Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-583/2023 23.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2- 1(118)-747/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2012-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona “ÜİX gərginlik stenokardiyası. İİİ f.s. QDÇ İİ dər.” diaqnozu ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti dəfə xx.xx.2014-cü il tarixində iddiaçıya “ÜİX gərginlik stenokardiyası. İİİ f.s. hipertoniya xəst. İİ mərh. QDÇ İİ dər. Hipertonik angiopatiya. ANS.” diaqnozu yenidən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 4 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0532003AADEH nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: xəstənin diaqnostik müayinələri funksional pozğunluğu dəqiqləşdirilsin, köməkçi müayinələr tam aparılmayıb” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinası əsassız hesab edilməklə ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsl cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və X4 Hüquqi Şəxsi ilə əvəz edilməsini xahiş etdiyindən, məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ağır ürək gərginliyi stenokardiyası, hipertoniya xəstəliyi 2-ci mərhələ xəstəliklərindən əziyyət çəkir. Uzun illər boyu fasiləsiz müalicələr, dəfələrlə stasionar müalicələr, dərman preparatları qəbul etməyinə baxmayaraq səhhətində hər hansı bir irəliləyiş olmamışdır. Nəhayət, 2010-cu ildə Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, 2016-cı ilə qədər hər il komissiyadan keçmiş, 2016-cı ildən sonra isə əlilliyi 5 il müddətinə uzadılmışdır. 2020-ci ilin dekabr ayında yenidən əlilliyin təyin edilməsi ilə TSEK-na göndəriş təqdim edilsə də, ona əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, 2010-cu ildən bu günə qədər həkim nəzarəti altında olmuş, müalicələr qəbul etmişdir. Bundan başqa yaşa dolduqca səhhəti daha da ağırlaşır, hətta adi yüngül fiziki işləri belə yerinə yetirə bilmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 4 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası. İİİ f.s. QDÇ İİ dər; “Meyar: 2.2 ikinci dərəcə əlillik => DİGƏR: 2.2" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; X1:İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağıj => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası. İİİ f.s. hipertoniya xəst İİ mərh. QDÇ İİ dər. Hipertonik angiopatiya. ANS; “Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı) => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası. İİİ f.s. hipertoniya xəst. İİ mərh. QDÇ İİ dər. Hipertonik angiopatiya ANS; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: ÜİX.Gərginlik stenokardiyası lll-İV f.s. Xroniki ürək çatmamazlığı İİ f.s. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədəiənməsi ilə hipertenzıv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ dərəcə, əlavə risk İV; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmır. EXOKQ ağırlaşmanı təsdiq etmir, ixtisaslaşmış kardioloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir.” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri -> İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX.Gərginlikstenokardiyası lll-İV f.s. Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİ f.s. (EF=45%) Postxolesistektomik sindrom,. Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə. Arterial hipertenziya İİİ dərəcə, əlavə risk İV. Asteno-nevrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: xəstənin diəqnostik müayinələri funksional pozğunluğu dəqiqləşdirilsin, köməkçi müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: xəstənin diaqnostik müayinələri funksional pozğunluğu dəqiqləşdirilsin, köməkçi müayinələr tam aparılmayıb” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə imtina verilsə də, o, 2022-ci ilin iyul ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin iyul ayında, yəni təxminən 15 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-747/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il tarixli imtina məktubundan sonra bununla bağlı tərəflərindən ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmış, daha öncə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2012-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona “ÜİX gərginlik stenokardiyası. İİİ f.s. QDÇ İİ dər.” diaqnozu ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti dəfə xx.xx.2014-cü il tarixində iddiaçıya “ÜİX gərginlik stenokardiyası. İİİ f.s. hipertoniya xəst. İİ mərh. QDÇ İİ dər. Hipertonik angiopatiya. ANS.” diaqnozu yenidən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. TSEK-nin xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 nömrəli müayinə aktının elektron informasiya sistemindən çıxarışına əsasən əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müxtəlif illərdə yazılan qısa müddətli stasionar müalicələr göndərişin tarixçəsində öz əksini tapmır. EXOKQ ağırlaşmanı təsdiq etmir, ixtisaslaşmış kardioloji xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” səbəbi əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra TSEK-nə göndərilməsi üçün Sumqayıt 4 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0532003AADEH nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: xəstənin diaqnostik müayinələri funksional pozğunluğu dəqiqləşdirilsin, köməkçi müayinələr tam aparılmayıb” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərarın (iddiaçıya münasibətdə əlverişli inzibati aktın) qəbul edilməsi ilə bağlı olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İşdən görünür ki, iddiaçıya 0532003AADEH nömrəli göndəriş əsasında sonuncu dəfə xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsindən imtina haqqında qərardan ən azından 2021-ci ilin iyun ayından məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2021-ci ilin iyun ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il 4 ay sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Bundan əlavə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçı barəsində sonuncu dəfə Sumqayıt 4 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli, 0532003AADEH nömrəli göndəriş tərtib edilmiş və həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilərək “Göndərişin natamam doldurulması - Səbəb: xəstənin diaqnostik müayinələri funksional pozğunluğu dəqiqləşdirilsin, köməkçi müayinələr tam aparılmayıb” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bununla bağlı, kollegiya hesab edir ki, iddiaçı yenidən səhiyyə müəssisəsinə müraciət edərək 0532003AADEH nömrəli göndərişdə qeyd edilən nöqsan aradan qaldırılmaqla barəsində yeni göndəriş tərtib edilməsini, daha sonra qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndərilməsini tələb edə, müraciəti təmin edilmədiyi təqdirdə isə iddiaçı inzibati məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-747/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-583/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-583/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver