Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-616/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, XN qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(NN8)-N446/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçıya məxsus SX seriyalı, ******* nömrəli hərbi biletin qeydlərinə əsasən o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.202N-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, 2369 və 2373 nömrəli Sərəncamlarına əsasən iddiaçı Azərbaycan Respublikasının müvafiq olaraq Laçın və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş və ona N-4NN5 nömrəli və N-6598 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələri verilmişdir.
3. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli 2/2-462N nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə tərəfindən daxil olmuş adlı siyahıya və əmrlərdən çıxarışlara əsasən hərbi hissəyə daxil olması döyüş əməliyyatlarının dayandırıldığı dövrə (xx.xx.2020-ci il) təsadüf etdiyindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənənlərinin AR Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənənlərinin AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük vətən müharibəsində iştirak etmiş, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddaçının səfərbərlikdə qeydiyyata alındığı N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 928 nömrəli məktubunda sonuncunun xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısında olduğu, xx.xx.2020-ci il tarixində heç bir döyüş əməliyyatının aparılmaması səbəbindən Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd olunmuşdur. Beləliklə, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək işğal altında olmuş döyüş əməliyyatlarında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(NN8)-N446/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev).
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə imperativ göstəriş kimi şəxsin 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək döyüşlərdə bilavasitə iştirak etməsi, döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməsi əsas şərtdir. İddiaçı ilk öncə 2N2 nömrəli hərbi hissədə xidmət etmişdir ki, həmin hərbi hissənin döyüş əməliyyatları aparılan hərbi hissə olması müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının səfərbərliklə qeydiyyata alındığı N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 928 nömrəli məktubunda isə iddiaçının xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısına daxil olması və xx.xx.2020-ci il tarixdə isə heç bir döyüş əməliyyatlarının aparılmaması səbəbindən N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmişdir. Yəni, hazırkı halda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmır. Buna görə də cavabdehin imtinası qanuna uyğundur və iddiaçının hüquqları pozulmamışdır. N0. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri NN. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, hazırki işin halları ilə oxşarlıq təşkil edən, уəni 44 günlük vətən müharibəsində iştirakına görə Azarbaycan Respublikası Рrezidentinin xx.xx.2020-ci il tarixli, 2373 nömrəli sərəncama əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuş digər şəxsin işi üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.NN.202З-сu il tarixli, 2-N(N02)-2869/202З nömrəli qərarında Ali Məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları N2. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. N3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
N4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...
N5. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
N6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə N4. Sübut etmə vəzifəsi ... N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ N7. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. N8. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
N9. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
20. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin N2-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. 2N. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
22. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir.
23. Cavabdeh N nömrəli hərbi hissə tərəfindən daxil olmuş adlı siyahıya və əmrlərdən çıxarışlara əsasən iddiaçının hərbi hissəyə daxil olması döyüş əməliyyatlarının dayandırıldığı dövrə (xx.xx.2020-ci il) təsadüf etdiyini əsas gətirərək iddiaçının müraciətinin icrasından imtina etmişdir.
24. İşə baxan məhkəmə cavabdehin imtinasını əsaslı sayaraq iddianı rədd etmiş və bu nəticəyə gələrkən qərarda qeyd etmişdir ki, iddiaçı ilk öncə 2N2 nömrəli hərbi hissədə xidmət etmişdir ki, həmin hərbi hissənin döyüş əməliyyatları aparılan hərbi hissə olması müəyyən edilməmişdir. N nömrəli hərbi hissə komandirinin məktubunda xx.xx.2020-ci il tarixdə isə heç bir döyüş əməliyyatlarının aparılmaması səbəbindən iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla, iddiaçı ümumiyyətlə 2N2 nömrəli hərbi hissədə xidmət etməmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir.
26. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin hazırkı qərarın N5–ci bəndində qeyd olunan normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək müvafiq rayonların ərazilərində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməlidir.
27. İddiaçının hərbi bilet məlumatlarında onun səfərbərlik sərəncamı əsasında xx.xx.2020-ci il tarixdə hərbi xidmətə cəlb edildiyi, döyüş əməliyyatlarının aparıldığı dövrdə - xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.202N-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etdiyi, bu qeydlərin N və N nömrəli hərbi hissələrin qərargah rəislərinin imzası və hərbi hissələrin möhürləri ilə təsdiq edilməsi və xx.xx.202N-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılması qeyd olunmuşdur.
28. Məhz bu xidməti dövründə iddiaçı uzun müddət işğal altında olan Laçın və Qubadlı rayonunun azad edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 və 2373 nömrəli Sərəncamları ilə “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
29. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə həmin sənədlər Əsasnamədə şəxsin müharibə veteranı hesab edilməsi üçün tələb edilən sənədlərin siyahısında göstərilmişdir.
30. Odur ki, məhkəmə tərəfindən tədqiq edilmiş sözügedən sübutlar iddiaçının 2020ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusilə də Laçın və Qubadlı rayonları ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. 3N. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası qanunsuz və əsassız olmuşdur.
32. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının Laçın və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini nəzərə almadan yanlış nəticəyə gəlmişdir.
33. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-N(N02)-2564/2023 və 2-N(N02)-2869/2023 nömrəli qərarlarında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş iddiaçılara münasibətdə kassasiya instansiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur.
34. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
35. İPM-nin 52.2-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-N(NN8)-N446/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.