Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-607/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-795/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1962-cı ildə anadan olmuşdur. İddiaçı 1979-1980-ci illərdə Gədəbəy rayonunun Əzizbəyov kolxozunda işləmişdir. İddiaçı 20 noyabr 1980-ci ildən 21 dekabr 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1983-cü ildən 01.111996-cı illər ərzində "xxxx" İstehsalat Təmir Müəssisəsində çilingər peşəsi üzrə işləmişdir. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt Trikotaj Fabrikinin Buxar Gücləndirici sexində çilingər peşəsi üzrə işləmişdir. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilə qədər “Xəzərdənizneftsosialtikinti" trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz, daşyonan, betonçu, çilingər peşəsi üzrə işləmişdir. İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər "xxxx" ASC9də fəhlə peşəsi üzrə işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftsosialtikinti” trestinin Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1997-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə iddiaçının əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı ümumi iş stajı 25 ildən az yəni, 17 il 9 ay 3 gün təşkil edir (Sığorta alt sistemindən çıxarış məhkəməyə təqdim olunmuşdur). Cavabdeh tərəfindən iddiaçının mübahisəsiz qəbul edilən sosial sığorta stajı aşağıdakılardan ibarətdir: xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr, xx.xx.1983-xx.xx.1996cı il tarixləri arasındakı dövr, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2012 və 2018-ci illər üzrə cəmi 2 il 2 ay. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15035,66 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabında 2006-2011-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. “Xəzərdənizneftsosialtikinti" restinin Tikinti Quraşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı- xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilə qədər "Xəzərdənizneftsosialtikinti" trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində rəngsaz, daşyonan, betonçu, çilingər peşələri üzrə işləmişdir. "Xəzərdənizneftsosialtikinti" tresti xx.xx.1990-cı ildə "Xəzərdnizneftqaz" istehsalat Birliyinin və Neft və X11 Həmkarlar İttifafaqı Respublika Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35-10d saylı Əmr-Qərarına əsasən yaradılmışdır. Trest yarandığı gündən bu günə qədər bir gün də olsa, öz fəaliyyətini dayandırmamışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tamamilə əsassız və mənasız iradına cavab olaraq bildirilir ki, göstərilən müəssisənin öz fəaliyyətini dayandırmaması bir neçə məhkəmə qərarlarında öz əksini tapmışdır. O, cümlədən Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-1074/2022 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 448/2022 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-l(102)-139/2023 saylı qərarlarını misal göstərmək olar. Azərbaycan Respublikası İqtisadi X8 Əmlakının idarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən "Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır və müəssisə bü gün də fəaliyyət göstərir. “Xəzərdənizneftsosialtikinti" restinin Tikinti Quraşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2011-ci ildə "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən inzibati binası məhkəmənin qərarı əsasında satılmış və binanın yeni alıcısı ARDNŞ-nin "xxxx" tresti binada olan sənədləri götürməyə imkan verməmişlər. Müəssisəyə aid mühasibat sənədləri bizdə olmadığından tələb olunan sənədləri məhkəməyə təqdim etmək imkanımız xaricindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962- cı ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olmuşdur. 2. 1979-1980-ci illərdə Gədəbəy rayonunun Əzizbəyov kolxozunda işləmişdir. 3..20 noyabr 1980-cıi ildən 21 dekabr 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 4.. xx.xx.1983-cü ildən 01.111996-cı illər ərzində "xxxx" İstehsalat Təmir Müəssisəsində çilingər peşəsi üzrə işləmişdir. 5. xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt Trikotaj Fabrikinin Buxar Gücləndirici sexində çilingər peşəsi üzrə işləmişdir. 6.. xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilə qədər “Xəzərdənizneftsosialtikinti" trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz, daşyonan, betonçu, çilingər peşəsi üzrə işləmişdir. 7. xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər "xxxx" ASC-də fəhlə peşəsi üzrə işləmişdir. 8...Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında “Xətai Tikinti Mexanizasiya" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 9. 29 noyabr 2022-ci ildə 60 yaşının tamam olmasını və 25 ildən çox iş stajı və 12 il 06 aydan çox güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yarandığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə güzəştli şətlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 müraciət etmişdir. 10..Həmin idarədən verilən xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubla güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. 11.. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çaLİŞANLARA YAŞA, QOCALİĞA GÖRƏ GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ PENSİYA HÜQUQU VERƏN İSTEHSALATLARİN, İŞLƏRİN, PEŞƏLƏRİN, VƏZİFƏLƏRİN, və Göstəricilərin" 2 saylı Siyahısının Xİİİ fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxarbuxar güc təsərrüfatının əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə və 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə ÇİLİNGƏR və bütün adlardan olan elektrik çilingərləri kodlarına tam uyğundur və güzəştlə şərtlərləpensiya hüququna malikdirlər, edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Güzəşt hüququ verən iş stajı 13 il (on üç), 06 ay (altı), 06 gün (altı) təşkil edir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsi imtina əsasları ilə eyni olmaqla qeyd edilmiş və əlavə olaraq qeyd göstərilmişdir ki, əlavə olaraq iddiaçı eyni tələblə 2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4405/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya verdiyi imtinanın əsaslı olduğu qərara alınmışdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət gədər sığorta stajı olmadığından və pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-795/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz təsdiqini tapır. Və qanunvericiliyin tələbi üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir. Qüvvədə olan qanunvericiliyin şərtləri üzrə iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı yaranmış olur. Bu halda iddiaçının 60 yaşının tamam olduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. iddiaçı 2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Göründüyü kimi iddiaçı onun pensiya hüququnun yarandığı tarixdən üç il keçməmiş inzibati orqana müraciət etmişdir. Bundan əlavə cavabdeh inzibati orqanın iddiaçının pensiya kapitalı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya tələbinə hazırda qüvvədə olan qanunvericilik tətbiq edilməklə ondan pensiya kapitalı tələbi istisna edilir. (13 may 2022-ci il tarixli dəyişiklik). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçınınxx.xx.2006xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından, xx.xx.1997xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə iddiaçının əmək stajına dair əsaslı şübhələr yaranmış, göstərilən səbəblərdən də xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı ümumi iş stajı 25 ildən az yəni, 17 il 9 ay 3 gün təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması Həmçinin, xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması mübahisələndirilməmiş, habelə qeyd edilən hal iş materiallarında olan sənədlər (işəgötürən tərəfindən verilmiş arayış və s.) əsasında da öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 17 il 9 ay 3 gün ümumi iş stajına malik olması halını qəbul etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1997-xx.xx.2011-ci il tarixlərdə iddiaçı “Xəzərdənizneftsosialtikinti” trestinin Tikinti Quraşdırma İdarəsində işləmiş, bu barədə onun əmək kitabçasında qeydlər mövcud olmuşdur. Cavabdeh inzibati orqan isə mübahisələndirməsinin əsası kimi xx.xx.2006-xx.xx.2011-ci il dövrlərlə bağlı məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində əks olunmaması halına istinad etmişdir. Həmçinin, iş materiallarında olan “Xətai Tikinti Mexanizasiya ASC” tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı 10..07.1997-ci il tarixdə “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli rəngsaz peşəsi üzrə işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı barəsində qanunla tələb olunan əmək pensiyasının minimum məbləğindn az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləği 34560 mana olduğu halda, iddiaçı barəsində 15035,66 manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı onun barəsində əmək pensiyasının təyin edilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inizbati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı barəsində fərdi hesabın sığorta hissəsində 2006-2011-ci illərə aid dövr üzrə işəgötürən tərəfindən ödənilmiş məcburi sosial sığorta haqları barədə məlumat aşkar edilməmiş, işəgötürən tərəfindən isə həmin sənədlər mövcud olmadığından məlumat vermək imkanı olmadığı qeyd edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı başqa inzibati iş üzrə 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının həmin tələbi təmin edilməmişdir. Qeyd edilən məhkəmə qərarının məzmununda iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən az, yəni ümumilikdə 24 il 1 ay topladığından, pensiya təyinatının Qanunun 9.8-ci maddəsinin təsiri altına düşmədiyini, Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxtda yarana bilməsi qeyd edilmişdir. Məhkəməkollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiayalrı haqqında qanunvericiliyin tələbinə əsasən iş stajını təsdiq edən işçinin iş stajını müəyyən edən yeganə sənəd qismində məhz əmək kitabçası çıxış edirdi, habelə iş stajının məhz məcburi sosial sığorta haqqının ödənilməsi əsasında müəyyən edilməsinə dair məcburi şərt ehtiva edilməmişdir. İndiki halda isə cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi şübhə altına alınmamış, habelə ona dair heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, işəgötürən tərəfindən də iddiaçının qeyd edilən dövrlərdə həmin müəssisədə işləməsinə dair arayış təqdim edilmiş, işəqəbul və işdən azad olunma əmrlərinə istinad edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki,qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilmiş xx.xx.2006-cı ilədək olan mübahisəli dövrlərin iş stajı kimi nəzərə alınmalı olduğu halda, nəzərə alınmaması ilə bağlı hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən sonra qüvvədə olan əmək pensiayları haqqında qanunvericiliyin tələbinə əsasən iş stajının məhz məcburi sosial sığorta haqqının ödənilməsi əsasında müəyyən edilməsinə dair məcburi şərt mövcud olmuşdur. İndiki halda isə iddiaçıya münasibətdə 2006-2011-ci illərə aid məcburi sosial sığorta haqqının işəgötürən tərəfindən ödənilməsi halı müəyyən edilməmiş, bu barədə hər hansı məlumat aşkar edilməmişdir. Bu baxımından, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi 2006-2011-ci illərə aid dövrləri iş stajına daxil etməməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi xx.xx.1997xx.xx.2006-ci illərə aid dövrlər (8 il 5 ay 21 gün) və cavabdeh tərəfindən qəbul etdiyi 17 il 9 ay 3 gün nəzərə alındıqda, iddiaçı barəsində qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapmışdır.Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki,iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan əmək pensiyaları haqqında qanunveriicliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. İndiki halda iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt (yaş həddi,ümumi və güzəştli iş stajına aid) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmiş, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməsi təklif edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İndiki halda iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi və güzəştli iş stajı) ödənildiyindən, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-795/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-607/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-607/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver