Məhkəmə qərarları › İş №2-1(105)-603/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-603/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-603/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-623/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 20 ildən az (19 il 11 ay 8 gün (xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2000ci il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 11 il 3 ay)) təşkil edir. Belə ki, 2006-2022-ci illərdə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində həmin dövr üzrə cəmi 135 ay (11 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 51120,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16067,57 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1990-cı illərdən 2011-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində izopropil spirti sexi üzrə kimyəvi analiz laborantı və aparatçı peşəsində 19 ilə yaxın zərərli əmək şəraitində çalışdığını nəzərə alaraq ona pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1985-xx.xx.1986-cı ilə kimi Quba Xalçaçılıq müəssisəsində toxucu peşəsində işlədiyi əmək fəaliyyətini, xx.xx.1990-cı illərdən 2011-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində izopropil spirti sexi üzrə kimyəvi analiz laborantı və aparatçı peşəsində 19 ilə yaxın zərərli əmək şəraitində çalışdığını nəzərə alaraq ona pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1985-1986-cı illərdə Quba Xalçaçılıq müəssisəsində toxucu peşəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1990-cı illərdən 2011-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda əmək fəliyyətində olmuş, 2011-ci ildən sonra fasilələrlə başqa idarələrdə əmək fəaliyyətində olmuşdur. Bu illərin 20 ilə yaxın hissəsini “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində izopropit spirtti sexi üzrə kimyəvi analiz labarantı və aparatçı peşəsində çalışmış, ümumilikdə 27 il iş statının 19 ilə yaxınını zərərli əmək şəraitində işləmişdir. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun bu barədə verdiyi arayışlarlardan da göründüyü kimi, 01 noyabr 1992-ci il tarixindən 05 dekabr 1993-cü il tarixinə kimi tam iş günü, “06 dekabr 1993-cü il tarixindən 17 yanvar 1994-cü il tarixinə kimi tam iş günü, 18 yanvar 1994-cü il tarixindən 28 fevral 1995-ci il tarixinə kimi tam iş günü, 06 dekabr 1993-cü il tarixindən 17 yanvar 1994-cü il tarixinə kimi tam iş günü, 18 yanvar 1994-cü il tarixindən 28 fevral 1995-ci il tarixinə kimi tam iş günü, 01 mart 1995-30 aprel 2000-ci ilə kimi tam iş günü, 17 sentyabr 2002ci il tarixindən 31 dekabr 2005-ci il tarixinə kimi tam iş günü, 01 yanvar 2006-cı il tarixindən 28 iyun 2010-cu il tarixinə kimi tam iş günü, 01 oktyabr 1990-cı il tarixindən 31 oktyabr 1992-ci il tarixinə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun izopropil spirti istehsal sexində aparatçı və başqa zərəli peşələrdə işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbayca Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməminin 3-cü bəndinin 2110A030-1754b şifrinə əsasən 2 saylı siyahı üzrə (spirtlər) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşlədiyi idarə tərəfindən verilən arayışlarla və əmək kitabçası üzrə onun həmin siyahı üzrə zərəli peşədə işləməyi təsdiqini tapmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (19 il 11 ay 8 gün (xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 11 il 3 ay)) təşkil edir. Belə ki, 2006-2022-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 135 ay (11 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Qanunun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla). “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51120,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16067,57 manat təşkil edirdi. Daha sonra cavabdeh təşkilat məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11357/2024 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərar ilə İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona görə də hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-623/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş stajı xx.xx.2006-cı ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərini ödəmir. Belə ki, əmək kitabçasının təsdiqlənmiş surəti (15 il 3 ay) və X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışdan (1 il 2 ay) görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdək ümumi iş stajı 20 ildən (16 il 5 ay) azdır. Göründüyü kimi iddiaçıya iddia tələbində qeyd etdiyi 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etmək nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə olan halda iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdeh təşkilatın iş üzrə icraata xitam verilməsinə dair ərizəsinə münasibətdə bildirilir ki, iddiaçının tələbi ona 52 yaşın tamam olduğu vaxtdan pensiya hüququnun təminatı ilə bağlı olduğundan, Mərkəzi Filialın müvafiq ərizəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının ümumilikdə 27 il iş stajı, 19 ilə yaxın zərərli əmək şəraitində işlədiyini nəzərə almış, buna baxmayaraq cavabdeh idarənin iddia ərizəsinə verdiyi etirazını əsassız olmasına baxmayaraq qanuni hesab etmişdir. Hansı ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu ilə 50-52 yaş həddində pensiyaya çıxmaq imkanı vermişdir. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması, xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması hissəsində yanlış nəticəyə gəlmiş və qanunsuz və əsassız olaraq iddiaçının is stajı xx.xx.2006cı ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərini ödəməməsi qənaətinə gələrək məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Belə ki, əmək kitabçasının təsdiqlənmiş surəti (15 il 3 ay) və X3 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışdan (1 il 2 ay) görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdək ümumi iş stajı 20 ildən (16 il 5 ay) az olmasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərini ödəməməsi kimi hansı əsasla olmasını əsaslandırmamış, cavabdehin etiraz ərizəsinin ayrı-ayrı bəndlərini əsaslı hesab edən nəticələrə gəlmişdir. Göründüyü kimi iddiaçıya iddia tələbində qeyd etdiyi 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etmək nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə belə etməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin vətəndaşın vəziyyətini ağırlaşdıran hallarda Qanununu qüvvəyə mindiyi vaxtdan geriyə şamil etmişdir. Məhkəmə isə belə qərar gəlir ki, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə belə etməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin vətəndaşın vəziyyətini ağırlaşdıran hallarda Qanununu qüvvəyə mindiyi vaxtdan geriyə şamil etmişdir. Məhəmə qərarında qeyd edir ki, göründüyü kimi iddiaçıya iddia tələbində qeyd etdiyi 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etmək nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan başqa cavabdeh orqan məhkəməyə qədər güzəştli şərtlərlə pensiya təyin etməkdən ümumiyyətlə imtina etmişdir. Məhkəmədə isə iddianı etiraf edərək bu pensiyanı təyin etmişdr. Belə olduğu halda məhkəmə iddianı tam təmin etməli idi. Lakin bu hala məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Yəni iddiaıya 52 yaşının tamam olduğu 2017-ci ildən başlamaqla pensiya təyinatının aparılmasını cavabdeh orqanın üzərinə qoymamışdır. Bundan başqa məhkəmə iddiaçının pensiya hüquqnu məhdudlaşdıran mövqe ilə inzibati işi qiymətləndirmişdir. Belə ki, iddiaçının ümumi stajının 27 il iş ştatının, 19 ilə yaxın zərərli əmək şəraitində işlədiyi halda, onun 16 il 5 ay ilə yaxın ümum stajının olmasını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublkasının Konstitusiyasına və Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarına, digər normativ-hüquqi aktların tələblərinə ziddir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanuna görə güzəştli şərtlərlə pensiya təyinində ümumi staj norması artıq götürülmüşdür. Məhkəmə bu Qanunu da nəzərə almamışdır. Məhkəmə belə etməklə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin vətəndaşın vəziyyətini ağırlaşdıran hallarda Qanununu qüvvəyə mindiyi vaxtdan geriyə yaramış şamil etmişdir. Belə halda vətəndaşa pensiya təyin edilməsi üçün hansı pensya yaşına çatdığı vaxtda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun ona şamil edilməməsini basa düşmək çətindir. Eyni zamanda da “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinin xx.xx.2006-cı il tarixədək qüvvədən düşməsi səbəb ilə, bu münasibətlərə tətbiq edilə bilməməsi, vətəndaşın pensiya huqlarının məhkəmə tərəfindən müdafiəsiz qoyulması ilə nəticələnmişdir. Bundan başqa cavabdeh orqan məhkəməyə qədər güzəştli şərtlərlə pensiya təyin etməkdən ümumiyyətlə imtina etmişdir. Məhkəmədə isə iddianı etiraf edərək bu pensiyanı təyin etmişdr. Belə olduğu halda məhkəmə iddianı tam təmin etməli idi. Lakin bu hala məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Yəni ona 52 yaşının tamam olduğu 2017-ci ildən başlamaqla pensiya təyinatının aparılmasını cavabdeh orqanın üzərinə qoymamışdır. Bundan başqa məhkəmə iddiaçının pensiya hüququnu məhdudlaşdıran mövqe ilə inzibati işi qiymətəndirmişdir. Belə ki, ümum stajımın 27 il iş ştatının, 19 ilə yaxınını zərərli əmək şəraitində işlədiyi halda, iddiaçının (16 il 5 ay) ilə yaxın ümum stajının olması qeyd edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-623/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı ilədək olan dövr üzrə malik olduğu ümumi iş stajı 20 ildən az təşkil etdiyindən, 52 yaşdan əmək pensiya hüququnun yaranmadığını bildirir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, 52 yaşı xx.xx.2017-cı il tarixdə tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı ona məhz 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 52 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 52 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İndiki halda işin mübahisəli halı məhz iddiaçının qanunla tələb olunan azı 20 il ümumi iş stajına malik olub-olmaması ilə bağlı olan haldır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş iddiaçıya əxsus əmək kitabçası, habelə arxiv çıxarış məlumatlarının məzmunundan görünür ki, xx.xx.2006-cı ilədək malik olduğu ümumi iş stajı 16 il 5 ay təşkil edir. Nəticə etibarilə iddiaçı barəsində qanunla tələb olunan azı 20 il ümumi iş stajına aid şərtin ödənilməsi müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının tələbi onun qanuni əsası qismində çıxış edən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin dispozitiv şərtləri ilə uzlaşmadığından, belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət veirlmiş, qnaunvericilik norması düzgün tətbiq edilməklə, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçı məhz 1985-1986-cı illərdə Quba xalçaçılıq müəssisəsində toxucu peşəsində işlədiyi, xx.xx.1990-cı ildən 2011-ci ilədək “Azərkimya”İB-nin “Etilen-Polietilen” zavodunda işləməsi halına istinad edərək, həmin dövrləri əsas götürərək, ümumi iş stajının 27 il olduğunu bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən 52 yaşdan pensiya hüququnun yaranması üçün qanunla tələb olunan 20 il stajının olub-olmaması halı məhz xx.xx.2006-cı ilədək işlədiyi dövrlər əsas götürülməklə, müəyyən edilir. Başqa sözlə desək, iddiaçının məhz xx.xx.2006-cı ilədək işlədiyi dövrlər nəzərə alınmaqla, 20 il iş stajının olub-olmaması halı müəyyən edilir. İndiki halda isə istər əmək kitabçası və arxiv məlumatları əsasında, istərsə də iddiaçının özünün istinad etdiyi əmək fəaliyyəti dövrləri (1985-1986-cı illər,xx.xx.1990-xx.xx.2006-cı ilədək) nəzərə alındıqda belə, iddiaçının xx.xx.2006-ci ilədək 20 il ümumi iş stajına malik olması halı müəyyən edilmir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halına düzgün hüquqi qiymət veirlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-623/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar