Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-60/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Cavabdehin nümayəndəsi X9, X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-327/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1987ci il təvəllüdlüdür.
2. TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X2: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri- T90-T98travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T93-aşağı ətraf travmalarının nəticələri; sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti, digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının posttravmatik artrozu. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq; 2.2 İkinci dərəcə əlillik – 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-32.9, G80-80.9) qeyd edilmişdir.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2M54G60001 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 2.2 İkinci dərəcə əlillik, etialogiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq oynaqlarının funksiyalarının pozulması (G30-G32.9, G80-80.9) meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. TQS № 88, 0531003AAKC3 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93: aşağı travmaların nəticələri sağ baldırın geniş həcmli yaralanmasından sonnra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyri düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi; sağ baldır əzələlərinin artofiyası; M24.5 Oynaqların kontrakturası sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə; M17.3 Digər postravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə; G81 Hemiplegiya, sağ incik sinirinin postravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyatın pozulması, qaşınma, paresteziya; R26 Hərəkətin və eyrişin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir; L91.0 Hipertrofik çağıq sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid çağıq toxuması, qaşınma, paresteziya; Yanaşı xəstəliklər: D50 Dəmir defisitli anemiya xroniki dəmir defisitli anemiya diaqnozları müəyyən olunmuşdur.
5. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 1049 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı “Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə). Sağ aşıq-baldır oynağının deformasyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə). Sağ aşağı ətrafın 5.5 sm qısalığı. Sağ baldırın bayır arxa səthlərinin yumşaq toxuma əzələ defekti. İnfeksiyalaşmış kobud ağrılı çapıq toxuması. Yerişin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi. Ətrafın kəskin funksiya yorğunluğu müəyyən edilmişdir.
6. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı 11 may 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
7. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin sonuncu №2M54969006-li xx.xx.2022-ci il tarixli əsassız qərarının ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu zaman 26 sentyabr 2007-ci il tarixində artileriya divizion ərazisində qışa tədarük üçün meşədə əsgərlər ağac kəsən zaman ağac iki əsgərin üzərinə düşmüş, o həmin əsgərlərə yardım edən zaman isə kəsilən ağac onun sağ ayağının üzərinə düşmüş və o huşunu itirmişdir. İnci sümüyünün həmin zaman 1/3-i qırılmışdır. xx.xx.2007-ci il tarixindən hadisə ilə bağlı 195 nömrəli hərbi hospitala təxliyyə olunmuşdur. xx.xx.2007-ci il tarixində 230 №-li hərbi hospitala təxliyyə olunaraq xx.xx.2008-ci ilə kimi hərbi hissədə müayinə və müalicə olunmuşdur. 42 gün komada olmaqla, 114 gün, yəni xx.xx.2008-ci ilə qədər müayinə və müalicələr almış, kafi vəziyyətdə hərbi hissəyə qayıtmışdır. Qeyd edilən hadisələrlə bağlı arayışlar, epikrizlər də vardır. Aldığı xəsarətə, yəni travmaya görə xx.xx.2016-cı ildə cavabdeh tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir. Hal-hazırda ağrıları çox artmışdır, yeriyə bilmir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsində müayinə və müalicə almışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər Akademik Z.Məmmədov adına təcili-tibbi yardım xəstəxanasında müalicə və müayinə almışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında müayinə və müalicə almışdır. Bütün müayinələrdən keçmişdir və sümük rengenoqrafikası olmuşdur, açıq gözlə 1/3 inci sümük sınığı və digər xəstəliklər görünür. xx.xx.2015-ci il tarixində 7274 № Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat travmatologiya və ortopediya İnstitutu öz arayışı ilə xəsarətin ağırlığını təsdiq etmişdir. Həmçinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 X7 və Ortopediya İnstitutunun **********14826№-li xx.xx.2021-ci il tarixli tibbi arayış üzrə verilən tibbi rəydə (diaqnozla) əlilliyə uyğun olması bildirilmişdir. Cavabdeh orqan sonra öz məktubu ilə onda əlilliyin əlamətlərinin təsbit edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdeh orqanın qeyd edilən dəlili əsassız və qanunaziddir.
10. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93-Aşağı Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri. Sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti. Digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının postravmatik artrozu. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89- Diz və baldırın travmaları => S80- Baldırın səthi travmaları -> S80.0 - Diz oynağının əzilməsi; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyridüzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı çapığı əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə digər posttravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə hemiplegiya, sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması aparılmış müayinələr diaqnozu təsdiqləmir. Diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı ...; Diaqnozun mətni: T93 Aşağı ətraf travmalarının nəticələri, SAĞ BALDİRİN GENİŞ HƏCMLİ YARALANMASİNDAN SONRA SAĞ İNCİK SÜMÜYÜNÜN YUXARİ 1/3 NİN QƏLPƏLİ QEYRİ-DÜZGÜN BİTİŞMİŞ SİNİĞİ, SAĞ BALDİRİN YUXARİ YAN SƏTHİNİN YUMŞAQ TOXUMANİN GENİŞ HƏCMLİ TOXUMA DEFEKTİ, KOBUD KELLOİR DARTİCİ ÇAPİĞİ Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, SAĞ BALDİR ƏZƏLƏLƏRİNİN ATROFİYASİ Ağırlaşma M24.5 Oynaqların kontrakturası, SAĞ DİZ OYNAĞİNİN KONTRAKTURASİ, HƏRƏKƏT HƏCMİ 10 DƏRƏCƏ Ağırlaşma M17.3 Digər posttravmatik qonartrozlar, SAĞ DİZ OYNAĞİNİN POSTRAVMATİK ARTROZU, DAİMİ AĞRİ İLƏ Ağırlaşma G81 Hemiplegiya, SAĞ İNCİK SİNİRİNİN POSTRAVMATİK NEVRİTİ, SAĞ AŞAĞİ ƏTRAFİN PAREZİ, HİSSİYYATİN POZULMASİ, QAŞİNMA, PARESTEZİYA Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, SAĞ AŞAĞİ ƏTRAFİN FUNKSİYASİNİN KƏSKİN POZĞUNLUĞU, QOLTUQ AĞACİNİN KÖMƏYİ İLƏ GƏZİR Ağırlaşma L91.0 Hipertrofik çapıq, SAĞ BALDİRİN YUXARİ 1/3 Nİ GENİŞ HƏCMİ KOBUD KELLOİD ÇAPİQ TOXUMASİ, QAŞİNMA, PARESTEZİYA Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. XRONİKİ DƏMİR DEFİSİTLİ ANEMİYA; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Sağ aşağı ətrafın qısalığı qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X2: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı...; Diaqnozun mətni: QEYRİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X2: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı ...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı tez-tez xoralaşan çapıq toxuması, qaşınma, parestenziya xroniki anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinin ehtiyaclarının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-327/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva).
13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətraf travmalarının nəticələri Sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti. Sağ baldır əzələsinin atrofiyası və üzülməsi. Sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə. Sağ diz oynağının postravmatik artrozu. Daimi ağrı ilə. Sağ incik sinirinin posttravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya. Hərəkətin və yerişin pozulmaları, Sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu. Xroniki dəmir defisitli anemiya,” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Belə ki, çapıq toxumalar aşkarlansa da, funksional pozuntular əlilliyə əsas verməmişdir. Nəticədə Azərbaycan Respubl kasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixil 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Forma-88-də qısalıq qeyd edilmədiyinə görə əlillik təyin edilməmişdir. İddiaçının müayinəsi zamanı çapıq toxuması diaqnozu öz təsdiqini tapmışdır. Qeyd olunan xəstəlik şəhadətnamə və Forma-88 ilə də üst-üstə düşür. Lakin həmin diaqnoz əlillik təyinatı üçün əsas vermir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdilər. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 5 il müddətinə əlillik təyin edilmiş, sonra dayandırılmışdır. İddiaçının ayağında qısalıq vardır, əmək qabiliyyəti yoxdur. Komissiyadan keçən zaman faktiki olaraq əlilliyin olduğunu, lakin əlillik dərəcəsinin verilə bilməyəcəyini bildirmişlər. İddiaçıda sağ aşağı ətrafın 5.5 sm qısalığı vardır. Forma-88 iki il öncə verilmişdir. 2022-ci ildə yanlışlıqla qısalıq qeyd edilməmişdir, daha sonra yenidən müraciət edilən zaman bildirildi ki, iddiaçının ayağında qısalıq vardır. Forma-88-də diaqnozun yanlışlıqla qeyd edilməməsi onların təqsiri deyildir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirdi ki, sağ diz oynağının artrozu və kontrakturası diaqnozları əlillik təyinatına əsas vermir, yalnız hər iki diz oynağının ankilozu əlillik təyinatına əsas verir. Sağ incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı, oynağın 4-cü mərhələ artrozu əlillik təyinatına əsas vermir. Hər iki diz oynağının fibroz ankilozu diaqnozu olarsa, əlillik təyin edilə bilər. İddiaçıda bir diz oynağının ankilozu olduğuna görə əlillik təyin edilə bilməz. Kəskin kontraktura, sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu əlillik təyinatına əsas vermir. 4-7 sm aralığında qısalıq 40% müddətsiz əlillik təyinatına əsas verir. İddiaçıda diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu diaqnozu da aşkar edilərsə, əlavə faiz dərəcəsi müəyyən edilməklə əlillik təyin edilə bilər. “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilən diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu diaqnozunda bir və ya hər iki diz oynağı olması qeyd edilməmişdir. 40% lll dərəcə əlillikdir, əlavə olaraq iddiaçıda diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu diaqnozu da müəyyən olunarsa, ümumi 90% - l dərəcə əlillik təyin edilə bilər. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.
19. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.
20. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...
21. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). ...4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.) Qiymətləndirmə 13.4. Qonartroz (diz oynağının artrozu) M17, 13.4.32. ayağın 4-7 sm qısalması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra–göndəriş) əsasında aparılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, ekspert rəyindən göründüyü kimi, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd etməyi zəruri hesab edir.
30. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 2.2 İkinci dərəcə əlillik, 2.2.8 etiologiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9) meyarı ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya qeyd olunan əlillik üçün növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı, yəni xx.xx.2021-ci il tarixli müayinə zamanı iddiaçda “Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı çapığı, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə, digər posttravmatik qonartrozlar, sağ diz oynağının posttravmatik artrozu, daimim ağrı ilə hemiplegiya, sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya” diaqnozu-göndərişin natamam doldurulması, səbəb-keyfiyyətsiz doldurulma- göndərişin natamam doldurulması aparılmış müayinələr diaqnozu təsdiqləmir” bildirərək ona əliliiyin təyin edilməsindən imtina etmişdir.
31. İşdə olan imtina cavablarından görünür ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir.
32. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
33. Cavabdehin etiraz və apellyasiya şikayətinin dəlili iddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd olunan diaqnozun əlillik əlaməti təyin etməməsidir.
34. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2-1(118)2152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 həvalə edilmişdir.
35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 1049 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı “Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynaığının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə). Sağ aşıq-baldır oynağının deformasyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə). Sağ aşağı ətrafın 5.5 sm qısalığı. Sağ baldırın bayır arxa səthlərinin yumşaq toxuma əzələ defekti. İnfeksiyalaşmış kobud ağrılı çapıq toxuması. Yerişin kəskin pozulması,qoltuq ağacı ilə yeriməsi. Ətrafın kəskin funksiya yorğunluğu müəyyən edilmişdir.
36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisənin həllində xüsusi bilik tələb olunan sualların izah edilməsinə zərurət yarandığından, həmçinin ekspert rəyində qərardadda qoyulan suallar tam cavablandırılmadığından məhkəmə kollegiyası tərəfindən iddiaçıda xx.xx.2022-ci il tarixli göndərişdə göstərilən əsas diaqnoz: aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı çapığı (T 93); ağırlaşma: əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası (M62.5), oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası hərəkət həcmi 10 dərəcə (M24.5) digər posttravmatik qonartrozlar, sağ diz oynağının posttravmatik artrozu, daimi ağrı ilə (M17.3), hemiplegiya sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma paresteziya (G81), hərəkətin və yerişin pozulmaları sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu(R26), hipertrofik çapıq, sağ baldırın yuxarı 1/3-ni geniş həcmi kobud kelloid çapıq toxuması, qaşınma, paresteziya(L 91.0) yanaşı xəstəliklər: dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya(D50) aşkar edilib-edilməməsi ilə bağlı əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iddiaçının xəstəlikləri nəzərə alınmaqla müvafiq səhiyyə müəssisəsinin həkimi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14 iddiaçının əyani müayinəsində iştirak etməyən ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X16 tapşırılmışdır.
37. Məhkəmə-Tibbi Ekspertiza və X11 X18 tərəfindən verilmiş T821/2023 nömrəli ekspert rəyində qeyd edilir ki, 1987-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinədən keçərkən Elmi- Tədqiqat Travmotologiya və Ortopediya institutuna müayinəyə göndərilmiş və komissiya tərəfindən ona “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı, sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fıbroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə), sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə), sağ aşağı ətrafın 5,5 sm qısalığı, sağ baldırın bayır-arxa səthlərinin yumşaq toxuma əzələ defekti, infeksiyalaşmış kobud ağrılı çapıq toxuması, yerişin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi, ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu müəyyən edilmişdir.
38. Beləliklə, ekspert rəyindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə qeyd edilmiş 13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.) Qiymətləndirmə 13.4. Qonartroz (diz oynağının artrozu) M17, 13.4.32. ayağın 4-7 sm qısalması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının 13.4.32-ci bəndinə əsasən əlilliyin təyin edilməsinə əsas verir.
39. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən iddiaçının göndərişdə qeyd edilən xəstəliklərlə əlaqədar Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında göndərişin tərtib olunmasından əvvəl son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olub-olmaması ilə bağlı məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
40. Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında ambulator müalicə və müayinə olunmuş, ambulator kartadan səhifələr təqdim olunmuşdur.
41. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
42. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-327/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.