Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-591/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X11 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə1, İddiaçı2 nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-465/2024 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məmmədli bələdiyyəsinin X6 Abşeron rayonu, Məmmədli kəndində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması” tələbinə dair iddiası, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı ilə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs X6 mübahisəli torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsi tərəfindən qəbul edilmiş qərar mövcud olmadığı, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyatının mübahisələndirmək hüququ olması izah olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X6 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Torpaqların alqı-satqısı”na dair 22 yanvar 2013-cü il tarixli aktdan görünür ki, X12 tərəfindən mübahisəli torpaq sahəsinin Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı müqabilində Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin hesabına 33.60 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Abşeron rayon Dövlət Arixivindən daxil olmuş 12 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarından çıxarışı vətəndaş X4 deyil, digər vətəndaş X5 adınadır. Abşeron rayon Dövlət Arixivindən daxil olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X7 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı çıxarışa əsasən X4 xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 13/126 nömrəli qərarı ilə X6 Məmmədli kəndi ərazisində 0.02 ha torpaq sahəsi ayrılmışdır. Həmin ilkin torpaqayırma sənədi əsasında xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX1258293 seriyalı Çıxarışa əsasən sözügedən **********20 reyestr nömrəli torpaq sahəsi A.Babayevin xüsusi mülkiyyətinə verilmişdir. Qeyd olunan hal İddiaçı2 və SOCAR-ın maraqlarına toxunmuşdur. Belə ki, sözügedən qərarla ayrılmış torpaq sahəsində gələcəkdə aparılacaq tikinti işləri yolu bağlayacağı üçün İddiaçı2, 1976-cı ildən SOCAR-ın “Neft kəmərləri" İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş700 magistral neft kəmərinin 47 86-ci km-də mühafizə zonası daxilində (torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36.60 metr təşkil edir) ayrıldığı üçün (ekspert rəyi ilə təsdiq olunmuşdur, surəti əlavə olunur) SOCAR-ın maraqlarına toxunmuşdur. Qərar qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyi üçün, İddiaçı2 həmin qərarın etibarsız hesab olunması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmə SOCAR-ı ilkin olaraq İİİ şəxs qismində, daha sonra iddiaçı kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Sözügedən iddia tələbi Məhkəmənin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-33/2021 nömrəli Qərarı ilə təmin olunmuşdur. Həmin Qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2-1(105)-311/2022 nömrəli Qərarı ilə qüvvədə saxlanılmışdır. İş üzrə üçüncü şəxs A.Babayev Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Qərarından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1 (102)-1735/2022 nömrəli Qərarı ilə şikayət qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-311/2022 saylı 21 iyun 2021-ci il tarixli Qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia mümkün sayılmamışdır. Ali Məhkəmənin iddianın mümkün sayılmaması barədə qeyd olunan Qərarı ilə iddia mümkün sayılmasa da, həmin Qərarın 34-40-cı bəndlərindən göründüyü kimi əslində iddiaçıların xeyrinə olan Qərardır. Belə ki, Qərarın 34-40 bəndlərinin ümumi məğzi budur ki, işin araşdırılması nəticəsində A.Babayevə torpaq sahəsinin ayrılması barədə Məmmədli Bələdiyyəsinin qərarının, yəni hüquqmüəyyənedici sənədin mövcud olmadığı sübuta yetirilmiş, bununla da ortada hər hansı bir mübahisənin mövcud olmadığı və qərardan iddiaçıların məhkəmə qaydasında müdafiə olunmasına ehtiyac olmadığı müəyyən olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarının 41-ci bəndində həmçinin qeyd olunmuşdur ki, həmin torpaq sahəsi üzərində A.Babayevin hüququnun reyestrdə qeydiyyatını mübahisələndirmək hüququnun olduğu iddiaçılara izah olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********20 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçıların 4 saylı Abşeron Ərazi İdarəsinə 20 fevral 2023-cü il tarixli müraciəti olmuşdur. Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X4 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair verilmiş **********20 reyestr nömrəli çıxarış Abşeron rayon Məmmədli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 nömrəli qərarı əsasında verilmişdir. Sözügedən daşınmaz əmlak hal-hazırda X4 mülkiyyətindədir və daşınmaz əmlak üzərində X4 mülkiyyət hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-465/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi üzərində X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun qeydiyyatın, yəni RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın tərtib edilməsinə əsas olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı təşkil etmişdir ki, həmin qərarın mövcud olmaması öz təsdiqini tapmışdır. İnzibati işin araşdırılması ilə bağlı aidiyyatı üzrə yenidən Abşeron rayon Dövlət Arixinə sorğu vermiş və sorğu əsasında Abşeron rayon Dövlət Arixivindən daxil olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X7 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göründüyü kimi, X4 adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın əsasını təşkil edən bələdiyyə qərarı mövcud olmadığından, qeyd edilən hallar həm inzibati məhkəmə icraatı zamanı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə öz əksini tapdığından və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə sözügedən Alim Malik oğlunun adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004- cü il tarixli, 13/126 saylı qərarına münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Çıxarışın verilməsinə əsas olan Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı mövcud olmadığından, onun əsasında verilmiş çıxarışda ləğv edilməlidir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, iş №2-1(118)-465/2024 nömrəli qərarı qəbul edərkən AzərbaycanRespublikası Ali Məhkəməsinin 2-1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına və Abşeron Rayon Dövlət Arxivinə sorğu verməklə onun adına tərtib edilmiş RX seriyalı 1258293saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın ” verilməsinə əsas olmuş bələdiyyə qərarının mövcud olmadığı faktının təsdiqi ilə kifayətlənmiş, başqa araşdırma aparmadan düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərardan göründüyü kimi nəinki Ali Məhkəmənin, eləcə də müvafiq olaraq Apellyasiya və 1-ci instansiya məhkəmələrinin qərarlarından məlumatlı olmuşdur. Lakin buna baxmayaraq yalnız Abşeron rayon Dövlət Arxivinə yenidən sorğu vermiş, yalnız onu qəbul etmiş, Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyyəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı məktuba və sənədlərə toxunmamış, ziddiyyətləri aydınlaşdırmamışdır. Məhkəmənin istinad etdiyi Ali Məhkəmənin qərarından görünür ki, həmin vaxt fəaliyyətdə olumuş və Bələdiyyə aktını imzalamış bələdiyyə sədri məhkəmədə iştirak etmiş, imza və möhrün ona məxsusluğunu təsdiq etmişdir. Məhkəmə həmin imzanın bələdiyyə sədrinə və ya digər şəxsə aid olmasının müəyyən olunmasını zəruri hesab etmədiyi üçün, müvafiq xətşünaslıq ekspertizası təyin etməmişdir. Göründüyü kimi bələdiyyə sədri də sənədin onlar tərəfindən verildiyini etiraf etmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır. Bundan əlavə qətnamənin əsassız olmasına səbəb olan hallardan biri də iddiaçıların belə iddianı qaldırmağa subyektiv hüqunun olmamasıdır. İddiaçılardan İddiaçı2 iddia qaldırma üçün sübyektiv hüququ yoxdur. Belə ki, o sonradan X1 bölünərək aldığı torpaq sahəsinə giriş əldə etmək məqsədindədir ki, bu məsələ də digər məhkəmə aidiyyatına aiddir. Ona məxsus torpaq sahəsi ilə İddiaçı2 aid torpaq sahəsi arasında 2 metr enində zolaq vardır və ona görə də İddiaçı2 heç bir qonşuluq təması yoxdur. Ona görə də o, belə bir iddia qaldıra bilməz. Məhkəmənin istinad etdiyi qərardan görünür ki, həmin neft kəmərləri Azərbaycan Respublikası Dövlət X13 Kəmərləi İdarəsinə məxsusdur. Həmin idarə hüquqi şəxsdir, müstəqil balansı vardır və Azərbaycan MM-nə görə məhkəmə qarşısında iddiaçı və cavabdeh olmaq hüququna malikdir. Neftşirkəti iddiasın hazırki vəziyyətə uyğun deyil, ehtimala əsaslanaraq gələcəkdə baş verəcək halla əlaqələndirir. Məhkəmə istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyesteri haqında” Azərbaycan Respublikası Qanununa görə bu çıxarışı ləğv edə bilməz, çünki o sənədləri təqdim etmiş, cavabdeh də yoxlayaraq müvafiq çıxarışlar təqdim etmişdir. Bununla da o torpağa mülkiyyət hüququ əldə etmiş, əmlak mülki dövriyyəyə daxil olmuş, Onun həmin əmlaka müstəsna hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsi onun mülkiyyət hüququndan məhrum edir. Bununla da konvensiyanın və konstitusyanın tələblərini pozur. Məhkəmənin istinad etdiyi məhkəmə qərarlarından da görünür ki, mülkiyyətçinin həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etməsi, heç bir tikinti aparmaması halı neft şirkətinə mübnasibətdə (Neft şirkəti iddiasını hazırkı vəiyyətlə əlaqələndirmir, həmin sahədə gələcəkdə tikinti aparılması ehtimalı ilə əsaslandırır), mülkiyyətçinin sahib olduğu torpaq sahəsi ilə qonşuluqda olan torpaq sahələri arasında kifayət qədər məsafənin olması halı isə digər iddiaçıya münasibətdə cəmiyyətin maraqlarına toxunmur. Göründüyü kimi mülkiyyətçinin mülkiyyət hüququndan məhrum edilməsi əsası kimi çıxış edən hal yoxdur. Məhkəmə qətnamə qəbul edərkən konvensiyanın qeyd olunan tələblərini pozmaqla eyni zamanda Avropa Məhkəsinin həmin normanı tətbiq etməklə mülkiyyətdən məhrum etməyə dair müxtəlif məhkəmə qərarlarında göstərilən mövqeyini də nəzərə almamışdır. Belə ki, Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı”işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. İddiaçılar mülikyyətçini ümumiyyətlə hansı əsasla mülkiyyətdən məhrum etmə istəyini, bu məhrumiyyətin hansı zərurətdən irəli gəldiyini, mülkiyyətçinin mülkiyyətindən məhrum olduğu halda onların bu günki hansı pozulmuş hüququnun bərpasının təmin olunacağını əsaslandırmamışdır. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarıilə mülkiyyət hüququna təminat verir». İş materiallarından görünür ki, mülkiyyətçi əmlaka mülkiyyət hüququ əldə etdiyi vaxtdan heç kəsin maneəsi olmadan istifadə etmiş .Ona qarşı iddia qaldırmış İddiaçı2 onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etdikdən sonra hazırda malik olduğu torpaq sahəsini əldə etmiş, həmin vaxta qədər başqa şəxsin mülkiyyətində olmuşdur. Bölgü əsasında bir hissəsi İddiaçı2 adına özgəninkiləşdirmişdir. İddiaçı2 iddia qaldırana qədər nə torpağın əvvəlki mülkiyyətçisi nə də Neft şirkəti də ona qarşı heç bir müdaxilə etməmiş və beləliklə onun mülkiyyətindən maneəsiz istifadə etmişdir. Avropa Məhkəməsi mövqeyindən də göründüyü kimi kimi Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrumedilməsini qadağan etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. .. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında üçüncü şəxs X6 Abşeron rayonu Məmmədli kəndi əraziisndə 0,03 ha torpaq sahəsi ayrılması qərar alınsa da, qeyd edilən bələdiyyə qərarı mövcud olmamışdır. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən torpaq sahəsi müvafiq magistral neft kəmərinin mühafizəsi daxilində yerləşir. Bundan əlavə, iş materiallarında olan kassasiya instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddiaçıların üçüncü şəxsin adına torpaq sahəsinin ayrılması barədə qərar mövcud olmadığından, həmin torpaq sahəsi üzərində onun hüququnun reyestrdə qeydiyyatının mübahisələndirmək hüququnun olduğu müəyyən edilmişdir. İndiki halda da iddiaçılar məhz həmin qeydin ləğv edilməsi ilə bağlı iddia tələbini irəli sürmüşdür. Yuxarıda istinad edilən qanunvericilik normalarının dispozitiv şərtlərində daşınmaz əmlak üzərində hüququn yaranması əsasları müəyyən edilmişdir. Cavabdeh inzibati orqan yalnız əmlaka dair qanunla müəyyən edilmiş qaydada yaranmış və mövcud olan hüququn dövlət qeydiyyatını apara bilər. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin adına torpaq sahəsi üzərində hüququn yaranması üçün heç bir əsas olmadığı (torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadığı) halda, həmin əmlaka dair mövcud olmayan hüququn dövlət qeydiyyatını aparmışdır. Bu hal isə daşınmaz əmlakın dövlət reyestri haqqında və mülki qanunvericiliyin norma və tələblərinə uyğun olmamışdır. Nəticə etibarilə cavabdeh tərəfindən əmlaka dair üçüncü şəxsin adına aparılmış qeyd düzgün olmamışdır. Bu hal isə həmin qeydin ləğv edilməsi üçün əsas hesab edilir. Həmçinin, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, indiki halda onun adına torpaq sahəsinin ayrılmasına dair hər hansı bələdiyyə qərarının mövcudluğu aşkar edilməmiş, torpaq sahəsinin ayrılması halı etiraf formasında deyil, məhz qanunla müəyyən edilmiş qayda və prosedurlara əsasən tərtib edilmiş inzibati akt əsasında müəyyən edilir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası şikayətin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçıların hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olması halı müvafiq kassasiya instansiya məhkəməsinin qərarı ilə müəyyən edilmişdir. Belə ki, həmin qərarın məzmununda iddiaçıların məhz üçüncü şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək hüququna malik olması halı müəyyən edilmişdir. Həmçinin, qeyd edilən torpaq sahəsinin müvafiq mühafizə zonasında yerləşməsi halı da iş materialları əsasında öz təsdiqini tapmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-465/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-591/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-591/2024
30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver