Məhkəmə qərarları › İş №2-1(105)-599/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-599/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-599/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:mənzilin özəlləşdirilməsi) Sədrlik edən və məruzəçi hakim X10, hakimlər Babayeva Hökümə Çingiz qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə “Milli X1”nun ailə üzvü X8 əvəzsiz olaraq verilmiş ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanına əsasən onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-250/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış 203 saylı, 16 sentyabr 1994-cü il tarixli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Qeydiyyatlarının Təltif edilməsi haqqında” Fərmandan görünür ki, mayor X9 ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Dövlət Sosial Təminat Xidmət tərəfindən möhürlənmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış X8 ünvan 2 ünvanı verilmişdir. “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 05 aprel 2022-ci il tarixdə ölmüşdür. “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı X6 vərəsəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 05 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 26 yanvar tarixli Qanununun Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara verilmiş sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilməməsi əsasıyla mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair sənədlərin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 26 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2016-cı ilin əvvəlində imtiyazlı şəxslərə, o cümlədən mərhum X8 mənzillər Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən təqdim edilmişdir, sonradan Nazirlik daxilində bir neçə dəfə struktur dəyişikliyi olması səbəbindən mərhum İddiaçı mənzil təqdim verilməsinə dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Cavabdehin 17 noyabr 2022-ci il tarixli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı ünvan 3 ünvanında yerləşən, mərhum X8 ayrılmış 46 saylı mənzil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına artıq bir dəfə rəsmiləşdirildiyi, sözügedən daşınmaz əmlakın X15 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müraciət ərizəsinə əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubundan görünür ki, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı verilmiş şəxslərə və yaxud “Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə onların ailə üzvlərinə Nazirlik tərəfindən verilmiş mənzillərin həmin şəxslərin mülkiyyətinə verilməsi barədə hər hansı inzibati praktika mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin özəlləşdirilməsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1657 nömrəli Fərmanı ilə “X18” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirildiyi müəyyən edilmişdir. Sərəncamın icrası ilə əlaqədar, İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi mənzillər hesabına Nazirlik tərəfindən 83 X13 və ya onların ailə üzvlərinə mənzillər təqdim edilmiş,həmçinin sözügedən Sərəncamın 4.1-ci bəndinə uyğun olaraq həmin şəxslərin siyahıları (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədlərin surəti Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində olan halhazırda onun yaşadığı və qeydiyyatda olduğu mənziliin mülkiyyətinə keçirilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilərək, “Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə “Milli X1”nun ailə üzvü X8 əvəzsiz olaraq verilmiş ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanına əsasən onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X9 ölümündən sonra 16 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. X14 onun doğma qardaşıdır. Qardaşı vətən uğrunda və vətən üçün olan döyüşlərdə şəhid olduğundan ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. X3 oğlu şəhid olduqdan sonra dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə mənzil növbəsi üçün müraciətlər etmişdir və anasına bildirilmişdir ki, 2 otaqlı mənzillə təmin olunacaqlar. xx.xx.2007-ci il tarixində X3 rəhmətə getmişdir. Bundan sonra mənzillə bağlı olan növbədə X4 olmuşdur. 2016-cı ilin yanvar ayında atasına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq naziri Səlim Müslümov bildirmişdir ki, ona ünvan 4 ünvanında olan 1 otaqlı ev veriləcəkdir. Həmin vaxt atası elə uzaq ərazidən ona ev verilməsinə öz etirazını bildirmişdir. Sabiq nazir atasına sərt cavab verərək bildirmişdir ki, onlara verəcəkləri ev ancaq budur və bununlada qane olun. Hətta atasına həmin evi götürməsə onu mənzil növbəsindən çıxaracaqlarını da sərt halda bildirilmişdir. Atası əlacsız qalıb razılaşaraq həmin evin nə zaman rəsmi qaydada onun adına keçməsi ilə maraqlananda sabiq nazir atasına əminliklə bildirmişdir ki, mənzili almasından beş il keçdikdən sonra həmin mənzil rəsmi qaydada onun adına rəsmiləşəcək. xx.xx.2016-cı il tarixdə həmin mənzil onlara verilmişdir və hüquqi sahib kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmuşdur. Atası və ailəsi həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. X4 və o, İddiaçı həmin mənzilədə 2016-cı ildə qeydiyyata düşmüşdürlər. Artıq həmin mənzildə 5 ildən artıq yaşadıqdan sonra atası dəfələrlə çalışmışdır ki, yaşadıqları mənzili öz adına keçirsin, lakin buna nail ola bilməmişdir. xx.xx.2022-ci ildə X4 vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə o, atasının qanun üzrə vərəsəsi kimi tanınmışdır. O da dəfələrlə çox çalışmışdır ki, həmin mənzili öz adına rəsmiləşdirsin, lakin onun müraciətlərinə qanunsuz və əsassız olaraq imtina edimişdir. Belə ki, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən müraciətinə çox qanunsuz və doğru olmayan cavab gəlmişdir. Əvvəla əsassız olaraq orada qeyd olunmuşdur ki, güya onlara 2020-ci il tarixdə üçotaqlı mənzil verilib. Onlara yalnız 2016-cı ildə bir otaqlı mənzil verilib. Həmçinin əsas olaraq Azərbaycan Respublikasının Mənzil Məzəlləsinin 146.2-ci maddəsini əsas götürmüşlər. Belə ki, həmin maddədə qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Lakin onun atasına həmin mənzil təhvil veriləndə bildirilmişdir ki, beş ildən sonra rəsmi atasının adına keçəcək. O, bununla əlaqədar hətta 4 saylı Abşeron Ərazi İdarəsinə də sorğu vermişdir. Həmin dövlət oraqını da əsassız olaraq öz üzərindən atmışdır. Cavabdehin bu imtinası tamamilə əsasız olmaqla onun mülkiyyət hüququnun pozulmasına əsas olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən, mərhum X8 ayrılmış 46 saylı mənzil üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz ərniakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 savlı Abşeron Ərazi İdarəsinə 25 oktyabr 2022-ci il tarixli müraciəti olmuşdur. Apardan araşdırma zamanı: 1.İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa öz adına rəsmiləşdirilməsi barədə İdarəyə müraciət edildiyi; 2.İddia predmeti olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına artıq bir dəfə rəsmiləşdirildiyi; 3.Sözügedən daşınmaz əmlakın X15 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Göründüyü kimi sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri verilmiş şəxslər, o cümlədən şəhid ailəsi üzvləri onlara verilmiş mənzil üzərində Mülki və Mənzil Məcəllələrinə əsasən yalnız sahiblik və istifadə hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VİQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının “X18” adı haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 2.1-ci maddəsində qeyd edilmişdir ki, “X18” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” 8 aprel 2022-ci il tarixli 1657 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X18” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Nazirlik tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən bu Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2022-ci il tarixli 1657 nömrəli Fərmanı yalnız Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə X9 (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş və Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” X7 ailə üzvü imtiyazlı şəxs X2 rayonu, Məmmədli kəndi, “Göy Qurşağı- Məmmədli” yaşayış kompleksində ev 8 ünvanında 46 saylı mənzillə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-250/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə “Milli X1”nun ailə üzvü X8 əvəzsiz olaraq verilmiş ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanına əsasən İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, X14 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış 203 saylı, 16 sentyabr 1994-cü il tarixli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Qeydiyyatlarının Təltif edilməsi haqqında” Fərmanla mayor X9 ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11/7-50 nömrəli, 18 fevral 2016-cı il tarixli əmri ilə “Milli X1”nun ailə üzvü X8 ünvan 6 ünvanında yerləşən 26 saylı mənzili əvəzsiz olaraq verilmişdir. X15 05 aprel 2022-ci il tarixdə ölmüş, bundan sonra 2V-111 reyestr nömrəli, 12 may 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən İddiaçı X6 vərəsəsi qismində tanınmışdır. İddiaçı bundan sonra qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında cavabdeh orqana müraciət edərək, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi mübahisə predmeti olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına artıq bir dəfə rəsmiləşdirildiyini və sözügedən mənzilin X15 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müraciətə əlavə edilməməsini göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanı 1.1-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X18” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir. Fərmanın 1.2-ci bəndinə görə mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir. Fərmanın 4-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 4.1. Azərbaycan Respublikası Prezidentinin 2021ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin; 4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Göründüyü kimi Azərbaycan Respublikasının “X18” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 1657 saylı, 08 aprel 2022-ci il tarixli fərmanında birbaşa təsbit edilmişdir. Məhkəmə cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazlarda qeyd olunan halları tam, hərtərəfli və obyektiv araşdırmaq üçün aidiyyatı üzrə sorğular versə də, məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 26 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2016-cı ilin əvvəlində imtiyazlı şəxslərə, o cümlədən mərhum X8 mənzillər Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən təqdim edilmişdir, sonradan Nazirlik daxilində bir neçə dəfə struktur dəyişikliyi olması səbəbindən mərhum İddiaçı mənzil təqdim verilməsinə dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X16 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1657 nömrəli Fərmanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən mənzil üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən mənzil üzərində müvafiq inzibati orqanın adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, həmin mənzilin əldə edilməsinə dair keçid sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil dövlət mənzil fonduna aid olmaqla, həmin mənzil üzərində üçüncü şəxs qismində çıxış edən müvafiq inzibati orqanın xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, həmin mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirinin 18 fevral 2016-cı il tarixli Əmri ilə şəhid ailəsi kimi iddiaçının atasına mənzil təminatı ilə bağlı verilmiş, mənzil təminatının Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən reallaşdırılması qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçını atası vəfat etmiş və iddiaçı onun hüquqi varisi qismində çıxış etmişdir. İş materiallarında olan Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən həm sosial kirayə müqaviləsi, həm də xüsus təyinatlı mənzil fondunun yaşayış sahələri verimiş şəxslər, o cümlədən şəhid ailəsi üzvləri onlara verilmiş mənzil üzərində yalnız sahiblik və istifadə hüququna malikdir, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2022-ci il tarixli 1657№li Fərmanında “X18” adı verilmiş şəxslərin ailə üzvlərinə ayrılmış mənzillərin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir, imtiyazlı şəxslərə verilmiş mənzil üzərində mülkiyyət hüququ verən sənədin onların adına rəsmiləşdirilməsi qanunauyğun deyildir. İndiki halda iddiaçının hüquqi marağı atasına şəhid ailəsi kimi mənzil təminat ilə bağlı 2014-cü il tarixdə verilmiş mənzil üzərində mülkiyyət hüququnun atasına məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Üçüncü şəxs isə sözügedən mənzilin iddiaçının atasının sahiblik və istifadəsinə verilməsi, habelə mənzil fondunun özəlləşdirilməsi haqqında qanunvericilik normasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra vətəndaşlara verilmiş sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilməməsi, yalnız “X18” adı verilmiş şəxslərə ayrılmış mənzilin özəlləşdirilməsinin yol verilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin..... “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2022-ci il tarixli 1657№li Fərmanında “X18” adı verilmiş şəxslərin ailə üzvlərinə ayrılmış mənzillərin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir….. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən mənzil qanunvericiliyi normasına əsasən 1 oktyabr 2009-cu il tarixdən sonra verilmiş sosial və xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələri özəlləşdirilmir (Mənzil Məcəlləsinin 146.2-ci maddəsi). Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməs barədə Azərbaycan respublikası Prezidentinin 2009-cu il 27 avqust 153 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən həmin maddədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Məhkəmə kollegiyası yuxarıda istinad edilən qanunvericilik normalarını qarşılıqlı təhlil edərək, onu qeyd edir ki, indiki halda dövlət mənzil fonduna aid olan mənzilin özəlləşdirilməsi üçün həmin mənzilin Mənzil Məcəlləsinin qanuni qüvvəyə mindiyi vaxtadək (1 oktyabr 2009-cu il tarixədək) mənzili özəlləşdirmək hüququ mövcud olduğu halda və ya Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi tarixdən sonra isə verilmiş mənzilin özəlləşdirilməsinin qanunla yol verildiyi halda mümkündür. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atasına qeyd edilən yaşayış sahəsi imtiyazlı şəxs kimi (şəhid ailəsi) 2016-cı il tarixdə verilmiş, həmin yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. İndiki halda iddiaçının atasına münasibətdə Mənzil Məcəlləsinin 146.1-ci maddəsində qeyd edilmiş hallar mövcud olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi Mənzil Məcəlləsinin 146.2-ci və 59-cu maddəsinin dispoztiv şərtəri ilə də uzlaşmamışdır. Başqa sözlə desək, qeyd edilən yaşayış sahəsi imtiyazlı şəxsə Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən və dövlət mənzil fonduna aid mənzil kimi çıxış etdiyindən, həmin mənzilin özəlləşdirilməsi yalnız qanunla müəyyən edildiyi qaydada və hallarda mümkündür. İndiki halda iddiaçının atasına münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi norma halı da mövcud olmamışdır. Belə ki, indiki halda yalnız “X18” adı verilmiş şəxslərin ailə üzvlərinə ayrılmış mənzillərin onların adına özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş norma mövcud olmuş, digər şəxslərlə bağlı belə bir xüsusi norma müəyyən edilməmişdir. Nəticə etivarilə məhkəmə kollegiyası hesab edir ki, sözügedən yaşayış sahəsi dövlət mənzil fonduna aid olduğundan, həmin mənzil imtiyazlı şəxsə Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən, habelə mənzilin özəlləşdiirlməsini mümkün edən xüsusi normanın mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi əsaslı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericilik norması düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına və qanunvericilik normasının tələbinə uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-250/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar