Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-588/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), X3 və X4 ibarət tərkibdə, X23 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5, X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Hüseynova (Məmmədova) Vəfa Qənbər qızı tərəfindən verilmiş üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları barədə ərizələrə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-722/2013 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saray qəsəbəsi ərazisində yerləşən 264,6 kv.metr ölçüdə mansardlı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,20 ha torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 2-1(085)- 722/2013 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Zaur Məmmədov) Həmin qərar 07 oktyabr 2013-cü il tarixdə qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən tam icra edilmiş, Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,20 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli, **********36-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalarını xahiş etmişdilər. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 Saray qəsəbə sakinidir, Maraqlı şəxs2 onun oğludur. Maraqlı şəxs1 24 iyul 1998-ci ildə JN-1880 nömrəli dövlət aktı ilə Saray qəsəbəsində 0,38 ha ümumi torpaq sahəsi ayrılmış, 31 may 2012-ci il tarixdə 4Ə/1251 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 0,12 ha torpaq sahəsi onun iştirakı ilə özgəninkiləşdirilmiş, qalan 0,2236 ha torpaq sahəsi 04 may 2016-cı il tarixli, **********04 reyestr nömrəli çıxarışla onun adına rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, məhkəmə qərarı ilə Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 30 iyul 1998-ci il tarixli, 01 saylı çıxarışı əsasında (dövlət aktı olmadan) İddiaçı iddiası əsasında onun xeyrinə Saray qəsəbəsində ayrılmış 0,20 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə müvafiq mülkiyyət sənədlərinin verilməsi barədə Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə qərarı həmin orqan tərəfindən icra edilərək iddiaçıya **********36-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ verilmişdir. Qeyd edir ki, bu torpaq sahəsi onun sənədindəki torpaq sahəsi ilə üst-üstə düşür, onun mülkiyyətidir. Onun bu proseslərdən məlumatı olmamışdır. Himayəsində birinci qrup əlil olduğundan torpaq sahəsi ilə maraqlana bilmir. Buna görə də o, 2013-cü ildə qeyd edilən torpaq sahəsinin 0,12 ha hissəini alqı-satqı qaydasında satmış, 2016-cı ildə qalan torpaq sahəsinə çıxarış alanda DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən ona bu torpağa başqa şəxsin də sənədi olması barədə ona heç bir məlumat verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadı ilə ərizəçilərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları barədə ərizə təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(105)-196/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibat Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(085)-722/2013 nöməli qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2-1(102)-1130/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(105)-196/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 04 oktyabr 2021-ci il tarixdə X9 nümayəndəsi Nümayəndə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 2-1(085)-722/2013 nömrəli qərarının ləğv edilərək nümayəndəsi olduğu şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-722/2013 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2013cü il tarixli, 2-1(085)-722/2013 nömrəli qərarı ləğv edilmiş, ərizəçilərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları barədə ərizələri təmin edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mülkiyyətində torpaq sahəsinin bir hissəsi ictimai yola, bir hissəsi başqa şəxsin mülkiyyətində olan daşınmaz əmlakın ərazisinə düşən Maraqlı şəxs1 gələcəkdə DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı sürüşmə nəticəsində koordinatlarının yerinə yerləşdirilməsi ilə bağlı iddia irəli sürmək hüququ var. Lakin qeyd olunan ərazidə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ tanındığından bunu etmək etmək mümkün olmur. Ona görə də məhkəmə hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-722/2013 nömrəli, 05 avqust 2013-cü il tarixli qərarı ləğv edilərək, ərizəyə yenidən baxılmalıdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyindən ərizəçilərin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olmadığı müəyyən edilir. Bundan başqa, Maraqlı şəxs1 adına tərtib edilmiş və ərizəçilərin istinad etdiyi xx.xx.2016-cı il tarixli, **********04 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0,2236 ha torpaq sahəsinin X12, X11, Maraqlı şəxs2 və Maraqlı şəxs1 paylı mülkiyyətində olduğu görünür. Lakin, indiki halda X11 tərəfindən məhkəmənin icraatında olan iş üzrə üçüncü şəxs qismində cəlb olunma barədə ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Bu isə ərizəçilər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X9 xx.xx.2016-cı il tarixli, **********04 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış ümumi paylı mülkiyyətlərində olan 0,2236 ha torpaq sahəsinin naturada X10 məxsus hissəsi ayrıldıqdan sonra sözügedən iş üzrə üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə məhkəməyə müraciət edə biləcəklərini göstərir. Bundan başqa, iddaçıya verilmiş torpaq sahəsinin təyinatı həyətyanı sahə olmaqla, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur və hazırda ünvan 2 ünvanında yerləşməklə, ətrafında da digər şəxslərə məxsus fərdi yaşayış evləri vardır. Lakin, ərizəçilər və digər şəxslərin adları qeyd edilmiş dövlət aktına əsasən verilmiş torpaq sahəsi isə “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədilə verilmişdir. Eyni zamanda, iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsi mişar daşlarından hörülmüş hasarla əhatə olunmaqla, 1998-ci ildə fərdi yaşayış evi tikilmiş, həmin vaxtdan dövlət qeydiyyatına alınmışdır. Yəni, nəzərə alınsa ki, ərizəçilər dövlət aktına əsasən ayrılmış torpaq sahəsinin onlara yerində tanıtmaqla verilmiş və özlərinin qeyd etdikləri kimi onlara ayrılmış torpaq sahəsindən 0,12 hektar sahəsini alqısatqı yolu ilə satmışlar, onda məlum olur ki, 1998-ci ildən bu günə qədər keçən 26 il ərzində ərizəçilərin iddiaçıya məxsus fərdi yaşayış evi və hasarı görməmələri, bu müddət ərzində iddia etməmələri heç bir məntiqə uyğun deyildir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının adına RX seriyalı, ******* nömrəli çıxarış verilərək hüquqları dövlət qeydiyyatına alındığından hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Hesab edir ki, ərizəçilərin sözügedən məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, 2013-cü ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,20 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə 0,2 ha, faktiki olaraq isə 0,22 ha təşkil edir, 0,02 ha sahə zəbt edilmişdir. Ərizəçilərin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlardır, onların adına dövlət aktı verilmişdir. Həmin ərazidə sürüşmə olduğuna görə mühəndislər tərəfindən mütəxəssis rəyində torpaq sahələrinin üst-üstə düşdüyünün müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Ərizəçilərin adına JN-1880 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlar iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür. Çünki, Dövlət Aktı köhnə proqram sistemi ilə müəyyən edilmiş koordinatlar əsasında tərtib edilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, onlara məxsus 0,2236 ha torpaq sahəsinin koordinatları iddiaçının mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin ən azı 0,08 hissəsinin koordinatları ilə üst-üstə düşür. Ərizəçinin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə ərizəçilərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 2-1(085)-722/2013 nömrəli qərarı əsasında Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda ərizəçilər həmin torpaq sahəsinin bir hissəsinin JN-1880 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən onların mülkiyyətlərində olan 0,3807 ha torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü iddia edərək onların iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələrini tələb edirlər. Birinci instansiya məhkəməsi ərizəçilərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları barədə ərizəsini əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir. İPM-nin 28-ci maddəsi anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, ücüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür. Hazırkı işdən görünür ki, xx.xx.1998-ci il tarixli, JN-1880 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs1, Maraqlı şəxs2, X13 və X6 ümumi birgə mülkiyyətində olmuş, daha sonra ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahəsinin 0,12 ha hissəsi Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/1251 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1. Yerdə qalan 0,2607 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında - xx.xx.2016-cı il tarixdə **********04 (0,2236 ha) və xx.xx.2019-cu il tarixdə **********23 (0,0371 ha) reyestr nömrəsi ilə yuxarıda adıçəkilən şəxslərin adına reyestrdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu verərək, İddiaçı adına reyestrdə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilmiş torpaq sahəsinin (0,20 ha) koordinatları ilə Maraqlı şəxs1 adına reyestrdə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinin (0,2236 ha) koordinatlarının üst-üstə düşüb-düşməməsi barədə məlumat verilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, həmin orqanın 01 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs1 paylı mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********04 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0,2236 ha torpaq sahəsinin 0,085 ha hissəsinə İddiaçı adına xx.xx.2013-cü il tarixli, **********36-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bununla da, ilkin araşdırma nəticəsində ərizəçilərin paylı mülkiyyətində olan 0,2236 ha torpaq sahəsinin 1/3-dən artıq hissəsi yəni, 850 kv.m. (8 sot yarım) hissəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alındığı müəyyən edilmişdir. Bundan sonra işə baxan məhkəmə tərəfindən ərizəçilərin adına olan JN-1880 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları ilə onların adına RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinin (0,2236 ha) koordinatları arasında uyğunsuzluğun olub-olmaması, habelə həmi sənədlərdə göstərilən torpaq sahəsinin koordinatlarının iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmişdir. Məhkəmənin soğrusuna cavab olaraq müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, elektron kadastr məlumat bazasına əsasən ərizəçilərin adına olan JN-1880 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,38 ha torpaq sahəsinin, eləcə də onların adına RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinin (0,2236 ha) koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcud olduğundan həmin torpaq sahələrinin iddiaçının faktiki istifadəsində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsini koordinatları ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi mümkün olmamışdır. Rəyin “Qeyd” hissəsindən görünür ki, elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahələrinin sənəd üzrə və faktiki istifadə vəziyyətləri arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır, belə ki, həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər inşa edilmişdir, bu səbəbdən, uyğunsuzluqlar mövcuddur. Həmçinin, qeyd olunan mütəxəssis rəyini tərtib edən Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin texniki birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, rayon ərazisində 1996-cı ildə keçirilmiş aqrar islahat zamanı vətəndaşlara pay torpaq sahələri ayrılmış, ayrılan torpaq sahələrinə dair “Pulkovo 1942” koordinat sistemi əsasında müəyyən edilən koordinatlarla vətəndaşların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları tərtib edilmişdir. Daha sonra həmin köhnə koordinat sisteminin məlumatları ilə yeni elektron xəritələr arasında fərqlilik yaranmışdır. 2016-cı ildə uçot baza məlumatlarının dürüstləşdirilməsi işlərinə başlanılmış, hazırda bu işlər tam başa çatmadığından, iş üzrə rəy vermək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyinə əsasən, torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsinin mümkün olmaması ərizəçilərin ziyanına şərh oluna bilməz. Yuxarıda da qeyd edildiyi kimi, ərizəçilərə məxsus 0,2236 ha torpaq sahəsinin 850 kv.m. hissəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşməsi hələ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 01 oktyabr 2020-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə təqdim edilən mübahisəli torpaq sahələri yerləşən ərazinin ortofoto xəritəsindən çıxarışda da **********36-10301 reyestr nömrəli iddiaçının xüsusi mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin bir hissədə ərizəçilərin adına JN-1880 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,38 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilir ki: Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq və işin yuxarıda şərh edilən hallarını nəzərə alaraq kollegiya hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 2-1(085)-722/2013 nömrəli qərarı ilə ərizəçilərin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozur. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-722/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-588/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-588/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver