 16 noyabr 2023-cü il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 07 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 11.7 kv.m olan torpaq sahəsi İddiaçı icarəsində verilmişdir. Sumqayıt bələdiyyəsinin 3960 saylı, 30 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında 17 aprel 2023-cü il tarixli torpaq icarə müqaviləsi bağlanılmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı müraciəti əsasında Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində sahibkarlıq məqsədi ilə 11,7 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli, 07 saylı iclasının 37 saylı qərarı qəbul olunmuş və müvafiq sənədləşmə işlərinin aparılması üçün aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə yazılı şəkildə müraciət olunmuşdur. Lakin sonuncu tərəfindən 02 oktyabr 2023-cü il tarixli cavab məktubu ilə sözügedən torpaq sahəsinin müayinə aktının hazırlanmasından imtina edilmiş və bu səbəbdən tərəfimizdən torpaq sahəsinin sənədləşdirilməsi işlərinin davam etdirilməsi mümkün olmamışdır. Cavabdehin imtina bildirişindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının metal qaraj qoyulması üçün iddiaçının adına 18 kv.m torpaq sahəsinin ayrılması barədə 13 aprel 1999-cu il tarixli 198 saylı Sərəncamı əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində quraşdırılmış metal qarajın köçürülməsi ilə əlaqədar yeni qarajın inşa edildiyi qeyd olunmuşdur. Bununla bağlı bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman müvafiq qarajın mişar daşından inşa olunmaqla faktiki sahəsinin 36.2 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Odur ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan mişar daşından inşa edilmiş qaraja və həmin qarajın tikintialtı hissəsinə aid olan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 36.3 kv.metr ölçüdə qarajın üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 36.2 kv.metr ölçüdə qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 198 saylı, 03 aprel 1999-cu il tarixli Sərəncamı ilə metal qaraj qoyulması məqsədilə müharibə veteranı kimi ona yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 18 kv.metr torpaq sahəsi ayrılmış, xx.xx.2006-cı il tarixdə həmin qarajın yerində "xxxx" ASC tərəfindən 10 mərtəbəli binanın inşası üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 96 saylı Sərəncam verilmişdir. Sərəncamda Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə həmin ərazidə olan avtomobil dayanacağının, qarajların və digər obyektlərin köçürülməsi tapşırılmışdır. Həmin İdarənin xx.xx.2006-cı il tarixli, 4553 saylı icazəsinə əsasən "xxxx" ASC tərəfindən 36,3 kv.metr ölçüdə qaraj inşa edilib ona təhvil verilmiş və bu günə kimi onun istifadəsindədir. Həmin qaraj üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən Çıxarışın verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının metal qaraj qoyulması üçün iddiaçının adına 18 kv.m torpaq sahəsinin ayrılması barədə 13 aprel 1999-cu il tarixli 198 saylı Sərəncamı əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində quraşdırılmış metal qarajın köçürülməsi ilə əlaqədar yeni qarajın inşa edildiyi qeyd olunmuşdur. Bununla bağlı bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman müvafiq qarajın mişar daşından inşa olunmaqla faktiki sahəsinin 36.2 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Odur ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan mişar daşından inşa edilmiş qaraja və həmin qarajın tikintialtı hissəsinə aid olan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-611/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 36.2 kv.metr ölçüdə qaraj üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır(hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 198 saylı sərəncamı ilə İddiaçı metal qaraj tikintisi məqsədilə ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Daha sonra 4553 saylı, 25 dekabr 2006-cı il tarixli icazə sənədində qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində mövcud sxemə əsasən 24 kv.m sahədə qaraj tikintisinə icazə verilmişdir və onun tərəfindən həmin ərazidə qaraj inşa edilmişdir. Sumqayıt Bələdiyyəsinin 07 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt Bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində sahibkarlıq məqsədilə 11.7 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. 114 saylı, 16 noyabr 2023-cü il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 07 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 11.7 kv.m olan torpaq sahəsi İddiaçı icarəsində verilmişdir. Göründüyü kimi hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını istədiyi qeyri-yaşayış obyektinin artıq hissəsi heç bir maneə törətmir, bununla bağlı mübahisə yoxdur və həmin ərazi inşa edilmiş qarajın altında yerləşir. Bundan əlavə cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən qeyri-yaşayış binası ilə bağlı sənədlərə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq ünvanda yerləşən 36,2 kv.m ölçüdə olan qaraj üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasportun verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının metal qaraj qoyulması üçün iddiaçının adına 18 kv.m torpaq sahəsinin ayrılması barədə 13 aprel 1999-cu il tarixli 198 saylı Sərəncamı əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində quraşdırılmış metal qarajın köçürülməsi ilə əlaqədar yeni qarajın inşa edildiyi qeyd olunmuşdur. Bununla bağlı idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman müvafiq qarajın mişar daşından inşa olunmaqla faktiki sahəsinin 36.2 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçının adına müvafiq ünvanda metal qaraj qoyulması məqəsdilə 18 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmış, ona dair plan-sxem tərtib edilmişdir.İş materiallarında olan müvafiq icra hakimiyyəti orqanının memarliq və şəhərsalma idarəsinin memarı tərəfindən təsdiq edilmiş icazə sənədinin məzmunundan görünür ki, iddiaçıya mövcud sxemə uyğun 24 kv.m. qaraj tikintisinə icazə verilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən sözügedən əmlaka baxış keçirilmiş, onun texniki vəziyyətinə dair müayinə aktı tətib edilmiş, müayinə aktının mzəmununda sənəd üzrə torpaq sahəsinin ölçüsünün 0,0018 ha, faktiki 0,00362 ha olduğu, əmlakın ümumi sahəsinin 27,3 olduğu, müvafiq ünvanda 18 kv.m torpaq sahəsində metal qaraj qraşdırılması məqəsdilə ayrıldığı, faktiki 36,2 kv.m mişar daşından qaraj inşa edildiyi qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsində metal qaraj olduğunu, daha sonra çoxmənxilli yaşayış sahəsinin inşa edilməsi ilə əlaqdar olaraq, onun köçürüldüyünü, yerində mişar daşdan qaraj inşa edildiyini, hazırda onun istifadəsində olduğunu, ölçülər arasında fərqin yaranmasının səbəbinin də həmin hal olduğunu bildirmiş, iddia tələbinin əsası kimi həmin hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı sorğu əsasında həmin yüksək mərtəbəli yaşayış evlərinin tikintisi ilə bağlı təqdim edilmiş sənədlərin məzmunundan görünür ki, qeyd edilən sənədlərdə, o cümlədən tikintiyə aid plan-sxemin məzmununda qaraj tikilisi ilə bağlı heç bir məlumat (cizgi, şərti işarə və s.) əks olunmamış, tikinti barədə əsas göstəricilərin məzmununda “e)qaraj-maşın sayı” hissəsində “-” işarəsi qeyd edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, daha sonra iddiaçı ilə bələdiyyə arasında 11,7 kv.m. torpaq sahəsinin icarə müqaviləsi bağlanılsa da, bələdiyyə tərəfindən həmin müqvailənin bağlanılmadığı, iddiaçının müraciəti əsasında həmin sahə ilə bağlı bələdiyyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması prosedura başlanılması üçün aididyyəti üzrə müraciət olunduğu, müayinə aktının hazırlanmasından imtina olunduğundan, sənədləşmə işlərinin davam etdirilməsi mümkün olmamışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindənn verilmiş imtina məktubunun məzmunundan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanın 1.1.1-ci bəndinə əsasən vətəndaşın müraciəti və ona əlavə edilmiş sənədlər elektron qaydada Xidmətə göndərilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanın sərəncamı əsasında iddiaçının adına məhz metal qaraj qoyulması məqsədilə 18 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçının iddia tələbi isə 36,2 kv.m ölçüdə qarağa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. İşin mübahisəsiz hallarından görünür ki, metal qaraj hazırda mövcud deyildir, onun əvəzində 36,2 kv.m torpaq sahəsində yerələş mişar daşından ibarət olan qarajdır. Deməli indiki halda iddiaçı yeni yaradılmış əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatının alınmasını istəyir. Bu halda yuxarıda istinad eidlən qanunvericilik normalarının tələbinə əsasən əmlaka dair mülkiyyət hüququnun yaranması üçün bir sıra şərtlərin-torpaq sahəsinə dair əmlak hüququnu təsdiq edən sənəd və tikiliyə aid tələb olunan lazimi sənədlər mövcudluğu tələb olunur. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının müvafiq tikilinin yerləşdiyi torpaq sahəsinin 18 kv.m. hissəsindən kənarda olan hissəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamış, 18 kv.m torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd isə metal qaraj tikintisi ilə bağlı olmaqla, mişar daşından qaraj tikintisinə aid olmamışdır. İndiki halda isə həmin 36,2 kv.m. torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi də aparılmamışdır. Nəticə etibarilə, iddiaçının hazırda mövcud olan mişar daşından ibarət qarajın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün zəruri olan şərtlərdən biri məhz həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair şəxsin əmlak hüququna (mülkiyyət, icarə və s.) malik olmasıdır. Bundan əlavə, qeyd edilən ölçüdə 36,2 kv.m mişar daşından ibarət qarajın tikintisinə icazə verilməsi halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçı barəsində mövcud olan sənədlər məhz 18 kv.m torpaq sahəsində yerləşən metal qarajla bağlı olmuş, digər sənəd isə 24 kv.m qarajla bağlı olmuş, habelə həmin sənəd memar tərəfindən tərtib edilməklə, qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanın memarlıq və şəhərsalma idarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir və həmin sənədlər yeni tikilimiş qarajla bağlı olmamışdır. Göründüyü kimi, indiki halda, qeyd edilən qeyri-yaşayış sahəsinə dair qanunla tələb olunan digər sənədlərin də mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddia tələbində qeyd etdiyi ölçüdə olan mişar daşından olan qarajın müvafiq çoxmənzilli yaşayış sahəsinin inşası ilə əlaqədar olaraq tikildiyini, metal qarajın əvəzi olaraq ona verildiyini, qeyd etsə də, bununla bağlı hər hansı sənədlərin (torpaq sahəsinin mülkiyyət hüququ ilə məxsus olması, mülkiyyətçi tərəfindən onun icarəsinə və ya digər əsaslarla istifadəsinə verilməsi, qarajın onun mülkiyyətinə verilməsi və s. hallarla bağlı) mövcud olması halı müəyyən edilməmişdir. Bu baxımından iddia tələbinin əsaslılığı baxımından həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına əhəmiyyət verməmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcud olub-olmaması halı, habelə tikiliyə dair sənədlər tam aydınlaşıdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına və qnaunvericilik normasının tələblərinə uyğun olmamamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-611/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 36.2 kv.metr ölçüdə qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-580/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-580/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver