Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-602/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və XN ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-N(NN8)-86N/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh N5 mart 2023-cü il tarixli, 4/3-2266 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2022-cu il tarixli, 4/2-7539 nömrəli arayışına əsasən hərbi hissəni özbaşına tərk etdiyinə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 oktyabr N993-cü il tarixdən Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon çağırış komissiyası tərəfindən nizami xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə könüllü çağırılmışdır və hərbi hisəyə göndərilmişdir. AR Müdafiə nazirinin 3N dekabr N994-ci il tarixli, 363 nömrəli əmri ilə AR Silahlı Qüvvələrindən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Döyüş əməliyyatları zamanı kəllə beyin travması almış və huşunu itirmişdir. N nömrəli hərbi hissə komandirinin N2 avqust N994-cü il tarixli 223 nömrəli əmrinə əsasən xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinə hərbi hospitala göndərilmiş, xx.xx.N994-cü il tarixdək MHKH-in nevrologiya şöbəsində “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, əhəmiyyətli orqanik nişanələr və asteno-nevrotik əlamətlərlə” diaqnozu ilə müalicə almışdır. Hərbi həkim komissiyasının xx.xx.2008-ci il tarxili qərarı ilə keçirilmiş qapalı kəllə beyin travmasının N994-cü ildə əmələ gəldiyi müəyyən olunmuşdur və “Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeydi yazılmışdır. 26 oktyabr 20N7-ci il tarixdən ona İİ qrup əlillik təyin edilmişdir. Dəfələrlə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. Səbəb kimi müharibə yerini özbaşına tərk etməyi göstərilmiş, lakin bununla bağlı heç bir əsas qeyd edilməmişdir. Arxiv arayışlarından da görünür ki, o, hərbi hissəni xəstəliklə əlaqədar olaraq tərk etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-N(NN8)-86N/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. İddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, o, müalicə aldıqdan sonra hərbi hissənin dağılması səbəbindən evə qayıtmışdır. Göründüyü kimi iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Bu isə inzibati orqanın imtinası üçün əsas təşkil edir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini idia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, onun müharibə bölgəsindən çıxmasına səbəb müharibə nəticəsində səhhətində yaranmış xəstəlik olunmuşdur. N994-cü ilin döyüş əməliyyatlarında kəllə beyin travması alaraq, huşunu itirmiş, ona xx.xx.N994-cü il tarixdə MN MHHK-nın Nevrologiya şöbəsi tərəfindən “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, əhəmiyyətli orqanik nişanələr və asteno-nevrotik əlamətlərlə” diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar N5 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən ona “2-ci dərəcəli əlilllik” təyin olunmuş, 26 may 20N0-cu il tarixdə ona “Əlil vəsiqəsi” verilmiş, bir sıra güzəştlər müəyyən olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin N2ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. İşə baxan məhkəmə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq edilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddiaçı iddia ərizəsinin dəlillərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə ilə əlaqədar döyüş əməliyyatları zamanı N994-cü ildə yaralandığını, bununla əlaqədar ona ikinci dərəcə əlillik təyin edildiyini qeyd etsə də, işin bu xüsusatları birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, bununla da işin hallarının araşdırılması prinsipi pozulmuşdur. İddiaçı məxsus H3 seriyalı, ******* hərbi biletin 6, 23 və 24-cü səhifələrinin qeydlərinə əsasən o, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, uzun müddət müharibədə olduğuna görə hərbi hissənin siyahısından çıxarılmış, N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, Azərbaycan Respublikası hərbi prokurorunun xx.xx.2006-cı il tarixli, HP-0N/36 nömrəli və Qarabağ hərbi prokurorunun xx.xx.2007-ci il tarixli, N6/NN97 nömrəli məktubuna əsasən hərbi uçota götürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli, 4/2-7539 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N4 dekabr N993-cü il tarixli, 339 nömrəli əmrində Xaçmaz RHK-dan göndərilmiş, bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda sıravi İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul N994-cü il tarixli, N82 nömrəli əmrinə əsasən 26-cı MAT-u özbaşına tərk etdiyi üçün İddiaçı ştatdan kənar edilərək bütün növ təminatlardan çıxarılmış, N9 iyul N994-cü il tarixli, N99 nömrəli əmrilə 24-cü MAT-un tərkibindən çıxarılaraq N-ci MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək atıcı vəzifəsinə təyin edilmiş, N2 avqust N994-cü il tarixli, 223 nömrəli əmrilə xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə olunmaq üçün Bakı şəhərinə hərbi hospitala göndərilərək ərzaq təminatından çıxarılmışdır. Uzun müddət hərbi hospitalda olduğu üçün həmin hərbi hissə komandirinin N oktyabr N994-cü il tarixli, 296 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Uzun müddət müalicədə olduğuna görə Müdafiə nazirinin 278 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin 3N dekabr N994-cü il tarixli, 363 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları aparan N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Hansı ki, cavabdeh özü təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuşdur və hərbi hissənin siyahısından çıxarılma müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan, bu səbəbdən müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə siyahıdan çıxarıldığından onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən, iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir. AR MN Mərkəzi Hərbi Poliklinikasının qarnizon hərbi həkim komissiyası tərəfindən verilmiş N2 mart 2008-ci il tarixli, 28N nömrəli “Xəstəlik haqqında şəhadətnamə” dən görünür ki, iddiaçının döyüş əməliyyatları zamanı N994-cü ildə aldığı - “Keçirilmiş qapalı kəllə beyin travmasının (N994) mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik vəziyyət və kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri” diaqnozu – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 26 may 20N0-cu il tarixli, 074376 nömrəli əlillik vəsiqəsindən, eləcə də N5 saylı TSEK-in elektron informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.20N0-cu il tarixdən ikinci dərəcə təyin edilmiş, daha sonra əlillik xx.xx.20N6-cı il tarixdən xx.xx.202N-ci il tarixədək 5 il müddətinə uzadılmışdır. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını ümumiləşdirərək hesab edir ki, iddiaçı xidmət etdiyi N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından uzun müddət hospitalda müalicə aldığına görə müdafiə nazirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarıldığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona mühribə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Normanın məzmunundan göründüyü kimi qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə Əsasnamənin tələblərinə uyğun olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini qadağan etmiş, belə şəxslər dairəsindən isə məhz Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri istisna etmişdir. Yəni, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər hətta döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikləri halda belə, onlara münasibətdə bu qayda tətbiq edilir. AR MN Mərkəzi Hərbi Poliklinikasının N2 mart 2008-ci il tarixli, 28N nömrəli “Xəstəlik haqqında şəhadətnamə” sinə əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, xx.xx.20N0-cu ildə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqə ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının 202N-ci il tarixində əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, onun ən azından xx.xx.20N0-cu il tarixdən sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır. Həmçinin, AR MN Mərkəzi Hərbi Poliklinikasının N2 mart 2008-ci il tarixli, 28N nömrəli “Xəstəlik haqqında şəhadətnamə”si inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. Yuxarıda qeyd olunan sübutlara məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-N(NN8)-86N/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.