Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-586/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair” JN- 227F, KOD 30317028 nömrəli şəhadətnamə əsasında ona məxsus 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2- 1(118)-1072/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 20 iyul 2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktubdan görünür ki, iddiaçının Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 nömrəli, 05 aprel 2005ci il tarixli qərarı ilə ayrılmış JN-227F nömrəli (KOD********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən ərizəyə əlavə olunmuş JN-227F nömrəli (KOD********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Birinci insatansiya məhkəməsi işin araşdırılan halları ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində 0.27 ha torpaq sahəsinin olması həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arxiv arayışı ilə də təsdiq edilir. Həmin 0.27 ha torpaq sahəsinin 0.12 ha hissəsi iddiaçıya Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 aprel 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış, qalan 0.15 ha hissəsi isə Quba rayon AİK-nın 16 saylı, 26 oktyabr 1999-cu il tarixli qərarı ilə ayrılmışdır. Ümumilikdə 0.27 ha torpaq sahələrinə dair iddiaçının adına JN 227F, KOD 30317028 saylı və JN 109A, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər tərtib edilmişdir JN 227F, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 aprel 2005-ci il tarixli 05 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. JN 109A, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Quba rayon AİK-nın 16 saylı, 26 oktyabr 1999-cu il tarixli qərarı ilə 0.25 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin koordinatlarına dair Quba rayonu Qımılqazma bələdiyyəsi tərəfindən İddiaçı adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 nömrəli, 05 aprel 2005-ci il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 627 saylı təsərrüfatın başçısı olmaqla, təsərrüfatının mülkiyyətində və sahibliyində 0.56 ha torpaq sahəsinin, ondan 0.27 ha həyətyanı torpaq sahəsnin olması qeyd edilmişdir. Məhkəməyə sorğu əsasında Quba rayonu Qəçrəş bələdiyyəsindən daxil olmuş 23 yanvar 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qımıl-qazma kəndinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsi əvvəllər mövcud olmuş Qımıl-qazma bələdiyyəsinin 05 nömrəli, 05 aprel 2005-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir, həmin torpaq sahəsi mübahisə predmeti olmamışdır və hər hansı bir vətəndaş və ya qurum tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 227F KOD 30317028 saylı Şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227F, KOD 30317028 nömrəli şəhadətnamə əsasında ona məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınması və adına çıxarış, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair” JN-227F saylı Şəhadətnaməyə əsasən Qımılqazma kəndi ərazisindən 0,12 hektar torpaq sahəsi verilmişdir. Şəhadətnamənin verilməsinə əsas Qımılqazma bələdiyyəsinin 05 aprel 2005-ci il tarixli 05 saylı qərarı olmuşdur. Qeyd olunan Şəhadətnamə DT və XKnın Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitu tərəfindən təsdqi olunmuşdur. Torpaq sahəsinin plan və ölçüsü müəyyən olunaraq faktiki olaraq ona təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinə hüquqlarımın Dövlət qeydiyyatına alınması, Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün müraciət etdikdə oradan bildirmişlər ki, qeyd olunan Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Buna görə də mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Hesab edir ki, qeyd olunan imtina əsassızdır və onun hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(118)-1072/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 227F, KOD 30317028 nömrəli şəhadətnamə əsasında iddiaçıya məxsus 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 nömrəli, 05 aprel 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmışdır və iddiaçının adına JN 227F, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində 0.27 ha torpaq sahəsinin olması həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arxiv arayışı ilə də təsdiq edilir. Həmin 0.27 ha torpaq sahəsinin 0.12 ha hissəsi iddiaçıya Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 aprel 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış, qalan 0.15 ha hissəsi isə Quba rayon AİK-nın 16 saylı, 26 oktyabr 1999-cu il tarixli qərarı ilə ayrılmışdır. Ümumilikdə 0.27 ha torpaq sahələrinə dair iddiaçının adına JN 227F, KOD 30317028 saylı və JN 109A, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər tərtib edilmişdir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Quba rayonu, Qımıl Qazma kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır.Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən ərizəyə əlavə olunmuş JN- 227F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda torpaq sahəsinin yerində müəayinə sənədini məhkməyə təqdim etmiş və bildirmişdir ki, faktiki istafadə ilə bağlı problem müəyyən edilməmişdir.İmtinanın tək səbəbi X2 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının Quba rayonu, Qımıl Qazma kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir, hansıkı iddiaçıya JN-227F nömrəli KOD 30317028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili JN-227F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasından ibarətdir. Birinci instansiya məhkəməsində işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 nömrəli, 05 aprel 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmışdır və iddiaçının adına JN 227F, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində 0.27 ha torpaq sahəsinin olması həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli arxiv arayışı ilə də təsdiq edilir. Həmin 0.27 ha torpaq sahəsinin 0.12 ha hissəsi iddiaçıya Quba rayonu Qımıl-qazma bələdiyyəsinin 05 aprel 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə ayrılmış, qalan 0.15 ha hissəsi isə Quba rayon AİK-nın 16 saylı, 26 oktyabr 1999-cu il tarixli qərarı ilə ayrılmışdır. Ümumilikdə 0.27 ha torpaq sahələrinə dair iddiaçının adına JN 227F, KOD 30317028 saylı və JN 109A, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər tərtib edilmişdir Eyni zamanda apellyasiya instansiyası məhkəməsində cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Sərhədləri iki tərəfdən metal torla qapalı olub, digər tərəflərdən şərtidir. İcazəsiz tikililər yoxdur. Torpaq sahəsinin müayinəsi zamanı mübahisə qeydə alınmamış, torpaq sahəsinin faktiki istifadə yeri şəhadətnamədə göstərilmiş yerə uyğundur. Torpaq sahəsi elektron uçotda yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmuşdur və cizgisi uçotda öz əksini tapıb.Kommunikasiya xətləri keçmir. Göründüyü kimi təqdim edilmiş müayinə aktında, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən hər-hansı hal müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd üzrə və naturadakı koordinatları daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən JN-227F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması iddiaçının məsuliyət dairəsinə aid deyil, eyni zamanda həmin şəhadətnamənin verilməsinə əsas olmuş bələdiyyə qərarının etibarlı olması birinci instansiya məhkəmsindəki araşdırma zamanı öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, JN 227F, KOD 30317028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun istinad olunan maddələrinə əsasən müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması üçün əsas qismində çıxış etdiyindən, və eyni zamanda həmin şəhadətnamənin verilməsinə əsas olan ilkin sənədlər etibarlı olduğundan, həmin şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmasa belə cavabdehin imtinasında və apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(118)-1072/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-586/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-586/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver