Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-611/2022 25.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi və vəkili X2, Üçüncü şəxs Heydər Əliyev adına X8 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-315/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ona əvvəllər JN-655A nömrəli şəhadətnamə ilə məxsus olan 0,12 ha torpaq sahəsinin yerdə qalan 0.07 ha hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********23 saylı məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sözügedən 0,07 ha torpaq sahəsi neft kəmərinin mühafizə zolağına düşdüyü üçün iddiaçı tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş azalma ərizəsi əsasında qeydiyyat 0,05 ha torpaq sahəsi üzərində aparılmışdır. Bundan sonra iddiaçı yenidən eyni tələblə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli **********00 saylı məktubu ilə müraciətə eyni məzmunda imtina cavabı verərək bildirmişdir ki, ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-655A nömrəli şəhadətnamə əsasında (0,07 ha hissəsi neft boru kəmərinin mühafizəsində yerləşdiyindən iddiaçının notarial qaydada təsdiqlənmiş torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi ilə) sözügedən 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsi üzərində xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı çıxarışla qeydiyyat aparılmışdır. Yerdə qalan 0.07 ha torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşdiyindən AR Dövlət Neft Şirkətinə sorğu ünvanlanmışdır. Sözügedən sorğuya cavab olaraq torpaq sahəsinin 576 kv.m hissəsinin neft boru kəmərinin mühafizə zonasında yerləşdiyi bildirilmişdir. İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və keçmiş DTXK tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı ilə Abşeron rayonunun Xırdalan şəhərində 0,12 ha həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün kimi iddiaçının mülkiyyətinə verilmişdir. Adı çəkilən qərar əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı keçmiş DTXK tərəfindən adına 03 iyun 2004-cü il tarixli, JN-655A KOD 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. 2010-cu ildə o, sözügedən Şəhadətnamə əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına dair çıxarış almaq üçün aidiyyəti üzrə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə, ona bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıla bilməz. Bu səbəbdən, ondan torpaq sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq olunmuş ərizə tələb edilmiş, əks təqdirdə qalan 0,05 ha torpaq sahəsinə dair də çıxarışın verilməyəcəyi bildirilmişdir. O, mülkiyyətində olan torpaq sahəsinin azaldılması barədə ərizə yazmaq məcburiyyətində qalmış və bundan sonra ona 0,05 ha torpaq sahəsinə dair çıxarış təqdim olunmuşdur. Bununla belə torpaq sahəsi əvvəlki ölçüdə, yəni 0,12 ha olmaqla onun faktiki istifadəsində qalmış, sözügedən 0,05 ha torpaq sahəsi də sonradan 2018-ci ildə tərəfindən özgəninkiləşdirilmiş, qalan 0,07 ha torpaq sahəsi isə bugünədək istifadəsindədir. Hesab edir ki, üzərində mülkiyyət hüququ yaranmış torpaq sahəsinin bir hissəsindən neft kəmərinin keçməsi onun həmin torpaq sahəsi hissəsi üzərində mülkiyyətindən məhrum edilməsi və torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə olan halda, torpaq sahəsinin 0,12 ha hissəsinə dair çıxarış verilməli idi, sadəcə olaraq onun mülkiyyətində olan torpaq sahəsinin neft kəmərinin keçdiyi hissəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlərlə istifadə etməyi müəyyən oluna bilərdi. Qeyd edir ki, o, faktiki olaraq mülkiyyətinin bir hissəsindən məhrum edilmişdir. Buna görə də o, faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun deyildir, belə ki, hazırkı halda həmin maddədə göstərilmiş imtina əsasları mövcud deyildir. Bundan başqa, mülkiyyətinə verilmiş mübahisələndirilən 0,07 ha torpaq sahəsinin qarşısında olan və magistral boru kəmərinə daha da yaxınlıqda yerləşən sahəsi 400 kv.m olan başqa torpaq sahəsi 2013-cü ildə cavabdeh tərəfindən ********** qeydiyyat nömrəsi ilə X3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır ki, bu hal da cavabdehin imtinasının əsassızlığını bir daha sübut edir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-315/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (hakim İ.Quliyev). Üçüncü şəxs iddia ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, kəmərlər müvafiq aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla 2011-2012-ci illərdə tikilib istifadəyə verilmişdir. Kəmərlərin layihələndirilməsinə verilən mühəndis texniki göstərişlər sənədindən göründüyü kimi razılaşdırılmış qurumlar sırasında Abşeron rayon və Sumqayıt şəhər İcra Hakimiyyətləri də vardır. İddiaçıya Abşeron rayonu Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsi ayrıldığı və həmin sənəd əsasında keçmiş DTXK tərəfindən şəhadətnamə verildiyi nəzərə alınaraq həmin icra hakimiyyəti qurumları razılaşmalar zamanı nəzərə almalı və mülki qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməli idi. Bununla yanaşı, iddiaçı sözügedən torpaq sahəsinin mülkiyyətində olduğunu iddia etdiyi halda, həmin torpaq sahəsində uzun müddət ərzində kəmər tikildiyindən xəbərsiz olmuş, buna etiraz etməmiş və qanunvericiliyə uyğun müvafiq zəruri tədbirlər görməmişdir. Hesab edir ki, iş üzrə cavabdehin torpaq sahəsinin sözügedən kəmərlərin mühafizə zonasına düşən hissəsinə münasibətdə qeydiyyatdan imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən, Heydər Əliyev adına X8 iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-315/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və Azərbaycan Respublikası keçmiş DTXK tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN- 655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubları və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandır və əlavə olaraq qeyd etmişdir ki, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıya 0,12 ha torpaq sahəsi verilmişdir. Aparılan araşdırma zamanı 0,12 ha torpaq sahəsinin 0,07 ha hissəsinin neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq torpaq sahəsinin 576 kv.m hissəsinin neft boru kəmərinin mühafizə zonasında yerləşdiyi bildirilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini iddia ərizəsinə yazılı münasibətlə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə mübahisə edilən torpaq sahəsi faktiki olaraq neft kəmərlərinin keçdiyi ərazidə yerləşir və bu xüsusat işin mübahisəsiz halıdır. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi ayrıca hüquqi şəxsdir və məhkəmədə müstəqil formada təmsil olunmaq hüquqları vardır. AR Dövlət Neft Şirkəti faktiki olaraq məhkəməyə vəsatətlə müraciət edərək Neft Kəmərləri İdarəsinin maraqlı şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Lakin, məhkəmə, ümumiyyətlə, bu vəsatətə münasibət bildirməmişdir. Halbuki, məhkəmə işdə maraqlı olan şəxsi üçüncü şəxs qismində cəlb etməli və ədalətli araşdırma aparmalı idi. Lakin, bununla bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa məhkəmə iş üzrə araşdırma aparan zaman özü müəyyən etmişdir ki, iddiaçı mübahisə etdiyi 0.07 ha torpaq sahəsindən könüllü şəkildə ərizə əsasında imtina etmişdir. Qeyd edilən ərizə hüquqi qüvvəsini itirməmişdir. Lakin məhkəmə heç bir əsas olmadan həmin ərizənin qüvvədə olmasını, ümumiyyətlə, iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə almamışdır. Halbuki, qeyd edilən ərizə hüquqi qüvvəsini itirmədiyi halda onun əsassız və ya qanunsuz olmasına dair qənaətə gəlmək düzgün deyil. Göründüyü kimi, bu iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, SOCAR-ın Neft Kəmərləri İdarəsinin sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs AR Dövlət Neft Şirkətinin məhkəmənin sorğusuna və iddiaya münasibətində bildirdiyi kimi kəmərlər müvafiq aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla 2011-2012-ci illərdə tikilib istifadəyə verilmişdir. Qeyd edir ki, neft boru kəmərləri torpaq üzərində onun mülkiyyət hüququ yarandıqdan sonra 2011-2012-ci illərdə çəkilmişdir. Göründüyü kimi torpaq sahəsində neft boru kəmərlərinin tikilməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün maneə təşkil edə bilməz. Hesab edir ki, sözügedən kəmərlərin zavoddan reaktiv mühərrik yanacağının və dizel yanacağının ötürülməsi üçün inşa edildiyi və ixrac boru kəməri olmadığı nəzərə alınarsa, 50 metrlik mühafizə zonasının həmin boru kəmərlərinə şamil edilməsi qanunsuzdur. Maraqlı şəxs Heydər Əliyev adına X10 Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına vəsatətlə müraciət edərək iş üzrə icraata üçüncü şəxs qismində cəb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli SOCAR**********60040033B00566 nömrəli məktubundan görünür ki, İddiaçı torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 576 kv.m hissəsi SOCAR-ın Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql edən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərinin 30 X 70 və 40 X 70 metrliyində mühafizə zonası daxilində yerləşir. Bundan başqa həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm (dizel) neft boru kəmərinin keçdiyi qeyd olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(105)-611/2022 nömrəli qərardadı ilə Heydər Əliyev adına X10 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Heydər Əliyev adına X8 nümayəndəsi izahatında bildirdi ki, neft boru kəmərləri 2011-2012-ci illərdə inşa edilmişdir. Hesab edir ki, iddiaçıya hazırda mübahisələndirilən torpaq sahəsi neft boru kəmərləri inşa edildikdən sonra ayrılmışdır. Bu səbəbdən, iddiaçıya torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanları həmin ərazidən neft boru kəmərləri keçdiyini nəzərə almalı idi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və apellyasiya şikayətlərinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: (-)
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları: Bənd 1.24. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərindəki hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə 0.12 ha olmaqla ayrılmış, JN-655A, KOD 30801006 torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmişdir. Neft boru kəmərləri isə sonradan 2011-2012-ci illərdə çəkilmişdir. Göründüyü kimi torpaq sahəsində neft-boru kəmərlərinin tikilməsi həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına səbəb ola bilərdi. Lakin, məhkəmə hesab edir ki, daşınmaz əmlakların dövlət ehtiyacları üçün geri alınması halında müvafiq kompensasiyanın verilməsi təminatı olduğu üçün, bu hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün maneə təşkil etməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 03 iyun 2004-cü il tarixli, JN-655A, KOD 30801006 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək JN-655A saylı Şəhadətnamə əsasında mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyündən torpaq sahəsinin 0.05 ha hissəsinə sənəd verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ndən iddiaçı ona məxsus 0,05 ha torpaq sahəsini X1. Hazırda iddiaçı JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını tələb edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin yeganə dəlili torpaq sahəsinin 0,07 ha hissəsinin neft kəmərinin mühafizə zolağına düşməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli SOCAR**********60040033B00566 nömrəli məktubdan görünür ki, torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 576 kv.m hissəsi SOCAR-ın Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql edən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərinin 30 X 70 və 40 X 70 metrliyində mühafizə zonası daxilində yerləşir. Bundan başqa həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm (dizel) neft boru kəməri keçir. Sözügedən torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 647 kv.m hissəsi isə qeyd olunan kəmərin mühafizə zonası xaricində yerləşir. Qeyd olunan məktubdan göründüyü kimi üçüncü şəxs mübahisələndirilən torpaq sahəsinin 576 kv.m hissəsinin SOCAR-ın Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql edən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərinin mühafizə zonası daxilində yerləşdiyini bildirir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Heydər Əliyev adına Bakı X8 direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli “Heydər Əliyev adına BNEZ-dən Güzdək neft bazasına gedən Dş-300 mm TC-1 reaktiv mühərrik yanacağı boru kəmərinin Böyük-Şor gölü sahilindəki hissəsinin yenidənqurulması” obyektində tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin başa çatması ilə əlaqədar Qəbul Komissiyasının 07 nömrəli Aktından görünür ki, “Heydər Əliyev adına BNEZ-dən Güzdək neft bazasına gedən Dş-300 mm TC-1 reaktiv mühərrik yanacağı boru kəmərinin Böyük-Şor gölü sahilindəki hissəsinin yenidənqurulması” obyektinin tikintisinə 2011-ci ilin iyun ayında başlanmış, 2011-ci ilin dekabr ayında başa çatdırılmışdır. - Heydər Əliyev adına Bakı X8 direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli “Heydər Əliyev adına Bakı X8 7 nömrəli istehsalatından “Güzdək” neft bazasına gedən Dş-500 mm ölçülü dizel yanacağı xəttinin, Masazır qəsəbəsi yaşayış massivinin ərazisindən keçən 11 km-lik hissəsinin yenidən qurulması” obyektində tikinti-quraşdırma işlərinin başa çatması ilə əlaqədar Qəbul Komissiyasının 02 nömrəli Aktından görünür ki, “Heydər Əliyev adına Bakı X8 7 nömrəli istehsalatından “Güzdək” neft bazasına gedən Dş-500 mm ölçülü dizel yanacağı xəttinin, Masazır qəsəbəsi yaşayış massivinin ərazisindən keçən 11 km-lik hissəsinin yenidən qurulması” obyektinin tikintisinə 2012-ci ilin mart ayında başlanmış, 2012-ci ilin dekabr ayında başa çatdırılmışdır. Üçüncü şəxsin özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən edilir ki, Heydər Əliyev adına BNEZ-dən Güzdək neft bazasına gedən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəməri 2011-ci il tarixində, həmin neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm (dizel) neft boru kəməri isə 2012-ci il tarixində inşa edilmişdir. Həmçinin, üçüncü şəxslər məhkəmə iclasında izahatlarında neft boru kəmərlərinin 2011-2012-ci il tarixlərində inşa edildiyini təsdiq etmişlər. Hazırkı işdən isə görünür ki, sözügedən 0,07 ha torpaq sahəsi iddiaçıya Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarı ilə ayrılmış, bundan sonra DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 03 iyun 2004-cü il tarixində JN-655A, KOD 30801006 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsi iddiaçıya ayrıldığı vaxtdan hal-hazıradək faktiki istifadəsindədir. Kollegiya qeyd edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirilən torpaq sahəsinin mühafizə zonasına düşdüyü bildirilən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəməri 2011-ci il, həmçinin, mühafizə zonasına düşdüyü qeyd edilməsə də, həmin neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm (dizel) neft boru kəməri isə 2012-ci il tarixində inşa edilərkən üzərində hüquqların qeydə alınması iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.5-ci maddə). Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəlillərində iddiaçıya AİK tərəfindən torpaq sahəsi ayrıldığı və həmin sənəd əsasında keçmiş DTXK tərəfindən şəhadətnamə verildiyindən razılaşmalar zamanı həmin icra hakimiyyəti qurumlarının torpaq sahəsinin neft kəmərlərinin mühafizə zonasına düşdüyünü nəzərə almalı və qanuna uyğun tədbirlər görməli olduğunu qeyd etsə də, işdən göründüyü kimi neft boru kəmərləri torpaq sahəsi iddiaçının mülkiyyətinə verildikdən sonra inşa edilmişdir. AR Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 3-cü hissəsinin tələblərinə görə torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Analoji qayda Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 1.24-cü bəndində də qeyd olunmuşdur. Bundan əlavə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmanın məzmunundan da göründüyü kimi hüquqmüəyyənedici sənədlər müvafiq əmlaka hüququn yarandığı anda həmin əmlakın neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Hazırkı işdə də iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranan zaman həmin torpaq sahəsi neft boru kəmərinin mühafizə zolağına düşmürdü. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-315/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4