Məhkəmə qərarları › İş №2-1(105)-617/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-617/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-617/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X5 qızının katibliyi ilə İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinin qarşısında olan torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi və digər əqdlərin və həmin əqdlə bağlı qeydlərin ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-377/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba şəhəri, “Dəvədabanı” massivində yerləşən və iddiaçının mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinin qarşısında olan torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinə əlavə olaraq 04 fevral 2021-ci il tarixli AN-l seriyalı N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlərlə əlaqəli qeydlərin ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Quba şəhəri, “Dəvədabanı” massivində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik 0.015 ha torpaq sahəsi uzun illərdir onun sahibliyində və istifadəsindədir. Belə ki, iddiaçı həmin sahəni kol-kosdan, daş-kəsəkdən təmizləyərək əkib becərmişdir. Həmin torpaq sahəsindən istifadəsini rəsmiləşdirmək üçün cavabdeh Quba bələdiyyəsinə müraciət etmişdir. Lakin cavabdeh onun ərizəsini təmin etməmiş və onun torpaqdan istifadəsini qanunsuz hesab etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh bələdiyyə həmin torpaq sahəsini Zəkiyeva Ədalət adlı qadına satmışdır. İddiaçı aparılmış alqı-satqı əməliyyatını qanunsuz hesab edərək ləğv edilməsini xahiş edir. Belə ki, mübahisəso gedən torpaq sahəsi uzun illər onun istifadəsində olduğundan satılmamışdan əvvəl ilk növbədə ona təklif olunmalı idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-377/2022 saylı, 26 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların bələdiyyə tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin digər hissəsi, yəni aqı-satqı müqaviləsinin və onun əsasında aparılmış qeydin ləğv edilməsinə dair tələbi də inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı iddaialara aid olmadığından mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayətdə işin hallarına və birinci instansiya məhkəməsinin qərarına istinad edilmələ göstərilir ki, məhkəmə nəzərə almamışdır ki, iddianın əsaslandığı hallardan ən əsasın, məhz cavabdeh təşkilat, torpaq sahəsini satmaq niyyətini, ilk növbədə mübahisəli torpağın faktiki istifadəçisi olan şəxsə, ona bildirməli və torpağın alıcısı olmağı ona təklif etməli idi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları vəya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: -Divar hündürlüyünün 0,6 hissəsi. İşin hallarından göründüyü kimi mübahisəli torpaq sahəsini əldə edən digər şəxs həmin torpaq sahəsində hər hansı bina inşa edə bilməz. Bu da öz növbəsində yeni mübahisələrə səbəb olur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-377/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İşdən görünür ki, İddiaçı mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə bitişik yerləşən torpaq sahəsinin ilkin olaraq ona təklif edilməli olduğunu iddia edərək torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, daha sonra torpaq sahəsinin bələdiyyə tərəfindən başqa şəxsə satıldığını bildikdən sonra həmin alqı-satqı müqaviləsinin və aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin də daxil olduğu 0.043 ha torpaq sahəsi üzərində xx.xx.2000-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyət hüququ müvafiq prosedurlara əməl olunmaqla qeydə alınmış, daha sonra isə notraial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsindən 0.023 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən üçüncü şəxs Ə.Zəkiyevaya satılmışdır. İddiaçı torpaq sahəsinin onun mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə bitişik yerləşdiyinə və uzun müddət onun tərəfindən qulluq edildiyinə əsaslanaraq torpağın ona satılmalı olduğunu iddia edir. Lakin, müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında yerləşsə də, ona bitişik deyildir və iddiaçının həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Bundan əlavə, İddiaçının torpaq sahəsinin ona satılması barədə yazılı müraciəti Quba bələdiyyəsinə 2021-ci ilin sentyabr ayında daxil olmuş, bələdiyyə cavab olaraq İddiaçı tərəfindən torpağın özbaşına tutulduğunu bildirmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı torpağın ona satılması üçün müraciət edərkən torpaq sahəsinin bir hissəsi artıq onun mülkiyyətçisi tərəfindən Ə.Zəkiyevaya satılmışdır və hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında əks edilmiş subyektiv hüququn mahiyyəti ilə bağlı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi adlanan 67-ci maddəsinin 1-ci hissəsinin qeyd edilən təsis müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Həmin maddənin hazırda da qüvvədə olan 4-cü hissəsinə əsasən isə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığından iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)-377/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar