Məhkəmə qərarları › İş №2-1(105)-590/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-590/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-590/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2- 1(118)-1524/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən 29 saylı mənzilə mülkiyyət hüququnun müəyyən edilməsi, göstərilən mənzilin dövlət reyestri xidmətində adına sənədləşdirilməsi, həmin mənzilə maneəsiz daxil olmasına imkan verilməsi və mənzildə tamamlama işləri aparmasına şərait yaradılmasının cavabdehə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(012)1849/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbədəki 29 saylı 1 otaqlı, ümumi sahəsi 54.5 kv.metr olan mənzilinə istifadə və sahiblik hüququ müəyyən edilmiş, həmin mənzilə İddiaçı maneəsiz daxil olması, təmir işləri aparmasına şərait yaradılması və İddiaçı yaşayış sahəsinin verilməsi barədə üzvlərin ümumi yığıncağını təşkil edərək qərar qəbul edilməsi barədə cavabdeh "xxxx" Mənzil Tikinti kooperativinin üzərinə vəzifə qoyulması, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2016 saylı, 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Abşeron rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(012)1849/2015 saylı qətnaməsi İddiaçı yaşayış sahəsinin verilməsi barədə üzvlərin ümumi yığıncağını təşkil edərək qərar qəbul edilməsi barədə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə vəzifə qoyulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2016-cı il tarixli, 2(102)-4385/2016 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2016 saylı, 13 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Cavabdeh 04 fevral 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2016 saylı, 13 aprel 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icrası mümkün olmadığı üçün geri qaytarılmışdır. Bundan sonra İddiaçı 08 iyul 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh icra məmuru Asəm Əhmədovun 04 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-633/2016 saylı, 13 aprel 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqinin icraata qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(105)-633/2016 saylı, 13 aprel 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi 24 noyabr 2016-cı il tarixdə Cavabdehndə icraata daxıl olmuşdur. Bundan sonra cavabdeh tərəfindən icranın təmin edilməsi ilə bağlı faktiki olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş heç bir real tədbir görülməmişdir. Onun çoxsaylı müraciətlərinə yazılı cavab verilməmiş, icra orqanının fəaliyyətsizliyinin səbəbinə aydınlıq gətirilməmiş, ancaq səbrli olub gözləməyin lazım olduğu bildirilmişdir. 2018-ci ilin mayında Cavabdeh icra məmuru Asəm Əhmədovun ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-633/2016 saylı 13 aprel 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə izah verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası belə nəticəyə gəlmişdir ki: “...Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-633/20J6 saylı 13 aprel 2016-cı il tarixli qətnaməsi və onun əsasında verilmiş icra sənədi aydındır, icrasında hər hansı anlaşılmazlıq yoxdur və icra sənədinə izah verilməsi üçün əsaslar mövcud deyil''. Nəticədə həmin məhkəmənin 2(105)-633/2016 saylı, 30 may 2018-ci il tarixli qərardadı ilə Abşeron rayon icra şöbəsinin icra məmuru Asəm Əhmədovun ərizəsi təmin edilməmiş və icra sənədinə izah verilməsindən imtina edilmişdir. Lakin cavabdeh məhkəmənin qərardadına da məhəl qoymamışdır. Abşeron rayon icra şöbəsinin icra məmuru Asəm Əhmədovun 04 fevral 2019-cu il tarixli qərarı (icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə) ilə icra vərəqəsi icrası mümkün olmayan sənəd hesab olunmuş və onun Sumqayıt Apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Qeyd edilən qərarda göstərilənlər həqiqətə uyğun deyil, həmin qərar faktların təhrif olunması yolu tərtib olunmuşdur. İcra məmurunun uzunmüddətli fəaliyyətsizliyi nəticəsində “ünvan 2 ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş 2-ci mərtəbəsini yaşayış sahəsinə çevirərək mənzillərin sayını artırmış, nəticədə həmin binanın 4-cü mərtəbədə yerləşən ona məxsus 29 saylı 1 otaqlı, ümumi sahəsi 54,5 kv.ırı olan mənzilin nömrəsi dəyişdirilmişdir. Heydər Əliyev prospekti ev 1 ünvanında yerləşən yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 54,5 kv.m olan 1 otaqlı ancaq bir mənzil var ki, onun da ona məxsus olması qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuşdur. İcra məmuru Asəm Əhmədovun 04 fevral 2019-cu il tarixli qərarının bu günədək Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada ona verilməməsi də bunu təsdiq edir. Belə bir qərarın mövcud olduğunu o, təsadüfən öyrənib, Cavabdehnə müraciət etdikdə sənədlərin Xızı rayon icra və probasiya şöbəsinə göndərildiyi bildirilmişdir. Odur ki, bundan sonra o, ərizə ilə Xızı rayon icra və probasiya şöbəsinə müraciət etməli olmuşdur. Nəticədə həmin şöbənin 02 iyul 2021-ci il tarixli 94089/2016 saylı göndəriş məktubu ilə Cavabdeh və onun icra məmuru Asəm Əhmədovun icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə olan 04 fevral 2019-cu il tarixli qərarı rəsmi qaydada ona təqdim olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(118)-1524/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə olunmayan hallarından görünür ki, hazırkı mübahisə Abşeron rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlıdır. Kollegiya qeyd edir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində üçüncü şəxslərə ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, cavabdehin mübahisələndirilən hərəkəti icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Ona görə də, həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(118)-1524/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar