Məhkəmə qərarları › İş №2-1(105)-594/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-594/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-594/2023 18.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Tələbkar İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-642/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-642/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 642/2022 saylı 06 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. 19 aprel 2023-cü il tarixdə ərizəçi İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-642/2022 saylı 06 may 2022-ci il tarixli qərarına izah verilməsinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrası nəticəsində iddiaçının pensiyasının ümumi məbləği artmamışdır. Ona görə də məhkəmə qərarına izah verilməsini xahiş edir. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-642/2022 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-642/2022 saylı 06 may 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinə uyğun izah verilməsi, məhkəmə qərarının icrası zamanı pensiya kapitalının artımı ilə bağlı hesablama zamanı qulluq stajına görə əlavənin məbləğinin azaldılmaması, iddiaçının pensiya kapitalındakı artıma uyğun olaraq artırılmasının izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının MPM-nin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası İPM-nin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. İlk öncə qeyd olunmalıdır ki, məhkəmənin inzibati iş üzrə yekun qərarı inzibati mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə aktı savadlı, hüquqi cəhətdən düzgün, anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə aktı gələcəkdə icrasının müəyyənliyini və mümkünlüyünü təmin edəcək tələblərə cavab verən məzmunda olmalıdır. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldırıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-642/2022 nömrəli qərarının nəticə hissəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bununla əlaqədar olaraq adıçəkilən şəxsin əmək pensiyası Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2- 1(118)-642/2022 nömrəli qərarına əsasən yenidən hesablanmış, yəni qərar icra olunmuşdur. Bu barədə Mərkəzi Filialın məhkəməyə 24 may 2023-cü il tarixdə daxil olmuş məktubunda da qeyd edilmişdir. Göründüyü kimi məhkəmə qərarı tərəflərindən icra edildikdən sonra məhkəmə tərəfindən qərara izah verilmişdir ki, bu da Mülki prosessual Məcəlləsinin 230.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı qərardadla Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-642/2022 nömrəli qərarının məzmunu dəyişdirilərək izah verilmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 16683,00 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsin işdən azad olduğu tarixdən yenidən hesablandığı tarixə indeksləşdirilməklə 16683,00 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölunərək (16683,00:72=231,72 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 475,01 (243,30+231,71) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq onun qulluq stajına görə əlavəsinin məbləği (547,47 manat) həmin artım qədər (231,71 manat) azaldılmışdır. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi 475,01 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 315,76 (547,47-231,71) manat müəyyən edilmişdir. əlavə olaraq bildirilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 869,85 manat müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 997,72 manata artırılmaqla ödənilir. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından, həmçinin pensiya yenidən hesablandığı gündən sonra 6 il işləmədiyindən və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən pensiyanın yenidən hesablanması mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq əməliyyat olunduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi “Əmək pensiyaları” haqqında Qanunun 37.3.1 və 45-ci maddələrinin tətbiq edilməklə, pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Müvafiq məhkəmə qərarı ilə iddia tələbi təmin edilsə də, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası tam təmin edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin özünün məhkəmə iclasında veridiyi izahatından aydın olur ki, cavabdeh məhkəmə qərarının icra olunması və bu əsasla da izah verilməsinin yolverilməz olması halına istinad etsə də, əmək pensiyasının yenidən hesbalanması zamanı müvafiq Qanunun 37.3.1-ci maddəsinin tələbinin nəzərə alınmadan icra edildiyini,pensiyanın sığorta hissəsinin artımı məbləğində qulluq stajına əlavənin məbləğinin azladılmaqla hesablandığını qeyd etmişdir. Göründüyü kimi, müvafiq məhkəmə qərarının icrası zamanı qeyri-müəyyənlik, anlaşılmazlıq olduğundan, habelə qeyd edilən hal isə iddiaçının mənafeyinə təsir etdiyindən, müvafiq məhkəmə qərarının icrası zamanı çətinlik yarandığından, habelə müvafiq məhkəmə qərarı qeyd edilən hissədə icra olunmadığından (nəticə hissəsinə uyğun düzgün icra edilmədiyindən), həmin məhkəmə qərarına izah edilməsi zərurəti yaranmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq ərizəni təmin etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq məhkəmə qərarı onun nəticə hissəsinə uyğun icra edilmədiyindən, həmin məhkəmə qərarına izah verilməsi mülki prosessual qanunvericiliyin tələbinə zidd olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi müvafiq məhkəmə qərarının məzmununu dəyişməklə, ona izah verilməsi halına istinad etsə də, həmin hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-642/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar