Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-598/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2025-cü il tarixli, 2-1(118)-2254/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Onun doğumu xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhər Nikah Evi tərəfindən 101 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X2 Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur (anasının hansı tarixdə doğulduğunu bilmir). Münaqişələr başlayandan sonra - 1989-cu ildə anası Naxçıvanda yaşadığı evi satıb Türkiyəyə getmişdir. Həmin vaxt o, Sumqayıt şəhərində analığı X4 yanında yaşayırdı. Sonradan əldə etdiyi məlumata görə anası Türkiyədən Rusiya Federasiyasına gedib. Hazırda anasının harada yaşaması və hansı ölkənin vətəndaşı olması barədə məlumatı yoxdur. X23 Mirzə (Mirzə-Ağa) oğlu xx.xx.1930-cu il tarixdə Bakı şəhərində anadan olub. O. Azərbaycan SSR-nin vətəndaşı olub. Atası xx.xx.1984-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə 590 nömrəli aktla qeydə alınmışdır. Qardaşı xx.xx.1961-ci il təvəllüdlü X10, bacıları - X9, X3, X14 və X15 Azərbaycan Respublikasının vətəndaşlarıdır. 1987-ci ilə qədər Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə oxumuşdur. Sonra təhsilini Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirmişdir. xx.xx.1988-ci il tarixdə 2 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. 1988-ci ildə Naxçıvan şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Həmin vaxt ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmişdir və orada yaşamağa davam etmişdir. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Almaniyada keçmişdir. 1992-ci ilin may ayında hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Sumqayıta geri dönmüşdür və hərbi qeydiyyata alınmaq üçün Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət etmişdir. Lakin Sumqayıt şəhər Hərbi Komissarlığı hərbi qeydiyyata almaqdan imtina etmişdir və bildirilmişdir ki, Naxçıvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün orada hərbi qeydiyyata alınmalıdır. Lakin həmin vaxt Naxçıvana gedə bilməmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra təxminən bir il Sumqayıtda maşın rəngsazı kimi çalışmışdır. Daha sonra bir müddət kiçik bizneslə (ticarət) məşğul olmuşdur və həmin ərəfədə mal gətirmək üçün Gürcüstana gedib-gəlirdi. Gürcüstanda Gürcüstan Respublikasının vətəndaşı X6 ilə tanış olmuşdur. Təxminən 1994-cü ildə ailə qurmuşdur, iki il sonra isə nikaha daxil olmuşdur. Birgə nikahdan bir qızı (X5) doğulmuşdur. Gürcüstanda hər dəfə 5 il müddətinə olmaqla iki dəfə (xx.xx.1998-xx.xx.2003; xx.xx.2003-xx.xx.2008) yaşamaq icazəsi ilə təmin edilmişdir və Gürcüstanda həmin icazə əsasında yaşamışdır. Həmin müddətdə Azərbaycana da gəlib-gedirdi. Gürcüstanda yaşadığı zaman qaynanası Azərbaycana geri dönməsin deyə sənədlərini məhv etmişdir. Bu səbəbdən də Azərbaycana Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən verilmiş qayıdış şəhadətnaməsi əsasında qayıtmışdır. Belə ki, onun pasportunu qaynanası məhv etdiyindən “Azərbaycan Respublikasına qayıtmaq haqqında Şəhadətnamə” ilə təmin edilmək üçün Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğuna müraciət etmişdir. Onun müraciəti əsasında Azərbaycan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu özü barədə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə sorğu göndərmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi də öz növbəsində onun Azərbaycan Respublikasının vətəndaşı hesab olunub-olunmadığını müəyyənləşdirmək üçün xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsinə (indiki Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) sorğu vermişdir. Həmin sorğuya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsi xx.xx.2005-ci il tarixli məktubu ilə cavab olaraq onun Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir və həmin sənədlə xx.xx.2007-ci il tarixdə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmamışdır. Şəxsiyyət vəsiqəsi olmadığından Naxçıvana da gedə bilmədi, bu səbəbdən doğum haqqında təkrar şəhadətnamə də ala bilmədi. Həmin vaxtdan etibarən Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə və sənədsiz şəxs kimi yaşayır. Hazırda ünvan 3 ünvanında yaşayır. Azərbaycana qayıtdıqdan sonra X6 ilə aralarında olan nikaha Gürcüstanda xitam verilmişdir, lakin hansı tarixdə olduğunu bilmir, bu barədə keçmiş arvadının vəkili məlumat verib. xx.xx.2023-cü il tarixdə doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsi müraciətini təmin etməmişdir. Bundan sonra o, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi vəzifəsinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-446/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edildi. Həmin qərar əsasında xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi vəzifəsinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair iş üzrə məhkəmə icraatının davam etdiyi ərəfədə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi onu doğum haqqında arayışla təmin etmişdir. Həmin arayışı aldıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan sonra Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/4939 nömrəli arayışda Gürcüstan Respublikasının vətəndaşı hesab olunmadığı qeyd edilmişdir. Hazırda heç bir bir ölkənin vətəndaşı deyil. 52 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Hazırda şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün vətəndaşlıq əldə etməyi zəruridir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində doğulduğunu, hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmadığını, 2007-ci ilin aprel ayından sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etmədiyini və həmin vaxtdan etibarən Azərbaycan Respublikasında daimi yaşadığını, habelə qardaşının və bacılarının Azərbaycan Respublikasının vətəndaşı olmasını nəzərə alıb onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım etmələrini xahiş etmişdir. Həmin müraciətinə cavab olaraq Dövlət Miqrasiya Xidməti özünün xx.xx.2024-cü il tarixli. 3-37/2-R-2151-26-1- 08-3752/2024 nömrəli məktubu ilə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində doğulduğunu, hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmadığını, sonuncu dəfə 2007-ci ildə Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etmədiyini və həmin vaxtdan etibarən Azərbaycan Respublikasında daimi yaşadığını, habelə qardaşının və bacılarının Azərbaycan Respublikasının vətəndaşı olmasını və şəxsiyyətini təsdiq edən sənədinin olmadığını nəzərə alıb, ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və va digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin müraciətə Dövlət Miqrasiya Xidməti özünün xx.xx.2024-cü il tarixli. 3-37/2-R- 5591-26- 108-7403/2024 nömrəli məktubu ilə (həmin cavab məktubu rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) aşağıdakı məzmunda cavab vermişdir: “Qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası'nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır”. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Azərbaycana qayıtdıqdan sonra doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmamışdır. Həmçinin şəxsiyyət vəsiqəsi olmadığından Naxçıvana da gedə bilməmişdir, bu səbəbdən də həmin vaxt doğum haqqında təkrar şəhadətnamə də ala bilməmişdir. İşin yuxarıda qeyd olunan hallarından o da aydın olur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 446/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğu üçün verilmişdir. İşin yuxarıda qeyd olunan hallarından və iş materiallarına əlavə edilmiş himayə sənədinin surətindən görünür ki, hazırda hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur, bu səbəbdən də vətəndaşlığı olmayan şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülmüşdür. Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa icraata qəbul edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Dövlət Miqrasiva Xidməti isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında müəyyənləşdirildiyini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmadığını və bununla bağlı məlumat verildiyini qeyd etmişdir. Bundan başqa, Dövlət Miqrasiya Xidməti cavabında qeyd edir ki, Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinə baxılmış və nəticəsi barədə ona xx.xx.2024-cü il tarixli 3-37/2-R-2151-26-1-08-3752/2024 nömrəli məktubla məlumat verilmişdir. Bununla bağlı qeyd edir ki, cavabdehə xx.xx.2024-cü il tarixdə etdiyi müraciət Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olmayıb. Onun müraciəti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən icraata qəbul edilməsi ilə bağlı olmuşdur. Yəni onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasından xəbərdardır və bununla bağlı onda Dövlət Miqrasiya Xidmətinin qərarı var. Elə məhz bu səbəbdən cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmadığından (Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyindən) cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, yuxarıda da qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. Həmin müraciətinə də Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə cavab olaraq bildirmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında araşdırılmış və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin birbaşa icraata qəbul edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti isə müraciətinə aidiyyəti üzrə cavab verməmişdir. Bununla da, Dövlət Miqrasiya Xidməti onun müraciəti ilə bağlı hərəkətsizliyə yol vermişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldırmaq hüququ pozulur. Belə ki, işinin hallarından görünür ki, Azərbaycan Respublikasının ərazisində doğulmuşdur. Azərbaycan Respublikasının ərazisində yaşayır, doğumu Azərbaycanda qeydə alınıb, Azərbaycanda doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir, Azərbaycanda təhsil almışdır. Azərbaycanda SSRİ vətəndaşının şəxsiyyətini təsdiq edən pasportla təmin edilmişdir. Azərbaycanda müvafiq hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Qardaşı xx.xx.1961-ci il təvəllüdlü X10, bacıları - X9, X3, X14 və X15 Azərbaycan Respublikasının vətəndaşlarıdır. Yəni bütünlüklə mənşə ölkəsi Azərbaycan Respublikasıdır. Azərbaycandan kənarda Gürcüstan Respublikasının ərazisində yaşasa da Gürcüstan Respublikasının vətəndaşlığını əldə etməmişdir və Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Bununla yanaşı qeyd edir ki, sonuncu dəfə Azərbaycana Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən verilmiş qayıdış şəhadətnaməsi ilə qayıtmışdır. Həmin qayıdış şəhadətnaməsi ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin (indiki Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanladığı “Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğunu” təsdiq edən arayış əsasında verilmişdir. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin birinci bəndinə əsasən, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çalmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarıyla Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hazırda, başqa bir ölkənin də vətəndaşı deyil. Heç bir dövlətin vətəndaşı deyil. Onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılması, müsbət rəy verildiyi təqdirdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməyi üçün ilk növbədə təqdim etdiyi sənədlərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən icraata qəbul edilməlidir. Bununla bağlı qeyd edir ki, yuxarıda da qeyd etdiyi kimi Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. Belə olan halda haqlı olaraq cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərdən də görünür ki, ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsi üçün kifayət qədər əsas var. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməməsi, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən baxılmaması ilə nəticələnir ki, bu da nəticə etibari ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməməyinə səbəb olur. Nəticədə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması isə (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinin hərəkətsizliyi nəticəsində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməməsi qanuna ziddir və hüquqlarının pozulması ilə nəticələnir. Hesab edir ki, onun müraciəti ilə bağlı cavabdehin hərəkətsizliyi anasının etnik mənsubiyyəti ilə əlaqədardır. Anasının etnik mənsubiyyətinə görə erməni olması onun vətəndaşlığı və şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxs kimi yaşamağına səbəb olmamalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının sorğusu üzrə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır və mümkün hesab edilməməlidir. Belə ki, şəxs mövcud tələblə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməmiş və hər hansı müraciət və cavab alınmadan məhkəmə orqanlarına müraciəti əsassızdır. İddiaçının vəkili etiraz ünvanlayaraq cavabdeh inzibati orqanın etirazına münasibətdə qeyd etmişdir ki, aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, Dövlət Miqrasiya Xidmətinin etirazı tamamilə əsassız və boş mülahizələrdən ibarətdir: Etirazda qeyd edilir ki, iddiaçının sorğusu üzrə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh etirazda iddia edir ki, iddiaçı mövcud tələblə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməmiş, hər hansı müraciət və cavab almamışdır. Bu səbəbdən də, məhkəmə orqanlarına müraciət etməyi (iddia tələbi) əsassızdır və mümkün hesab edilməməlidir. Dövlət Miqrasiya Xidmətinin mövqeyinə əks olaraq qeyd edilir ki, iddiaçının iddia tələbi deyil, cavabdehin etirazda qeyd etdikləri əsassızdır. Belə ki, iddiaçı DMX-yə 3 dəfə müraciət etmişdir və işdə DMX-nin 3 sənədi mövcuddur: 1) Birinci dəfə iddiaçı Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. 2) İkinci dəfə iddiaçı Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmişdir. İddiaçının həmin müraciətinə Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli, 3-37/2-R-2151-26-1-08- 3752/2024 nömrəli məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: “xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və sizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə aidiyyəti üzrə məlumat verilmişdir”. 3) Üçüncü dəfə iddiaçı Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə müraciət edərək ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsinin təmin edilməsini xahiş edib. İddiaçının həmin müraciətinə Dövlət Miqrasiya Xidməti onun ərizəsinin predmetinə aid olmayan bir məsələ ilə bağlı münasibət bildirərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Beləliklə, cavabdeh iddiaçının son 2 müraciətinə verdiyi cavabda nə onun müraciətini təmin edib, nə də müraciətini təmin etməkdən imtina edib. Qeyd edilir ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı olmayıb. Belə ki, iddiaçı, Dövlət Miqrasiya Xidmətinin onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə razılaşdığı üçün həmin qərardan şikayət verməmişdir. 2024-cü ilin mart ayında iddiaçı Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmasına yardım edilməsini xahiş etmişdir. DMX iddiaçının həmin ərizəsinə mahiyyət üzrə cavab vermədiyindən iddiaçı 2024-cü ilin iyul ayında yenidən DMX-yə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsini xahiş etmişdir. DMX iddiaçının həmin müraciətinə də mahiyyəti üzrə cavab verməmişdir. İddiaçı həmin ərizələrinin və DMX-nin müvafiq məktublarının surətini də iddia ərizəsinə əlavə etmişdir (bax: iddia ərizəsinə əlavə edilmiş 2-ci, 3-cü və 4- cü sənədlərə). Dövlət Miqrasiya Xidməti isə etirazında iddiaçının hazırkı iddia tələbilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Dövlət Miqrasiya Xidmətinə müraciət etmədiyini iddia etsə də, həmin iddiasını sübut edəcək heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, əgər Dövlət Miqrasiya Xidməti iddiaçının müraciətinin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı olduğunu iddia edirsə, o zaman Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3- 37/2-R-5591-26-1- 08-7403/2024 nömrəli cavab məktubu ilə bağlı inzibati icraat materiallarını da məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh məhkəməyə belə bir sübut təqdim etməyib. X19 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-37/2-R-5591-26-1-08-7403/2024 nömrəli cavab məktubu ilə bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilsə idi, o zaman iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı deyil, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsi ilə bağlı olduğu aydın olardı. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edilir ki, Dövlət Miqrasiya Xidmətinin etirazı əsassızdır, belə ki, iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən də cavabdehin etirazı rədd edilməli və İddiaçı iddiasının təmin edilməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilmiş 04 aprel 2042-cü il tarixdə verilmiş AZ-T 257211 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Natamam orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 1988ci il tarixdə C.Məmmədquluzadə adına 2 №-li Naxçıvan şəhər orta məktəbini bitirmişdir. Naxçıvan şəhər Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 4/477 saylı arayışında qeyd edilmişdir ki, 1978-1983-cü illərə dair heç bir məktəb sənədinə rast gəlinməmişdir. Daha sonra təhsil aldığı Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin məktəb sənədlərinə baxış keçirilən zaman 25 may 1988-ci il tarixli, 39 nömrəli əmrdə yekunda bütün fənlərdən müvəffəq qiymət aldığı və buraxılış imtahanına buraxılma qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 13/1523 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1986-1987-ci tədris ilində məktəbdən azad olunan şagirdlərin adlı siyahısında adının qeyd edilməsi sənədlərdə göstərilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 05 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş İddiaçı vətəndaş (Puşkin ) İstiqlal küçəsi bina 73 mənzil 36 ünvanında yaşamışdır. İddiaçı haqqında hüquqi sənəd əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-4252/23 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır. Azərbaycan Respublikasına qayıtmaq haqqında 46/07 saylı şəhadətnamənin surəti, BMT QAK tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş və 31 avqust 2024-cü il tarixədək qüvvədə olan himayə sənədinin surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli xx/xx-7722 saylı arayışında qeyd edilmişdir ki, Naxçıvan şəhərində anadan olmuş, təvəllüdü 26 dekabr 1971-ci il olan İddiaçı «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» xx.xx.1998-ci il tarixli AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-R-9675-xx-xx-29267/2023 arayışında qeyd edilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1971-ci il təvəllüdlü Mushfig Rahimova (himayə sənədi № ***-*******9) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 10 avqust 2023-cü il tarixindən 31 avqust 2024-cü il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışı ilə təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-413 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan dilini bilməsinin mövcud səviyyəsinin yoxlanılmasına dair müsahibənin nəticəsini əks etdirən 21 iyun 2024- cü il tarixli protokolun surətindən görünür ki, yekun qiymətləndirmə balı 23/36-məqbul müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-33218/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci ıl təvəllüdlü İddiaçı barədə məlumat aşkar olunmamışdır. İddiaçıya Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 29 avqust 2024-cü il tarixdə himayə sənədi verilmişdir. Sənəd 31 avqust 2025-ci il tarixədək qüvvədədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2025-cü il tarixli, 2-1(118)-2254/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, onun iddia tələbindən də göründüyü kimi, o, məhkəmədə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı məsələni mübahisələndirmir. Yəni, o, hazırda Azərbaycan Respublikası vətəndaşı olduğunu iddia edib cavabdehin üzərinə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması isə bağlı qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etməmişdir. Belə olsa idi, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarını mübahisələndirərdi. Onun işindən görünür ki, o, məhkəmədən cavabdehin üzərinə “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul edilməsi öhdəliyi”nin deyil, “onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsi öhdəliyi”nin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, onun məhkəmədən tələbi ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında’' Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin (“Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"nin 2-ci hissəsində nəzərdə tutulan digər sənədlər əsasında) birbaşa icraata qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. Yəni o, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasından xəbərdardır və bununla bağlı ona Dövlət Miqrasiya Xidmətinin qərarı təqdim edilib. O, həmin qərarla razılaşmışdır. Elə məhz bu səbəbdən - cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmadığından (o, Azərbaycan Respublikasının vətəndaşı sayılmadığından) o, DMX-yə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti onun müraciəti ilə bağlı hərəkətsizliyə yol verib. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Məhkəmə isə vətəndaşlıq mənsubiyyətimin müəyyənləşdirilməsi, vətəndaş sayılıb-sayılmamağı ilə bağlı sübutlar axtarışına çıxıb və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, vətəndaşlığın tanınması ilə bağlı qanunvericilik normalarına istinad edib. Halbuki məhkəmənin istinad etdiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydalarının 2-ci və 4-cü bəndlərinin onun işinə heç bir aidiyyəti yoxdur. Çünki, onunla cavabdeh arasında onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı mübahisə yoxdur. Onun tələbi onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin (“Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 2-ci hissəsində nəzərdə tutulan digər sənədlər əsasında) birbaşa icraata qəbul edilməsi ilə bağlı olduğundan bu məsələdə məhkəmə yalnız Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnaməyə istinad edə bilərdi. Bundan əlavə, məhkəmə qeyd edir ki, 1988-ci ildə ona Naxçıvan şəhər İcraiyyə Komitəsinin Daxili işlər Şöbəsi tərəfindən SSRİ vətəndaş pasportunun verilibverilməməsi barədə sənəd və sübutlar; Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməyim barədə məlumat; Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununun qüvvəyə mindiyi günədək, yəni 07 oktyabr 1998-ci ilədək onun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat; onun mövcud qeydiyyatı və qeydiyyatdan çıxmağı barədə məlumatlar istənilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-33218/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı barədə məlumat aşkar olunmamışdır. Birincisi o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirildiyini iddia etməmişdir. Məhkəmənin iddia etmədiyi faktın doğruluğunu yoxlamaq üçün Azərbaycan Respublikası DİN-in BPQMİ-yə sorğu verməsinin səbəbləri ona aydın deyil. İkincisi, məhkəmə onun 1988-ci ildə Naxçıvan şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ vətəndaş pasportu ilə təmin olunub-olunmamağı barədə məlumat əldə elmək üçün Azərbaycan Respublikası DİN-in BPQMİ-yə deyil, Naxçıvan şəhər Polis İdarəsinə sorğu göndərməli idi. Belə ki, Azərbaycan Respublikası DİN-in BPQMİ sorğuya həmin İdarənin Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsində (MAPS) olan məlumatlar əsasında cavab verir. Həmin sistemdə isə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş şəxslər barədə məlumat var. O, heç vaxt Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmadığı üçün həmin sistemdə onun barəsində məlumat mövcud deyil. Bu səbəbdən də məhkəmə Naxçıvan şəhər Polis İdarəsinə sorğu göndərərək onun yaşayış yeri üzrə qeydiyyata alınmağı haqqında dövlət reyestrinə daxil edilmiş məlumatları (1 saylı Forma) tələb etməli idi. Belə ki, əvvəllər SSRİ vətəndaşının pasportu 16 yaşına çatmış şəxslərə verilirdi. Şəxs ilk dəfə pasportla təmin edilən zaman yaşayış yeri üzrə qeydiyyata alınırdı. Həmin vaxt onların barəsində “1 saylı Forma” tərtib edilərək pasportu verən daxili işlər orqanında saxlanılırdı. Həmin sənədlərin saxlanılması müddəti isə 85 ildir. O da xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən 581261 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Həmin vaxt o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Ona verilmiş SSRİ vətəndaşının pasportu barədə məlumat - İ saylı Forma Naxçıvan şəhər Polis İdarəsində saxlanılır. Ümumiyyətlə, ona verilmiş SSRİ vətəndaşının pasportu yaxud məhkəmənin axtarışa çıxdığı lakin ona heç vaxt verilməyən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi bu iş üçün əhəmiyyət kəsb etmir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində doğulmağı əsasına görə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Onun Azərbaycan Respublikasının Naxçıvan şəhərində xx.xx.1971-ci il tarixdə doğulmağı iddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamə və hərbi bileti ilə sübuta yetirilir. Məhkəmə sonda Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 2-ci bəndinə istinad edərək qeyd etmişdir ki, qeyd edilən hüquq normaları imperativ xarakter daşımaqla sənədlərin qəbulu ilə bağlı qanunvericilikdə hər hansı istisna halı müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın təmin edilməməsi üçün əsas təşkil edir. Bununla bağlı qeyd edilir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsində “2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələn şəxslər" dedikdə Azərbaycan Respublikasında doğulmayıb, Azərbaycan Respublikasına xaricdən gələn şəxslər nəzərdə tutulduğundan həmin norma ona münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa (Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 2-ci bəndində nəzərdə tutulan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən) icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. Azərbaycan Respublikasının ərazisində doğulmuş, lakin Azərbaycan Respublikasının vətəndaşı hesab edilməyən və hazırda şəxsiyyətini təsdiq edən sənədi, yaxud etibarlı sənədi olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq məqsədilə sənədləri onlardan Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən doğum haqqında şəhadətnamə əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa icraata qəbul edilir. Baxmayaraq ki, "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək İstəyən şəxs tərəfindən təqdim edilməli olan sənədlərin siyahısında doğum haqqında şəhadətnamə nəzərdə tutulmayıb. Lakin həmin inzibati praktika ilə bağlı məhkəmə cavabdehin mövqeyini öyrənməyə cəhd belə etməyib. Yuxarıda istinad etdiyi cavabdehin inzibati praktikasına uyğun olaraq hesab edir ki, o haqlı olaraq cavabdehə müraciət edib, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, o Azərbaycan Respublikasının ərazisində doğulmuşdur. Azərbaycan Respublikasının ərazisində yaşayır, onun doğumu Azərbaycanda qeydə alınıb, o, Azərbaycanda doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir, Azərbaycanda təhsil almışdır, xx.xx.1988-ci il tarixdə Azərbaycanda SSRİ vətəndaşının şəxsiyyətini təsdiq edən XİX - JQ seriyalı, 581261 nömrəli pasportla təmin edilmişdir, Azərbaycanda müvafiq hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Qardaşı xx.xx.1961-ci il təvəllüdlü X10, bacıları - X9, X3, X14 və X15 Azərbaycan Respublikasının vətəndaşlarıdır. Yəni o, bütünlüklə Azərbaycana bağlıdır, onun mənşə ölkəsi Azərbaycan Respublikasıdır, Azərbaycandan kənarda Gürcüstan Respublikasının ərazisində yaşasa da, Gürcüstan Respublikasının vətəndaşlığı da əldə etməmişdir və Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Bununla yanaşı qeyd edir ki, o, sonuncu dəfə Azərbaycana Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən ona verilmiş qayıdış şəhadətnaməsi ilə qayıtmışdır. Həmin qayıdış şəhadətnaməsi ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsinin (indiki Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanladığı “onun Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğunu” təsdiq edən arayış əsasında verilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarıyla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmayıb. Bütün bunları o, Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etsə də, məhkəmə bu məsələni araşdırıb qiymət vermək əvəzinə, ümumiyyətlə onunla cavabdeh arasında mübahisə predmeti olmayan məsələni (vətəndaşlıq mənsubiyyətini) araşdırmağa çalışmış, bu işə aidiyyəti olmayan yöndən yanaşaraq onun hüquqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamə
1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir: 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən arayış. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur); pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla); qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti. https://e-qanun.az/framework/5317 Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir. 2-1. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla);
3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir;
4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir;
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı vətəndaşlığa qəbulla bağlı ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən birbaşa icraata qəbul edilməsi, sənədlərinin müvafiq komissiyaya göndərilməsi və nəticədə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə tam razılaşmasa da, gəldiyi nəticəni əsaslı hesab edərək yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. İşdən görünür ki, iddiaçı müvafiq sənədlər tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını istəyir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini mahiyyət etibarilə imtina məktubu ilə cavablayaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın 25 iyul 2024-cü il tarixli, 3-37/2-R-5591- 26-1-08-7403/2024 nömrəli məktubu iddiaçının müraciətində qeyd olunan məsələ ilə bağlı olmasa da, sözügedən məktub iddiaçının müraciətini həll etmədiyindən kollegiya hesab edir ki, həmin cavab mahiyyət etibarilə müraciətdən imtina kimi qəbul edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, İddiaçı 28 oktyabr 2023-cü il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Kollegiya qeyd edir ki, iş materiallarından, iddia ərizəsi və apellyasiya şikayətindən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, iddiaçı tərəfindən ünvanlanan apellyasiya şikayətindən də görünür ki, Dövlət Miqrasiya Xidmətinin onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə razılaşdığı üçün həmin qərardan şikayət verməmişdir. O, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasından xəbərdardır və bununla bağlı ona Dövlət Miqrasiya Xidmətinin qərarı təqdim edilib. O, həmin qərarla razılaşmışdır. Elə məhz bu səbəbdən cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmadığından (o, Azərbaycan Respublikasının vətəndaşı sayılmadığından) o, DMX-yə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanunun “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanan 5-ci maddəsinə və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasına istinad edərək iddiaçıya münasibətdə Qanunun 5-ci maddəsinin 1 və 2-ci bəndlərinin tətbiq edilməsinin mümkün olmadığını qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərarında iddiaçının tələbi ilə əlaqədar olmayan və onun tərəfindən mübahisələndirilməyən məsələyə hüquqi qiymət verilərək iddianın əsassız olduğuna istinad olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, vətəndaşlığa qəbul zamanı imtina səbəbləri onlara məlum olmur. Cavabdeh inzibati orqan sənədlərin qəbulu, yoxlanması və aidiyyatı üzrə göndərilməsini təmin edir. Lakin iddiaçı son beş ildə daimi yaşaması ilə bağlı zəruri sənədləri və məhkəmə qətnaməsini təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-cü bəndindən də görünür ki, vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı qanunvericiliyə əsasən tələb olunan müvafiq sənədlər tam təqdim edilmədən, cavabdeh inzibati orqan tərəfindən onun təqdim etdiyi sənədlər qəbul edilməklə toplanmış materialların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün göndərilməsinə və Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla hüquqi yardım edilmiş, qeyd olunan məsələlər onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı iddiasına olduğu kimi baxılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya hesab edir ki, iddiaçı hər hansı hüquqi əsas olmadan qanunvericilikdə nəzərdə tutulmayan tənzimləmənin ona şamil edilməsini və qanunda konkret dairəsi müəyyən edilmiş sənədlər siyahısında ona münasibətdə güzəşt tətbiq edilərək sözügedən sənədlərin tam tələb edilməməsini istəyir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulun əsasları tənzimlənərək qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Göründüyü kimi həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamaq şərt olaraq göstərilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinin tələbinə əsasən Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir: 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən arayış. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur); pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla); qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi iddiaçının ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilməməsini istəməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qeyd edilən sənədlərin tələb edilməsinin hüquqi əsasları yuxarıda qeyd edilən normalarla müəyyən edilmişdir. İddiaçı isə ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsini istəyir. Qeyd olunanları tələb edərkən iddiaçı Azərbaycan Respublikasının ərazisində doğulması, Azərbaycan Respublikasının ərazisində yaşaması, doğumunun Azərbaycanda qeydə alınaraq, Azərbaycanda doğum haqqında şəhadətnamə ilə təmin edilməsi və Azərbaycanda təhsil alması hallarına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi xüsusatlar qanunvericilikdə müəyyən edilmiş prosedur-qaydadan kənara çıxılmasına və iddiaçıya münasibətdə hər hansı güzəşt tətbiq edilməsinə əsas vermir. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsində “2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələn şəxslər" dedikdə Azərbaycan Respublikasında doğulmayıb, Azərbaycan Respublikasına xaricdən gələn şəxslər nəzərdə tutulduğundan həmin norma ona münasibətdə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normada iddiaçının hüquqi vəziyyətini onun dediyi formada istisna edən əsas müəyyən edilməmişdir. İddiaçı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşı olmamasını qəbul edir və vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsini istəyir. Bu halda isə qanunvericilik ilə tələb edilən sənədlərin və ya məhkəmə qətnaməsinin tələbi hər bir müraciət edən şəxsə tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmir. İddiaçı eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa (Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 2-ci bəndində nəzərdə tutulan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən) icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı məhkməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə cavabdeh inzibati orqan müraciət edənləri Azərbaycan Respublikası vətəndaşlığına qəbul edən orqan deyil və eyni zamanda Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmənin imperativ əsası qanunvericilik ilə müəyyən edilməmiş, bununla bağlı səlahiyyətli inzibati orqana qanunvericiliklə müəyyən edilmiş diskression səlahiyyət verilmişdir. Hər bir halda kollegiya hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmayan tənzimləmənin ona şamil edilməsini tələb etməsinin hər hansı hüquqi əsası olmamış, beləliklə də, iddiaçının tələbi əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2025-cü il tarixli, 2-1(118)-2254/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.