Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-581/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “cavabdehin N3 aprel N0N4-cü il tarixli N8N/4666 saylı imtinasının qeyri-qanuni hesab edilməsi və ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 may N0N5-ci il tarixli, N-1(118)-N8N/N0N5 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona “cavabdehin N3 aprel N0N4-cü il tarixli N8N/4666 saylı imtinasının qeyri-qanuni hesab edilməsi və ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N7 iyul N015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin N saylı hərbi hissələrində xidmət etmiş və xidmətini böyük nailiyyətlərlə başa çatdırıb 07 yanvar N017-ci il tarixdə təxris olunmuşdur. xx.xx.N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən yenidən hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin tabeliyində olan N81, N və N saylı hərbi hissələrdə baş gizir kimi xidmət edərək Tərtər, Qubadlı, Xocavənd və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna baxmayaraq hər hansı bir orden və ya medalla təltif edilməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilsə də, xx.xx.N0N4-cü il tarixdə N/N-4666 saylı cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubda iddiaçının N nömrəli hərbi hissənin tərkibində heç bir döyüş əməliyyatlarında iştirak etmədiyini, habelə N nömrəli hərbi hissə komandirinin N7 noyabr N0N0-ci il tarixli 174 nömrəli əmrindən çıxarışda İddiaçı yuxarıda qeyd olunan tarixdən, yəni döyüş əməliyyatları bitdikdən sonra (xx.xx.N0N0-ci il tarixdən sonra) xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyini bildirmişdir. Əlavə olaraq, N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.N0N4cü il tarixli, 77 nömrəli məktuba və Azərbaycan Respublikasının Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli əmrinə əsasən N81 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sının iddiaçıya ünvanladığı xx.xx.N0N4-cü il tarixli N/N-4666 nömrəli məktubunda N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubuna və Azərbaycan Respublikasının Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N81 və N nömrəli hərbi hissələr (N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək və 03, 08, 09, N noyabr N0N0-ci il tarixlərdə) döyüş əməliyyatlarında iştirak hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 may N0N5-ci il tarixli, N-1(118)-N8N/N0N5 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubda iddiaçının N nömrəli hərbi hissənin tərkibində heç bir döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmişdir. Yəni, hazırkı halda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmır. Nəzərə almaq lazımdır ki, inzibati qanunvericiliyin tələbinə görə iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki halda iddiaçı bu halı sübuta yetirən zəruri sənədləri təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında da sədrlik edənin sualına cavab olaraq onunla birlikdə xidmət keçmiş şəxslərdən heç kəsin “müharibə veteranı” adı və vəsiqəsini əldə etmədiklərini bildirmişdir. Bütün bu qeyd olunanlar ona əsas verir ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqları pozulmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh təşkilat iddia edir ki, iddiaçı “döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər” kateqoriyasına aid edilmir. Lakin işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı 07 oktyabr N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və döyüş əməliyyatları aparılan vaxt AR Müdafiə Nazirliyinin tabeliyində olan N81, N və N saylı hərbi hissələrdə xidmət etmişdir. Belə olduğu halda iddiaçının “döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər” kateqoriyasına aid olmamasını sübut etmə vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür. Belə ki, AR İPM-in N.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla yanaşı tərəflərindən “elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə eyni hərbi hissələrdə xidmət etmiş (hər iki şəxsin hərbi biletindən çıxarışlar və “Laçının azad olunmasına görə” medalı vəsiqəsinin surəti işə əlavə edilmişdir) X4 “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qeyd edilən hal iddiaçıya “müharibə veteranı” adının verilməsi üçün əsasların olduğunu təsdiq edir və AR Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları” anlayışının iddiaçıya da aid edilməli olduğunu göstərir. Yuxarıda qeyd edildiyi kimi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” AR Nazirlər Kabinetinin 1995- ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslər” müddəasının iddiaçıya aid edilmədiyini sübut etmə vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür. Bununla yanaşı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” AR Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslər” anlayışının hansı şəxslərə aid edilməsi, N0N0-ci ildə 44 günlük müharibə başladıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına çağırılmış şəxslərin həmin kateqoriyaya aid edilibedilməməsinin müəyyən edilməsi üçün qeyd edilən sözlərin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə vəsatət verilsə də, məhkəmə əsaslı vəsatəti təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 1N. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında əsasında müharibə veteranı adı verilir. Sözügedən Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus SX seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı N6 iyul N015-ci ildə hərbi hissəyə göndərilmiş, 0N yanvar N017ci ildə MN-nin N dekabr N016-cı il tarixli, 381 nömrəli əmri əsasında ehtiyata buraxılmış, 07 oktyabr N0N0-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, 31 dekabr N0N0-ci ildə MN-nin N5 dekabr N0N0-ci il tarixli, N74 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N mart N0N4-cü il tarixli, 77 nömrəli məktubda N nömrəli hərbi hissənin tərkibində heç bir döyüş əməliyyatlarında iştirak etməmiş 33 vətəndaşın adı qeyd olunmuşdur. Sözügedən məktubda qeyd olunmuşdur ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən səfərbər edilmiş və N81 nömrəli hərbi hissədə (tamamlama mərkəzi) şəxsi heyətin siyahısına daxil edilmiş adları qeyd olunan vətəndaşlar Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 0105 nömrəli və xx.xx.N0N0-ci il tarixli 0106 nömrəli əmrlərinə əsasən N9 sentyabr N0N0-ci il tarixdə N81 nömrəli hərbi hissəyə gəlmiş, 03, 08, 09, N noyabr N0N0-ci il tarixdən tamamlama mərkəzinə (N nömrəli hərbi hissə) köçürülmüş, N7 noyabr, 0N, 06, N7. 31 dekabr N0N0-ci il tarixindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin və hərbi hissə komandirlərinin sərəncamına göndərilmişdir. Həmin siyahıdan görünür ki, İddiaçı da N nömrəli hərbi hissənin tərkibində heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir (iş materialları, səh. N4). N nömrəli hərbi hissə komandirinin N nömrəli, 03 noyabr N0N0-ci il tarixli və 174 nömrəli, N7 noyabr N0N0-ci il tarixli əmrlərindən çıxarışdan görünür ki, İddiaçı 03 noyabr N0N0-ci ildən N7 noyabr N0N0-ci ilədək N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş, N7 noyabr N0N0-ci il tarixdən etibarən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Yuxarıda istinad olunan sənədlərdən də göründüyü kimi iddiaçı döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə veteranı adının verilməsi üçün zəruri olan və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş həmin dispozisiya şərti iddiaçıya münasibətdə ödənilməmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, ilk öncə N81 saylı hərbi hissənin tərkibində olmuş, daha sonra 1N7 saylı hərbi hissədə Ağdərə istiqamətində döyüşlərə hazırlaşmışdırlar. Lakin döyüşə girməmişdirlər. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq onunla birlikdə xidmət keçmiş şəxslərdən heç kəsin “müharibə veteranı” adı və vəsiqəsini əldə etmədiklərini bildirmişdir. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat iddia edir ki, iddiaçı döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər" kateqoriyasına aid edilmir. Lakin işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı 07 oktyabr N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və döyüş əməliyyatları aparılan vaxt AR Müdafiə Nazirliyinin tabeliyində olan N81, N və N saylı hərbi hissələrdə xidmət etmişdir. Belə olduğu halda əsasnamədə göstərilən "döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları” anlayışının N0N0-ci ildə 44 günlük müharibə başladıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına çağırılmış şəxslərə aid edilib-edilməməsinin müəyyən edilməsi üçün “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslər” sözlərinin şərh edilməsi zərurəti yaranmışdır. Odur ki, “Müharibə veteranı, silahlı qüvvələr veleranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” AR Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslər” anlayışının hansı şəxslərə aid edilməsi, N0N0-ci ildə 44 günlük müharibə başladıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına çağırılmış şəxslərin həmin kateqoriyaya aid edilibedilməməsinin müəyyən edilməsi üçün qeyd edilən sözlərin şərh edilməsi ilə əlaqədar AR MPM-in 13.6-cı maddəsinin tələblərinə müvafiq qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi xahiş edilir. Kollegiya həmin vəsatəti əsassız hesab etməklə qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün zərurət yoxdur. Döyüş əməliyyatlarında iştirak etməyən şəxsin müharibə veteranı saylmaması qanunvericiliyin tələbi olaraq müəyyən edilir. Əlavə olaraq iddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(105)-581/N0N5 nömrəli, 19 iyun N0N5-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adının verilməsi üçün zəruri olan və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin, o cümlədən döyüş zonasında hərbi xidmət keçmə və bilavasitə döyüş əməliyyatlarında iştirak etmə şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 may N0N5-ci il tarixli, N-1(118)-N8N/N0N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi N, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.