Məhkəmə qərarları › İş №2-1(105)-584/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-584/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-584/2023 23.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X4 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən tikili üzərində vahid əmlak kimi mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)- 161/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən 6 saylı yaşayış sahəsi (yaşayış sahəsi 60,4 kv.m, köməkçi sahəsi 57,1 kv.m 3 otaqdan ibarət) üzərində İddiaçı mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı əsasında qeydə alınmışdır. İddiaçı 20 dekabr 2021-ci il tarixli ərizə ilə cavabdeh Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən fərdi yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********19 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-189 nömrəli şəhadətnamə əsasında başqa şəxsə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş qeydiyyat vəsiqəsi ilə texniki pasportda göstərilən reyestr və inventar nömrəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ona ayrılmış 525 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq həmin torpaq sahəsi və üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə iddiaçıya Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindən 525 kv.m torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Artıq 25 ilə yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüləri və konfiqurasiyası öz əksini tapmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin həmin torpaq sahəsinin ayrılması ilə bağlı rayon icra hakimiyyətinin qərarı olmuşdur. O, həmin qərarı ilkin qeydiyyat zamanı cavabdeh orqana təqdim etmişədir. Bu fakt ona verilmiş qeydiyyat vəsiqəsində də öz əksini tapmışdır. Belə ki, qeydiyyat vəsiqəsində müllkiyyət hüququnun Abşeron rayon icra hakimiyyəti başçısının 27 mart 1997-ci il tarixli, 66 saylı qərarı əsasında qeydə alınması ifadə olunmuşdur. Qeyd edir ki, cavabdeh orqan imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə istinad etsə də, konkret normanı qeyd etməmişdir. Göründüyü kimi Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dəqiq siyahısı verilsə də, iş üzrə həmin halların heç biri mövcud deyildir. Əlavə olaraq bildirir ki, icra hakimiyyəti orqanının torpaq ayırma ilə bağlı aktı halhazıradək hər hansı şəxs tərəfindən mübahisələndirilməməklə hüquqmüəyyənedici sənədləri öz hüquqi qüvvəsini saxlayır. Hüququnun qeydiyyatından imtinanın 1-ci dəlili onun torpaq sahəsinin başqa şəxsə məxsus keçmiş DTXK tərəfindən JN-189 nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsidir. Bildirir ki, həmin şəxs onun qonşusudur, onunla aralarında heç bir mübahisə yoxdur, qarşılıqlı iddiaları və tələbləri mövcud deyildir. Hər kəs öz torpağının sahibidir. Hesab edir ki, cavabdeh orqan uyğunsuzluqla bağlı mövcud problemini məhkəmədənkənar qaydada həll edə bilərdi. Hüququmun qeydiyyatından imtinanın 2-ci dəlili təqdim etdiyi qeydiyyat vəsiqəsindəki inventar nömrəsi ilə texniki pasportdakı inventar nömrəsi arasında uyğunsuzluğun olmasıdır. Qeyd edir ki, bu, texniki səhv olmaqla, onun təqsiri üzündən deyil, müvafiq inzibati orqanın hərəkəti üzündən baş vermişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən verilmiş X2 adına tərtib edilmiş JN-189 nömrəli şəhadətnamə əsasında ona məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş qeydiyyat vəsiqəsi ilə texniki pasportda göstərilən reyestr və inventar nömrəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində 23256 nömrəli reyestr kitabında qeydə alınmış 1829 nömrəli inventar işi qeyd olunmasına baxmayaraq həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda 23255 qeydiyyat nömrəsi və 1828 inventar nömrəsi qeyd olunduğu aşkar olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-161/2023 nömrəli qərardadı ilə X5 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-161/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının gözlədiyi məqsədə nail olması üçün üçüncü şəxsə verilmiş şəhadətnamə (Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 240 nömrəli qərarına əsasən) mübahisələndirilməli və ya torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, real mövcud vəziyyətə uyğun olaraq naturada torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və üçüncü şəxsə məxsus torpaq sahəsinin plan və ölçüsünün real mövcud vəziyyətə uyğun dəyişdirilməsi torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsinə dair iddia qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən tələblərlə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciəti olmadığından məhkəmə iddia tələbinin dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mütəxəssis tədqiqatının aparılmasını və rəy alınmasını imtinanı verən cavabdeh orqana həvalə etmişdir. Hesab edir ki, mütəxəssis rəyi alınması müstəqil təşkilatlardan birinə, yaxud AR X10, yaxud özəl ekspertiza müəssisəsələrindən birinin ekspert və mütəxəssislərinə həvalə olunmalı idi. Qeyd edir ki, iş üzrə verdiyi izahatları qərardadda qeyd edilməmiş və məhkəmə onu qiymətləndirməmişdir. Bundan başqa, hesab edir ki, qonşusu ilə torpaq sahələrinin üst-üstə düşməsi, bununla bağlı mövcud uyğunsuzluq, həmçinin, sonuncunun adına tərtib edilmiş şəhadətnamənin qüvvədə olması işə mahiyyəti üzrə baxılması və qərar qəbul edilməsinə, cavabdeh orqanın üzərinə öhdəlik qoyulmasına mane olmur. Ola bilər ki, üçüncü şəxsin torpaq sahəsinin məkan göstəriciləri uyunsuzdur, bu səbəbdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üzərinə düşür. Hesab edir ki, qeyd edilən hal iddiaçının təqsiri deyildir. Mövcud praktikada belə uyğunsuzluqlar mümkündür, belə hallar isə konfiqurasiya, ölçü, sərhədlərin müqayisəsi, həmçinin, faktiki yerləşmə koordinatları ilə aradan qaldırılır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı qəbul edilmiş, tədbirlər planı təsdi edilmiş və ƏMDK-yə müvafiq tapşırıqlar verilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən Fərmanın 2.4-cü və 2.5-ci bəndlərinin tətbiq edilməsini cavabdeh orqana təklif edə bilərdi. Həmçinin, üçüncü şəxsin mövcud uyğunsuzluğun aradan qaldırılması ilə bağlı notariat qaydasında təsdiq edilmiş ərizəsi vardır. Həmin ərizə birinci instansiya məhkəməsinə də təqdim olunmuşdur. Göründüyü kimi üçüncü şəxs ona məxsus qeydiyyat məlumatlarında düzəliş aparılmasına etiraz etmir, əksinə bunu cavabdeh orqana özü təklif edir. Məhkəmə bu halı nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbələri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Abşeron rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən 6 saylı yaşayış sahəsi (yaşayış sahəsi 60,4 kv.m, köməkçi sahəsi 57,1 kv.m 3 otaqdan ibarət) üzərində iddiaçının mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı əsasında qeydə alınmışdır. Həmçinin, sözügedən yaşayış evinə dair iddiaçının adına 1828 inventar nömrəli, 23255 qeyd nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” tərtib edilmiş, həmin sənəddə yaşayış evinin altında yerləşən torpaq sahəsinin sahəsi 525 kv.m qeyd edilmişdir. Bununla da Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən 6 saylı yaşayış evinin iddiaçının mülkiyyətində olduğu müəyyən edilir. Bundan başqa, işdən görünür ki, yaşayış evinə dair qeydiyyat vəsiqəsində daşınmaz əmlakın inventar nömrəsi 1829, reyestr nömrəsi 23256, “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” nda isə inventar nömrəsi 1828, reyestr nömrəsi 23255 kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən ziddiyyətlə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin inventar nömrəsi 1828, reyestr nömrəsi 23255 olmaqla, 1829 inventar, 23256 reyestr nömrəli daşınmaz əmlak başqa şəxsə, X11 məxsusdur. Belə olan halda, Abşeron rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş yuxarıda qeyd edilən qeydiyyat vəsiqəsində texniki səhv olaraq yaşayış evinin inventar nömrəsinin 1829, reyestr nömrəsinin 23256 kimi qeyd edildiyi müəyyən edilir. İddiaçı hazırda həmin yaşayış evinin altında yerləşən 525 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq həmin torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ilə birlikdə vahid əmlak kimi müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdehin imtinasının əsas dəlili mübahisələndirilən torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-189 nömrəli şəhadətnamə əsasında başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsidir. İmtina məktubunun həmin dəlili ilə bağlı araşdırma aparan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün üçüncü şəxs X3 ayrılmış 0.05 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 03 iyun 2004-cü il tarixli, JN-189A KOD 30801006 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 525 kv.m torpaq sahəsinin JN-189A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında üçüncü şəxsə məxsus 0.05 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyinin təqdim edilməsinə dair sorğusuna cavab olaraq cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən aparılan araşdırma zamanı ərazidə yerləşən sənəd üzrə torpaq sahəsi ilə faktiki məkan göstəriciləri arasında ümumi uyğunsuzluq mövcuddur. Bunu nəzərə alaraq ünvan 2 ünvanda yerləşən 525 kv.m torpaq sahəsi JN-189A KOD 30801006 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus 0.05 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqanın kadastr xəritəsindən çıxarışdan görünür ki, üçüncü şəxsin adına tərtib edilmiş JN-189A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşür. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə cavabdeh orqana müraciət edərək JN-189A nömrəli JN- 189A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsinin faktiki məkan göstəriciləri ilə kadastr bazasında olan məkan göstəriciləri arasındakı uyğunsuzluğun qanuvericiliyin tələbinə uyğun olaraq aradan qaldırılmasına etiraz etmədiyini, eləcə də hazırki iş üzrə iddiaçı arasında hər hansı mübahisənin olmadığını bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi üçüncü şəxsin mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin sənəd üzrə və faktiki koordinatları arasında uyğunsuzluq olmaqla, həmin torpaq sahəsinin sənəd üzrə koordinatları mübahisələndirilən 525 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçının apellyasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, işə baxan məhkəmə prosessual qanunvericiliyin tələbinə zidd olaraq torpaq sahəsi ilə bağlı mütəxəssis tədqiqatının aparılmasını və rəy verilməsini cavabdeh orqana həvalə etmişdir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnəmənin 2.0.4-cü bəndinə görə ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. Göründüyü kimi torpaq sahələrinin koordinatları ilə bağlı məsələlər də daxil olmaqla, ümumilikdə, ünvan reyestrinin aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aid məsələdir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Bundan əlavə, iddiaçı üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə bağlı uyğunsuzluğun mövcudluğu və onun sənəd üzrə koordinatlarının mübahisələndirilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi faktını qəbul edərək şikayətinin dəlillərində işə baxan məhkəmə tərəfindən həmin uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulmalı olduğunu bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin adına tərtib edilmiş şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə yüklü olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.(7-ci bənd). Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün, ilk növbədə, ona məxsus torpaq sahəsinin koordinatları üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşdüyündən, üçüncü şəxsin adına JN-189A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan koordinatların sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması ilə bağlı cavabdeh orqana, müraciəti təmin edilmədiyi təqdirdə isə inzibati məhkəməyə müraciət edə bilər. Torpaq sahəsinin koordinatları ilə bağlı qeyd edilən uyğunsuzluq aradan qaldırıldıqdan sonra isə iddiaçı hazırda mübahisələndirdiyi 525 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə yenidən cavabdehə müraciət edə, müraciəti müsbət həll edilmədiyi halda isə eyni qaydada məhkəmədə iddia qaldıra bilər. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-161/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar