Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-612/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair icarə hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X3 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-401/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsi X3 icarəsinə verilmişdir. X8 ilə Sumqayıt Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair sonuncu dəfə 01 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi bağlanılmışdır ki, adı çəkilən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 01 avqust 2008-ci il tarixli 245 saylı sərəncamı ilə həyat yoldaşı X3 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin layiləndirilməsinə icazə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi layihə sənədləri əsasında icarəyə ayrılmış torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsi inşa edilmiş və bugünədək də fəaliyyət göstərir. X8 06 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, 03 mart 2022ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən torpaq sahəsinə dair əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı 0.0049 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu məlum olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşım X3 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşım X5 məxsus olması barədə müvafiq arayışın verilməsi və həmin torpaq sahəsinin 0,0049 ha hissəsinin dövlət mülkiyyətinə aid torpaq şəklində aparılmış qeydiyyatın etibarsız sayılmaqla həmin qeyddə bələdiyyə mülkiyyəti kimi müvafiq düzəlişin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X3 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006- cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsi mərhum həyat yoldaşı X3 icarəsinə verilmişdir. Eyni zamanda onunla Sumqayıt Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair sonuncu dəfə 01 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi bağlanılmışdır ki, adı çəkilən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 avqust 2008- ci il tarixli 245 saylı sərəncamı ilə həyat yoldaşı X3 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin layiləndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi layihə sənədləri əsasında icarəyə ayrılmış torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsi inşa edilmiş və bugünədək də fəaliyyət göstərir. Həyat yoldaşı X8 06 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra adı çəkilən torpaq sahəsi üzərində icarə hüququ və inşa edilmiş qeyri-yaşayış obyekti miras əmlak olaraq iddiaçı tərəfindən qəbul edilmiş və bugünədək də istifadə olunmaqdadır. Mərhum həyat yoldaşı X3 ölümündən sonra onunla Sumqayıt Bələdiyyəsi arasında torpaq sahəsinə dair 01 yanvar 2011-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi üzrə icarəçinin hüquq və vəzifələri iddiaçıya keçmiş, iddiaçı tərəfindən həmin müqavilə üzrə icarə haqları bələdiyyəyə ödənilmişdir. Adı çəkilən icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra isə torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında icarə münasibətləri yeni müqavilə bağlanılmaqla rəsmiləşdirilmişdir. Bir müddət əvvəl sözügedən qeyri-yaşayış obyektinin dövlət qeydiyyatına alınması üçün ilkin olaraq torpağın sənədləşdirilməsini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində koroğlu prospektində yerləşən və Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə mərhum həyat yoldaşı X3 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh müraciətindən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən müraciətinə verilmiş 29 dekabr 2022-ci il tarixli, **********05 saylı cavab məktubunda onunla Sumqayıt Bələdiyyəsi arasında 03 mart 2022-ci il tarixdə bağlanılmış torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, həmçinin torpaq sahəsinə idarənin mütəxəssislərinin keçirdiyi baxış zamanı həmin torpağın 0,0049 ha hissəsinin guya dövlət mülkiyyətinə aid edilmiş torpaq olduğunun müəyyən edildiyi iddia edilərək torpaq üzərində hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsinə dair ərizənin icrasından imtina olunduğu bildirilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə müvafiq arayışın verilməsindən cavabdehin imtinasını tamamilə əsassız və qərəzli sayır. Belə ki, sözügedən torpaq sahəsi 2006-cı ildə X5 ayrılarkən ləğv edilmiş Dövlət Tortpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də Sumqayıt şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin rəyləri alınmışdır ki, həmin rəylərdə sözügedən 100 kavadret metr torpaq sahəsinin torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olduğu öz təsdiqini tapmışdır. Nə torpaqdan istifadə edilərkən, nə də üzərində tikili inşa olunarkən hər hansı dövlət qurumu tərəfindən müdaxilə edilməmiş, torpağın hansı əsaslarla istifadələrində olması ilə maraqlanılmamış və torpağın bir hissəsinin dövlət torpaqlarına aid edildiyi bildirilməmişdir. Torpağın bir hissəsinin bələdiyyə mülkiyyətində saxlanılması, bir hissəsinin isə guya dövlət torpağı kimi elektron baza məlumatlarında göstərilməsi cavabdeh tərəfindən hər hansı hüquqi əsaslar olmadan 2018-2019-cu illərdə həmin elektron məlumatların dəyişdiriləcək yanlış şəkildə yerləşdirilməsinin nəticəsidir. Həmçinin, cavabdehin iddiaçı ilə bələdiyyə arasında torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinməsi ilə bağlı mülahizəsi də əsassızdır. Belə ki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə mərhum həyat yoldaşı X3 icarəsinə ayrıldığından, həmin torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı qanuni əsasa söykənmədən iddiaçının müraciətindən imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati icraat" haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə,yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,“İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibatı orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, bütün bu sadalananlardan cavabdehin iddiaçının müraciətindən imtina etməsinin əsaslarının səhv olduğu anlaşılır. Hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli,25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində ayrılmış 100 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X5 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən pozulmuş hüququmun müdafiəsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mərhum həyat yoldaşı sağlığında sözügedən torpaq sahəsini icarə hüququ əsasında sənədləşdirmə işlərini başa çatdıra bilmədiyindən, mərhumun vərəsəsi olaraq sənədləşmənin davam etdirilməsini zəruri sayır və qüvvədə olan qanunvericiliyə əsasən hüququnu dövlət qeydiyyatından keçirə bilməyən şəxsin vərəsəsi kimi hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayış təqdim olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 03 mart 2022-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən torpaq sahəsinə dair əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı 0.0049 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu məlum olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-401/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X3 icarəsinə verilmiş, sahəsi 100 kvadrat metr olan torpaq sahəsinin 0.0049 ha hissəsi istisna olmaqla qalan hissəsi üzərində icarə hüququnun iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 03 mart 2022-ci il tarixli 10 saylı torpaq icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41, Koroğlu prospekti ərazisində yerləşən ümumi sahəsi 100 kv.m olan torpaq sahəsi İddiaçı müvəqqəti istifadəsinə vermişdir. İcarə müqaviləsi 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək bağlanmışdır. Bundan əvvəl tərəflər arasında icarə müqaviləsi 11 yanvar 2007-ci il tarixdə bağlanmış, iddiaçının icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. (xx.xx.2007-ci il tarixli, 04 saylı icarə müqaviləsi) Torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış növbəti müqavilə mahiyyət etibarilə yeni müqavilə olmamış, əvvəlki icarə münasibətlərinin davamı olaraq bağlanmışdır. İddia tələbi 0.0049 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti, məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli,25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhəri, 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X4 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında“Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhəri, 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X4 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. ..... Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsi (100 kv.m.) üzrərində icarə hüququnun dövlət qeydiyytaına alınması, müvafiq çıxarış, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında hərracdan kənar icarə müqaviləsinin bağlanmış, habelə 0.0049 ha torpaq sahəsi hissəsi dövlət mülkiyyətində olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının mərhum həyat yoldaşının adına icarəyə verilmiş, bu barədə icarə müqvailəsi, akt, yerləşmə sxemi tərtib edilmişdir. İddiaçının mərhum həyat yoldaşı vəfat etdikdən sonra həmin icarə münasibətləri davam etdirilmiş, nəticə olaraq həmin torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsi bağlanılmışdır. Həmçinin, iş materiallarından görünür ki, həmin orpaq sahəsi mütəxəssislər tərəfindən müayinə edilmiş, bu barədə müayinə aktı tərtib edilmişdir. Həmin müayinə aktının məzmunundan görünür ki, torpaq shaəsi naturada mövcuddur, bir hissəsində tikili vardır, 49 kv.m. hissəsinin dövlət mülkiyyətindədir, yerüstü kommunikasiya xəttlərinin mühafizəsi zolağında yerləşmir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, indiki halda iddia tələbi torpaq sahəsinin dövlət mülkiyyətində olan 49 kv.m. hissəsində təmin edilməmiş və məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması halına istinad etməsi formal xarakter daşımışdır. Bundan əlavə, məhkəmə kollegiyası digər arqumentlə bağlı qeyd edir ki, indiki halda qeyd eidlən torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşının adına icarəyə verilmiş, onun vəfatından sonra iddiaçı onun vərəsəsi kimi əmlak hüququnun sahibi olaraq həmin icarə münasibətlərini davam etdirmiş, əvvəlki icarə münasibətlərinin davamı kimi iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsi bağlanılmışdır. Hansı ki, həmin müqavilə yeni bir icarə müqaviləsi kimi deyil, əvvəlki icarə münasibətlərinin davamı kimi ortaya çıxmışdır. Göründüyü kimi tərəflər arasında eyni predmetin icarəyə verilməsinə dair bağlanmış sonrakı icarə müqaviləsi yeni yaranmış icarə münasibətini tənzimləyən əqd kimi deyil, məhz əvvəl mövcud olmuş icarə münasibətlərinin davamı olaraq bağlanmış əqd kimi ortaya çıxmışdır. Həmçinin, sonrakı icarə müqvailəsinin bağlanmasına əsas iddiaçının həyat yoldaşı vəfat etdiyindən, onun vərəsəsi kimi həmin icarə münasbətlərinin onun tərəfindən davam etdirilməsi səbəb olmuşdur. Belə ki, həm hazırki icarə müqaviləsinin, həm əvvəlki icarə müqaviləsinin predmeti eyni olmaqla, müqavilələrin predmeti qismində çıxış edən torpaq sahəsi məhz 2006-ci il tarixdən indiyədək mərhum həyat yoldaşının, daha sonra onun vərəsəsi iddiaçının faktiki istifadəsindədir ki, bu hal da özlüyündə tərəflər arasında yaranmış icarə münasibətlərinin ilkin olaraq mövcud olmadığnı, əvvəlki icarə münasibətinin davamı kimi ortaya çıxdığını təsdiq edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsası kimi istinad etdiyi hal indiki halda iddiaçıya şamil edilməsi yuxarıda istinad olunan qanunvericilik normasının tələbinə zidd olmuşdur. Belə ki, yuxarıda istinad edilən qanunveriilik normasının tələbinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə icarəyə verən arasında müvafiq torpaq sahəsi ilə bağlı yaranmış icarə hüquq münasibətləri 2006-ci il tarixdə, başqa sözlə qeyd olunan qanunun norması qüvvəyə minənədək yarandığından, habelə indiki halda isə icarə münasibətləri tərəflər arasında artıq mövcud olan icarə münasibətlərinin davamı kimi ortaya çıxdığından, vərəsə qismində iddiaçının vəfat etmiş şəxsə məxsus olan əmlak hüququnun sahibi kimi həmin icarə münasibətlərini açıq hərrac və müsabiqə keçirilmədən davam etdirmək hüquqları mövcud olduğundan, cavabdeh inzibat orqanın həmin icarə müqaviləsi əsasında yaranmış hüququnun dövlət qeydiyyatından imtina etməsi qanunazidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda həmin torpaq sahəsinə dair bağlanılmış sonrakı icarə müqaviləsi qüvvədə olmuş, hazıradək icarə münasibətləri davam etdirilmişdir. Bu hal özlüyündə cavabdehin şikayətin dəlili kimi istinad etdiyi halı təkzib etmişdir. Qeyd edilən hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət vermişdir, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, qeyd edilən 100 kv.m torpaq sahəsi üzərində onun adına icarə hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsininin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə tərəfindən icarəyə veirlməsi yolverilməz olduğundan, indiki halda iddiaçının mərhum həyat yoldaşının və daha sonra onun icarəsinə verilmiş 100 v.m torpaq sahəsinin 49 kv.m hissəsinin dövlət mülkiyyətində olması halı müəyyən edildiyindən, iddia tələbi həmin hissədə əsaslı olmamıdığından, təmin edilməməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda müvafiq torpaq sahəsi iddiaçının həyat yoldaşının adına icarəyə verildiyindən, daha sonra həyat yoldaşı vəfat etdiyindən, həmin icarə münasibətləri iddiaçı tərəfindən davam etdirildiyindən, iddiaçı ilə müvafiq bələdiyyə arasında icarə müqaviləsi bağlanıldığından, həmin torpaq sahəsinin 49 kv.m hissəsinin dövlət mülkiyyətində olması halı müəyyən edildiydən, həmin hissə istisna olmaqla qalan hissəsinə dair icarə hüququnun məhz iddiaçının adına dövlət qeydiyyatına alınması məqsədəmüvafiqdir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinon dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-401/2024 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı və həmin qərar əsasında bağlanılmış 03 mart 2022-ci il tarixli 10 nömrəli icarə müqaviləsi ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə icarəyə verilmiş Sumqayıt şəhəri, 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən 100 kv.m. olan torpaq sahəsinin 0,0049 ha hissəsi istisna olmaqla, qalan hissəsi üzərində icarə hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, buna dair dövlət reyestrindən müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-612/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-612/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver