Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-595/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(118)-346/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(119)-339/2020 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il tarixinə DSMF-yə ödənilməmiş 207266,03 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" ASC-yə məxsus siyahıya alınmış cəmi 13729,15 kv m sahəsi olan 15 ədəd ofis və binaların ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Qeyd edilən qətnamə 30 sentyabr 2020-ci ildə qanuni qüvvəsini aldıqdan sonra verilmiş 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş və Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 28 oktyabr 2020-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanmışdır. Hərracın yekunları barədə 05 iyul 2021-ci il tarixli Y-222/21 nömrəli protokoldan görünür ki, "xxxx" ASC-yə məxsus siyahıya alınmış cəmi 13729,15 kv.m olan 15 ədəd ofis və binalar Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinin 73/36 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna və Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-339/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 05 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, "xxxx" ASC-yə məxsus siyahıya alınmış cəmi 13729,15 kv.m olan 15 ədəd ofis və binalar İddiaçı satılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət edərək, hərrac vasitəsilə aldığı Sumqayıt şəhəri, Metallurq küçəsi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 01 oktyabr 2021-ci il tarixli, **********88 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hərrac vasitəsilə əldə olunmuş daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində məlumat aşkar olunmamış, buna görə də yaranmış zərurətlə əlaqədar olaraq sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ haqqında sənədin verilib-verilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "Sumqayıt Ağac Emalı” ASC-nin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi bildirilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, sözügedən daşınmaz əmlak üzərində əvvəllər hüquqlar dövlət qeydiyyata alınmadığından, həmin daşınmaz əmlakla bağlı sərəncam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)- 339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“ ASC-yə məxsus sahəsi 13729,15 kv m olan 15 ədəd ofis və binalara (daş) dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" tərəfindən keçirilmiş hərracda "xxxx" MMC-yə məxsus 13729,15 kv m sahəsi olan 15 ədəd ofis və binaları 213.000 manat ödəyərək açıq hərracdan almışdır. Bu zaman Y-22\21 saylı xx.xx.2021-ci il tarixli «Hərracın nəticələri haqqında» yekun protokol tərtib edilmiş və həmin protokolda qeyd edilmişdir ki, bu protokol müqavilə qüvvəsinə malikdir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.2-ci maddəsinə əsasən, «qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol» daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin protokolu cavabdeh təşkilata təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınmasını və bunun əsasında çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Halbuki, həmin əmlaklar Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(119)-339\2020 saylı qətnaməsi əsasında hərraca çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəlmiş və bu barədə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən hərraca sifariş verilmiş və həmin əmlaklar hərracdan iddiaçıya satılmışdır. Binaların satılması barədə sərəncamı (qətnaməni) məhkəmə vermiş, qətnamə icraya yönəlmiş, icra orqanı hərracı sifariş vermiş, hərrac orqanı da hərracı keçirmiş və iddiaçı hərracın qalibi olaraq əmlakların pulunu ödəmişdir. Hesab edir ki, belə olan halda onun əmlak üzərində mülkiyyət hüququ yaranmışdır.Qeyd edir ki, həmin tikililər üzərində "xxxx" ASC-nin hüquqlarının ilkin qeydiyyatının aparılmaması onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, həmin müəssisə ölkə üzrə aparılmış özəlləşdirmə proqramına əsasən özəlləşdirilməyə çıxarılmış, tikililər özəlləşmə prospektinə (emissiyasına) daxil edilmiş, bu tikililər də daxil olmaqla zavodun əmlakı səhmlərlə satışa çıxarılmış, kollektiv tərəfindən həmin səhmlər alınaraq zavod özəlləşdirilmişdir. Bu barədə dövlət tərəfindən Səhmlərin Sertifikatı verilmişdir. Həmin sənədlər əsasında tikililər ASC-nin əmlakı kimi qəbul edimiş və dövlət büdcəsinə olan borc əvəzinə satışa çıxarılmış, onun tərəfindən hərracda ödənmiş pul vəsaiti (213.000 manat) dövlət büdcəsinə mədaxil edilmişdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(118)-346/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin iddiaçının nümayəndəsi(vəkili) apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Hazırkı iddia tələbi Sumqayıt şəhəri, Metallurq küçəsi ərazisində yerləşən əmlak kompleksi kimi qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədədir. İşə baxan məhkəmə iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, hərrac keçirilən zaman borclu müəssisənin mülkiyyət hüququ həmin daşınmaz əmlaklar üzərində qeydə alınmamışdır və belə olan halda hərrac keçirilə bilməzdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh imtinasında sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ haqqında sənədin verilib-verilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanladığını və sorğuya cavab olaraq Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "Sumqayıt Ağac Emalı” ASC-nin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi bildirsə də, imtinasının əsası kimi istinad etdiyi halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinasında qeyd edilən yeganə dəlilin aydınlaşdırılması istiqamətində heç bir araşdırma aparılmamış, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(119)-339/2020 nömrəli qətnaməsinə əsasən başlanmış icra işi materialları Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsindən tələb edilərək tədqiq edilməmiş, o cümlədən məhkəmə qətnaməsinə əsasən üzərinə həbs qoyulmuş və hərraca çıxarılmış qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi məqsədilə aidiyyəti orqanlara, o cümlədən "xxxx" ASC-yə sorğu edilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(118)-346/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-595/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-595/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver