Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-593/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun, qeyri yaşayış sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-139/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər Bələdiyyə Şurasının 116 saylı, 21 may 2004-cü il tarixli qərarından görünür ki, şəhər bələdiyyə torpaq komissiyasının 20 may 2004-cü il tarixli 15 saylı protokoluna əsasən İddiaçı Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün 84 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. 114 saylı, 28 dekabr 2018-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 116 saylı, 21 may 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, ümumi sahəsi 84 kv.m olan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə baxış keçirilməsinə dair 20 iyul 2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 84.0 kv.metr, faktiki isə 92.0 kv.metr olmaqla, Sumqayıt bələdiyyəsinin qərarı ilə ayrılmış 84.0 kv.mt torpaq sahəsi üzərində tikintialtı sahəsi 92.0 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir, nəticədə ayrılmış torpaq sahəsindən 9.0 kv.metr əlavə tikili inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssiləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin tikilialtı sahəsi 87 kv.m təşkil edir, iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyekti İddiaçı X7 ayrılmış torpaq sahəsinin daxilində yerləşir, həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyekti Şm.Ş istiqamətində eni 0.28 sm, uzunluğu 11.8 sm , ümumi sahəsi 3 kv/m olan torpaq sahəsi artıqdır, sözügedən torpaq sahəsi elektron məlumat bazasında mülkiyyət növü - Bələdiyyə, kateqoriyası - yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunub. Cavabdehin imtina bildirişindən görünür ki, sənədlərin araşdırılması zamanı 22 dekabr 2011-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş X10 arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. İddiaçı X6 etibarnamə üzrə nümayəndəsi Sumqayıt Bələdiyyəsinə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən mövcud qeyriyaşayış binasının tikintialtı sahəsinin 92 kv.m təşkil etdiyi, zəbt torpaq sahəsinin olduğu müəyən edilmişdir, eləcə də ərizəyə sözügedən daşınmaz əmlakın qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi əlavə edilməmiş, istismara qəbul aktında isə müvafiq qeyri-yaşayış binasının sahəsi qeyd olunmamışdır. Qeyd olunan problemlər aradan qaldırılacağı təqdirdə torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra vətəndaş Mehdiyeva (Mənsimova) Aygün Xələf qızının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 84 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 116 sayh, xx.xx.2004-cü il tarixli qərarına əsasən avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 84 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikilmiş qeyriyaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Sumqayıt şəhər Bələdiyyəsi 2 dəfə -1273 saylı, xx.xx.2022-ci il tarixli və 1782 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin **********16 sayh, xx.xx.2022-cİ il tarixli və **********80 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ilə imtina edilmişdir. Göstərilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qeyri-qanuni və əsassızdır. Odur ki, pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdırlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin araşdırılması zamanı 22 dekabr 2011-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş X10 arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. İddiaçı X6 etibarnamə üzrə nümayəndəsi Sumqayıt Bələdiyyəsinə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən mövcud qeyriyaşayış binasının tikintialtı sahəsinin 92 kv.m təşkil etdiyi, zəbt torpaq sahəsinin olduğu müəyən edilmişdir, eləcə də ərizəyə sözügedən daşınmaz əmlakın qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi əlavə edilməmiş, istismara qəbul aktında isə müvafiq qeyri-yaşayış binasının sahəsi qeyd olunmamışdır. Qeyd olunan problemlər aradan qaldırılacağı təqdirdə torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra vətəndaş Mehdiyeva (Mənsimova) Aygün Xələf qızının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-139/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 116 saylı, 21 may 2004-cü il tarixli qərarından görünür ki, şəhər bələdiyyə torpaq komissiyasının 20 may 2004-cü il tarixli 15 saylı protokoluna əsasənlanaraq, İddiaçı Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün 84 (səksən dörd) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. 114 saylı, 28 dekabr 2018-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 116 saylı, 21 may 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, ümumi sahəsi 84 kv.m olan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Göründüyü kimi hazırki mübahisənin əsasını təşkil edən 3 kv.m əlavə torpaq sahəsi hazırda icarə hüququ əsasında, 87 kv.m olaraq iddiaçının icarəsindədir və qeyri-yaşayış obyektinin artıq hissəsi heç bir maneə törətmir, bununla bağlı mübahisə yoxdur, həmin ərazi inşa edilmiş qeyri-yaşayış obyektinin altında yerləşir. Bundan əlavə cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ayrılması haqqında Sumqayıt şəhər Bələdiyyəsinin qərarı xx.xx.2004-cü il tarixdə verilsə də, mövcud olan qanunvericiliyin tələblərinə zidd olaraq 2023-cü ildə torpaq sahəsinə dair icarə müqaviləsi hərracdan kənar bağlanmışdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt bələdiyyəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeyri yaşayış sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Çerkassi küçəsində iddiaçıya ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində isə mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında Sumqayıt şəhəri, Çerkassi küçəsində iddiaçıya ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində isə mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhəri, Çerkassi küçəsində iddiaçıya ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsi üzərində isə mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin araşdırılması zamanı 22 dekabr 2011-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş X10 arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuş, idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən mövcud qeyri-yaşayış binasının tikintialtı sahəsinin 92 kv.m təşkil etdiyi, zəbt torpaq sahəsinin olduğu müəyən edilmişdir, eləcə də ərizəyə sözügedən daşınmaz əmlakın qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi əlavə edilməmiş, istismara qəbul aktında isə müvafiq qeyri-yaşayış binasının sahəsi qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına 84 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə mövqeyinə dair plan-sxem tərtib edilmiş, müvafiq icra hakimiyyəti orqanı memarlıq və şəhərsalma idarəsi tərəfindən təsdiq edilmiş, həmin torpaq sahəsi cizgidə olduğu kimi iddiaçıya təhvil verilmiş, bu barədə akt tərtib edilmişdir. Müvafiq icra hakimiyyəti orqanın memarlıq və şəhərsalma idarəsi tərəfindən sözügedən torpaq sahəsində yerləşən tikiliyə dair texniki baxış-rəyi tərtib edilmiş, həmin tikilinin istismara qəbul edilməsi haqqında akt tərtib edilmiş, təsdiq edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı ilə müvafiq bələdiyyə arasında icarə müqaviləsi bağlanılmış ilk öncə 84 kv.m torpaq sahəsi, daha sonra isə 87 kv.m torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilmiş, əmlakın texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmiş, müayinə aktında torpaq sahəsinin ölçüsünün sənəd üzrə 84 kv.m., faktiki 92 kv.m. olduğu, həmin torpaq sahəsi üzərində tikintialtı sahəsi 92 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsi inşa edildiyi, nəticədə ayrılmış torpaq sahəsindən 8 kv.m əlavə tikili inşa edildiyi, torpaq sahəsi tərtib edilmiş ayrıc aktına uyğun olduğu, yerüstü kommunikasiya xətlərinin keçmədiyi qeyd edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, icarəyə verilmiş torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikili eskiz və layihəyə qismən uyğundur, beləki layihədə göstərilmiş yan divarlar qonşu obyektlərə məxsusdur və vətəndaş tikilinin (Q.Y.B) yan divarlarının özünə məxsus olmadığını təsdiq edir, qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi 87 kv.m təşkil edir, inşa edilmiş tikili onun adına ayrılmış torpaq sahəsinin daxilində yerləşir, həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti Şm.Ş istiqamətində eni 0,28 sm, uzunluğu 11,8 sm., ümumi sahəsi 3 kv/m olan torpaq sahəsi artıqdır, sözügedən torpaq sahəsi elektron məlumat bazasında mülkiyyət növü-bələdiyyə kateqoriyası-yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Həmin torpaq sahəsində yerləşən tikintiyə dair eskiz layihəsi tərtib edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi məhz 2004-cü il tarixli qərar əsasında iddiaçının istifadəsinə verilmiş, daha sonra bu barədə icarə müqavilələri bağlanılmışdır. Cavabdeh inzibati orqanının özünün də istinad etdiyi kimi məhz 2007-ci il 1 dekabr tarixidnən sonra ayrılan torpaq sahələri ilə bağlı icarə hüququnun yalnız açıq torpaq hərracları və ya müsabiqələr vasitəsilə həyata keçirilməsi qeyd edilmişdir. İndiki halda sözügedən torpaq sahəsi məzh həmin normanın qüvvəyə mindiyi tarixdən öncə iddiaçının adına ayrıldığından, həmin normanının dispoztiv şərtlərinin iddiaçıya şamil edilməməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, imtina, etiraz və şikayətin dəlilləri həmin hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən tikilinin tikintialtı sahəsinin 87 kv.m olduğu, 3 kv.m artıq torpaq sahəsi olduğu, tikilinin məhz bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi daxilində yerləşdiyi qeyd edilmişdir. İndiki halda isə iddiaçının iddia tələbi zəbt torpaq sahəsi ilə bağlı olmamaqla, məhz 87 kv.m torpaq sahəsi və onun üzərində yerləşən tikili ilə bağlı olmuşdur. Bu hal özlüyündə cavabdehin imtina və şikayətin əsası kimi istnad etdiyi 92 kv.m zəbt torpaq sahəsi olması halını təkzib edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də imtina, etiraz və şikayətin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının icarə hüququnun olmasını təsdiq edən sənədlər mövcud olduğundan (bələdiyyə qərarı, icarə müqaviləsi və s.), habelə həmin tikintiyə icazə sənədi və istismara qəbul aktı mövcud olduğundan, həmin hissədə də cavabdehin istinad etdiyi arqumentləri əsassız olmuşdur. Qeyd edilən hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair icarə hüququ yarandığından, habelə həmin torpaq sahəsində inşa edilmiş tikiliyə dair hüququn yaranması və bu hüququn dövlət qeydiyyatı üçün qanunla tələb olunan müvafiq sənədləri mövcud olduğundan (yerləşdiyi torpaq sahəsinə dair hüququ təsdiq edən sənəd, tikintiyə icazə sənədi, istismara qəbul aktı), həmin qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququ yarandığından, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı iddia tələbinin dəqqiləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, 87 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair icarə hüququ və orada yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ yarandığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, həmin hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinon dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-139/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, Çerkassi küçəsində İddiaçı adına ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.