Məhkəmə qərarları › İş №2-1(105)-588/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-588/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-588/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olmasını nəzərə alaraq həmin dövrlərin onun sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2339/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Tibbi Sosial Ekspert Komissiyasının verdiyi məlumatdan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə xx.xx.2024-cü il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı 22 sentyabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən xx.xx.1997-ci il tarixdə ********* nömrəli şəhadətnamə ilə vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2005-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı 20 oktyabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki,qeyd olunan ********* nömrəli şəhadətnamənin şəxsi hesab vərəqəsi araşdırılmış və dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmadığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Ötən dövr ərzində hesablanmış fərq məbləği (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) onun pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Bundan başqa, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olub-olmamadığı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş və sorğunun nəticəsinə əsasən Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında iddiaçının 1997-2005ci illərə dair (VÖEN: 3********) sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli, 3-17-1/2-313149/2024 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN: 3********) iş qovluğunun Mərkəzi filiala təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-315152/2024 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN;3********) fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olub-olmaması barədə və “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları Mərkəzi Filialda aşkarlanmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024 tarixli imtinasının əsassız hesab edilməsi və onun xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olmasını nəzərə alaraq həmin dövrlərin sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı il iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçirilmiş cərrahi əməliyyatdan və PKTdən sonrakı vəziyyət diaqnozu və ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcəli əlil olmağı müəyyən edilmişdir. Pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmiş və xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixədək şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055.86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 250,74 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin dövrlərdə Ceyranbatan qəsəbəsində fiziki şəxs kimi əmək fəaliyyəti göstərmiş, lakin həmin dövrlər pensiya hesablanarkən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onun fərdi sahibkar kimi (VÖEN:3********) sosial sığorta ödəyicisi olub-olmamağı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş, həmin sorğunun nəticəsinə əsasən bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında 1997-2005-ci illərə dair sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməyib və bu səbəblə həmin dövrlərin onun sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. O, fərdi sahibkar kimi fəaliyyət göstərdiyi 1997-2005-ci illər üzrə vergilər və sosial sığorta ödənişlərini DSMF-yə ödəmişdir və fəaliyyət göstərdiyi dövrdə heç bir vergi və sosial sığorta ödənişi üzrə borcu olmadığını bildirmişdir. Yuxarıda qeyd olunan dövrü əhatə edən müddətin onun sığorta stajına əlavə edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən ərizənin icrasından imtina olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Ötən dövr ərzində hesablanmış fərq məbləği (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) onun pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Bundan başqa, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuş xx.xx.1997- ci il tarixdən xx.xx.2005-ci il tarixədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olub-olmamadığı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş və sorğunun nəticəsinə əsasən Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında iddiaçının 1997-2005-ci illərə dair (VÖEN: 3********) sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2339/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək dövrün sığorta stajına əlavə edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək ali təhsil müəssisəsində əyani təhsil almışdır. Daha sonra xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Sonradan indeksləşdirilərək xx.xx.2023cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə İddiaçı xx.xx.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə ilə vergi ödəyicisi kimi qeydiyyata alınması və xx.xx.2005-ci il tarixdə vergi uçotunun ləğv edilməsi bildirilmişdir. Əlavə olaraq sonuncu adıçəkilən orqan tərəfindən verilmiş cavab məktubunda iddiaçının xx.xx.2023-cü il tarixədək olan müddətə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmamasının müəyyən edildiyi bildirilmişdir. Cavabdeh orqanın öz etirazında qeyd etdiyi halın – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında 1997-2005-ci illəri əhatə edən dövrdə iddiaçının (VÖEN:3********) sosial sığorta ödəyicisi kimi hesabat məlumatlarının aşkar edilməməsi iddiaçının vergi ödəyicisi olmaması kimi və sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərarla razılaşmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş məktuba istinad etmişdir. Hansı ki, həmin məktubda iddiaçının xx.xx.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə ilə vergi ödəyicisi kimi qeydiyyata alınması və xx.xx.2005- ci il tarixdə vergi uçotunun ləğv edilməsi bildirilmişdir. İddiaçının VÖEN-nin olması və vergi uçotuna alınması onun yalnız VÖEN-nin olduğu faktını təsdiq edir, məcburi dövlət sosial sığorta haqları ödədiyini deyil. İddiaçının vergiləri ödəməsi, eyni zamanda onun məcburi dövlət sosial sığorta haqlarını da ödədiyi anlamına gəlmir. Bundan başqa birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, sosial sığorta ödəyicisi kimi hesabat məlumatlarının aşkar edilməməsi iddiaçının vergi ödəyicisi olmaması kimi və sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Məhkəmənin bu arqumenti ilə bağlı cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının vergi ödəyicisi olubolmaması deyil, məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsidir. İstər inzibati icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Hazırki iddiaya münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür, cavabdehin deyil. Göründüyü kimi apellyasiya şikayətinin təmin edilməsi üçün bütün faktiki əsaslar, eyni zamanda qanuni əsaslar mövcuddur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: ..... Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. .... Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: ..... b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; .... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; .... Maddə 73. Pensiyalar hesablanarkən nəzərə alınan əmək haqqı növləri .... Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiya sığorta haqqı keçirilən faktik gəlirdən hesablanır. .... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020–ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, “....Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun;- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil:- əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;- əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.” “İnzibati icraat haqqında” Azərbaycan Respiblikası Qanunun : Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olmasını nəzərə alaraq, həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 1997-2005-ci illərə dair (VÖEN: 3********) sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ikinci dərəcə əlil olmaqla, onun barəsində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vergi uçot məlumatlarından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2005-ci il tarixdə vergi uçotu ləğv edilmiş, vergi borcu mövcud deyildir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı fərdi sahibkar qismində xx.xx.1997-xx.xx.2005ci ilədək olan dövr üzrə sosial sığorta haqqını ödədiyini əsas gətirərək, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini və bu əsasla əmək pensiyası məbləğinin yenidən hesablanmasını istəyir. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfindən sosial sığorta haqqının ödənilməsi, sosial sığorta ödəyicisi olması barədə hər hansı məlumat aşkar edilməməsi halına istinad edərək, həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmasının və bu əsasla əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyin tələbi baxımından mümkün olmadığını bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən istər iddiaçının vergi ödəyicisi-fərdi sahibkar qismində çıxış etdiyi dövrə aid, istərsə də hazırda qüvvədə olan qanunvericilik normalarının dispozitiv şərtində şəxsin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin dövr üzrə sosial sığorta haqqının ödənilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Başqa sözlə desək, qanunvericiliyin qeyd edilən normalarının dispoztiv şərtinə əsasən şəxsin fərdi sahibkar qimsində fəaliyyət göstərdiyi dövrlər o halda sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövr üzrə sosial sığorta haqqı ödənilmiş olsun. Bu baxımından kollegiya hesab edir ki, iddianının əsaslılığının müəyyən edilməsi üçün zəruri olan hal iddiaçı tərəfindən istinad etdiyi müvafiq dövrü üzrə fərdi sahibkar qismində sosial sığorta haqqının ödənilib-ödənilməməsi halının müəyyən edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olması, onun tərəfindən sosial sığorta haqqının ödənilməsinə dair arxiv məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hazırki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı müvafiq dövrlər üzrə sosial sığorta haqqının ödənilməsi və sosial sığorta ödəyicisi olması halına istinad edirsə, həmin hala dair sübut təqdim etmək öhdəliyi daşıyır. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmiş və bunun səbəbi kimi həmin hala dair sənədlərin onun tərəfindən saxlanılmaması halına istinad etmiş, habelə iddianının əsaslılığını müəyyən edən hal kimi müvafiq dövrlər üzrə vergi uçotuna alınması və vergi borcunun olmaması halına istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, sosial sığorta haqqlarını ödəmək və həmin hala dair müvafiq qəbzləri təqdim etmək məhz fərdi sahibkarın vəzifəsi olmuşdur. Nəticə etibarilə həmin sübutların vaxtında təqdim edilməməsi və ya saxlanılmaması iddiaçının təqsiri ilə əhatə olunmaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddianın əsaslılığının müəyyən edilməsi baxımından iddiaçı öz vəzifələrini vaxtında və lazımi qaydada icra etməməsinin nəticələrinə istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya digər arqumentlə bağlı onu qeyd edir ki, iddiaçının müvafiq dövrlər üzrə vergi uçotuna alınması halı iddiaçının vergi ödəyicisi kimi qanunla müəyyən eidimiş qaydada dövlət qeydiyyatına alınması halını, habelə vergi borcunun olmaması halı məhz vergi ödəyicisi qismində vergi haqqında qanunvericiliyin tələbinə əsasən ödəməli olduğu vergilər üzrə borcunun olmaması, yəni vergi öhdəliyinin olmaması halını təsdiq edir. Nəticə etibarilə iddiaçının istinad etdiyi hallar onun sosial sığorta ödəyicisi qismində çıxış etməsi və sosial sığorta haqqını ödəməsi halını təsdiq etməməklə, həmin halın müəyyən edilməsi üçün sübut qismində çıxış etməmişdir.Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Göründüyü kimi indiki halda sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin hala dair heç bir mötəbər sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da iddianın əsaslılığını müəyyən etməyə imkan verən sübutun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, hazırki halda iddiaçının sosial sığorta ödəyicisi olmaqla, sosial sığorta haqqını ödəməsi halı müəyyən edilmədiyindən, iddiaçının fərdi sahibkar qismində çıxış etdiyi iddianın predmetini təşkil edən müvafiq dövrlərin nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbinə uyğun olmamaqla, mümkün deyildir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbi yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina, etiraz və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunun norması düzgün tətbiq edilməmiş, bununla da gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2339/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar