Məhkəmə qərarları › İş №2-1(105)-593/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-593/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-593/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)- 689/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 nömrəli qərarı ilə X5 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0,30 ha torpaq sahəsi satılması qərara alınmışıdır. xx.xx.2002-ci il tarixli akt-rəydən görünür ki, Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 nömrəli qərarını nəzərə alaraq X5 0.30 hektar torpaq sahəsinin ayrılmasını komissiya məqsədəuyğun hesab etmişdir. X8 xx.xx.2002-ci il tarixli qəbzlə Vəlvələ bələdiyyəsinin hesabına torpaq satışı üçün 700000 manat pul vəsaiti ödəmişdir. Quba rayonu Vəlvələ bələdiyyəsinin yerquruluşu planının xəritəsindən çıxarış sxemdən görünür ki, həmin sənəd X5 ayrılmış torpaq sahəsinə dar tərtib edilmişdir. X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir (AZ-İ № 841076 seriyalı ölüm haqqında şəhadətnamə). X15 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə və Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixli 19№li vərəsəlik işinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. İddiaçı xx.xx.2021-ci il tarixdə mərhum X3 Quba rayonu, Vəlvələ kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir . Cavabdeh tərəfindən iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə ilə bağlı müraciət edilən 0,30 ha torpaq sahəsi Quba rayonu, Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin iştirakı təmin edilməmişdir. Belə ki, alqı-satqı aktında DTXK-nın Quba rayon şöbəsinin möhürü və qeydi yoxdur. Bundan əlavə ərizəyə 0,30 ha torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin və Quba rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi əlavə edilməmişdir. Qeyd edilən səbəblərdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Qeyd edilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüqunun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh idarəyə müraciət edərək, Quba rayonu, Vəlvələ kəndində yerləşən mərhum atası X1 0,30 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində X2 adına qeydə alınmasını xahiş etmişdir. Cavabdeh isə özünün xx.xx.2021-ci il tarixli **********56 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə Quba rayonu, Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Halbuki, İddiaçı ayrılmış 0,30 ha torpaq sahəsində dəyirman tikintisi icazə verilməsi barədə Quba rayon İcra Hakimiyyəti Başçısının 11 oktyabr 2002-ci il tarixli 139 saylı sərəncamı olmuş, İddiaçı dəyirman tikintisi üçün ayrılmış 0,30 ha torpaq sahəsinin seçilməsi və ayrılması barədə aidiyyəti qurumların rəhbərlərinin tərtib etdiyi aktlarda həmin qurumların, eləcə də, DTXK-nin Quba rayon şöbəsinin və Quba rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri Şöbəsinin səlahiyyətli şəxslərin həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğun hesab edilməsi barədə razılıqları olmuş və həmin sənədlərdəki imzaları və müvafıq qurumların möhürləri ilə torpaq sahəsinin ayrılmasına öz razılıqlarını bildirmişlər. X7 0,30 ha torpaq sahəsi satılmasına dair Quba rayon Vəlvələ bələdiyyəsinin 20 sentyabr 2002-ci il tarixli, 10 saylı Qərarına əsasən və tərtib olunmuş digər sənədlər əsasında X8 15 oktyabr 2002-ci il tarixdə Azərbaycan Respublikası Beynəlxalq Bankın Quba rayon şöbəsinə 700 000 manat pul ödəyərək qeyd olunan torpaq sahəsini almış və hazırkı vaxta kimi vaxtlı-vaxtında torpaq vergisi ödənilməklə torpaqdan təyinatı üzrə istifadə edilir. 20 ildən aıtıq müddətdir ki, həmin əmlaka sahiblik etməklə fasiləsiz olaraq ondan istifadə etmiş və zəruri rüsumların vaxtlı-vaxtında ödəməsi təmin edilmişdir. Cavabdeh yazılı etirazında xx.xx.2021-ci il tarixli məktubunun məzmununa, habelə müvafiq qanunvericilik normalarına istinad etməklə bildirmişdir ki, sözügedən 0.30 ha torpaq sahəsi Quba rayonu Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsin iştirakı təmin edilməmişdir. Belə ki, alqısatqı aktında DTXK-nin Quba rayon şöbəsinin möhürü və qeydi yoxdur. Bundan əlavə ərizəyə 0.30 ha torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin və Quba rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi əlavə edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Etirazda daha sonra göstərilmişdir ki, vətəndaş tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Topraq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir, həmin topraq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-689/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarında “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına istinad etməklə göstərmişdir ki, məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının, DTXK-nin Abşeron rayon şöbəsinin rəyinin və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçıya həiqətən də 2002-ci ildə satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət iddiaya etirazla eyni əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, kateqoriyası, torpaq sahəsinin faktiki ölçüləri müəyyən edilməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Apellyasiya şikayətində göstərilir ki, əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, bələdiyyə qərarı ilə ayrılmış 0,30 ha torpaq sahəsi 2 hissədən 0,20 ha və 0,10 ha-dan ibarətdir. Daşınmaz əmlakın müayinəsi zamanı müəyyən olunmuşdur ki, 0,20ha torpaq sahəsinin faktiki yerində hasar daxili azalma mövcuddur və torpaq sahəsi yerində 0,185 ha ölçüdə öz əksini tapmışdır. Torpaq sahəsinin sərhəddindən 6 metr ara məsafədən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir, 9 metr ara məsafədə transformator yerləşir və həmin daşınmaz əmlak elektrik xəttinin mühafizə zolağına düşür. Torpaq sahəsi faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində təsərrüfat tikililəri kimi göstərilmiş kənd təsərrüfatı təyinatlı (əkin) sahəsinə aid əraziyə düşür. 0,10 ha torpaq sahəsinin faktiki koordinatları elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)- 689/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin yerləşdiyi yer, onun sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi ilə bağlı məsələ ümumiyyətlə araşdırılmamış və qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinə dar tərtib edilmiş Quba rayonu Vəlvələ bələdiyyəsinin yerquruluşu planının xəritəsindən çıxarışa istinad etsə də, nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsinə 3 ədəd müxtəlif çıxarışın kserosurətlərini əlavə etmiş, həmin çıxarışların birində iddiaçıya ayrıldığı göstərilən 0.10 ha, digərində isə 0.20 ha ayrı-ayrı torpaq sahələri göstərilmişdir. Lakin, həmin yerquruluşu planının xəritəsindən çıxarışların heç birində müvafiq torpaq sahələrinin koordinatları öz əksini tapmamışdır. Halbuki, daşınmaz əmlak kimi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatı onun sərhəd göstəriciləri və koordinatları əsasında aparılır. Bu halda isə məhkəmə cavabdehin etirazının “topraq sahəsinin yerləşdiyi yerin dəqiq məlum olmaması” ilə bağlı dəlillərini öz xidməti vəzifəsinə görə araşdırmağa borclu idi və ən azından torpaq sahəsinə dair müayinə aktını cavabdeh inzibati orqandan tələb etməli, yaxud bununla əlaqədar mütəxəssis rəyi əldə etməli idi. Yeri gəlmişkən qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsinə bütün hüquqmüəyyənedici sənədlərin (bələdiyyə qərarı, ödəniş qəbzi, plan-sxem və s.) kserosurətini əlavə etmişdir. Lakin, məhkəmə nə həmin sübutların əslini, yaxud lazımi qaydada təsdiq edilmiş surətlərini iddiaçıdan tələb edərək iş materiallarına əlavə etməmiş, nə də həmin sənədlərin mötəbərliyinin müəyyənləşdirilməsi üçün dövlət arxvinə və müvafiq bələdiyyəyə sorğular verməmişdir. Bundan əlavə, işin hallarından göründüyü kimi cavabdeh apellyasiya şikayətində sözügedən torpaq sahəsinin faktiki koordinatlarının elektron məlumat bazasında olan xəritə üzərində təsərrüfat tikililəri kimi göstərilmiş kənd təsərrüfatı təyinatlı (əkin) sahəsinə aid əraziyə düşdüyünü, 0,10 ha torpaq sahəsinin faktiki koordinatlarının isə elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərildiyini bildirmişdir. Birinici instansiya məhkəməsi isə cavabdehin əsas dəlillərindən olan mübahisəli torpaq sahəsinin yerləşdiyi yer, onun sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı araşdırma aparmadığndan həmin torpaq sahəsinin kateqoriyası və təyinatı ilə bağlı məsələlər də araşdırmadan kənarda qalmışdır. Halbuki, məhkəmə qeydiyyata alınması tələb olunan torpaq sahəsi ilə bağlı bütün məsələləri cavabdehin dəlillərindən asılı olmayaraq da tam və hərtərəfli araşdırma aparmaqla müəyyənləşdirmək vəzifəsi daşımışdır. Bu, onun İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində təsbit edilmiş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olması ilə bağlı xidməti vəzifəsindən irəli gəlir. Bununla əlaqədar olaraq həm də nəzərə alınmalıdır ki, müvafiq qanunvericiliyin, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. Mövcud təcrübəyə əsasən torpağın kateqoriyası, habelə kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olması sübutların aidiyyətinə və mümkünlüyünə dair tələblərə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabelyində "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə müvafiq mütəxəssis rəyinin alınması, yaxud ekspertiza vasitəsi ilə həll edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaqla bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməməsi, cavabdehin imtinasının və etirazının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Təkrar baxış zamanı iddiaçının etirazında göstərilmiş dəlillərin, habelə müvafiq torpaq sahəsinin koordinatları, kateqoriyası və təyinatı, dövlət reyesterində qeydiyyata alınma ilə bağlı imtinaya əsas olan hər-hansı digər halların olub-olmamasının araşdırılması təmin edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-689/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Vəlvələ bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Quba rayonu Çiçi kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar