Məhkəmə qərarları › İş №2-1(105)-601/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-601/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-601/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ ilə bağlı arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-298/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvlərinə məxsus Ağbil kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılan 2,25 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, JN 227 kod 30311048 saylı dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15.04.2021-ci il tarixli, 2-1(118)-298/2021 saylı qərardadı ilə X3, X4, X8, X5 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X1, ona və onun ailə üzvlərinə Ağbil kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-227 saylı 30311048 kod altında 2.25 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkrnə Komitəsi Quba şöbəsi tərəfindən JN-227 kod 30311048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Anası M.İsayeva 2004-cü ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dövlət aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin elektron baza xəritəsinə işlənilməmişdir. Hazırda torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədikdə ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən yanlışlıq aradan qaldıra bilmir. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-298/2021 saylı qərarı ilə iddia təmin edilərək JN 227 kod 30311048 saylı 30 dekabr 1998-ci il tarixli dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (V.Əzizova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı JN-227 Torpağa Mülkiyyət Hüququna X12 kitablarda qeydiyyatdan keçməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 20.05.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 02.06.2020-ci il tarixli **********84 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir”. İddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. Bununla da inzibati akt mövcud deyildir.Vətəndaş tərəfindən yuxanda qeyd olunan müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissəsinə heç bir münasibət bildirilməmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri elektron məlumat bazasında olan xəritə üzərində əks olunan cizgilərdən fərqlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, iddiaçı iddia tələbini dəyişdirilməsi barədə ərizə təqdim edərək, JN 227 kod 30311048 saylı dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3.-cü maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının hazırki iddia üzrə JN 227 kod 30311048 saylı dövlət aktında göstərilən 2.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı JN 227 kod 30311048 saylı torpağa mülkiyyət hüququna X12 qeydiyyatdan keçməsi barədə məlumat almaq üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, onun və ailə üzvlərinin adına olan JN-227 KOD 30311048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciətinin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuş və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır. İstinad olunan normadan da göründüyü kimi hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir. Hazırki halda isə iddiaçı iddia tələbində göstərilən məsələ ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə tərəfindən isə iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisənin mövcud olubolmaması araşdırılmamış, bununla da iddianın mümkünlüyünə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, işə baxan məhkəmə qaldırılmış iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. İPM-nin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-298/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar