Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-594/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarının, X3 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN:5617A, kod 30401004 olan şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)- 1117 /2021 saylı qərardadından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia qaldıraraq “Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarının, X3 adına olan torpağın mülkiyyətə verilməsinə dair JN:5617A, kod 30401004 olan şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyətinə daxil olmuş 8 yanvar 2002-ci il tarixli ərizəsi və 10 yanvar 2002-ci il tarixli mütəxəssis aktı nəzərə alınmaqla Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən, Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı “şadlıq sarayı” tikintisindən ötrü 1000 kv.m. torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsində hər hansı tikili inşa etməsə də, ərazini çəpərə almış və iki maşın tikintinin bünövrəsi üçün beton bloklar tökmüşdür və həmin bloklar traktor vasitəsi ilə qonşunun həyətyanı sahəsinə daşınmış və hal-hazırda orada saxlanılır. Sonradan Şabran şəhər sakini X5 onun xəbəri olmadan ona məxsus 1000 kv.m. torpaq sahəsinin 500 kv.m. hissəsini özbaşına olaraq zəbt etmiş, adına saxta, heç bir kökü olmayan formada Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12.09.2000-ci il tarixli 06 saylı qərarı əsasında 05.07.2005-ci il tarixdə kod nömrəsi 30401004 olan JN-5617A nömrəli şəhadətnamə (bunun əsasında DƏDRX-dən 25.10.2018-ci il tarixdə RX ******* nömrəli çıxarış) almışdır və orada özbaşına olaraq fərdi yaşayış evi inşa etmişdir. X1 şəhadətnamə əsasında 2000-ci ildə əldə etdiyi torpaq sahəsi Mədəniyyət Nazirliyinin Şabran rayon mədəniyyət şöbəsinin 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisi olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan obyektlər və onun balansında olan torpaqlar satıla bilməz, yalnız xidmət sahələri göstərmək üçün verilə bilər. Həmin torpaq sahəsi təxminən 2010-cu ildə bələdiyyə mülkiyyətinə verilmişdir. X4 qeyd olunan torpaq sahəsinin ayrılması barədə hər hansı bir qərar mövcud deyildir. Müraciətləri əsasında DT və XK-nin Şabran rayon şöbəsinin və Dövlət Yerqurluşu Layihə İnstitutunun Abşeron Rayonlararası Yerqurluşu İdarəsinin əməkdaşlarının iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, 10.10.2014-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, «şadlıq sarayı»nın tikilməsi üçün verilmiş torpaq sahəsinin 500 kv.m. sahəsi X2 Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12.09.2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN 5617A nömrəli şəhadətnaməyə əsasən tikilmiş 2 mərtəbəli yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, o, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı əsasında X3 adına verilmiş JN:5617A nömrəli şəhadətnamənin, DƏDRXnin ******* nömrəli çıxarışın ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kv.m. torpaq sahəsinin 500 kv.m torpaq sahəsində X5 tərəfindən özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kv.m. torpaq sahəsinin cavabdeh X3 qanunsuz sahibliyindən ona geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Yekunda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli, 2(105)-l 056/2021 saylı qərardadı ilə iddiası üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli, 2(105)-056/2021 saylı qərardadında göstərilmişdir ki, iddiaçının ləğv olunmasını tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasını Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı təşkil edir. Tələb həmin qərarın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsindən sonra əmlak barədə hüquqlar nəticəsini tapa bilər. Həmin qərarın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır - Dəvəçi rayona ZDS-nin İcrayyə Komitəsi (hazırda hüquqi varisi) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsidir. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)- 1117 /2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiasına Sumqayıt İnzibati Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyətinə daxil olmuş 8 yanvar 2002-ci il tarixli ərizəsi və 10 yanvar 2002-ci il tarixli mütəxəssis aktı nəzərə alınmaqla Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən, Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı “şadlıq sarayı” tikintisindən ötrü 1000 kv.m. torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsində hər hansı tikili inşa etməsə də, ərazini çəpərə almış və iki maşın tikintinin bünövrəsi üçün beton bloklar tökmüşdür və həmin bloklar traktor vasitəsi ilə qonşunun həyətyanı sahəsinə daşınmış və hal-hazırda orada saxlanılır. Sonradan Şabran şəhər sakini X5 onun xəbəri olmadan ona məxsus 1000 kv.m. torpaq sahəsinin 500 kv.m. hissəsini özbaşına olaraq zəbt etmiş, adına saxta, heç bir kökü olmayan formada Dəvəçi rayon Aqrar İslahat Komissiyasımn 12.09.2000-ci il tarixli 06 saylı qərarı əsasında 05.07.2005-ci il tarixdə kod nömrəsi 30401004 olan JN- 5617A nömrəli şəhadətnamə (bunun əsasında DƏDRX-dən 25.10.2018-ci il tarixdə RX Na ******* nömrəli çıxarış) almışdır və orada özbaşına olaraq fərdi yaşayış evi inşa etmişdir. X1 şəhadətnamə əsasında 2000-ci ildə əldə etdiyi torpaq sahəsi Mədəniyyət Nazirliyinin Şabran rayon mədəniyyət şöbəsinin 60 illiyi adma mədəniyyət və istirahət parkının ərazisi olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan obyektlər və onun balansında olan torpaqlar satıla bilməz, yalnız xidmət sahələri göstərmək üçün verilə bilər. Həmin torpaq sahəsi təxminən 2010-cu ildə bələdiyyə mülkiyyətinə verilmişdir. X4 qeyd olunan torpaq sahəsinin ayrılması barədə hər hansı bir qərar mövcud deyildir. Müraciətləri əsasında DT və XK-nin Şabran rayon şöbəsinin və Dövlət Yerqurluşu Layihə İnstitutunun Abşeron Rayonlararası Yerqurluşu İdarəsinin əməkdaşlarının iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, 10.10.2014-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, «şadlıq sarayı»nm tikilməsi üçün verilmiş torpaq sahəsinin 500 kv.m. sahəsi X2 Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12.09.2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN 5617A nömrəli şəhadətnaməyə əsasən tikilmiş 2 mərtəbəli yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. O, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı əsasında X3 adına verilmiş JN:5617A nömrəli şəhadətnamənin, DƏDRX-nin ******* nömrəli çıxarışın ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kv.m. torpaq sahəsinin 500 kv.m torpaq sahəsində X5 tərəfindən özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kv.m. torpaq sahəsinin cavabdeh X3 qanunsuz sahibliyindən ona geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şabran rayon məhkəməsinə müraciət etmişdir. Yekunda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli, 2(105)-1056/2021 saylı qərardadı ilə iddiası üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli, 2(105)-1056/2021 saylı qərardadında göstərilmişdir ki, iddiaçının ləğv olunmasını tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasını Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı təşkil edir. Tələb həmin qərarın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsindən sonra əmlak barədə hüquqlar nəticəsini tapa bilər. Həmin qərarın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli onqanlar inzibati orqanlardır - Dəvəçi rayona ZDS-nin İcrayyə Komitəsi (hazırda hüquqi varisi) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsidir. Bu sadalanan hallar mütəxəssis rəyləri və ekspert rəyi ilə də bir daha öz təsdiqini tapmışdır. Belə ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəifndən verilmiş 17 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış mübahisəli torpaq sahəsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdeh X4 verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 24 iyul 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı verilmiş 1000 kv.m. torpaq sahəsinin 396 kv.m. hissəsi X3 faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsində baxış zamanı tikililərin olduğu müəyyən olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli 5000 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyul 2020-ci il tarixli, **********36X2 mütəxəssis rəyinə əsasən, Dəvəçi (indiki Şabran) rayon İHB-nın 16 yanvar 2002-ci il tarixli 15 nömrəli sərəncamı və sərəncama əlavə edilmiş torpaq ayırma sxeminə əsasən, İddiaçı verilmiş 1000 kv.m. torpaq sahəsinin 396 kv.m. hissəsinin X3 faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Göründüyü kimi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı saxtadır, belə bir qərarın mövcudluğu və həqiqiliyi sual doğurur. Əgər belə bir saxta qərar qəbul edilmişdirsə də, həmin qərar ləğv edilməlidir. X4 həmin qərar əsas tutulmaqlıa sonradan JN:5617A nömrəli şəhadətnamə verilmiş və Samirə Abidovanın qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona görə Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı, X3 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN:5617A nömrəli şəhadətnamə, DƏDRX-nin J399913 nömrəli çıxarışı ləğv edilməlidir. Həmçinin o, göstərilən məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh qurumdan çıxarışın ləğvinə verilmiş göstərişin icrasının yalnız məhkəmə qərarı ilə mümkün olduğu bildirilmişdir. Ona görə qeyd olunan məsələ ilə əlaqədar iddia ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmişdir. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçıya torpaq sahəsi Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 15 №li, 16 yanvar 2002-ci il tarixli Sərəncamına əsasən ayrılmışdır. İddiçıya torpaq sahəsi 2002-ci ildə ayrıldığı halda, o daha əvəl qəbul edilmiş X6 Komissiyasının Qərarını mübahisələndirir. Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. İddiaçıya torpaq sahəsi Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 15 №li sərəncamı ilə 16 yanvar 2002-ci il tarixdə ayrıldığına görə iddiaçının həmin tarixdən əvvəl qəbul edilmiş Dəvəçi rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Hazırkı iddia mümkün sayılmasa da, iddiaçı ona torpaq sahəsi ayırmış inzibati orqandan başqa qurum tərəfindən digər şəxsə ayrılmış torpaq sahəsinin təkrar ayrılmasına müəyyənlik gətirilməsini tələb edə bilər. X6 Komissiyasının qərarı olmadan üçüncü şəxsə mülkiyyət sənədləri verilərsə, o zaman iddiaçı üçüncü şəxsə verilmiş mülkiyyət sənədlərini mübahisələndirə bilmək üçün subyektiv hüququ mövcud olar. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh2 mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh2 tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməklə yanaşı, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi ilə əlaqədar olduğundan, həmin qərarın çıxarıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay mqddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı üzrə məhkəməyə müraciət edilməsi üzrə 1 aylıq müddəti ötürmüşdür. Məhz həmçinin bu baxımdan iddiaçının hazırkı iş üzrə iddia tələbi mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyüa məhkəməsi düzgün olaraq iddianı mümkün saymamış, buna görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ
İddiaçı apeylasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)- 1117 /2021 saylı qərardadından dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.