Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-587/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlərin əmək stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 839/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci təvəllüdlüdür. İddiaçıya məxsus НЗ № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 12 may 1975-ci il tarixdə qeydə alınmış “Əmək kitabçası”nın surətindən görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Quba rayon Təhsil Şöbəsi Ülvi Mikayılov adına Quba Şuduq kənd tam orta məktəbi tərəfindən verilmiş 04 saylı, 04 noyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, tarix müəllimi olan İddiaçı həqiqətən də 2006-2008-ci illərdə Şuduq kənd tam orta məktəbində müəllim işləmişdir və əməkhaqlarını almışdır. Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz regional Tədris İdarəsi Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbinin 25 saylı, 07 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 25 may 2005-ci il tarixli, 07 nömrəli əmrlə növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2005-ci il tarixli, 15 nömrəli əmrlə xx.xx.2005- ci il tarixdən əvvəlki iş yerinə qaytarılmışdır; xx.xx.2006-cı il tarixli, 05 nömrəli əmrlə xx.xx.2006-cı il tarixindən növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2006-cı il tarixli, 15 nömrəli əmrlə xx.xx.2006-cı il tarixindən əvvəlki iş yerinə qaytarılmışdır; xx.xx.2007-ci il tarixli, 05 nömrəli əmrlə xx.xx.2007-ci il tarixindən növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2007-ci il tarixli, 13 nömrəli əmrlə xx.xx.2007-ci il tarixindən əvvəlki iş yerinə qaytarılmışdır; xx.xx.2008-ci il tarixli, 04 nömrəli əmrlə xx.xx.2008-ci il tarixndən növbəti əmək məzuniyyətinə buraxılmışdır, xx.xx.2008-ci il tarixli, 17 nömrəli əmrlə xx.xx.2008-ci il tarixindən əvvəlki işinə qaytarılmışıdır. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixədək 30 il 8 ay 10 gün sığorta stajı (hərbi xidmət dövrü nəzərə alınmaqla) və xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 9 ay sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27548,81 manat pensiya kapitalı nəzərə alınaraq və hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən pensiyasının məbləği 364,47 manat müəyyən edilib. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən Quba rayon Təhsil Şöbəsi (SUN: **********8) tərəfindən 2006-2008-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda iddiaçının adı sğıortaolunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlər sosial sığorta haqqı üzrə məlumatları **********273 nömrəli fərdi şəxsi hesabınızda əks olunmamışdır. Quba rayonu Şuduq kənd Ü.Mikayılov adına tam orta məktəbinin xx.xx.2024-cü il tarixli məktubunan görünür ki, məktəbdə mühasibat sənədləri tərtib edilmir. Məktəb üzrə mühasibatlığa aid işlər, sənədlər Quba rayonu üzrə Təhsil Sektorunun mühasibatlığı tərəfindən tərtib edilərək təsdiqlənir və hər ay əməkhaqqı cədvəlindən çıxarış məktəbə təqdim edilir. Odur ki, hazırki iş üzrə məktəb arxivində heç bir sənəd (əmək haqqı cədvəllərindən başqa) olmadığına görə İddiaçı məktəbdə işlədiyi 2006-2008-ci illərə aid Quba Rayon Təhsil İdarəsi (əvvəlki adı) tərəfindən tərtib edilmiş sığorta hesabatlarında X1 adının olub-olmaması, sığortaolunan kimi qeyd edilib-edilməməsi, əmək haqqı ödənildiyi halda əmək haqqı cədvəllərində iddiaçıdan məcburi sosial sığorta tutulduğu göstərilsə də sığorta sisteminə məlumatların ötürülüb-ötürülməməsi məsələsinə və örütüldüyü halda nə üçün sənədlərdə öz əksini tapmamasına görə sənəd təqdim edə bilmirik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7- Xaçmaz Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunan görünür ki, İddiaçı 2000- 2022-ci illər üzrə Quba rayonu Şuduq kənd Ülvi Mikayılov adına tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmişdir. 2006-cı ilin yanvar-2008-ci ilin dekabr aylarında qeyd edilən məktəbdən ona əməkhaqqı hesablanmış və ödənilmişdir. Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı 2006-cı il üzrə məlumatları onun adına yazılmamış, 2007-2008-ci illər üzrə İddiaçı məlumatları səhvən “İddiaçı Aydın oğlu” kimi göstərilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə 2007-2008-ci illər üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuş, lakın 2006-ci il üzrə müraciət qeydə alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunan görünür ki, Təhsil İdarəsinin təqdim etdiyi sübutedici sənədlər əsasında Quba Rayon Təhsil Şöbəsinin (bundan sonra - Təhsil Şöbəsi) (SUN: **********8) 2007 və 2008-ci illər üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks etdirilməsi Fond tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun 2006-2008-ci illərdə Quba rayon O.Mikayılov adına Şuduq tam orta məktəbində müəllim işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməsi stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasını qeyd edilən dövrləri nəzərə alınmaqla hesablama öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “2006-2008-ci illərdə Quba rayon O.Mikayılov adına Şuduq tam orta məktəbində müəllim işlədiyi dövrün yaşa görə əmək pensiyası təyin edilməi stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasını qeyd edilən dövrləri nəzərə alınmaqla hesablama öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Quba Rayon Şuduq kəndində anadan olmuşdur, 1974-cü ildən əmək fəaliyyətinə başlamış və 14 iyun 2023cü il tarixə kimi fasiləsiz əmək fəaliyyəti olmuşdur. O, 1987-ci ildən müəllim kimi əmək fəaliyyətini başlamış və 14 iyun 2023-cü il tarixə kimi müəllim vəzifəsində çalışmışdır. Onun yaşa görə əmək pensiyası təyin olunma yaşı çatdıqdan sonra 02 noyabr 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin onun 2006-2008-ci il tarixlərdə Quba Rayon Şuduq kənd orta mətəbində müəllim işlədiyi dövr sığorta stajına daxil edilməmiş və əmək pensiyası təyin edilərkən nəzərə alınmamışdır. O, bununla əlaqədar cavabdeh təşkilata rəsmi müraciət edib 2006-2008-ci illərdə Şuduq kənd orta məktəbində müəllim işlədiyi dövrü sığorta stajına daxil edilərək təyin edilmiş əmək pensiyası həmin dövr nəzərə alınmaqla hesablanmasını xahiş etmişdir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (hesabat) alt sistemindən əldə olunan məlumatlara əsasən sığorta edən Quba Rayon Təhsil Şöbəsi tərəfindən 2006-2008-ci illər üzrə” təqdim edilmiş illik “Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə sığortalananlar haqqında” məlumatda adının sığortalanan kimi qeyd edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcədə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları **********273 N-li fərdi şəxsi hesabında əks olunmadığını onun qeyd olunan dövrü sığorta stajına daxil etməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi 12 may 1975-ci il tarixli əmək kitabçasından və Quba Rayon O.Mikayılov adına Şuduq tam orta məktəbinin xx.xx.2022-ci il tarixli arayışından aşkar olur ki, o, 2006-2008-ci illərdə Quba Rayon Şuduq tam orta məktəbində müəllim işləmişdir və cədvəldə qeyd olunan əmək haqqlarını almışdır. İddia ərizəsinə əlavə etdiyi cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli məktubundan aşkar olur ki, cavabdeh təşkilat onun müraciətinə əsassız bir cavab yazaraq, onun tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona pensiya təyin olunması üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçı dah sonra 2006-2008-ci il tarixlərdə Quba rayonu Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlər onun sosial sığorta stajına əlavə edilməklə pensiyasının yenidən hesabtanmäsını xahiş etmiş və müraciətinə inzibati orqan tərəfindən imtina verilmişdir, inzibati müvafiq imtina məktubunda həmin illər üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları əks olunmadığı üçün həmin illəri onun stajına daxil etməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin illər üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları əks olunmadığı üçün həmin illər onun stajına daxil edilməmişdir. İşin xüsusatlarından da aşkardır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixədək 30 il 8 ay 10 gün sığorta stajı (hərbi xidmət dövrü nəzərə alınmaqla) və xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 9 ay sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27548,81 manat pensiya kapitalı nəzərə alınaraq və hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən pensiyasının məbləği 364,47 manat müəyyən edilib. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanaraq 440.67 manata çatdırılmışdır. Lakin iddiaçı hesab edir ki, onun 2006-2008-ci il tarixlərdə Quba rayonu Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlər də onun stajına daxil edilməsi və pensiyası yenidən hesablanmalıdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən Quba rayon Təhsil Şöbəsi (SUN: **********8) tərəfindən 2006-2008-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda iddiaçının adı sğıortaolunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlər sosial sığorta haqqı üzrə məlumatları **********273 nömrəli fərdi şəxsi hesabınızda əks olunmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-839/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrlərin əmək stajı kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının sosial sığorta stajını hesablayarkən və ona yaşa görə əmək pensiyası təyin edərkən iddiaçının 2006- 2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almamışdır. Lakin inzibati iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından, Quba rayon Təhsil Şöbəsi Ülvi Mikayılov adına Quba Şuduq kənd tam orta məktəbi tərəfindən verilmiş 04 saylı, 04 noyabr 2022-ci il tarixli arayışdan və məhkəməyə sorğu əsasında daxil olmuş Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz regional Tədris İdarəsi Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbinin 25 saylı, 07 sentyabr 2023-cü il tarixli məktubunundan görünür ki, iddiaçı 2006-cı ildən 2008-ci ilədək olan dövrlərdə həqiqətən də, Quba rayon Təhsil Şöbəsi Ülvi Mikayılov adına Quba Şuduq kənd tam orta məktəbində işləmiş və əməkhaqqı almışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Həmçinin iddiaçının əmək fəaliyyəti ilə bağlı inzibati iş materiallarından görünüdüyü kimi çıxarışlar da mövcuddur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya ona yaşa görə pensiya təyin edilən zaman onun 2006-2008-ci illərdə Quba rayonu Ü.Mikayılov adına Şuduq kənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almasından imtinası tam əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, 2007-2008-ci illər kimi 2006-cı ilin də pensiyasınının yenidən hesablanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar .... 1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;... Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. .... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: .....1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab;.... 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: ....5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün);.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçı ilkin tələb üzrə 2006-2008-ci illər üzrə dövrün nəzərə alınmaqla, əmək pensiyası məbləğinin yendiən hesablanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı barəsində 2007-2008-ci ilə aid dövr üzrə məcburi sosial sığorta ödənişlərinin işəgötürən tərəfindən ödədilməsi halı müəyyən edilmiş, cavabdeh tərəfindən həmin hallar nəzərə alınaraq, qeyd edilən dövr nəzərə alınaraq, əmək pensiya məbləği yenidən hesablanmışdır. İddiaçının hazırki halda iddia tələbi müvafiq təhsil müəssisəsində işlədiyi 2006-cı il üzrə dövrün nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Qeyd edilən hissədə işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 2006-cı il üzrə qeyd edilən müəssisədə işlədiyini, əmək haqqı aldığını əsas gətirərək, həmin dövrün nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanmasını istəyir. Cavabdeh inzibati orqan isə işəgötüən tərəfindən həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən, həmin dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, həmin dövrün nəzərə alınaraq, əmək pensiyasınn yenidən hesbalanmasının mümkün olmadığını qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2006-cı il dövrdə qeyd edilən müvafiq müəssisədə işləmiş, işəgötürən tərəfindən həmin il üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilməmişdir. Belə ki, işəgötürən tərəfindən məhkəmə sorğusuna ünvanlanmış cavab məktubunun məzmununda 2007-2008-ci ilə aid dövr üzrə yanlışlıq olduğu, həmin səhvin aradan qaldırıldığı, 2006-cı il üzrə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz həmin 2006-cı il dövrün nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesbalanmasından və ödənilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində fərdi hesabdan çıxarış məlumatlarında iddiaçı barəsində sığortaolunan kimi məlumatlar 2007-ci ilin yanvar tarixindən qeydə alınmışdır. İddiaçının 2006-ci il üzrə sığortaolunan kimi qeydə alınması halı müəyyən edilməmişdir. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərtilə fəaliyyət dövrləri sosial sığorta stajı kimi nəzərə alınır. İndiki halda isə iddiaçıya münasibətdə həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin dövrün sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması halı əsas götürərək, həmin dövrün sosial sığorta stajı kimi nəzərə almış, işəgötürən tərəfindən həmin dövr üzrə iddiaçı barəsində sığortaolunan kimi məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi, həmin dövr üzrə fərdi heabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olub-olmaması hallarını araşdırmamışdır. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən yalnız həmin hallar müəyyən edildikdə, cavabdehin qeyd edilən dövrü nəzərə almaqla, əmək pensiyasını yenidən hesablamaq öhdəliyi mövcud olur. Bu baıxmından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sığortaolunan kimi qeydə alınmadığı, habelə onun adına sığortaolunan hesabında həmin dövrlər üzrə pensiya kapitalı qeydə alınmadığı halda, həmin dövrün nəzərə alınmaqla, yenidən hesablanması qanunvericiliyin tələbinə uyğun olmamaqla, mümkün deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunun norması düzgün tətbiq edilməmiş, bununla da gəldiyi nəticə yanlış olmuşdur. Qeyd edilən hallaar əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-839/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-587/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-587/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver