Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-582/2025 15.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1612/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********628700 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********628700 saylı qərar qəbul edilərək müəssisəyə 3306.84 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərimizə əsasən qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: 2023-cü il ərzində "xxxx" MMC və "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli EBDF seriyalı 664686 və EBDF seriyalı 664726 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 97096 saylı e-qaimələrin riskli qaimələr siyahısına əlavə edildiyi və bu səbəbdən həmin qaimələrin gəlirdən çıxılan xərc kimi hesab edilmədiyi qeyd edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ona ünvanlanmış uyğunsuzlq məktublarına tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: Yuxarıda qeyd edilən qaimələrə əsasən birgə fəaliyyət göstərdiyi müəssisələr, fəaliyyət göstərdiyi müddət ərzində riskli vergi ödəyicisi olaraq qeydiyyatda olmamışdır. Həmin müəssisələr ilə tərəfindən aparılmış əməliyyatlar ötən il ərzində həyata keçirilmişdir. Qeyd edilənlərdən də aydın olur ki, vergi orqanı tərəfindən əsassız olaraq qərar qəbul edilmişdir. Belə ki, qeyd edilən qaimələrin hər biri xx.xx.2024-cü il tarixədək tərtib edilmişdir. Həmin tarixədək Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməzdən əvvəl riskli əməliyyatların qarşısının alınması üçün hər hansı tədbirlər nəzərdə tutulmamışdır. Yalnızca Vergi Məcəlləsinə xx.xx.2024-cü il tarixli dəyişiklikdən sonra alqı-satqı zamanı malmaterial alan fiziki və ya hüquqi şəxslərin malları aldığı şəxslərdən həmin malların alış sənədini tələb etmək vəzifəsi qeyd edilmişdir. Yəni əməliyyatlar aparılan zaman ona qarşı tərəfdən malların alış sənədləri barədə məlumat almaq öhdəliyi mövcud olmamışdır. Həmçinin, faktiki həmin qaimələr üzrə qeyd edilən mallar tərfindən alınmış və bu barədə tərəflər arasında alqı-satqı müqavilələri və təhvil-təslim aktları tərtib edilmişdir. Həmin alınmış malların istehsal üçün olmayan hissəsi satılmış, istehsala yaralı olan digər hissəsi isə istehsal edildikdən sonra digər hüquqi şəxslərə satılmışdır. Cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1612/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********628700 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1612/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 mübahisənin məhkəmədən kənar həlli ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vergi orqanı tərəfindən yenidən araşdırma aparılmış, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-11/2-30472/2025 nömrəli qərar qəbul edilmiş, həmin qərarla vergi orqanı tərəfindən əvvəl hesablanmış vergi məbləği 1037,95 (3885,99 - 2848,04) manat azaldılmışdır. Elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixli 3-21-2-11/2-30472/2025 nömrəli qərar məhkəməyə göndərilmiş və iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə hüquqi yardım göstərilməsi barədə bildiriş göndərək bildirilmişdir ki, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-11/2-30472/2025 nömrəli qərar qəbul edilmiş, həmin qərarla vergi orqanı tərəfindən əvvəl hesablanmış vergi məbləği 2848,04 (3885,99 - 1037,95) manat qalmışdır. Beləliklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********628700 nömrəli qərar qüvvədən düşmüşdür. Bu səbəbdən məhkəmə iddiaçıya hüquqi yardım göstərərək, hal-hazırda qüvvədə olan xx.xx.2025-ci il tarixli 3- 21-2-11/2-30472/2025 nömrəli qərarın mübahisələndirilməsi ilə bağlı iddia tələbini dəqiqləşdirmək hüququnun olduğunu izah etmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdən iddiaçının elektron kabinetinə yerləşdirildiyindən və şikayət müddəti ötürüldüyündən buraxılmış müddətin üzrlü hesab edilməsinə dair sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-11/2-30472/2025 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə dəqiqləşdirmə barədə ərizənin icraata qəbul edilməsinə etiraz etmədiyini, lakin belə olduğu halda İddiaçı MMC tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək, məhkəmə kllegiyasından iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, İddiaçı MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş üzrə iddia müddəti ötürüldüyünə görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən yenidən inzibati icraat aparılaraq İddiaçı MMC barəsində “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqlarının hesablanması barədə” 30 iyul 2025-ci il tarixli 3- 21-2-11/2-30472/2025 saylı qərar qəbul edilmiş, həmin qərarla əvvəlki vergi borcunun məbləği azaldılmış, qərar xx.xx.2025-ci il tarixdə X1 Sisteminə daxil edilmişdir. Beləliklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********628700 nömrəli qərar qüvvədən düşmüşdür. Qanunvericiliyin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilərdi. İddiaçı isə bu müddəti ötürməklə xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli qərarı mübahisələndirmiş, müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübut təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi, inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Hazırkı iş üzrə vergi orqanı xx.xx.2025ci il tarixli qərarında 30 gün müddətinə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçının iddia müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən başlamışdır. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1612/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqlarının hesablanması barədə” 30 iyul 2025-ci il tarixli 3-21-2-11/2-30472/2025 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-582/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-582/2025
15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver