Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-580/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 29 iyun 2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2429/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
2. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur.
3. İddiaçının adına açılmış ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1980, xx.xx.1982-xx.xx.1992, xx.xx.1992-xx.xx.1996, xx.xx.1996xx.xx.2005, xx.xx.2005-xx.xx.2009, xx.xx.2009-xx.xx.2010, xx.xx.2010-cu il tarixdən halhazıradək işləyir.
4. “Qazi İxrac” İdarəsi X9 Kəmərləri sahəsinin 05 iyul 2024-cü il tarixli, 66 nömrəli, arayışında iddiaçının X8 Xidməti, X6 operatoru vəzifəsində işlədiyi, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas verən xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olduğu, həmin vəzifə üzrə 28 il 24 gün əmək stajının mövcud olması və çalışdığı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinə (yarımbəndinə) və (və ya) a) fəhlələr vəzifə koduna uyğun olduğu qeyd edilmişdir.
5. “Qaz İxrac” İdarəsi X9 Kəmərləri Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 14-2-12- 7/2-114/2024 nömrəli məktubla X6 operatoru İddiaçı əmək funksiyaları məhkəməyə təqdim edilmişdir.
6. “Qaz İxrac” İdarəsi X9 Kəmərləri Sahəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 14-2-12-7/2-25/2025 nömrəli məktubda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarında göstərilmişdir; a) fəhlələr qrupunun 10.2 və 1.2.1.1.4 bəndinin X6 operatoru vəzifəsinə uyğundur.
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
8. İnzibati orqan xx.xx.2024-cü il tarixli, 3-17-1/-2-1-209166-2024 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İT-İ ******* nömrəli əmək kitabçasının surətində və X9 Kəmərləri sahəsinin iddiaçıya dair arayışında xx.xx.1996-cı il tarixindən bugünədək həmin müəssisənin X8 xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur.
9. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. Socar “Qaz İxrac İdarəsi X9 Kəmərləri Sahəsi” nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının sosial sığorta stajı 28 il 24 gündür. Qaz İxrac İdarəsinin X9 Kəmərlərinin X2 paylayıcı stansiya operatoru vəzifəsində çalışır. İddiaçı pensiyaya çıxmaqla əlaqədar olaraq Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçıya imtina cavabı verilmişdir. Belə ki, inzibati orqan bildirmişdir ki, iddiaçının işlədiyi müəssisədən aldığı arayışda izah yoxdur. Yenidən Socara müraciət edib arayış almalıdır.
11. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “iddiaçıya 29 iyun 2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
12. Cavabdeh iddia tələbinə etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
13. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2429/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Leyla Mirzəyeva).
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi, eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən stajı vardır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan “Qaz ixrac” X9 Kəmərləri Sahəsi tərəfindən təqdim edilən 05 iyul 2024-cü il tarixli arayışında - iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas verən xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olduğu, həmin vəzifə üzrə 28 il 24 gün əmək stajının mövcud olması və çalışdığı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinə (yarımbəndinə) və (və ya) a) fəhlələr vəzifə koduna uyğun olduğu qeyd edilmişdir. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq “Qaz ixrac” X9 Kəmərləri Sahəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə a) fəhlələr qrupunun 10.2 və 1.2.1.1.4 bəndinin X6 operatoru vəzifəsinə uyğundur. Göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsində nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdeh inzibati orqan işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının pensiya kapitalı və iş stajı ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır.
15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
25. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədədir.
28. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
29. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması və 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır.
30. Belə ki, cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirmişdir.
31. Bununla belə, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının yuxarıda qeyd edilən məlumatlarından müəyyən edilir ki, iddiaçının əmək kitabçası üzrə iş stajı xx.xx.2022-ci il tarixə qədər 40 il 06 ay 16 gün, hərbi xidmət dövrü 02 il 07 gün (xx.xx.1980-xx.xx.1982-ci il tarixləri) olmaqla, ümumi iş stajı 42 il 06 ay 23 gün təşkil edir.
32. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1996-cı il tarixdən hazırkı müddətədək işlədiyi sahənin sözügedən arayışda istinad olunan, neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid edilmədiyini, bu səbəbdən də, iddiaçının güzəştli iş stajı olmadığını bildirmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, əmək kitabçasının qeydlərinə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı xx.xx.1996-cı il tarixdə hazırkı tarixədək qazpaylayıcı stansiyasının operatoru vəzifəsində işləmişdir.
34. Həmçinin, “Qaz İxrac” İdarəsi X9 Kəmərləri sahəsinin xx.xx.2024-cü il tarixli, 66 saylı, arayışında iddiaçının X8 Xidməti, X6 operatoru vəzifəsində işlədiyi, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas verən xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olduğu, həmin vəzifə üzrə 28 il 24 gün əmək stajının mövcud olması və çalışdığı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinə (yarımbəndinə) və (və ya) a) fəhlələr vəzifə koduna uyğun olduğu qeyd edilmişdir.
35. Nəzərə almaq lazımdır ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
36. “Qaz İxrac” İdarəsi X9 Kəmərləri Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 14-2- 12-7/2-114/2024 nömrəli məktubla X6 operatoru İddiaçı əmək funksiyaları məhkəməyə təqdim edilmişdir.
37. Sözügedən müəssisə tərəfindən məhkəməyə təqdim edilən müvafiq məktublardan görünür ki, X6 operatorunun vəzifə öhdəliklərinə: - Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, qazpaylayıcı stansiyalarda və nəzarət-paylayıcı məntəqələrində boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; - İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; - Qoyulmuş rejimə uyğun olaraq cihazların, armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; - Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; - Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının sazlanması və yoxlanması; - Yazıçı cihazların kartoqramlarının işlənməsi və alıcılara verilən qazın miqdarının hesablanması; - Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; - Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari və orta təmirində iştirak edilməsi; - Avadanlığın, kommunikasiyanın, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanılması; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək; - “X10”, “Hədəf sıfır” və “X3 Alətlərinin Tətbiqi - 5S” normativ sənədlərdə nəzərdə tutlan tələblərə əməl etmək; - X1 Sistemində (SOİMS) nəzərdə tutulan tələblərinə əməl etmək; - Müəssisə üzrə tətbiq edilən X4 tələblərinə əməl etmək və davamlı təkməlləşdirmə planlarının hazırlanmasında təkliflər vermək; - Ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərin tələblərinə əməl etmək; - Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək; - Odorantın və toztutucular üçün yağın uçotunun aparılması; - Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək; - Sahə rəisi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək aid edilmişdir.
38. Göründüyü kimi iddiaçının işlədiyi qazpaylayıcı stansiyasının operatoru vəzifəsi siyahıda istinad edilən fəhlələr (qazpaylayıcı stansiyanın operatorları) vəzifəsinə tam uyğundur.
39. Bununla da müəyyən edildi ki, iddiaçının işlədiyi X6 operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsinə uyğun gəlir.
40. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının 12.5 ildən artıq (26 il 03 ay 15 gün) güzəştli iş stajına malik olduğu müəyyən edilir.
41. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
42. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2429/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.