Məhkəmə qərarları › İş №2-1(105)-592/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-592/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-592/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, qanunsuz qəbul edilmiş qərarın ləğv olunması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldırılmasına məcbur edilərək dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə öhdəlik qoyulması”na dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 2409/2023 nömrəli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, qanunsuz qəbul edilmiş qərarın ləğv olunması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldırılmasına məcbur edilərək dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1, 7, 8, 12, 24, 26, 28, 29, 31-33, 35, 43, 46, 56, 57, 60, 68, 71-ci maddələrinə əsasən AR-da dövlətin yeganə mənbəyi xalqdır , hüquqi dövlətdir, AR prezidenti vətəndaş hüquq və azadlıqlarının qorunmasının və tərəfdaş çıxdığı müqavilələrə riayət olunmasının təminatçısıdır, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir, hər kəsin doğulduğu , andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və . - vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır,konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur. Belə ki, 23 yanvar 2023-cü il tarixində AR FH nazirliyinin Tikintidə X5 aqentliyinin 004 saylı qərarına əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən obyektin sökülməsi qərara alınmışdır. Həmin qərarda iddiaçının adı göstərilmişdir və 207116 saylı aktın tərtib olunduğu göstərilir, halbuki, həmin aktdan iddiaçının xəbəri olmamışdır. Quba rayonu Zərdabi qəsəbəsində mədəniyyət evinin yanına Zərdabi bələdiyyəsinin verdiyi sənədlərə əsasən iddiaçıya məxsus obyekti olmuşdur. 2019-cu ildə həmin ərazi parka birləşdirildiyindən Quba rayon icra başçısı Z.Əliyev şəxsən iddiaçıdan obyektin sənədlərini alaraq başqa yerdə torpaq sahəsini göstərib rəsmiləşdirməyi bələdiyyə sədrinə tapşırmışdır. Bələdiyyə sədri iddiaçıya tikintini tikib başa vurandan sonra sənədləşməni aparacağını bilirdi, yanındakı digər obyektlər də eynilə parka düşdüyündən onlara da ordan yer vermiş, obyektlərini tikmişdirlər.Tikinti işləri gedən zaman Süleymanov Ceyhun və Coşqun iddiaçıdan obyekti onlara verməyi tələb etmişdir, lakin iddiaçı imtina edəndə onlar müxtəlif təxribatlara əl atmışdırlar. Ona görə də 2021-ci ildə məcbur olub obyekti borcuna görə Mirzəyeva Sehrinaza vermişdir. Sehrinaz onların yoldaşları ilə danışdıqdan sonra razılığa gəlmişdirlər, lakin 2022- ci ilin sentyabrında iki qardaşın Sehrinaza əxlaqsız təkliflərinə görə və hüquq-mühafizə orqanlarının işə qarışdığına və bələdiyyənin icranın adına pul almasına görə yazdığı ərizəyə gərə ona qarşı təxribata başlamışdırlar. Süleymanovlar icranın sözü ilə onun adına ərizə yazmışdırlar və həmin ərizə də əvvəlcədən razılaşdıqları kimi AR FHN-nin TTNDA-nə göndərilmişdir, onlar da sifarişlə qanunsuz qərar qəbul etmişdirlər, hansı ki bu onların səlahiyyətlərinə aid deyil, iddiaçılara qaz xəttinin yaxınlığını bəhanə göstərilmişdir, yanındakı obyektlərə, hətta bir obyektin qaz xəttinin üstündə olduğuna baxmayaraq onlara akt yazmamışdırlar, bu da qərarın sifarişlə qəbul edilidiyini sübut edir. Ona görə də cavabdehlərin hərəkət və hərəkətsizliyinə görə iddiaçıya qarşı qanunsuz qərar qəbul olunmuşdur, məhkəmə tərəfindən onların hərəkətlərinin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2409/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Üçüncü şəxs apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndəsi X11 apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmənin mülhaizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apellyasiya şikayətinin mümkünlüyü məsələsinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, apellyasiya şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilməlidır. Belə ki, hazırki iş üzrə üçüncü şəxs qismində X2 çıxış etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamışdır. İndiki halda həmin qərardaddan üçüncü şəxs X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin müvafiq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. İnzibati prosessual qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən tərəf indiki halda hazırki iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində çıxış etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki iş üzrə iddia tələbi mümkün sayılmamış, iddiaçı tərəfindən isə həmin məhkəmə qərardadından şikayət verilməmişdir. Üçüncü şəxsin isə hazırki iş üzrə hər hansı müstəqil tələbi olmamışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti vermək hüququ yalnız tələbin təmin olunmadığı halda mövcud olur. İndiki halda isə apellyasiya şikayəti verən şəxsə münasibətdə qeyd edilən şərt də mövcud olmamışdır. Nəticə etibarilə isə iş üzrə qəbul edilmiş məhkəmə qərardadının apellyasiya şikayəti verən tərəfin hansı hüquqlarına və qanunla qorunan maraqlarına toxunması halı mövcud olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verən tərəf indiki halda hazırki iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində çıxış etdiyindən, habelə iş üzrə onun hər hansı tələbi mövcud olmadığından, apellyasiya şikayəti vermək hüququ isə yalnız tələbin təmin olunmadığı halda yarandığından, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən onun indiki halda apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs hazırki iş üzrə mübahisə predmeti olan mübahisəli hüquq münasibətləri çərçivəsində hüqularının və qanunla qorunan mənafelərinin pozulması ehtimalının mövcudluğunu hesab etdiyi halda, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək, habelə onunla bağlı ayrıca məhkəmə icraatı qaydasında müstəqil şəkildə iddia tələbi irəli sürmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilməlidır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28,29, 81,87-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2409/2023 nömrəli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar