Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-6/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər : öhdəliyinin cavabdehin üzərinə qoyulması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı X7 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X8, İİİ şəxs X16 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2-1(085)- 434/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. Xaçmaz rayonu Nəsimi adına sovxozun Aqrar İslahatı Komissiyasının 10 yanvar 1998-ci il tarixli 01 saylı protokol qərarı ilə “Univermaq-sklad” binasının həyətyanı ərazisi ilə birlikdə X5 qərara alınmış, 15 yanvar 1998-ci il tarixli akt və 12 fevral 1998-ci il tarixli 08 saylı əmlakdan pay haqqının verilməsi barədə aktlar əsasında Xaçmaz rayon Nəsimi adına sovxozun Aqrar İslahat Komissiyası tərəfindən univermağın anbar binası X13 mülkiyyətinə verilmişdir. “Univermaq-sklad” binası üzərində X13 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir.
2. X19 və İddiaçı X11 (bundan sonra ixtisarla İddiaçı İKB və ya iddiaçı yazılacaq) arasında bağlanmış 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində 999,0 kv.metr torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binası İddiaçı İKB-nə satılmışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq 29 mart 2005-ci il tarixli 86A saylı qeydiyyat vəsiqəsi verilmişdir.
3. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra ixtisarla DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi) müraciət edərək, 09 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tikilinin (univermağın anbar binasının) onun mülkiyyətində olduğunu, tikilinin yerləşdiyi 999,0 kv.metr torpaq sahəsindən istifadə etdiyini, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödədiyini, torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusunun dəyişdirilmədiyini əsas gətirib, həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirərək, sabiq “Nəsimi” adına sovxozun univermağının anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-531/2021 saylı qərardadı ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və M.Ə.Rzayev) İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə X21 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2-1(105)-44/2022 saylı qərardadı ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və Z.T.Məmmədov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-6/2023 saylı qərardadı ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və Z.T.Məmmədov) İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Xaçmaz rayon Xudat Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin 999,0 kv.metr torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binası şəxsi mülkiyyət hüququ əsasında “Seymur İKB”-yə məxsusdur. Həmin tikiliyə iddiaçının mülkiyyət hüququ 29 mart 2005-ci il tarixli 86 A saylı qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. Tikili sabiq “Nəsimi” adına sovxozun mülkiyyətində olmuşdur, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində həmin tikili X17 verilmişdir. Həmid Məmmədov 09 fevral 2004cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tikilini 25.000.000 manata iddiaçıya satmışdır. Həmin vaxtdan tikili iddiaçının mülkiyyətindədir. Tikilinin yerləşdiyi 999,0 kv.metr torpaq sahəsindən iddiaçı istifadə edir, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Bu barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günədək hər hansı rəsmi cavab verilməmişdir. Cavabdehin ərizəni cavablandırmamasını qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin onun adına özəlləşdirilməsi ilə bağlı cavabdehə poçt vasitəsilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli ərizələr ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli **********30 saylı və xx.xx.2018-ci il tarixli **********16 saylı məktublarla cavab olaraq bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsində islahat zamanı əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqların siyahısı müəyyən edilmişdir. Bunlar vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəciliyindəki bağların altında olan torpaqlardır. Qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat:
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 saylı 16 aprel 2019-cu il tarixli qərarı ilə (hakim Z.R.Pirverdiyev) iddia təmin edilmişdir.
11. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 saylı 16 aprel 2019-cu il tarixli qərarının ləğv edilməklə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat:
12. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2-1(105)-451/2019 saylı qərardadı ilə (hakimlər H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), N.M.Nəsibov və Z.M.Məmmədov) İddiaçı İKB cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi və özəlləşdirilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019cu il tarixli, 2-1(105)-451/2019 saylı qərardadı ilə (hakimlər H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), N.M.Nəsibov və Z.M.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(85)-434/2019 saylı qərarı ləğv edilərək iddianın mümkün sayılmaması qərara alınmışdır.
14. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli, 2-1(105)-451/2019 saylı qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat:
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-740/2020 saylı qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Dadaşov) iddiaçının kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 08 noyabr 2019-cu il tarixli, 2- 1(105)-451/2019 saylı qərardadı ləğv edilməklə işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
16. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2-1(105)-280/2020 saylı qərardadı ilə (hakimlər S.İ.Bəktaşi (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(085)-434/2019 saylı qərarı ləğv edilməklə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2-1(105)-280/2020 saylı qərardadının ləğv olunmasını və işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2021ci il tarixli, 2-1(102)-669/2021 saylı qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2- 1(105)-280/2020 saylı qərardadı ləğv edilməklə işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri:
19. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin onun adına özəlləşdirilməsi ilə bağlı cavabdehə poçt vasitəsilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli ərizələr ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli **********30 saylı və xx.xx.2018-ci il tarixli **********16 saylı məktublarla cavab olaraq bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsində islahat zamanı əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqların siyahısı müəyyən edilmişdir. Bunlar vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəciliyindəki bağların altında olan torpaqlardır. Qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İddia ərizəsində göstərilənlər Əmlak Məsələləri Dövlət Komitəsinin hüquq və vəzifələrinə toxunur, ona görə də Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməsi zəruridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq onu da qeyd etdi ki, mübahisəli səhəyə bir neçə dəfə mütəxəssislər tərəfindən baxış keçirilərək müvafiq mütəxəssis rəyləri verilmiş və iddiaçının sənədlərində müəyyən olunan 999,0 kv metr sahənin faktiki olaraq 991,0 kv.metr olması müəyyən olunsa da, apellyasiya şikayətində qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onu da əlavə etdi ki, hazırki işə iki dəfə kassasiya instansiyası məhkəməsində baxılaraq torpaq sahəsinin iddiaçıya aid olması barədə müvafiq münasibət bildirilmiş, hazırda üçüncü şəxs Həsən Əliyevin iddia etdiyi bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsilə bağlı iddiasına dair artıq Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı movcuddur, bu baxımdan istər torpaq iddiası edən 3-cü şəxslər, istərsə də apellyasiya şikayəti vermiş cavabdeh tərəfin gətirdiyi arqumetntlər əsassızdır, ona görə də şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İİİ şəxs X21 və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək onu da əlavə olaraq qeyd etdilər ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi sənədlər kserosurət olmaqla sonradan texpasportda və sxemdə əlavə edilməklə torpaq sahəsinin guya ki, iddiaçıya məxsus olması iddia olunur, halbuki, torpaq sahəsi bələdiyyəyə aid olmaqla bələdiyyə tərəfindən ona 2 sotu satılmış və həmin sahəyə çıxarış aldıqdan sonra o torpaq sahəsini Qənimət Əliyevaya satmışdır. Bundan əlavə torpaq sahəsində digər tikililər də mövcuddur ki, bu səbəbdən də iddiaçının tələbi əsassızdır.
24. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cəlb edilmiş İİİ şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin, Xaçmaz rayon Xudat Bələdiyyəsinin nümayəndələri, eləcə də X14 məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmiş, Xaçmaz rayon Xudat Bələdiyyəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 320 saylı məktubunda məhkəməbə baxılan iddia tələbi üzrə 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə münasibətlərinin müsbət olmaqla əlavələrinin olmaması bldirilmişdir.
25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İİİ şəxs kimi cəlb edilmiş hüquqi şəxslərin nümayəndələrinin, eləcə də İİİ şəxs X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
28. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
29. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
30. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
37. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
38. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
39. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
40. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
41. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
42. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
43. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
44. Azərbaycan Respublikasının Konstitusiyası. (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-).
45. “Aqrar islahatın əsasları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edir. Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.
46. “Torpaq islahatı haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edir. Maddə 2. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139.1. (-). Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. (-). Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).
48. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. (-). Maddə 66, bənd 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67, bənd 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-). Maddə 88, bənd 1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
49. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. (-). Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-).
50. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hazırkı qərarın 26-37-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən torpaq sahəsinin həcmi hissəsində dəyişdirilməlidir.
52. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyasının 10 yanvar 1998-ci il tarixli 01 saylı protokol qərarı ilə “Univermaq-sklad” binası həyətyanı ərazisi ilə birlikdə X2. Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyası tərəfindən univermağın anbar binası X13 mülkiyyətinə verilərək 15 yanvar 1998-ci il tarixli və 12 fevral 1998-ci il tarixli 08 saylı Əmlakdan pay haqqının verilməsi barədə Aktlar tərtib edilmişdir. “Univermaq-sklad” binası üzərində X13 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində 999,0 kv.metr torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasını X12 almışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq 29 mart 2005-ci il tarixli 86A saylı Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Texniki pasportdan və Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyasının 12 fevral 1998-ci il tarixli 17 saylı arayışından müəyyən olunur ki, 1936-cı ildə inşa olunmuş “Univermaq-sklad” binasının həyətyanı ərazisi 27x37 kv.metr ölçüdə olmaqla 999,0 kv.metr təşkil edir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi “Univermaq-sklad” binası ilə birlikdə X6, sonuncu da tikilini alqı-satqı qaydasında iddiaçıya satmaqla həmin torpaq sahəsində yerləşən “Univermaq-sklad” binası üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir ki, bu halda həmin torpaq sahəsinə mülkiyyət hüququ da iddiaçıya keçmişdir. Buna görə də mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən “Univermaq-sklad” binası ilə yanaşı iddiaçıya keçdiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bundan əlavə “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi dəlilləri iş materiallarına əsasən əsassız hesab edilir ona görə ki, iş materiallarında olan Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyasının 10 yanvar 1998-ci il tarixli 01 saylı protokol qərarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi “Univermaqsklad” binası ilə birlikdə X17 əmlak payı kimi satılmış və o, torpaq sahəsi üzərində Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi qaydaları”nın 17-ci bəndinə əsasən gözlənilən mülkiyyət hüququna malik olmuşdur. Bu hüquq da 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən iddiaçıya keçmişdir.
53. Məhkəmə kollegiyası hazırkı qərarın 19-cu bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillər əsasən iddia ərizəsində gösərilənlərlə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin hallara hüquqi qiymət verilmiş, həmçinin qeyd edilməlidir ki, şikayət müəllifinin özünün də istinad etdiyi maddi hüquq normalarının tələbləri baxımından iddia tələbinin təmin edilməməsi hazırkı qərarın 44-49-cu bəndlərində istinad edilın hüquq normalarına ziddir.
54. Belə ki, hazırkı mübahisəyə dair iddiaçı tərəfinin əvvəlki apellyasiya qərarlarından vermiş olduğu kassasiya şikayətləri əsasında qəbul edilmiş Ali Məhkəmənin qərarlarında (hazırın qərarın 15 və 18 bəndlərində əksini tapan) qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarına əsasən İddiaçı İKB-nin cavabdeh X18 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi barədə ilk və X16 İddiaçı İKB-nə qarşı “texniki pasportda tikililərin 999,0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)-2603/2018 nömrəli qətnaməsindən İddiaçı İKB-nin kassasiya şikayəti təmin edilməyərək apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış olsa da, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarı, İddiaçı X7 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
55. Həmin qərarlarla müəyyən olunmuşdur ki, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayonu, Xudat Bələdiyyəsi tərəfindən iddiaçıya (X18) satılması qərarlaşdırılmış Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 200 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə əlaqədar sənədlərin hazırlanaraq, Xudat Bələdiyyəsinə təqdim edilməsi bir vəzifə kimi, cavabdeh təşkilat olan Azərbaycan Respublikası Dövlət XK-nin Xaçmaz Rayon Şöbəsinə tapşırılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, həmin torpaq sahəsi Xudat Bələdiyyəsinin mülkiyyətində olmuş və alğı-satqı müqaviləsi ilə iddiaçı X4. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 fevral 2005-ci il tarixli qətnaməsinə əsasən maraqlı şəxs X13 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
56. Qətnamə ilə o da müəyyən edilmişdir ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyası tərəfindən X17 yalnız univermaq-anbar satılmışdır. Həmin tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yalnız bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilər. İşdə olan “07 avqust 2017-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən Xaçmaz Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə verilmiş texniki pasportda qeyd edilmiş 999,0 kv.metr torpaq sahəsi və X18 verilmiş çıxarışda qeyd edilmiş 0,02 ha torpaq sahələri üst-üstə düşür. İddiaçı KİB-ə məxsus 999,0 kv.metr torpaq sahəsinin 387,3 kv.metr hissəsindən X21 istifadə edir. İddiaçı İddiaçı İKB Birliyi mülkiyyətində olan “Univermaq-sklad” binasını X12 almışdır. Həmin “Univermaq-sklad” binasının yerləşdiyi 999,0 kv.metr torpaq sahəsinin həmin bina ilə birlikdə satılıbsatılmaması, Həmid Xələfovun həmin torpaq sahəsinə hər hansı hüququnun olubolmaması və həmin torpaq sahəsinin 0,02 ha hissəsinin fərdi ticarət obyektinin tikintisi məqsədilə Xudat Bələdiyyəsinin 08 noyabr 2002-ci il tarixli qərarı ilə X18 ayrılması həmin şəxslərin iştirakı ilə baxılmış mülki iş üzrə məhkəmə baxışının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X13 “Univermaq-sklad” binasının yerləşdiyi 999,0 kv.metr torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, həmin şəxsdən “Univermaq-sklad” binasını 2004-cü ildə alqı-satqı yolu ilə əldə edən iddiaçının eyni əsaslarla həmin binanın yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasına istinad edərək həmin sahədən cavabdehin çıxarılmasını tələb etmək hüququ yoxdur”.
57. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki apellyasiya baxışı zamanı məhkəmənin istinad etdiyi məhkəmə aktları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə qüvvədən düşməklə hüquqi qüvvəsini itirmişdir.
58. Hazırkı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Həsən Əliyevin mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin Xudat Bələdiyyəsinin qərarına əsasən ona satılmasına və həmin qərara əsasən 2 sot torpaq sahəsinin mülkiyyətində olması, sonradan həmin sahəni iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş keçmiş həyat yoldaşı Qənimət Əliyevanın adına rəsmiləşdirilməsinə dair təqdim edilən sənədlərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunduğu kimi, İddiaçı İKB-nin cavabdeh X18 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi” barədə ilkin və X16 İddiaçı İKB-nə qarşı “texniki pasportda tikililərin 999,0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-405/2022 nömrəli qətnaməsilə İddiaçı İKB-nin apellyasiya şikayəti təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 25/2017 nömrəli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı İKB-nin iddiası təmin edilməklə X16 İddiaçı İKB-yə məxsus 999,0 kv.metr torpaq sahəsinin 387,3 kv.metr hissəsindən çıxarılması və cavabdeh X21 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililərin cavabdeh tərəfindən sökülərək ərazinin boşaldılması, cavabdeh X18 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-405/2022 nömrəli qətnaməsindən cavabdeh X21 və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-405/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
59. İstinad edilən məhkəmə qərarları ilə müəyyən edildiyi kimi İddiaçı İKB-yə məxsus 999,0 kv.metr torpaq sahəsinin bir hissəsinə dair 3-cü şəxs Həsən Əliyevə bələdiyyə qərarına əsasən verilmiş torpaq sahəsilə birlikdə sonuncu tərəfindən əlavə də zəbt edilmiş torpaq sahəsindən Həsən Əliyevin çıxarılması ilə yanaşı həmin sahədə tikilmiş tikililərin sökülməklə sonuncunun adına verilmiş çıxarışın da ləğv edilməsi hazırkı iş üzrə İddiaçı İKB-nin torpağın qanuni əsaslarla ona məxsus olmasını bir daha təsdiq edir.
60. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının qərarından, həmçinin mütəxəssis rəylərilə aşağıdakılar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, 3-21-3-34/2-5395/2023 nörməli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 29 mart 2005-ci il tarixli, 95 nömrəli texniki pasportda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından, texniki pasportda qeyd olunan sxematik planında qonşu ərazilərə əsasən araşdırılmış və üst-üstə düşməsi müəyyən edilmişdir. Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsindən, 31 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli X9 adına 0,02 ha torpaq sahəsinə çıxarış verilmişdir. Yüklülüyün koordinatları müəyyən edildi və hüquqi sahibi X10 məxsusdur. Rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planından müəyyən olunur ki, görünür 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışla X16 mülkiyyətinə verilmiş sahə hazırda 31 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X9 adındadır. Həmçinin İddiaçı İKB-nin faktiki istifadəsində olan torpaq sahəsi 991,0 kv metr təşkil edir.
61. Eyni zamanda məhkəmə iclasında mütəxəssis qismində izahatı alınmış X20 vermiş olduğu rəydə qeyd edilənlərlə, əvvəlki rəydə qeyd edilən torpaq sahəsinin ölçüsünə dair fərqə aydınlıq gətirərək göstərmişdir ki, təmsil etdiyi İdarə tərəfindən əvvəlki rəy verilərkən İddiaçı İKB-nin hazırda faktiki istifadə etdiyi torpaq sahəsi ölçülərək 446 kv.metr olduğu müəyyən edilmiş, lakin sonradan aparılan ölçü işləri zamanı texniki pasportda göstərilən koordinatlar əsasında ölçü işləri aparılmaqla Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində yerləşən İddiaçı İKB-nin mülkiyyətində olan qeyri yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin 991 kv.metr olması müəyyən edilmiş və buna müvafiq olaraq rəy verilmişdir.
62. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Xaçmaz tayonu 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X21 12 dekabr 2015ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan 0,02 ha torpaq sahəsini X1.
63. Göründüyü kimi X18 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən məxsus olmuş torpaq sahəsinin mübahisələndirilməsinə dair İddiaçı İKB-nin iddia tələblərinə dair məhkəmə qərarları üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı qəbul edildikdən sonra mübahisəli torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3, bu səbəbdən də sonuncu hazırkı iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş olsa da, dəfələrlə məhkəmə iclaslarına çağırılsa da, üzrlü səbəblər olmadan gəlməmişdir.
64. Məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsinə dair aqrar islahat komissiyasının qərarı vardır. Bu qərar “Univermaq-sklad binasının həyətyanı ərazisi ilə birlikdə satılsın” məzmunundadır. Yəni mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatı (həmin islahatın tərkib hissəsi olan torpaq islahatı) əsasında verilmiş və mübahisəli torpaq sahəsində yerləşən “Univermaq-anbar” binasının dəyəri ödənilməklə ilkin olaraq Həmid Məmmədova satılmış, sonradan isə həmin əmlak İddiaçı İKB-yə satılmışdır.
65. Cavabdeh İdarənin apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamasına və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməsinə istinad edilməsinə dair dəlillərini kollegiya əsassız hesab edir ona görə ki, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edən “Aqrar islahatın əsasları haqqında” qanunda, nə də torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən edən “Torpaq islahatı haqqında” qanunda, sovxoz və kolxozların istifadəsində olan torpaq sahələrinin pulla satılmasını (əvəzli verilməsini) nəzərdə tutan norma yoxdur. Əksinə, hazırkı qərarın 45-ci bəndində istinad edilən “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur.
66. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar olsa da, iddia olunan torpaq sahəsinin ölçüləri baxımından hazırkı iş üzrə əldə olunmuş mütəxəssis rəyində qeyd edilən 991,0 kv.metr ölçüsü götürülməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməklə apellyasiya şikayəti qismən təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2-1(085)- 434/2019 nömrəli qərarı dəyişdirilsin. İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiası qismən təmin edilməklə, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 991,0 kv.m torpaq sahəsi üzərində İddiaçı X7 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh İdarənin apellyasiya şikayəti qismən təmin edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.