Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-582/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, mənzil 11 üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(118)-170/2020 nömrəli qərarından X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, cv 12/3, mənzil 11 üzərində mülkiyyət ıüququmun dövlət qeydiyyatına alınması ilə bağlı ərizə və ərizəyə əlavə olunmuş sənədlərlə 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir.
2. Müraciətinə cavab olaraq, 2 saylı Sumqayıt Ərazi idarəsindən **********76 nömrəli “08” avqust 2019-cu il tarixli məktubla dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin məktub onun şərti qeydiyyat ünvanına göndərilmiş və orada yaşamadığına görə cavabdehə geri qaytarılmışdır. Həmin məktubu o cavadehin yerləşdiyi ünvandan imza etməklə 10 sentyabr 2019-cu ildə almışdır. Hesab edir ki, cavabdehin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. Əvvəla, o “Şəhid ailəsi” statusuna malik olmaqla güzəştli və imtiyazlı şəxslər kateqoriyasına aid şəxs kimi, artıq xx.xx.1994-cu ildən yaşayış yeri üzrə mövcud olan mənzil növbəsinə götürülmüşdür. O faktiki olaraq 1994-cü ildən etibarən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil uçotuna dayanmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən: “Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailələrinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli şəkildə, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yaşayış sahəsinin verilməsi və kirayə müqaviləsinin bağlanması barədə xx.xx.2015-ci il tarixli 248 nömrəli sərəncamı ilə ona həmin mənzil verilmiş və o mənzil növbəsindən çıxarılmışdır. Hal-hazırda mənzil onun faktiki istifadəsindədir.
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Məmməd Muxtar oğlu Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, mənzil 11 üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyat alınmasına dair 30 iyul 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Məmmədov Məmməd Muxtar oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti başçısının yaşayış sahəsinin verilməsi və kirayə müqaviləsinin bağlanması barədə 248 nömrəli sərəncamı 27 noyabr 2015-ci il tarixdə verildiyindən onun əsasında sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququ deyil, yalnız istifadə hüququnun qeydiyyatlı aparıla bilər. Lakin İddiaçı sözügedən mənzil üzərində özünün istifadə hüququnun qeydiyyata alınmasından imtina edərək, mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, ərizənin icrasını təmin etmək mümkün olmamışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müvaqiləsi mənzil üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993–cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, manzil 11 üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi Məmmədov Məmməd Muxtar oğluna 08 avqust 2019–cu il tarixli **********76 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi ldarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(118)-170/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir.
5. Qərardan X3 apellyasiya şikayəti vermişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayəti verən X1 nümayəndəsi və vəkili apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi.
8. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 86. Şikayət daxil olduqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti mümkün sayılmamalıdır.
11. Belə ki, İPM-nin yuxarıda istinad olunan 81-ci maddəsinə əsasən məhkəmə qərarlarından yalnız işdə iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər.
12. Hazırki halda isə iş üzrə şikayət vermiş şəxs - X3 nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır.
14. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır.
15. İPM-nin 87.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs V.Tixonovun nümayəndəsiin və digər proses iştirakçılarının dinlənilmə hüququ təmin edilmiş, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir.
16. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, X3 hazırkı iş üzrə tərəf və ya icraata cəlb olunmuş üçüncü şəxs olmadığından onun tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(118)-170/2020 nömrəli qərarından X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1