Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-605/2022 04.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-1229/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1977-cı il tarixdə anadan olmuşdur.
2. DSMF-nin Abşeron rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2008-ci il tarixli qərarından görünür ki, İddiaçı Soltan oğluna xx.xx.2008-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Daha sonra xx.xx.2008-ci il tarixdən iddiaçının pensiyası yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparılmış, 2021-ci ilin dekabr ayında isə ona yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsin xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildən xx.xx.2020-ci ilədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2020-ci il tarixdə onun əlillik müddəti bitmiş, əlillik müddəti növbəti dəfə artırılmamış və ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda o, yaşa görə əmək pensiyası alır. Lakin ona əlilliyinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyası hesablanmamış və ödənilməmişdir. İddiaçı hesab edir ki, ona əlilliyinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyası hesablanmalı və ödənilməlidir. Belə ki, o, 2008- ci ildə ehtiyata buraxılarkən yaşa görə əmək pensiyası almaq hüququ olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsinə göstəriş verilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günə kimi müraciəti cavablandırılmamışdır.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
6. Cavabdeh iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq xx.xx.2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Eyni zamanda 26 dekabr 2008-ci il tarixdə İddiaçı ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda ona 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında adıçəkilən şəxsə yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq ona 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı artıq ödənilən 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-1229/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazilriyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfidən xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır.
8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə daxil olmuş müraciətləri tərəflərindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla cavablandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarının təsviri hissəsinin 6-cı abzasında sözügedən cavab məktubuna istinad etmişdir. Lakin qərarın əsaslandırma hissəsində müraciətin cavablandırılması ilə bağlı sübut təqdim edilməməsini bildirmişdir. Göründüyü kimi məhkəmə əvvəlcə cavabdehin iddiaçıya ünvanladığı cavab məktubuna istinad edir. Daha sonar isə cavabdehin belə məktubunun olmadığını qeyd edərək bu hərəkətsizliyi qanunsuz hesab edir. Bununla da qərarın mətnində məntiqi ardıcıllıq pozulur. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ilə bağlı apellyasiya şikayətində göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən aparılır. Həmin qanunun 31.3-cü maddəsinə əsasən təyinat aparıldıqdan sonar növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının 6.4-cü maddəsində göstərilmişdir ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır. Göründüyü kimi, maddi hüquq normalarında əmək pensiyasının bir növündən başqa növünə keçirilmə halında yeni növ əmək pensiyasının ödənilməsinə növbəti ayın əvvəlindən başlanılması nəzərdə tutulur. Eyni zamanda pensiya növünün dəyişdirilməsi zamanı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bununla da məhkəmə qərarında maddi hüquq normalarının pozulduğu aşkar görünür. Şikayətdə daha sonra göstərilir ki, iş materiallarından və məhkəmə qərarından göründüyü kimi iddiaçı məhkəməyə pulsuz hüquqi yardım edilməsi ilə bağlı hər hansı müraciət etməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsində proses zamanı vəkilin məcburi iştirakı qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda işin gedişatı zamanı hakim tərəfindən iddiaçıya pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı hər hansı qərar və ya qərardad qəbul edilməmişdir. Buradan belə bir nəticəyə gəlinir ki, sözügedən 100 manat məbləğində hüquqi yardımın kim tərəfindən göstərildiyi və bunu təsdiq edən sənədlər yoxdur. Hətta bunu təsdiq edən sənədlərin olacağı təqdirdə belə qanunvericilikdə bu cür hüquqi yardım üçün ödənilmiş məbləğin əleyhinə məhkəmə qərarı çıxarılmış tərəfdən tutulması ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmayıb.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası;əlilliyə görə əmək pensiyası;ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə (xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada) Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikdən sonrakı redaksiyada: 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən ...hesablanmaqla aparılır.
14. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 109. Prosessual xərclərin ödənilməsi Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qisməncavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfdən xx.xx.2022-ci il tarixli müraciətin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iddiaçıya xx.xx.2008-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi, sonradan 2008-ci ilin dekabr ayından isə həmin pensiyanın əlilliyə görə əmək pensiyası növünə dəyişdirilməsi iş materiallarına, iddiaçının və cavabdehin bildirməsinə əsasən işin mübahisəsiz halıdır.
20. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, iddiaçı əlilliyinin dayandırıldığını bildirərək ona xidmət illərinə görə pensiya təyin edilməsini xahiş etmiş və iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
21. Cavabdehin etirazında və apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə istinad etməklə iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsindən imtina etməsi barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2008-ci ildən yarandığından və o cavabdehə pensiyanın bir növündən digər növünə keçrilmə ilə bağlı deyil, pensiya təyin edilməsi ilə bağlı müraciət etdiyindən iddiaçıya münasibətdə sonradan dəyişiklik edilmiş məzmunda “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci və 31.3-cü maddələri tətbiq edilə bilməz. Belə ki, sonuncu maddə pensiyanın hesablanılmasını deyil, ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilməsini nəzərdə tutur. Əksinə, Qanunun 32.1-1-ci maddəsi pensiyanın onu almaq hüququ yarandığı gündən, lakin bu həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsini nəzərdə tutur. İddiaçının tələb etdiyi pensiya isə ona yaşa görə əmək pensiyasının təyin edildiyi dövrdən əvvəlki 10 ayı əhatə edir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi hal – yəni əmək pensiyasının bir növündən başqa növünə keçmək o halda mümkündür ki, müraciət edilən anda iddiaçının müxtəlif növ (yaşa, əlilliyə və ailə başçısını itirməyə) pensiya hüququ mövcud olsun. Hazırkı halda isə iddiaçının müraciət etdiyi xx.xx.2021-ci il tarixdə onun əlilliyə görə pensiya almaq hüququ mövcud olmamışdır. Bu səbəbdən apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının 6.4-cü maddəsi də hazırkı mübahisəyə tətbiq oluna bilməz.
22. “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər.
23. İddiaçının hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən tutulmasına dair hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsinə hüquqi məsləhət və idda ərizəsinin hazırlanması üçün X1 (VÖEN**********) manat ödəməsi barədə 59899 saylı qəbz əlavə etmişdir. İddiaçının iddia tələbi təmin edildiyindən İPM-nin 108-110-cu maddəsinə əsasən həmin məbləğ iddiaçının çəkdiyi prosessual xərc kimi cavabdehə aid edilməli olduğundan cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri də əsaslı hesab edilə bilməz.
24. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir və bu hissələrdə apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən qərarın ləğv edilməsinə əsas ola bilməz.
25. Qərarın cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmaması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iş üzrə məhkəmə aradşdırılması zamanı iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubu təqdim edərək iddiaçının müraciətinin cavablandırıldığını bildirmiş, iddiaçı iş üzrə keçirilən xx.xx.2022-ci il tarixli iclasda cavab məktubunun ona təzəlikcə təqdim edildiyini bildirmişdir.
26. Cavabdehin iş materiallarında olan iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin məktubda iddiaçının daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxıldığı bildirilmişdir. Məktubda həmçinin göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 03 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən ona “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, 26 dekabr 2008-ci il tarixində ona ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət edilmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündən təyinat aparılmış əmək pensiyasının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda ona 17 noyabr 2008-ci il tarixindən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilib. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında ona yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixindən yenidən hesablanaraq ona 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur.
27. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilsə də, birinci instansiya məhkəməsi öz qərarında həmin məktubun məzmununa istinad etməklə yanaşı düzgün olmayaraq iddianı müvafiq hissədə də təmin etmişdir. Buna görə də kollegiya apellyasiya şikayətinin iddiaçının müraciətinin cavablandırılması barədə dəlillərini əsaslı hesab edərək mübahisələndirilən qərarın cavabdehin iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi hissəsində ləğv edilməli olması nəticəsinə gəlir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-1229/2022 nömrəli qərarı qismən - cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazilriyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfidən xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.